Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə35/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   31   32   33   34   35   36   37   38   ...   42

 
109 
       
 
                                       
Ernest  Heminquey 
                                       --------------------------------                                                                                        
                                                    /Amerika/ 
    Ernest  Heminquey  1899-cu  il  iyul  ayının  21-də  Çikaqo  şəhəri 
yaxınlığındakı  Ouk-Park  şəhərciyində  dünyaya  göz  açıb.  Atası 
Klarenz  Edmont  Heminquey  həkim,  anası  Qrey  Holl  isə  evdar 
qadın  olub.  Ailədə  yeddi  uşaqdan  ən  böyüyü  olan  Ernest  uşaqlıq 
vaxtlarında  mütaliəyə  və  balıq  ovuna  xüsusi  maraq  göstərib. 
Təbiətcə  sağlam  olan  Ernest  gənclik  illərində  boks  və  futbol  ilə 
mütəmadi şəkildə məşğul olub. 
    Ədəbiyyata  olan  marağı  isə  çox  erkən,  "Trapeze"  adlı  məktəb 
qəzetində  əsasən  məktəbin  idman  yenilikləri  və  keçirilən  konsert 
proqramlarından  hazırladığı  reportajlarla  debüt  etdikdən  sonra 
yaranır.  Məhz  bu  illərdə  yazıçı  olacağını  qəti  qərarlaşdıran 
Ernestin  "Manitin  məhkəməsi"  adlı  ilk  hekayəsi  1916-cı  ildə 
"Tabula" adlı məktəb jurnalında çap olunur. Daha sonra boksun 
səhnəarxası  və  çirkin  tərəfləri  haqqında  "Məsələ  dərinin 
rəngindədir" adlı ikinci hekayəsi işıq üzü görür. 
    1916-cı  ilin  yayında  valideynlərinin  asılılığından  azad  olmaq 
üçün  dostları  ilə  Şimali  Miçiqana  yollanır.  Bu  səyahət  onda 
sonralar yaradıcılığına da ciddi təsir göstərəcək dərin təəssüratlar 
buraxır. 
    Məktəbi  bitirdikdən  sonra  valideynlərinin  universitetə  qəbul 
olma  tələblərinə  məhəl  qoymayıb  Kanzas-Sitiyə  yollanır.  Burada 
"Star"  qəzetinə  işə  düzəlir.  Məhz  bu  illərdə  Ernest  Heminqueyin 
özünəməxsus  bədii  yaradıcılıq  üslubu  və  həmişə  hadisələrin 
mərkəzində  olma  vərdişləri  formalaşır.  Sonralar  polisdə  müxbir 
işləyən Erenst dəfələrlə cinayətlər, qətllər, yanğınlar və s. bu kimi 
təhlükəli hadisələrlə üzləşməli olur. 


 
110 
    Ernest  Heminqueyin  “Yaz  selləri”  (1926),  “Günəş  də  qalxır” 
(1926),  “Silahlara  əlvida”  (1929),  “Olmaq,  ya  olmamaq”  (1937), 
“Zənglər  kimin  üçün  çalınır”  (1940),  “Çay  içrə  ağaclara  sarı” 
(1950),  “Qoca  və  dəniz”  (1952)  və  s.  kimi  əsərləri  ona  dünya 
şöhrəti qazandırmışdır. 
    Ernest Heminquey 2 iyul 1961- ci ildə vəfat etmişdir. 
    Onun  ölümündən  sonra  “Okeanda  adalar”  (1970),  “Cənnət 
bağları”  (1986),  “İlk  baxışdan  doğru”  (1999),  “Kilimancaro 
ətəklərində” (2005) kimi romanları çap edildi.
             
 
      
                       
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
111 
 
                      Qatillər   
 
    Yeməkxananın qapısı açıldı və iki nəfər naməlum adam içəri 
daxil oldu. Onlar piştaxtanın qarşısında əyləşdilər. 
-    Nə içəcəksiniz?- Corc onlardan soruşdu. 
-    Bilmirəm,  -  onlardan  biri  cavab  verdi,-  Albert  yeməyə  nə 
istəyirsən? 
-   Bilmirəm,- Albert dilləndi. - Bilmirəm, heç, nə yeyim. 
    Bayırda  hava  get-gedə  qaralır,  pəncərədən  düşən  küçə 
işıqları otağı daha da işıqlandırırdı. Onlar piştaxtanın qarşısında 
oturub menyunu oxuyurdular. Piştaxtanın o biri tərəfindən  Nik 
Adams  onlara  baxırdı.  Bu,  naməlum  adamlar  içəri  girəndə 
Adams Corca nəsə deyirdi. 
-  Mən  alma  sousu  ilə  qızardılmış  donuz  əti  və    kartof  püresi 
yeyəcəyəm, - deyə birinci adam dilləndi. 
-  O, hələ hazır deyil. 
-  Bəs nə üçün onu menyuya yazmısınız? 
-  Bu,  axşam  yeməyi  üçündür,  -  Corc  aydınlaşdırdı,-    Siz  bu 
yeməyi saat 6-da yeyə bilərsiniz. İndi isə saat 5- dir. 
- Sizin saatda altıya iyirmi dəqiqə işləyib,- ikinci adam dedi. 
-  Bu saat iyrmi dəqiqə irəlidir,- Corc cavab verdi. 
-    Eee...  cəhənnəm  olsun  sənin  saatın  da,  -  birinci  adam  əsəbi 
halda donquldandı.- Bəs indi yeməyə nəyin var? 
-  Sizə  verməyə  hər  cür  buterbrodumuz  var,-  Corc  dedi,-  Siz 
həmçinin qaxac edilmiş donuş əti, yumurta yeyə bilərsiniz. 
-  Mənə  göy  noxud  ilə  qızardılmış  cücə,  kartof  püresi  və  yağ 
gətir. 
-  Bunlar axşam yeməyidir, - Corc təkrar etdi. 
-  Deməli, istədiyimiz bütün yeməklər axşam üçündür? Siz belə 
işləyirsiniz? 
-  Mən sizə dedim ki, indi yumurta, qaxac edilmiş donuz əti... 


 
112 
- Yaxşı, mənim üçün yumurta və donuz əti gətir,- deyə Albert  
Corcun sözünü kəsdi. 
    O,  əyninə  sinəsinə  qədər  düymələnmiş  qara  palto  və  başına 
cıdırçı  papağı  qoymuşdu.  Onun  ağ,  kiçik  sifəti  və  dartılmış 
dodaqları var idi. O, ipək şərf və əlcək geymişdi. 
-  Mənə yumurta və donuz ətir gətir,- deyə ikinci adam dilləndi. 
    Onların  ikisinin  də  boyu  eyni  idi.  Sifət  quruluşlarında 
müxtəliflik aydınca görünsə də, amma geyimlərindən elə bil ki, 
əkizdilər.  Onlar  dirsəklərini  piştaxtaya  söykəyərək,  irəli 
əyilmişdilər. 
-  İçməyə bir şey varmı?- Albert  soruşdu. 
-  Gümüş pivə, cincə eyl var, -  Corc cavab verdi. 
-  Məncə, içməyə bunlar yaxşıdır. 
-  İndicə sadaladığın içkidən  gətir. 
-  Necə də cansıxıcı şəhərdir. - İkinci adam dilləndi. 
-  Buranı necə adlandırırlar? 
-  Qərbi Çikaqonun Cənub  şəhəri. 
- Belə şəhər haqqında eşitmisən? - Albert dostundan soruşdu. 
-  Xeyr,- dostu dilləndi. 
-  Gecələr burada nə edirsiniz?- Albert soruşdu. 
-  Onlar  şam  edirlər,-  Albertin  dostu  dilləndi,-  Onların  hamısı 
bura şam etməyə gəlirlər. 
-   Bu doğrudur,- Corc dedi. 
-   Siz belə düşünürsünüz? - Albert Corcdan soruşdu. 
-   Əlbəttə. 
-   Siz ağıllı oğlansınız, elə deyilmi? 
-  Yəqin ki. 
-  Siz  yaxşı  oğlan  deyilsiniz.-  İkinci  adam  dedi.  –  Albert,  elə 
deyil? 
-  O,  səfehdir,-  Albert  dedi.  O,  Nikə  tərəf  döndü.  -  Sənin  adın 
nədir? 
- Adams. 
-  Daha  bir  ağıllı  oğlan.  -  Albert  dedi.-  Maks,  bu  necə, 
ağıllıdırmı? 
- Bu şəhər ağıllı adamlarla doludur, - Maks dedi. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə