1
Giriş
İnsan dünyaya gəldikdən sonra rəngi rəngdən seçdiyi, atanı, ananı tanı‐
dığı, heyvanları fərqləndirdiyi andan müxtəlif psixoloji problemlərlə qarşı‐
laşır. Amma uşaqlıqda valideynlərimiz bizləri inandırmağa çalışır ki, belə
bir problem yoxdur, hər şey qaydasındadır. Biz böyüdükdən sonra psixi,
yaxud psixoloji xəstəliyimizi dilə gətirməkdən çəkinirik. Ətrafdakıların
tənəsindən qorxuruq. Çünki əksəriyyətimizdə bu cür fikir formalaşıb ki,
psixoloqa müraciət edənlər dəlidirlər, onlardan uzaq durmaq lazımdır.
İnsanların bu cür tənələrdən çəkinərək psixoloqlara müraciət etməmə‐
ləri onlarda olan problemləri azaltmır, əksinə günü‐gündən daha da dərin‐
ləşdirir və sonu heç də ürəkaçan olmayan ciddi fəsadlara gətirib çıxara
bilir. Bu isə biz psixoloqları narahat edir, bizi düşünməyə vadar edir. Allah
insanı insana yardım etmək, xeyirxah əlini uzatmaq üçün yaradıb. İnsanlar
psixologiya elminin köməkliyi ilə bu cür bəlalardan yaxa qurtarmağa ça‐
lışırlar. Biz psixoloqlar real həyatda baş verən çətinlikləri, problemləri, bu
problemlərin necə və nədən qaynaqlandığını araşdırıb qruplaşdıraraq vax‐
tında həll olunması üçün ehtiyacı olanlara planlar qurmağa kömək etməyə
çalışırıq. Bütün bunların sonunda bir də öz işimizlə, təcrübəmizlə insan‐
larda psixologiyaya qarşı formalaşan yanlış təsəvvürləri aradan qaldıraraq
onlara yaxından köməklik göstərə bilərik.
Məhz bunları nəzərə alaraq, bu kitabın yazılmasına ehtiyac olduğuna,
onun insanlara fayda verəcəyinə inanaraq gələcəkdə cəmiyyətimizə sağlam
şəxsiyyət və övlad bəxş etmək üçün dəyərli bir vəsait kimi istifadə edildiyi
zaman vaxtın boşa getməyəcəyinə əmin olmaq istərdik.
2
3
MüqŠddimŠ
Hörmətli oxucular!
Yaşamaq, araşdırmaq, öyrənmək və gördüklərimizi, öyrəndiklərimizi
başqaları ilə paylaşmaq özümüzə baxan yönü ilə insanlığımızın, daha geniş
mənası ilə insan olmağımızın gərəyi və təbii nəticəsi, cəmiyyət həyatına
baxan yönü ilə isə vətəndaşlıq borcumuzdur. Əgər bizdən əvvəlki nəsillər
bu ali məqsədə, ülvi qayəyə laqeyd yanaşsaydılar onda nə bugünkü sosial‐
elmi nailiyyətlər, nə də inkişaf etmiş insan cəmiyyətləri olmazdı, hər yeni
doğulan nəsil özündən əvvəlkilərin keçdiyi mərhələləri yenidən qət etmə
zərurəti ilə qarşılaşar və insanlar illərin, əsrlərin ötüb keçməsinə baxma‐
yaraq müəyyən bir sərhəddən sonra bir qarış belə irəli gedə bilməzdilər. Bu
prinsip bizi əhatə edən fiziki aləmlə əlaqədar elmlərə aid olduğu kimi,
daxili‐ruhi aləmimizlə əlaqədar elmlərdə də eynidir. Çünki insan kainatın
kiçildilmiş bir nümunəsi olduğu kimi kainat da sanki böyüdülmüş bir
insandır.
İnsanın daxili, hissi‐mənəvi aləminə müəyyən məhdud bir dairədə
qiymət verən və bir əsrə yaxın hökm sürən məqsədli məlum idealogiya bir
çox sahədə olduğu kimi psixologiya sahəsində də düşünən beyinləri müəy‐
yən bir çərçivəyə almış, bu çərçivənin kənarındakı yeniliklərə qapılarını
bağlamışdı. Odur ki, uzun illər başqa ölkələrdə bu sahədə aparılan tədqi‐
qatlardan, əldə olunan elmi nailiyyətlərdən demək olar ki, uzaq qalmışıq.
Son illərdə bu qaynaqlardan istifadə etmə ənənəsi başlasa da, hələ bu isti‐
qamətdə görüləcək çox işlər var.
1991‐ci ilin 18 oktyabrında ölkəmiz öz tarixi müstəqilliyinə qovuşdu.
Müstəqillik dövrünün ilk illərində çox ağır sınaqlarla üz‐üzə qalan Azər‐
baycan cəmiyyətində yeni psixoloji problemlər meydana gəlməyə başladı.
Ölkədə gedən uzunmüddətli müharibə, keçid dövrünün acınacaqlı prob‐
lemləri, müstəqillikdən sonra Azərbaycanın dünyaya inteqrasiyası və bu
inteqrasiya ilə əlaqədar, sərhədlərin dünyaya açılması, dünyada gedən sü‐
Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji məsələləri
4
rətli qloballaşmanın mənfi təsirləri cəmiyyətimizdə yeni problemlərin ya‐
ranmasına gətirib çıxardı. İctimai‐siyasi şəraitin dəyişməsi ilə cəmiyyətdə
problemlərin mahiyyəti dəyişdi.
Psixoloji problemlərin artdığı bir dövrdə psixologiya elminə olan ehti‐
yac daha da artmışdır. Əgər ana dilimizdə bu elm sahəsinin müxtəlif prob‐
lemləri ilə bağlı kitab və jurnallar çap edilməsə, bu təlabat ödənilməyəcək
və nəticədə yaxın gələcəkdə yeni sosial‐psixoloji çətinliklər meydana gələ‐
cəkdir.
Bütün bunları nəzərə alaraq, içimdəki böyük narahatlıq bizdə milli
psixologiya elmimizin yeni problemlərinin araşdırılması və yenidən işlənil‐
məsi fikrini meydana gətirdi. Əlinizdəki bu kitab məhz o fikir və düşüncə‐
lərin məhsuludur.
Bu kitabın yazılmasında ən ümdə məqsədlərdən biri, bəlkə də birincisi,
maarifləndirmə missiyasını üzərimizə götürərək, valideyn və övlad arasın‐
da ünsiyyətin möhkəmləndirilməsi üçün düzgün tərbiyə üsullarının, uşaq
və yeniyetmələrdə müşahidə olunan davranış pozuntularının, onların ya‐
ranma səbəblərinin, cəmiyyətdə baş verən sosial‐psixoloji problemlərin və
onların ailə quruluşuna, ailələrin idarəetmə sisteminə mənfi təsirlərinin üzə
çıxarılması və
Azərbaycan cəmiyyətinə təqdim olunmasıdır. Məhz bu məq‐
sədlə
elmi araşdırma aparmaq üçün 2008‐ci ildə İstanbul şəhərinə getdim.
Bir çox universitetlərin (İstanbul, Fateh, Yeddi Təpə və s.) uşaq və yeniyet‐
mələrlə bağlı kafedra və laboratoriyalarında oldum. Burada Qərb ölkələ‐
rinin, həmçinin də Türkiyənin özünün bu sahədə çalışan psixoloqlarının
tədqiqat işləri
və təcrübələri ilə tanış
olmaq imkanı qazandım. Geri dön‐
dükdən
sonra əldə etdiyim bilik və təcrübələrin toplanması və mövzu ilə
bağlı öz
fikirlərimin də əlavə edilməsi ilə bu kitab ərsəyə gəldi.
Təqdim olunan “Uşaq və yeniyetmələrin inkişafının sosial‐psixoloji mə‐
sələləri” kitabı cəmiyyətimizdə uşaq və yeniyetmə problemlərini psixoloji
konteksdə araşdıran bir əsər səciyyəsi daşıyır. Kitabda işıqlandırılmış mə‐
sələlər öz aktuallığı ilə müasir dövrümüzdə uşaqların tərbiyyəsində qarşıya
çıxan bir çox problemlərin həllində əsas istiqamətləndirici funksiyanı ye‐
rinə yetirə bilər. Əsərdə uşaqlıq və yeniyetməlik dövrü ayrı‐ayrı mərhələ‐
lərə bölünmüş, hər mərhələ üçün xarakterik olan problemlər və onların
həlli yolları qeyd edilmişdir. Bundan başqa, Jan Piajenin Koqnitiv inkişaf
dövrləri haqqında nəzəriyyəsi, uşaqların yuxulara baxışı, formal əməliyyat
mərhələləri, uşaqların əşyalara aid edilən şüurluluq hissi, eləcə də uşaq
təlimi, təlim nümunələri, uşaqlıq dövrü davranış problemləri, uşaq və yeni‐
yetmələrdə davranış pozuntuları, diqqət çatışmazlığı və hiperaktiv uşaqlar
Dostları ilə paylaş: |