Kitab haqqında
11
Biz öz aramızda «bizim Hüseyn müəllim» dediyimiz psixoloq Hüseyn
Xəlilovu çoxdan tanıyırıq. Hüseyn müəllim sadəcə bir psixoloq deyil, dav‐
ranışı, rəftarı, insanlarla münaibəti, ağrıya həssalığı, insan qəlbinin də‐
rinliklərinə nüfuz etmək qabiliyyəti ilə şəxsiyyəti işıq haləsinə bürünmüş
bir insan sərrafıdır. Yaxşı psixoloq olmaq üçün psixologiya elminin nəzəri
bilik arsenalına dərindən bələd olmaqla yanaşı, səmimi insan olmaq da
əsas şərtdir. Biz bunu ilk növbədə Qafqaz Universitetinin psixoloqu Hüseyn
müəllimin timsalında gördük. Ona müraciət edənlərin, onunla dərdini
bölüşənlərin içərisində universitet rəhbərliyindən tutmuş, müəllimlərə,
tələbələrə, texniki heyətə qədər ən müxtəlif zümrəni təmsil edən insanlar
vardır. Bəli o, hamını dostu, ən əsası isə qəlb sirdaşıdır. Onunla söhbətdən
sonra hər kəs özündə daxili bir rahatlıq, yüngüllük hiss edir. Üzündən
təbəssümü heç zaman əskik olmayan Hüseyn müəllim sanki hamının dər‐
dini, problemini, ağrısını öz canına çəkir. Bəlkə də buna görədir ki, bu
təbəssümlü çöhrədə, xüsusən baxışlarda bir kədər də sezilməkdədir.
Vaxtilə Nobel mükafatı laureatı Markes yazırdı ki, insan əzabı haqqında
düşünməyə qoymayan bədbinliklə birləşən fərdiyyətçi xudpəsəndliyin heç
bir faydası yoxdur. İndi biz cəmiyyətdə fərdiyyətçi xudpəsəndlikdən
qaynaqlanan bədbinliyi «dahi kədəri», Füzuli müdrikliyi kimi nümayiş
etdirənlərə tez‐tez rast gəlirik. Hüseyn müəllimin bu qədər problemlər içə‐
risində daim nikbinliyi Markesin dediklərini tamamilə təsdiq edir.
Bütün bu sadaladığımız cəhətlər bir insan kimi də kitabda qaldırılan
problemlərdən danışmağa mənəvi haqqı və səlahiyyəti olduğunu bir daha
təsdiqləyir. Nə xoş ki, kitabda bu mənəvi səlahiyyət və haqla mənəvi mə‐
suliyyətin sərhədləri harmonik olaraq bir‐birini tamamlayır.
Sərxan Abbasoğlu
Filologiya elmləri üzrə fəlsəfə doktoru,
AMEA Reyasət Heyətinin baş elmi katibi
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
12
Bu gün dünyada onlarca konflikt vardır, insanlar bu konfliktlərin zə‐
mində bir ‐ biri ilə insanlığa zidd şəkildə rəftar edir, bununla da ortaq mə‐
dəniyyətləri qarşı‐qarşıya qoyurlar. Konfliktlərin ortaya çıxma səbəblərinə
nəzər salındıqda insanların öz mənliklərində uzaqlaşaraq, bir‐biri ilə əxla‐
qa zidd olan hərəkətlərlə rəftar etdiyini, qarşılıqlı səbir, hörmət və anlayış
göstərməkdən çox uzaqda qaldığının şahidi oluruq.
Bu qarşıdurmaların səbəblərini araşdırdıqda əslində əsl qarşıdurmanın
cəmiyyətdə və bu cəmiyyəti təşkil edən ailədə olduğu görülməkdir. Hər
gün onlarca ailə faciəsinin, ailədaxili şiddətin, qadın və uşaq haqlarının po‐
zulduğunun şahidi oluruq. İnsanların, insanlığın bu dərəcə şiddətə meylli
olmasının səbəblərinə baxıldığında daxili şiddətə zəmin hazırlayan əxlaq
pozuqluğunu görmək mümkündür.
Bu problemin ortadan qaldırıla bilməsi üçün uşaq və gənclərin yetişdi‐
rilməsi və onlara ortaq mədəni dəyərlərin öyrədilməsi çox əhəmiyyətlidir.
Bu səbəblə, bizim gələcəyimiz olan uşaqların və yeniyetmələrin bir kadr
kimi yetişdirilməsi və gələcəyimiz üçün hazırlanması çox əhəmiyyətlidir.
Xüsusilə bu dövrdə, qloballaşmanın zərərli nəticələrindən qoruna bilmək,
öz mədəniyyətimizi saxlayıb gələcək nəsillərə çatdıra bilmək üçün uşaqla‐
rın və yeniyetmələrin tərbiyəsi ən vacib vəzifəmizdir. Ancaq bu sahədə çox
az kitab yazılmış, məqalələr çap olunmuşdur. Mən bu kitabı oxuduğumda
bu sahədəki boşluğun aradan qaldırıla bilməsi üçün çox faydalı bir əsər
hazırlandığının və ictimaiyyətə faydalı bir əsər olacağını gördüyüm üçün
şad oldum. Ümid edirəm ki, gələcəkdə bu tipli əsərlərə liderlik edəcək və
bütün Türk Dünyasına işıq tutacaqdır. Əsərin müəllifi Hüseyn Xəlilova
xüsusi təşəkkürlərimi bildirmək istəyirəm. İnanıram ki, bu əsəri oxuyan və
istifadə edən hər bir kəs mənim səmimi təşəkkürlərimə qatılacaq.
Dr. Reha Yılmaz
Qafqaz Universiteti, Beynəlxalq Konfliktləri
Araşdırma Mərkəzinin Müdiri
13
Uşaqlar sizə bəxş olunmuş İlahi hədiyyədir, hər hansı
bir əşya və ya xəzinə deyil. O, Allah tərəfindən bizə bəxş
olunan ən böyük, ən dəyərli əmanətdir. Allah dəyərli
qonağını dünyada sizin evinizdə məskunlaşdırdı. O,
körpəni qorumağınız üçün qəlbinizə elə bir duyğu yer‐
ləşdirdi ki, lazım olduğu zaman düşünmədən canınızı
belə, uğrunda fəda edə bilərsiniz. Öz malınızı yox, Allahın
əmanətini qoruyursunuz. Allahdan əmanət almaq böyük
bir şərəfdir.
Məhəmməd Bozdağ
1
Dünyaya insan gŠlir
Hər bir valideynin ən böyük arzusu vətənimiz Azərbaycana layiqli
övlad yetişdirmək və onu şəxsiyyət kimi formalaşmış görməkdir. Bunun
üçün sağlam mühitin yaranması, sağlam tərbiyənin formalaşması vacib
şərtlərdəndir. Ana və ata arasında olan qarşılıqlı hörmət, uşağa müna‐
sibətdə diqqətli və nəzakətli, səbrli və şəfqətli olmaq düzgün tərbiyənin
əsas amillərindən biridir. Eləcə də, uşaqların geniş potensiala malik şəx‐
siyyət kimi yetişməsi üçün onların dünyagörüşünü zənginləşdirmək və
real həyatın qanunauyğunluqlarına hazırlamaq və düzgün istiqamətlən‐
dirmək lazımdır. Uşaq dünyası bağlı bir sandığa bənzəyir. Sandığı açarkən
görürsən ki, bənzərsiz gözəl rənglərlə boyanmış aləm vardır. Uşaqlar bu
aləmin işıqlı gələcəyidir.
Tövsiyələr. Ailə sevgi, məhəbbət nuru ilə dolmuş bir ocaqdır. Ailənin
dayağı və davamı övladdır. Övladlarının düzgün tərbiyə alması hər bir
valideynin arzusu və xoşbəxtliyidir. İlk tərbiyə ana bətnindən başlayır.
Ana övladını bətnə düşdüyü gündən işıqlı həyata hazırlamalıdır. Bu
hazırlıq prosesi sağlam mühitdə keçirilməlidir. Doğumdan əvvəl analıq
duyğusunun yaratdığı inam hissi valideyn və doğulacaq övlad arasında
müsbət münasibətlərin qurulmasına yönələn hərəkətlərin ən vacibidir.
Yəni ana olacaq qadının özünə “mən kiməm” sualını verməsi yerinə düşər.
Mən ana olacağam, mənim övladım olacaq və mənim ailəmin xoşbəxtliyi
1
Muhammed Bozdağ, Sevgi Zekası, YAKAMOZ yayıncılık, 1. BASKI, İSTANBUL, 2007
Dostları ilə paylaş: |