Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə36/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

 
113 
    Corc  sifariş  edilmiş  yeməkləri  mətbəxin  pəncərəsindən 
götürüb  piştaxtanın  üstünə  -  Albertin  və  Maksın  qabağına 
qoydu. Sonra pəncərəni yenə də bağladı. 
-  Sizinki hansıdır? - Corc Albertdən soruşdu. 
-  Məgər xatırlamırsan? 
-  Qaxac edilmiş donuz əti və yumurta. 
-  Ağıllı olduğunu bir daha sübut etdin, - Maks dedi. 
    O,  irəli  əyilərək  donz  ətini  və  yumurtanı  götürdü.  Onların 
hər  ikisi  yeməklərini  əlcəklə  yeyirdilər.  Corc  onların 
yeməklərinə fikir verirdi. 
-   Nəyə baxırsan? – Maks Corcdan soruşdu. 
-   Heç bir şeyə. 
-   Lənətə gələsən. Sən indi mənə baxırdın. 
-      Bəlkə,  oğlan  səninlə  zarafat  etmək  istəyir,  Maks.  -  Albert 
dedi.            
    Corc güldü. 
-   Gülmə! - Maks Corca əmr etdi. 
-   Yaxşı. - Corc bu arada susmağı üstün tutdu. 
-  O, elə düşünür ki, bu yaxşıdır. - Maks Albertə tərəf dönərək 
qımışdı.- O, elə bilir ki, bu yaxşıdır. Bu da bunların ağıllısı. 
-   O, alimdir, - Albert qımışdı. 
    Onlar yeməklərinə davam etdilər. 
-  Piştaxta  arxasındakı  oğlanın  adı  nədir?  –  Albert  Maksdan 
soruşdu. 
-  Ey, yaxşı oğlan, - Maks Niki səslədi,- öz dostunla piştaxtanın 
arxasından çıxıb bura gəlin. 
-   Fikriniz nədir? – Nik soruşdu. 
-   Heç bir fikrimiz yoxdur,- Albert dedi.  
    Nik onlara tərəf gəldi. 
-  Nə demək istəyirsiniz? - Corc soruşdu. 
    Bunun  sənə  dəxli  yoxdur,-  Albert  dedi.  –  Mətbəxdə  daha 
kim var? 
-   Zənci. 
-   Zənci nə edir, orada? 
-   Bu yeməkləri  o bişirir. 


 
114 
 Ona de ki, bura gəlsin. 
-   Axı, deyin görüm, nə istəyirsiniz? 
-   Zəncini bura çağır! 
-   Harada olduğunuzu bilirsiniz?- Corc soruşdu 
-      Biz,  lənətə  gəlmiş  harada  olduğumuzu  çox  yaxşı  bilirik,- 
Maks dedi.- Sizcə, biz axmaq adamlara oxşayırıq? 
-  Sən  çərənləyirsən,  -  Albert  dilləndi.  -  Bununla  mübahisə 
etməyə dəyməz. Qulaq asın,- Albert Corca dedi.  - Zənciyə de, 
bura gəlsin. 
-   Siz ona nə etmək istəyirsiniz? 
-  Heç bir şey.  Ağıllı oğlan, başı bir az işlətmək lazımdır. Biz 
zənciyə nə edə bilərik? 
    Corc mətbəxin qapısını azca araladı və zəncini səslədi: 
-   Səm, bir  dəqiqəliyə bura gəlin. 
    Mətbəxin qapısı açıldı və zənci oğlan göründü. 
-   Nə olub? - O, soruşdu 
    O,  piştaxta  arxasında  oturmuş  iki  naməlum  adamın 
nəzərlərinin ona dikildiyini gördü. 
-   Yaxşı, zənci, siz orada sağ tərəfdə durun, - Albert dedi. 
    Səm əynində döşlük, piştaxta arxasında oturanlara baxdı. 
-    Bəli,  cənab,-  Albert  oturduğu  stoldan  qalxdı.  -  Mən  ağıllı 
oğlan  və  zənci  ilə  mətbəxə  gedirəm.  Mətbəxə  qayıt,  -  Albert 
zənciyə əmr etdi. 
    Albert yeməyini də götürüb, onların arxasınca mətbəxə getdi 
və onların arxasınca mətbəxin qapısı örtüldü. Maks isə piştaxta 
ilə üzbəüz qoyulmuş güzgüyə baxırdı. 
-  Yaxşı,  cavan  oğlan,-  Maks  gözünü  güzgüdən  çəkmədən 
dilləndi. -  Niyə danışmırsınız? 
-   Nə barədə? 
-  Albert, cavan oğlan bizə lazım olan bir şey barəsində bilmək 
istəyir - Maks  Alberti səslədi. 
-   Bəs ona niyə demirsən?- Albertin səsi mətbəxdən gəldi. 
-   Sən bütün bunlar haqqında nə düşünürsən? 
-   Bilmirəm. 
-   De görüm, nə düşünürsən? 


 
115 
    Maks danışanda gözünü güzgüdən çəkmirdi. 
-   Mən deyə bilmərəm, - Corc dedi. 
-      Albert,  cavan  oğlan  səhərdən  bəri  düşündüyünü  bizə 
danışmaq istəyir. 
-   Mən səni yaxşı eşidirəm,- Albert mətbəxdən dilləndi. 
-    Cavan  oğlan,  siz  bir  balaca  dirəyə  tərəf  dayanın.  Maks,  siz 
isə  bir  az  sola  çəkilin,-  deyə  Albert  mətbəxdən  göstəriş  verdi. 
O, elə bil ki, bir qrup adamın şəklini çəkəcəkdi. 
-  Deyin,  görüm,  cavan  oğlan,  -  Maks  dedi,-  sən  nə  baş 
verəcəyini düşünürsənmi? 
    Corc susurdu. 
-    İndi  mən  sənə  deyəcəyəm,-  Maks  sualına  özü  cavab  verdi.- 
Biz  bir  İsveçi  öldürmək  istəyirik.Məhşur  Ol  Andersonu 
tanıyırsanmı? 
-  Bəli. 
-  O, hər gecə bura şam etməyə gəlir, elə deyilmi? 
-  Bəzi vaxtlarda gəlir. 
-  O, bura saat 6-da gəlir, elə deyilmi? 
-  Əgər gəlsə. 
-    Biz  hər  şeyi  bilirik,  cavan  oğlan,-  Maks  dedi.  -  Əvvəllər 
kinoya gedirdiniz? 
-  Bir dəfə. 
-  Sizin kimi cavan oğlan kinoya tez-tez getməlidir. 
-    Siz    Ol    Andersonu  niyə  öldürmək  istəyirsiniz?  O,  sizə  bir 
şey edib? 
-    Onun  bizə  toxunmağa  heç  imkanı  da  olmayıb.  O,  bizi  heç 
vaxt görməyib. 
-  O,  bizi  ancaq  bircə  dəfə  görmək  istəyir,-  Albert  mətbəxdən 
dilləndi. 
-    Axı,  siz  onu  niyə  öldürmək  istəyirsiniz?-  Corc  təkrar 
soruşdu. 
-  Biz  onu  bir  dostumuzun  xatirinə  görə  öldürmək  istəyirik. 
Dostumuzun təkidinə görə, cavan oğlan. 
-  Sus!- Albert mətbəxdən qışqırdı.- Deyəsən çox çərənlədin. 


 
116 
-  Yaxşı,  mən  cavan  oğlanı  bir  az  əyləndirmək  istədim,  elə 
deyilmi? 
-    Sən  çox  danışırsan,-  Albert  dedi.  –  Zənci  ilə  ağıllı  oğlan 
özləri üçün necə lazımdırsa burada əylənirlər. 
    Corc divardakı saata baxdı.  
-  Kimsə gəlib yemək istəsə, deyərsən ki, yemək yoxdur. Əgər 
təkid  etsə,  deyərsən  ki,  get  özün  bişir.  Sonrası  ilə  sənin  işin 
yoxdur. Başa düşdün, cavan oğlan? 
-  Aydındır,  -  Corc  dedi.  –  Bundan  sonra  bizə  nə  etmək 
fikrindəsiniz? 
-   Bu asılıdır,- Maks dedi,- sizin ağlınızın bütövlüyündən. 
    Corc  yenə  də  saata  baxdı.  Saat  yeddiyə  on  beş  dəqiqə 
işləyirdi. Bu vaxt qapı açıldı və bir taksi sürücüsü içəri girdi. 
-   Salam, Corc. – O, dedi, - Şam etməyə bir şey varmı? 
-  Səm gedibdir. – Corc dedi. – Yarım saatdan sonra qayıdacaq. 
-    Yaxşı,  mən  gedim.  –  Sürücü  məyus  halda  geri  döndü.  Saat 
yeddiyə iyirmi dəqiqə işləyirdi. 
-    Bax,  belə,  cavan  oğlan,-  deyə  Maks  Corcu  təriflədi.  –  Sən 
indi əsl centlmensən. 
-  O,  bildi  ki,  mən  onun  başını  üzərdim,-  Albert  mətbəxdən 
dilləndi. 
-  Xeyr,  -  Maks  dilləndi,  -  bu  çox  yaxşı  oğlandır.  O,  mənim 
xoşuma gəldi. 
    Saat yeddiyə beş dəqiqə qalırdı. Corc dedi: 
-   O, daha gəlməyəcək. 
    Bir  azdan  iki  nəfər  də  yeməkxanaya  daxil  oldu.  Corc 
mətbəxdən  onlar  üçün  buterburod  gətirdi.  İkinci  dəfə  Corc 
mətbəxə  gedəndə  onlardan  biri  əlindəki  boşqabla  Corcun 
arxasınca  mətbəxə  girdi.  O,  mətbəxdə  Albertin  və  küncdə 
ağızlarına  dəsmal  tıxanmış  Səmi  və  Niki  gördü.  Albertin 
silahını  görəndə həmin adam susmağa məcbur oldu. Corc isə 
heç bir şey  olmayıbmış kimi buterburodu yağ kağızına büküb 
onun zənbilinə qoydu. Buterburodu alan adam Corcun haqqını 
verib səssizcə yeməkxananı tərk etdi. 
 -  Deyəsən, cavan oğlan hər şeyi bacarır,- Maks dedi. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə