Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə41/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   34   35   36   37   38   39   40   41   42

 
131 
                 
                                         Cessi  Stuart                                                                                                                  
                                                                                        ------------------------------------------
                                                                                              
 
                                                                      /Amerika/
                                    
 
                
                     Məhəbbət 
 
    
Dünən bərk isti olduğundan taxıl zəmisi solmuş, demək olar 
ki, başdan-başa yamyaşıl görünən sahə, ölgünləşmişdi. Bu vaxt 
mən  atamla  çəpərə  alınmamış  zəminin  kənarı  ilə  gedirdim. 
İnəklər  hər  dəfə  qayadakı  şabalıd  ağaclarının  arası  ilə  gəlib, 
yollarını  təzəcə  cücərmiş  taxıl  zəmisindən  salırdılar.  Onlar 
tıcğarmış  zəmini  yeyir,  köklərini  isə  kobud  ayaqları  altında 
tapdalayırdılar. 
    Atam  taxıl  zəmisinin  cərgələri  arasıyla  addımlayırdı.  Bob, 
bizim  Koli,  atamın  qabağıyca  gedirdi.  Biz  qayadakı,  başları 
qurumuş ağacların arasında bir yer dələsinin səsini eşitdik. 
-  Bob,  tut  onu,-  deyə  atam  itə  əmr  etdi.  Atam  əyilib  yerdən 
kökünü  yer  dələsinin  yediyi  taxılın  saplağı  qurumuş    zoğunu 
qaldırdı.  Dələlər  torpaq    nəm  olanda  ,  zəmi  təzəcə  cücərəndə 
yeri eşib, özlərinə lazım  olan buğdanın şirin, yumşaq köklərini 
yeyirdilər.    Bu  əsasən  yazda,  buğda  bir  qədər  böyüyəndə 
olurdu.  Yer  dələləri  bunu  çox    xoşlayırdılar.  Onlar  cərgələri 
qazır və özlərinə lazım olan yemi tapırdılar.  Biz məhv edilmiş 
taxılın yerinə yenidən buğda dənələri əkməli olurduq. 
    Mən görürdüm ki, atam Bobun arxasınca  düşüb yer dələsini 
axtarır.  O,  zəmi  cərgələrinin  üzərindən  tullanaraq,  qaçmağa 
başladı.  Deyəsən,  atam  yer  dələsini  görmüşdü.  Mən  də 
açıqlıqda  hürən,  gah  irəli,  gah  da  geri  sıçrayan  Boba  tərəf 
qaçmağa  başladım.  Mən  qaçdıqca  ayağımın  altından  qopan 
xırda toz zərrəcikləri xəfif küləyin təsiriylə burularaq, arxamca 
toz buludu yaradırdı.  


 
132 
-    Böyük,  qara,  erkək  bir  ilandır,-  deyə  atam  məni  xəbərdar 
etdi.- Bob, öldür onu, öldür! 
   Bob  ilanın  üstünə  tullanır,  onu  dişləyir,  sonra  yenidən  yerə 
atırdı və növbəti həmləyə hazırlaşırdı. Bob bu yaz iyirmi səkkiz 
zəhərli  ilan  öldürmüşdü,  buna  görə  də  o,  ilanı  necə  öldürməyi 
bilirdi.  Bob  ilanı  buraxmaq  istəmirdi.  O,    vaxtı  uzadır,  amma 
işini çox məharətlə yerinə yetirirdi. 
- Gəlin, ilanı öldürməyək,- dedim. – Qara ilan zəhərsiz ilandır. 
Bu  ilanlar sahədən pişiyin tutduğu siçanlardan daha çox siçan 
tutur. Zəhərli ilanları öldürürlər. 
    Mən  görürdüm  ki,  ilan  itlə  vuruşmaq  istəmir.  O,  itin 
pəncəsindən  qurtulmaq istəyirdi. Bob isə buna imkan vermirdi. 
Mən  ilanın  nə  üçün  yaxındakı  təpəyə  tərəf  süründüyünə 
təəccüb  etdim.  Nəyə  görə  bu  ilanın  şabalıd  ağaclarından  və 
oradakı 
qalın 
kolluqlardan 
çıxıb 
buraya 
gəlməsini 
aydınlaşdırmağa  çalışdım.  Əlbəttə,  bu  çox  təəccüblü  idi.  İlan  
Bobun növbəti hücumuna cavab olaraq başını qaldırdı. Mən bu 
vaxt ona diqqətlə baxdım. 
-    Bu,  erkək  ilan  deyil,  dişi  ilandır.  Bir  onun  boğazındakı  ağ 
zolağa baxın, - deyə mən əlimlə ilanın boğazına işarə etdim. 
-    İlan  mənim  düşmənimdir,  -  deyə  atam  dişini  qıcıdı.  –  Mən 
ilana  nifrət  edirəm.  Bob,  öldür  onu!  Götür,  bu  ilanı,  istədiyin 
kimi əylən! 
    Bob atamın əmrinə itaət etdi. Mən istəmirdim ki, it ilanın bu 
yaraşıqlı  boğazından  tutsun.  Onun  boğazı  günəş  şüası  altında 
gözəl  görünürdü.  Bob  onun  ağ  zolaqlı  boynundan  tutdu. 
Qəlbimdə Boba nifrət etdim.  
   Bob  ilanı  dişləri  arasında  sıxaraq,  onu  öküz  qamçısı  kimi 
havada  yellədi.  Bu  zaman  ilanın  burulmuş  boğazından  qan 
axmağa  başladı.  Nəsə  yumru,  şar  kim  bir  şey  ayaqlarıma 
toxundu.  Bob  ilanı  ağzından  yerə  atdı.  Mən  ayaqlarıma 
toxunan  şeyə  baxmaq  istədim.  Bu  ilanın  yumurtaları  idi.  Bob  
bu  yumurtaları  ilanın  bədənindən  salmışdı.  O,  yumurtaları 
təpədəki qumluqda qoymaq niyyətində imiş, çünki günəş şüası 
oranı daha tez isidirdi və yumurtadan balaların çıxmasını daha 


 
133 
da asanlaşdırırdı. Bob ilanı qan içərisində qıvrıldığı yaşıllıqdan 
götürüb  quru  yerə  atdı.  Onun  bədəni  yerdə  hələ  də  ağrıdan 
qıvrılırdı.  O,  oda  atılmış  yaş  ot  kimi  yığılıb-açılırdı.  Bob  bu 
zaman  öz  qəddarlığını  bir  neçə  dəfə  təkrar  etdi.  O,    ilanın 
zəifləmiş  bədənini  yenidən  qamarladı.  Bob  indi  onu  ayaqqabı 
bağı kimi havada fırladırdı. Sonra it ilanın  dəlik- deşik olmuş 
qanlı bədənini qumun üzərinə atdı. Onun bədəni son dəfə xəfif 
küləyin yarpağı tərpətdiyi kimi azca tərpəndi və sakitcə torpağa 
sərildi. İlanın ətrafını xırda qan gölməçəsi bürüdü.  
-    Yumurtalara  baxmaq  istəyirsən?-  atam  dilləndi.  Biz  otuz 
yeddi yumurta sanadıq. Mən onlardan birini götürüb, ovcumda 
ona baxdım. Bir az bundan əvvəl onun daxilində həyat var idi. 
Bəli,  bu  yetişməmiş  toxum  idi.  Daha  oradan  bala 
çıxmayacaqdı.  Yerin  hərarəti  onu  ana  qədər  isidə  bilməzdi. 
Əlimdəki  yumurta  bildirçin  yumurtası  böyüklükdə  olardı. 
Onun qabığı nazik, amma möhkəm idi. 
-  Yaxşı,  Bob.  Yəqin  başa  düşdün  ki,  bu  ilan  niyə  səninlə 
döyüşmək istəmirmiş, - dedim. – Həyat belədir. Hətta, insanlar 
arasında  da  güclülər  zəifləri  didir,  məhv  edir.  İt  ilanı  öldürür, 
ilan quşları məhv edir, quşlar kəpənəkləri  tutur. İnsan isə hər 
şeyi zəbt edir. O, hətta öldürməyi özü üçün əyləncə sayır. 
   Bob  ağır-  ağır  nəfəs  alırdı.  O,  bizim  qabağımızca  evə  tərəf 
gedirdi.Onun  dili  ağzından  bayıra  çıxmışdı,  görünür  bərk 
yorulmuşdu. Bobun qalın tükləri onun istiliyini daha da artırır, 
dili  isə  elə  bil  çirkaba  toxunub  və  ağ  köpük  axırdı.  Nə  atam 
danışırdı, nə də mən. Hər ikimiz susurduq. Mən hələ də ölmüş 
ilan  haqqında  düşünürdüm.  Günəş  şabalıd  ağacları  arxasında 
batmaqda idi. Torağay oxuyurdu. Ancaq artıq gec idi. Qırmızı 
axşam  buludları  təpədəki  otlağımız  üzərində  hərəkət  edirdi. 
Atam  cığırın  yanında  ayaq  saxladı.  Külək  onun  qara  saçlarını 
qarışdırırdı.  Atamın  sifəti  belə  bir  mavi  küləkli  gündə 
qızarmışdı.Onun  gözləri  qürub  edən  günəşə  tərəf  baxıdrı. 
“Atam  ilana  nifrət  edir”  deyə  mən  düşünürdüm.  Yadıma 
qadınların  doğum  zamanı    necə  əziyyətlər  çəkdikləri  düşdü. 
Mən  onların  öz  körpələrini  xilas  etmək  üçün  necə  


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə