Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə25/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

 
76 
-  Buna qədər heç bir şey etmək fikrində deyilsiniz? 
-  Heç bir şey. 
-  Elə isə mən gedim. Axşam gələrəm. 
    Axşam  saat  7-yə  qalmış  mən  yenə  də  Beyker  küçəsində 
idim.  Evə  daxil  olanda  qapıda  hündürboylu  bir  adamın 
gözlədiyini  gördüm.  Qapı  açılarkən  o  da  mənimlə  birlikdə 
Holmsın otağına girdi. 
-    Cənab  Henri  Beyker?  -  Doctum  kreslodan  qalxaraq  qonağa 
yer  göstərdi.  -  Buyurun, sobanın  yanındakı bu, stulda  əyləşin, 
hava  soyuqdur.  A...a,  Uotson,  siz  də  lap  vaxtında  gəlmisiniz. 
Cənab Beyker, bu sizin şlyapanızdır? 
-  Bəli, ser. Bu mənim şlyapamdır.  
    O,  ucaboylu,  böyükbaşlı,  alicənab  görkəmli,  az  saqqallı  bir 
adam idi. 
-  Şlyapan  budur,  qazı  isə  yemişik.  Onu  başqa  günə  saxlaya 
bilmədik. 
-  Qazı yemisiniz! - Qonaq stuldan qalxaraq qışqırdı. 
-    Bəli,  -  Holms  dedi,  -  ancaq  burada  həmin  çəkidə  başqa  bir 
qaz var. Siz onu evə apara bilərsiniz.  
-  Oh,  çox sağ olun! - Cənab Beyker cavab verdi. 
-  Zəhmət  olmasa  deyin  görək,  -  Şerlok  Holms  sözünə  davam 
etdi, - bu qazı  haradan almışdınız? O, çox gözəl quş idi. 
-  Əlbəttə, ser, - Cənab Beyker dedi, - bizlərdə az adam tapılar 
ki,  Britaniya  Muzeyi  yaxınlığında,  “Alfa”  mehmanxanasında 
Cənab  Uindiqeyt  tərəfindən  təşkil  edilmiş  Qaz  klubuna  üzv 
olmasın.  Biz  hər  həftə  bir  neçə  pens  oraya  veririk  ki,  Milad 
bayramından  əvvəl  hər  birimiz gedib  o klubdan qaz ala bilək. 
Qazın  alınma  tarixçəsi  bu  qədər,  qalanını  isə  artıq  siz  özünüz 
bilirsiniz, ser. 
    Bu  sözləri  deyərək,  Cənab  Henri  Beyker  bizimlə 
xudahafizləşdi və otağı tərk etdi. 
-  Görürsən, Uotson,  - Şerlok Holms dedi.- Cənab Henri mavi 
rəngli  qiymətli  daş  barəsində  heç  nə  bilmir.  Gəl,  onun  dediyi 
Qaz  klubuna gedək, bəlkə oradan bir şey əldə edə bildik. 


 
77 
    Və biz birlikdə “Alfa” mehmanxanasına yollandıq. Biz bara 
daxil olduq və Holms bar sahibinə iki bakal pivə sifariş etdi. 
-   Sizin pivəniz də qazlarınız kimi əla olmalıdır. - Holms dedi. 
-   Mənim qazlarım?! – Bar sahibi təəccüblə baxdı. 
-  Bəli, mən yarım saat bundan əvvəl sizin qaz klubunun üzvü 
olan Cənab Henri Beykerlə bu barədə danışırdım. 
-    A...a!  Bəli,  bilirəm.  Ancaq  bilirsiniz,  ser  o,  qazlar  mənim 
deyildir.  Mən  onları  Kovent  Qardendən  ,  Brekinric  adlı  bir 
nəfərdən almışdım. 
-    Mən  onu  tanımıram.  Yaxşı  sizin  sağlığınıza!  Gecəniz  xeyrə 
qalsın! 
-    İndi  biz  Cənab  Brekinricgilə  gedəcəyik,  -  deyə    biz  küçəyə 
çıxanda Holms davam etdi. 
    Biz  tezliklə  Kovent  Qarden  bazarına  gəldik.  Burada  ən 
böyük  mağazalardan  biri  olan  Brekinricin  mağazasını  tapdıq. 
Sahib  bir  oğlanla  köməkləşib  pəncərə  qapaqlarını  yerinə 
qoyurdular. 
-   Axşamınız xeyir. Hava soyuqdur. - Holms dedi. 
    Mağaza sahibi dilləndi: 
-   Bəli. 
-      Görürəm  ki,  bütün  qazları  satmısınız,  -  deyə  Holms  boş 
qalmış ləmələrə baxaraq sözünə davam etdi. – “Alfa”nın sahibi 
mənə bura gəlməyi məsləhət gördü. 
-   A...a, bəli. Mən ona iyirmidən artıq qaz göndərmişdim. 
-  Onlar  həm  də  gözəl  quşlar  idi.  Bu  quşları  siz  haradan 
almışdınız? - dostum soruşdu. 
    Mənim  bu  sualı  təəccüblə  verdiyimi  görən  mağaza  sahibi 
çox hirsləndi. 
-    Bilmirəm,  bu  adamlar  qazlar  haqqında  nə  bilirlər.  Elə  hey 
gəlib  onları  soruşurlar;  qazlar  haradadır?  Onları  kimə 
satmısınız? Mən qazları 117, Brikston Roud 249 - da yaşayan 
Xanım  Okşotdan  almışdım.  Vəssalam!  -  deyə  mağaza  sahibi 
əsəbi halda sözünü tamamladı. 
    Şerlok  Holms  mağaza  sahibinə  təşəkkür  etdi  və  biz  Kovent 
Qarden bazarını tərk etdik. 


 
78 
-   İndi biz, - dostum dilləndi. - Xanım Okşotgilə gedək,  yoxsa 
bunu  sabaha  saxlayaq?  Mağaza  sahibinin  dediklərindən  aydın 
olur ki, bu qazlarla başqa adamlar da maraqlanırlar.  
    Mağazadan bir az aralanmışdıq ki, bu vaxt mağaza sahibinin 
yenə  də  kiminləsə  yüksəkdən  danışdığını  eşitdik.  Biz  arxaya 
dönəndə  mağaza  sahibinin  qapıda  dayanmış  alçaqboylu, 
qırmızısifətli adamla əl-qol ata-ata danışdığını gördük. 
-    Cəhənnəm  olsun,  sizin  qazlarınız  da!  -  deyə  o,  qışqırdı.  - 
Яgər  siz  bir  də  bura  gəlib  bu  axmaq  söhbətlərinizlə  məni 
əsəbləşdirsəniz,  onda  iti  açıb  üstünüzə  buraxacağam.  Siz 
Xanım Okşotu bura gətirin, mən ona cavab verərəm. Sizinlə isə 
danışmaq belə istəmirəm.. Məgər qazları sizdən almışam? 
-   Xeyr, ancaq onlardan biri mənim idi, - balaca adam dedi. 
-   Onda bunun üçün Xanım Okşotdan soruşun. 
-   Xanım da dedi ki, sizdən soruşum. 
-   Daha bəsdir. Rədd ol, burdan! - Brekinric ona tərəf cumdu. 
    Bunu görən qırmızısifət  kişi dərhal qaranlıqda gözdən itdi. 
-  Gəl,  bu,  balacaboylu  kişini  tapaq.  Onunla  hökmən  danışmaq 
lazımdır, - Holms dedi. 
    Biz  həmin  adamın  getdiyi  küçə  ilə  iti  addımlarla  onu 
qabaqlamağa  çalışdıq.Birdən  Holms  onu  gördü.Ona  yaxın-
laşanda  bilərəkdən  qoluna  toxundu.  O,  çiyni  üstündə  geri 
döndü, sifəti xeyli dəyişdi. 
- Nə olub? Nə istəyirsiniz? - o, qorxmuş halda astadan soruşdu. 
-  Bağışlayın, - Holms dedi.- mən indicə sizin mağaza sahibinə 
verdiyiniz  sualı  eşitdim.  Məncə,  bu  işdə  sizə  kömək  edə 
bilərəm. 
-   Siz?! Kimsiniz? Siz bu işlər haqqında nə bilirsiniz? 
-    Mən  Şerlok  Holmsam.  Sənətim  başqalarının  bilmədiklərini 
bilmək, tapa bilmədikləri şeyləri axtarıb tapmaqdan ibarətdir. 
-   Ancaq siz bu iş barəsində bir şey bilmirsiniz ki. 
-   Bağışlayın, mən artıq sizin düşündüyünüz o, məsələ barədə 
hər  şeyi  bilirəm.  Siz  Brikston  Roudda  yaşayan  Xanım 
Okşotdan Brekinricin aldığı qazı tapmağa çalışırsınız. Buradan 
da  həmin  qaz,  “Alfa”da  Cənab  Uindiqeytin  qaz  klubundan 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə