Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə23/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

 
69 
-    O,  brilyant  haqqında  danışırdı,  -  Merton  Knyaza  dedi,  -  o, 
bunu haradan bilir? 
-  O,  bunun  haqqında  çox  şey  bilir!  Mikey  Sanders  hamısını 
danışıb! 
-    Mən  ona  danışmağı  öyrədəcəyəm.  Bunun  üçün  onun  başını 
əzəcəyəm! 
-  Bu bizə kömək etməyəcək. Biz nə etməli olduğumuzu qərara 
almalıyıq. 
-    Bir  dəqiqə!  –  Sam  Merton  dedi.  O  yataq  otağının  qapısına 
tərəf  getdi  və  qulağını  qapıya  qoydu.  -  Məncə,  o  bizə  qulaq 
asmır.  O,  skripkasını  çalır.  Bu  zaman  o  bizə  necə  qulaq  asa 
bilər? Doğrudur, lakin  ola bilsin pərdənin arxasında kimsə var. 
    O pərdəyə tərəf getdi və müqəvvanı orada görərək, cəld geri 
sıçradı. 
-    Bu  haqda  narahat  olma,  -  Knyaz  dedi.    -  Bu  sadəcə, 
müqəvvadır.  Bizim  çox  az  vaxtımız  var.  Biz  bir  qərara 
gəlməliyik. Əgər biz brilyantı ona verməsək, o bizi həbs etdirə 
bilər. 
-  Nə! Yüz min funt sterlinqi ona verək? 
- Brilyant, yaxud biz. O, gedərkən bunu deyirdi. - Merton əlini 
saçlarına apararaq düşünməyə başladı. - Bu otaqda o təkdir. Nə 
üçün onu öldürməyək, onunla qurtarmayaq? 
    Knyaz başını tutdu. 
-  Biz  bu  evdən  çıxa  bilməyəcəyik.  Bundan  başqa  əminəm  ki,  
o, artıq hər şeyi polisə bildirib... Bu nədir? 
    Onlara  elə  gəlir  ki,  pəncərədən  nəsə  səs  gəlir.  Onların  hər 
ikisi  pəncərəyə  tərəf  qaçdılar,  ancaq  orada  heç  kim  yox  idi. 
Otaqda  onların  özlərindən,  birdə  ki  kresloda  qoyulmuş 
müqəvvadan başqa heç kəs yox idi. 
-  Küçədə  nəsə  var,  -  Merton  dedi.  Indi,  Knyaz,  siz  bu 
vəziyyətdən bir çıxış yolu tapmalısınız. Sən ağlınla, mən də ki,  
əlimlə. 
-  Brilyant  buradadır,  gizli  cibimdə.  Sedal  bunu  bu  axşam 
İngiltərədən  xaricə  apara  bilər  və  Amsterdamda  dörd  hissəyə 
parçalar.  


 
70 
-   Ancaq xüsusi sumka hələ hazır deyil! 
-  O,  bunsuz  gedəcək.  O,  brilyantı  sadəcə  cibində  aparacaq, 
bizim  daha  vaxtımız  yoxdur.  Holmsa  deyəcəyəm  ki,  brilyant 
Liverpuldadır və bunu onun üçün gətirməyə söz verəcəyəm. O, 
Liverpulda  yolda  olarkən,  brilyant  artıq  Hollandiyada  olacaq. 
O zaman biz mavi suların qoynunda olacağıq. Bu musiqi! Mən 
skripkanın  səsinə  nifrət  edirəm!  Pəncərəyə  tərəf  gəl,  heç  kəs 
bizi görə bilməz. 
-    Bu  böyük  brilyantı  özün  ilə  gəzdirməyinə  çox  təəccüb 
edirəm. Ona təəccüb edirəm ki, siz qorxmursunuz. 
-  Harada  yaxşı  bir  yer  tapım?  Biz  onu  muzeydən  götürəndə 
düşünmürdüm,  artıq  onu  kimsə,  həmçinin  bizim  evdən  də 
götürə bilər? 
-  Bura bax, bu qəşəng deyilmi?! 
   O,  brilyantı  əlində  göyə  atdı.  Bu  zaman  müqəvva  qoyulmuş 
kresloda oturmuş  Holms cəld  ayağa qalxdı  və brilyantı  göydə 
tutdu.  O,  brilyantı  sol  əlinə  ötürdü  və  sağ  əlində  tapança 
göründü. İki cinayətkar elə təəccübləndilər ki, danışmağa belə 
imkan olmadı. Onlar bunu özləri etdilər, Holms zəngi basdı. 
-    Ehtiyatlı  olun,  cənablar,  ehtiyatlı  olun!  Hər  şey  başa 
çatmışdır,  burada  sizlik  daha  bir  şey  yoxdur.  Polis  küçə 
qapısındadır. 
    Knyaz təəccübdən bərk qəzəblənmişdi. 
-   Nə?! Şeytan, siz necə..? 
-  Sizin  təəccüblənməyiniz  tamamilə  təbiidir.  Knyaz,  siz  onu 
bilmirdiniz ki, yataq otağından ikinci qapı bu pərdənin arxasına 
açılır. Mən müqəvvanı  kreslodan  götürəndə bir az səs elədim. 
Siz  də  bunu  eşitdiniz.  Ancaq    bəxtim  gətirdi:  siz  elə  fikir-
ləşdiniz  ki,  səs  küçədən  gəlir.  Bu  zaman  mən  burada  sakitcə 
oturub sizin söhbətinizə qulaq asırdım. 
-  Siz şeytansınız, Holms! - Knyaz acıqlı halda dedi. 
- Çalışıram ki, bəzən insanlar iblisi də xoşlasınlar, cənab,- deyə 
Holms gülərək cavab verdi. 
   Sam  Merton  yalnız  indi  hər  şeyi    yavaş-  yavaş  anlamağa 
başlayırdı.  


 
71 
- Bəs skripkada çalan kim idi? - O soruşdu. - Mən onun səsini 
indi də eşidirəm, -  Knyaz dedi. 
-  Siz  tamamilə  haqlısınız.  -  Holms  cavab  verdi.  –  Bu 
qramafonlar çox gözəl alətdir. 
    Bu vaxt qapı açıldı. Polis nəfərləri içəri girdilər və dərhal iki 
caninin əllərini qandalladılar. Hamı gedəndən sonra Uotson və 
Billi  (əlbəttə,  indi  o  burada  idi)  dostunun  bu  böyük 
qələbəsindən  heyranlıqla  danışmağa  başladı,  amma  Şerlok 
Holms onlara mane oldu.  
-  Mən xanım Handsona demişdim ki, axşam yeməyini bu gün  
səkkizin  yarısında    yeyəcəyəm.  Düz  vaxtıdır.  Əminəm  ki, 
Handson bizim üçün bir şey hazırlayıb. Billi, ona de ki, yemək 
hazır olanda bizi çağırsın, gəlib yerimizdə oturaq.  
                                                                    Alar, 1983 -cü il.                                                                   
 
  
 
 
 
 
 
 
 
 
 
 


 
72 
                   Göy yaqut 
 
    Milad  bayramından  iki  gün  sonra  dostum,  Şerlok  Holms 
məni  yanına  çağırmışdı.  Mən  otağa  girəndə  Holms  divanda 
oturub  qəlyanını  fısqırdırdı.  Səhər  qəzetləri  də  yanında  idi. 
Divanın yanında ağacdan qayrılmış bir stul, onun arxasında isə 
köhnə bir keçə şlyapa asılmışdı. Stolun üstündə qoyulmuş lupa 
və  maqqaşdan  aydın  etmək  olurdu  ki,  Holms  həmin  şlyapanı 
diqqətlə yoxlayırmış. 
-    Siz  məşğulsunuz,  bəlkə  bir  azdan  gəlim,  -  deyə  onun  işinə 
mane olmaq istəmədim. 
-  Eybi  yoxdur.  Mən  çox  şadam  ki,  işlərimin  nəticələrinin 
müzakirəsində  dostum  da  iştirak  edir.  İş  o  qədər  də  çətin 
deyildir, amma bu işin içərisində maraqlı şeylər çoxdur. 
    Mən dostumun sobaya yaxın qoyulmuş kreslosuna əyləşdim 
və  əllərimi  sobada  qızdırmağa  başladım.  Hava  çox  soyuq  idi. 
Bayırda  şaxta  pəncərəyə  buz  kristallarından  zərif  naxış 
çəkmişdi.  
-    Məncə,  bu  köhnə  şlyapa  sizə  bir  neçə  sirri,  bəlkə  də  bir 
cinayəti aydınlaşdırmaq üçün açar olacaqdır. 
-    Yox,  yox.  Burada  cinayət  yoxdur.  –  Holms  güldü.  –  Siz 
bizim binada işləyən Petersonu tanıyırsınızmı? 
-  Bəli. 
-  Bu köhnə şlyapa onundur. 
-  Bu onun şlyapasıdır? 
-  Yox,  yox.  O,  bunu  tapıbdır.  Bu  şlyapanın  sahibi  məlum 
deyildir. Bu şlyapa Milad bayramı günü, indi Petersonun sobası 
üstündə  qızardılan  yağlı  bir  qazla  buraya  gətirilmişdi.  Olan 
faktlar  bunlardır.  Milad  bayramı  günü,  təxminən  saat  dörd 
radələrində  Peterson  Oksford  küçəsi  ilə  evə  gəlirmiş.  Onun 
qabağınca  əlində  ağ  qaz  aparan  hündürboylu  ağsaç  bir  kişi 
gedirmiş. Küçənin tinində bir qrup oğlan bu yad adama hücum 
edirlər,  onun  şlyapasını  vurub  yerə  salırlar.  Həmin  kişi  əl 
ağacını  qaldırıb  özünü  oğlanlardan  müdafiə  etmək  istəyir, 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə