Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə28/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   24   25   26   27   28   29   30   31   ...   42

 
86 
Hyucu  çox  sevirdi,  lakin  o,  heç  vaxt  nişan  barədə  söhbət 
açmazdı.  
-  Oğlum, mənim  yanıma on min funtun olanda  gələrsən, onda 
fikirləşərik,  –  deyərdi  və  belə  günlərdə  Hyuc  çox  qəmgin 
görünər, sonra təsəlli üçün Lauranın yanına gələrdi. 
    Bir  səhər  o,  Mertonların  yaşadığı  Holland  Parka  gedərkən 
yaxın  dostlarından  biri  olan  Alan  Trivora  baş  çəkməyi  qərara 
aldı.  Trivor  gözəl  rəssam,  zahirən  üzü  çilli,  sarışın,  pırtlaşıq 
saqqallı, qəribə, kobud bir gənc idi. Əlinə fırça alandan bəri o 
öz sənətinin mahir ustası olan rəssam səviyyəsinə yüksəlmiş və 
rəsmləri  arzu  olunacaq  qədər  uğur  qazanmışdı.  Hyuc  öz 
cazibədarlığına  görə  elə  ilk  baxışdan  onun  diqqətini  cəlb 
etmişdi.  O,  deyərdi:  “Rəssam  səfeh  və  cazibədar  insanları 
tanımalıdır,  o  insanları  ki,  onlara  baxmaqdan  gözəl  zövq 
alırsan,  onlarla  söhbət  etməyə  isə  dəyməz.  Dünyanı  modabaz 
kişilər  və  nazlı  xanımlar  idarə  edirlər.  Hər  halda  belə  tələb 
olunur”.  Lakin  Hyucla  dostlaşandan  sonra,  Hyucun  çevikliyi, 
üzügülər, alicənab və mülayim olması Trivorda ona qarşı daha 
böyük  rəğbət  oyatdı;  buna  görə  də    onun  emalatxanasının 
qapısı Hyucun üzünə həmişə açıq idi. 
    Hyuc  içəri  girəndə  Trivor  dilənçi  bir  kişinin  təbii  ölçülü 
rəsminin  son  cizgilərini  çəkməklə  məşğul  idi.  Dilənçi  özü 
emalatxananın  küncündəki  hündür  bir  yerdə  dayanmışdı.  O, 
üzü  qırışmış  və  olduqca  yazıq  görkəmli,  ayaq  üstə  qup-quru 
qurumuş yaşlı bir kişiydi. Çiyninə üzülmüş, cındır qəhvəyi plaş 
atılmışdı,  çəkmələri  yamaqlı  idi.  O,  bir  əli  ilə  əyri-üyrü  əl 
ağacından  yapışmış,  digər  əli  iləsə  yırtılmış  papağını  sədəqə 
üçün irəli uzatmışdı. 
-    Necə  fövqəladə  bir  canlı nümunə!  -  Hyuc pıçıltı  ilə dedi  və 
dostunun əlini sıxdı. 
-  Fövqəladə  canlı nümunə! - Trivor var qüvvəsi ilə qışqırdı. - 
Mən  də  elə  bu  cür  düşünürdüm!  O,  hər  gün  qarşılaşdığımız 
dilənçilərdən  deyil.  Tapıntı,  qulaq  asın,  əziz  dost,  canlı 
Velaskis!  Mənim  böyük  ustadım!  Görəsən  Rembrandt  onun 
barəsində hansı əsəri yaradardı! 


 
87 
-  Zavallı qoca! - Hyuc dedi.- Onun necə də yazıq görkəmi var! 
Mənə elə gəlir ki, onun taleyi üzünə yazılmışdır. 
-  Əlbəttə,  -  Trivor  cavab  verdi.  -  Sən  dilənçinin  xoşbəxt 
görünməsini istəmirsən, elə deyilmi? 
-  Bu canlı nümunə burada durmaq üçün nə qədər alır? 
-  Hər saat üçün bir şillinq. 
-  Alan, bəs sən öz rəsmin üçün nə qədər qazanırsan?   
-  Bu rəsm üçün iki min. 
-  Funt? 
-  Gineya. Rəssamlar, şairlər və həkimlər həmişə gineya alırlar. 
-    Yaxşı,  yəqin  ki,  burada  bu  canlı  nümunənin  də  payı 
olmalıdır. 
-  Boş sözdür!  
-  Niyə  axı,  sən  bir  boya  ilə  işləmək  və  bütün  günü  kiminsə 
rəssam dəzgahında durmaq arasındakı fərqi müqayisə et! 
-  Hyuc,  bütün  bunları  dildə  demək  asandır.  Lakin  mən  səni 
inandırıram ki, elə vaxtlar olur ki, İncəsənət bütünlüklə fiziki iş 
dərəcəsinə  endirilir.  Ancaq  Hyuc,  səndən  boşboğazlıq 
etməməyi  xahiş  edirəm.  Mən  çox  məşğulam.  Sən  hələlik 
siqaret çək və mənə mane olma. 
    Bir qədər sonra xidmətçi içəri girdi və çərçivə ustasının ona 
müraciət etmək istədiyini bildirdi. 
-  Getmə, Hyuc, indi gəlirəm. - O dedi və çıxdı. 
    Qoca  dilənçi  Trivorun  orada  olmamasından  istifadə  edərək, 
dincəlmək  üçün  arxasındakı  taxta  skamyada  əyləşdi.  Onun 
ürəkağrıdan görkəmi Hyucun qəlbini titrətdi. Və nə qədər pulu 
olub-olmadığını  bilmək  üçün  öz  ciblərini  eşələməyə  başladı. 
Cəmi  bir  soveren  və  bir  qədər  də  mis  pulu  vardı.  “Yazıq  
qoca,”  -  o,  öz-özünə  düşündü,-  “onun  buna  məndən  də  çox 
ehtiyacı  var,  lakin  bu  pul  heç  iki  həftəlik  yol  xərci  eləmir”. 
Sonra  o,  emalatxana  boyunca  gəzişərək,  sovereni  dilənçinin 
ovcuna basdı. 
    Qoca diksindi, onun solğun dodaqlarına donuq bir təbəssüm 
qondu. “Təşəkkür edirəm, cənab”, - dedi, - təşəkkür edirəm.” 


 
88 
    Sonra Trivor gəldi və  Hyuc etdiyi hərəkətdən azca qızarmış 
halda  çıxıb  getdi.  O,  gününü  Laura  ilə  keçirdi,  israfçılığına 
görə yaxşıca danlandı da və  üstəlik evə piyada getməli oldu. 
    Həmin  gecə  o,  təxminən  11-ə  qədər  Palitra  Klubunda 
veyilləndi  və  Trivoru  siqaret  çəkilən  otaqda  tənha  oturub 
reykveyn*(şərab  növü)  və  selter**  (mədən  suyu)  suyu  içən 
yerdə yaxaladı.   
- Yaxşı, Alan, sən rəsmi bitirdinmi? - O, soruşdu və siqaretini 
yandırdı. 
-  Əlbəttə, bitirdim, dostum, - deyə Trivor cavab verdi. 
-  Öz  aramızdır,  bəxtin  gətirib.  Sənin  gördüyün  o  qoca  canlı 
nümunə  səninlə  yamanca  maraqlandı.  Mən  ona  sənin  barəndə 
hər şeyi- kim olduğunu, harada  yaşadığını, qazancın, planların 
barədə deməli oldum. 
-  Əziz Alanım, - Hyuc qışqırdı, - yəqin ki, evə gedərkən onun 
məni  gözlədiyini  görəcəyəm.  Amma  sən,  əlbəttə,  zarafat 
edirsən.Yazıq  qoca!  Kaş  mən  onunçün  bir  şey  edə  biləydim. 
Bir  kimsənin  bu  qədər  zavallı  olması  dəhşətdir.  Mənim  evdə 
bir xeyli köhnə pal-paltarım var, bəlkə ona yaradı?! Axı, onun 
cındırından cin hürkürdü. 
-    Amma  o  öz  paltarında  çox  gözəl  görünür,  -  Trivor  dedi.  – 
Mən  onu  uzunətəkli  kişi  pencəyində  çəkməzdim.  Sənin  cır-
cındır  adlandırdığın  mənim  üçün  gözəllikdir.  Sənə  miskin 
görünən bir şey, mənə şairanə təsir bağışlayır. Hər halda sənin 
təklifini ona bildirərəm. 
- Alan, - deyə Hyuc ciddi görkəm aldı.- Sənin rəssamların necə 
də daşqəlblidirlər. 
-  Rəssamı  ruhlandıran,  istedadına  yol  göstərən  -  qəlbidir,  -
Trivor  etiraz  etdi.-  bir  də  ki,  bizim  vəzifəmiz  dünyanı  öz 
bildiyimiz 
kimi 
dəyişmək 
deyil,  gördüyümüz  kimi 
canlandırmaqdır.  Qoy  hər  kəs  öz  işini  görsün!  Bir  de  görüm, 
Laura necədir? O, qoca canlı nümunə onunla çox maraqlandı. 
-  Yəqin ki, sən ona Laura haqqında heç nə danışmadın! - Hyuc 
dedi. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə