124
Muzdlu tərəfdaşlar
Bar adamla dolu idi. Səndi Veskotun qarşısında iki kokteyli
qoyulmuşdu. O, saatına baxdı, ac olduğunu hiss etdi.Şam
yeməyini o, saat onun yarısında yeməyi tapşırmışdı. İndi isə
saat ona qalırdı. Yeva Baret həmişəki kimi yenə gecikirdi. Və
o, bunu da bilirdi ki, saat on birin yarısından əvvəl yemək üçün
heç bir şey tapmaq olmayacaq. Bu vaxt başqa bir adam bara
daxil oldu. Səndi onu salamladı.
- Salam, Kotman. Bir şey içəcəksinizmi?
- Məmnuniyyətlə, cənab.
Kotman təxminən otuz yaşlı, səmimi baxışlı bir adam idi. O,
görkəmindən gənc bir oğlana bənzəyirdi. Onun dolu bədəni,
qara saçı və iri qara gözləri vardı.
- Stella necədir? - Səndi soruşdu.
- Yaxşıdır. Səhnəyə çıxmazdan əvvəl dincəlməyi xoşlayır. Bu
onun əsəbilərini sakitləşdirir.
- Mən bu təhlükəli işi min paunda edərdim.
- Bəli, belə bir yüksəklikdən iki metr dərinliyi olan suya
tullanmağa heç kəs cəsarət edə bilməz.
- Bu mənim əvvəllər gördüyüm oyunlardan daha təhlükəlidir.
Kotman gülümsədi. O, Səndinin sonuncu sözlərini bir
kompliment kimi qəbul etdi.
Stella onun arvadı idi. Əlbəttə, o, həyatını təhlükəyə ataraq
bu qorxulu oyunu tamaşaçılar qarşısında icra edirdi. Hündür bir
yerdən alovlu suya tullanmaq adamlara daha artıq zövq verirdi.
Stella iyirmi metr hündürlükdən iki metr dərinliyi olan suya
tullanırdı.O, tullanmazdan əvvəl suyun üzərinə benzin
tökürdülər və məşəl ilə suyun üzərindəki benzini alov-
landırırdılar. Bu çox qorxulu oyun idi.
Bu vaxt Yeva Baret başqa qonaqları ilə gəldilər. O, çox varlı
bir Amerikan qadını idi. Onun stolunda həmişə çoxlu qonaqlar
olurdu. Adətən, onlar yeməkdən sonra kart oynayırdılar.