Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə37/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   34   35   36   37   38   39   40   41   42

 
117 
 -  Bəli, - Corc dedi, - sizin dostunuz, Ol Anderson gəlmədi. 
 -  Biz, ona, on dəqiqə də vaxt verərik,- Maks dedi. 
    Maks  əvvəlcə  güzgüyə,  sonra  saata  baxdı.  Saatın  əqrəbi 
yeddinin üstündə idi. Sonra səkkizə beş dəqiqə də işlədi. 
 Gəl gedək, Albert - Maks dedi. – O, gəlməyəcək. 
-  Yaxşısı budur ki, beş dəqiqə də gözləyək,- Albert mətbəxdən 
dilləndi. 
    Bu  vaxt  bir  nəfər  də  içəri  girdi.  Corc  ona  hazır  yemək 
olmadığını bildirdi. O da çıxıb getdi. 
-   Gəl gedək, Albert - Maks yenə də Alberti səslədi. 
-   Bəs, bu iki cavan oğlan və zənci nə olsun? 
-   Onlar yaxşı oğlandır. 
-   Elə düşünürsən? 
-   Bəlkə, onlarla qurtaraq? 
-   Mən belə işi xoşlamıram, - Albert dedi. –  Bu iyrənc işdir. 
-   Cəhənnəm olsun bunlar da! – Maks qışqırdı. 
-   Deyəsən çox çərənləyəcəksən,- Albert dedi. 
    O,  mətbəxdən  çıxarkən  əlindəki  silahı  paltosunun  altındakı 
kəmərə saldı və silah görünməmək üçün paltosunun düyməsini 
bağladı. 
-      Hələlik,  cavan  oğlan,  bəxtin  gətirdi,  -  deyə  Corca  tərəf  
baxdı. 
-  Bu  doğrudur,  -  Maks  dedi.  –  Sən,  at  yarışlarında  iştirak 
etməlisən. 
    Onlar  yeməkxananı  tərk  etdilər.  Corc  pəncərədən  onların 
arxasınca  baxdı.  Sonra  dərhal  mətbəxə  girib,  Nikin  və  Səmin 
ağzındakı dəsmalları çıxardı. 
 Mən daha bunu istəmirəm, - Səm dedi. 
    Nik ayağa qalxdı. 
-   Corc, o şeytan balaları nə istəyirdilər? 
-  Onlar Ol Andersonu öldürmək istəyirdilər, - Corc təlaş içində 
dilləndi. 
-  Onlar,  Anderson  bura,  yemək  yeməyə  gələndə  güllə  ilə 
öldürmək istəyirdilər. 
 


 
118 
-   Ol Andersonu? 
-   Bəli, Ol Andersonu. 
-   Onlar getdilər? 
-  Getdilər.Qulaq  as,-  Corc  Nikə  dedi,-  yaxşı  olar  ki,  sən 
Andersonu görəsən. Bu barədə onu xəbərdar etmək lazımdır. 
-   Yaxşı. 
-   Yaxşısı budur, sən burda qalasan, - Səm dedi. 
-   Əgər istəyirsən sən getmə,  - Corc dedi. 
-      Mən  onu  görməliyəm,  -  Nik  Corca  dedi.  -  Ol  Anderson 
harada yaşayır? 
-   O, Hirkin evində kirayənişin qalır, - Corc Nikə dedi. 
-   Mən, bu dəqiqə ora gedirəm, - Nik dedi. 
    Bayırda  qaranlıq  olmasına  baxmayaraq,  küçə  işıqları  gediş-
gəliş  yollarını  işıqlandırmışdı.  Üç  evdən  sonra  Hirkin  evi  idi. 
Nik  iki  pillə  yuxarı  qalxdı  və  zəngi  basdı.  Yaşlı  bir  qadın 
qapını açdı. 
-   Ol Anderson burada olur? 
-   Onu görmək istəyirsiniz? 
-   Bəli, əgər evdədirsə. 
    Qadın  Nikə onun arxasınca gəlməsinə işarə etdi. O, dəhlizin 
qurtaracağındakı qapını döydü. 
-   Kimdir?- içəridən  Ol Andersonun  səsi eşidildi. 
-    Bir  nəfər  sizi  görmək  istəyir,  cənab  Anderson,-  qadın 
dilləndi.- O, Nik Adamsdır. 
-   Gəlin. 
    Nik  qapını  açıb  otağa  girdi.  Ol  Anderson  paltarlı  çarpayıda 
uzanmışdı.  Anderson  ağır  çəkili  boksçu  idi.  O,  başının  altına 
iki yastıq qoymuşdu. Anderson Nikə tərəf baxmadan: 
-   Nə olub?- deyə soruşdu. 
-    İki  nəfər  Henrinin  yeməkxanasına  gəldi.  Məni  və  zənci 
oğlanı bağlayıb, səni öldürəcəkləri haqqında danışırdılar, - Nik 
nəfəsini dərmədən, birnəfəsə fikrini bildirdi. 
    Nikin  belə  danışması  Ol  Anderson  üçün  gülməli  göründü, 
amma o dinmədi. 


 
119 
-    Onlar  səni,  yeməkxanaya  girəndə  öldürmək  fikrində  idilər,- 
Nik davam etdi. 
    Ol Anderson danışmadan divara baxırdı. 
-    Corc  səni  xəbərdar  etmək  üçün  məni  bura  göndərdi.  -  Nik 
sözünü tamamlamaq istədi. 
-  Mən  onların  kimə  oxşadıqlarını  da  bilmək  istəmirəm,  -  Ol 
Anderson dedi. 
    O yenə də divara baxdı. 
-   Xəbərdarlığınıza görə təşəkkür edirəm. 
-   İstəmirsən polisə xəbər verim? 
-   Xeyr, - Ol Anderson dedi. - Bu yaxşı nəticə verməz. 
-   Bəlkə mənim sizə köməyim dəydi? - Nik soruşdu. 
-   Xeyr. Köməyə heç bir ehtiyac yoxdur. 
-   Bəlkə bu, yalandır? 
-   Xeyr. Yalan deyil. 
    Ol Anderson yenidən divara tərəf çevrildi. 
-    Ancaq  mən  bir  fikri  başımdan  çıxara  bilmirəm.  Mən  bütün 
günü burada olmuşam. 
-   Şəhərə çıxa bilmirsiniz?- Nik soruşdu. 
-   Xeyr, - Ol Anderson dedi,- mən hər şeydən qaçıram. 
    O, yenidən üzünü divara çevirdi: 
-   İndi heç bir şey etmək mümükün deyil. 
-   Siz bunu bir yolla öz qaydasına qoya bilməzsiniz? 
-  Xeyr. Mən artıq yanılmışam. İndi heç bir şey etmək mümkün  
deyil. 
-  Yaxşı olardı ki, mən gedib Corcu görüm,- Nik dedi. 
-   Hələlik,- Anderson dedi, - gəlişinə görə çox sağ ol. 
    Nik  qapını  arxadan  örtəndə,  Anderson  hələ  də  paltarlı 
çarpayıda uzanıb divara baxırdı. 
-  O, bütün  günü evdən bayıra  çıxmayıb,  -  deyə  pilləkəndə  ev 
sahibəsi Niki qarşıladı. – Məncə o, özünü yaxşı hiss etmir. Mən 
ona  belə  payız  günündə  gəzməyi  məsləhət  gördüm,  amma 
nədənsə  bunu istəmədi. 
-   O, bayıra çıxmaq istəmir. 
-   O, çox yaxşı adamdır. Həm də bilirsiz, o, yaxşı boksçudur. 


 
120 
-   Bunu bilirəm. 
-  Sizin  onun  sifətinin  əvvəlkindən  nə  qədər  dəyişdiyini 
görməmisiniz. O, çox alicənab insandır, - ev sahibəsi dedi. 
-   Yaxşı, gecəniz xeyirə qalsın, xanım Hirk,- Nik dedi. 
-   Mən Hirk deyiləm,- qadın dedi. - mən xanım Belləm. Bu yer 
onundur. Mən indi onun üçün burada qalıram. 
-  Yaxşı, xanım Belli, gecəniz xeyirə qalsın, - Nik təkrar etdi. 
-   Gecəniz xeyirə qalsın,- Xanım Belli diləndi. 
    Nik  Ol  Andersonun  yanından  çıxan  kimi  dərhal  yemək-
xanaya gəldi. Corc Niki görən kimi soruşdu: 
-   Ol Anderson evdə idimi? 
-  Bəli,-  Nik  dedi.  –  O,  otağında  idi  və  bayıra  çıxmayacağını 
bildirdi. 
    Zənci  oğlan  başını  mətbəxdəki  kiçik  pəncərədən  çıxarıb 
dedi: 
-   Mən daha belə sözləri eşitmək istəmirəm. 
-   Sən ona bu barədə bir söz dedin? 
-   Əlbəttə. Mən ona deyəndə, artıq o, hər şeyi bilirdi. 
-   İndi o nə etmək fikrindədir? 
-   Heç bir şey. 
-   Onlar onu öldürəcəklər. 
-   Mən də belə düşünürəm. 
-   O, Çikaqoda nə iləsə qarışıq salınmışdı. 
-   Məncə elədir,- Nik dedi. 
-   Cəhənnəm olsun belə iş. 
 Bu çox qorxulu işdir,- Nik dedi 
    Onlar  daha  heç  bir  söz  demədilər.  Corc  əyilərək  əlindəki 
dəsmalla piştaxtanın üstünü sildi. 
-   Görəsən, o, nə etmişdir?- Nik dedi. 
-     Belə  çıxır ki,  Anderson kiməsə  kələk gəlmişdir. Buna görə 
də onu öldürmək istəyirlər,- Corc cavab verdi. 
-   Mən bu şəhərdən gedəcəyəm, - Nik dedi. 
-   Bəli! - Corc dedi.- Bu çox ağıllı fikirdir. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə