Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə21/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

 
63 
Knyaz  Neqretto  Silviyus  adlandırır.  Bunu  yazın-  Knyaz 
Silviyus, morsayde Qarden 136. 
    Uotson dostuna baxdı; onun tərtəmiz üzündə gərginlik vardı.     
-    Əgər  siz  o  adamın  adını  və  ünvanını  bilirsinizsə,  nə  üçün 
gedib polisə demirsiniz, onu həbs etdirmirsiniz? 
-  Hə,  bunu  edə  bilərəm.  Və  o  da  bunu  biləcək,  məndən 
qorxacaq. 
-   Bəs niyə etmirsiniz? 
-   Axı brilyantın harda olduğunu bilmirəm?! 
-   Billi brilyant tac barədə mənə danışdı. 
-  Elədir! İri, sarı brilyant tacdı! Mən oğrunu da tanıyıram: mən 
bu  “balıqları”  nə  vaxt  istəsəm  tuta  bilərəm,  ancaq  bu  mənə 
brilyantı tapmaqda necə kömək edəcək?  
-   Knyaz Silviyus bu balıqlardan biridir? 
-  Bəli, o, balinadır. O biri, Sam Merton boksçudur. Merton da 
böyük  balıqdır,  ancaq  o,  balina  ola  bilməz.  O,  Knyaza 
sədaqətlə xidmət edir. 
-   Knyaz Silviyus indi haradadır? 
-  O  bu  yolun  qarşısındakı  binadadır.  O,  öz  pəncərəsinin 
qarşısında  oturub,  mənim  pəncərənin  qarşısına  qoyduğum 
müqəvvaya baxır və mənə elə gəlir ki, o məni necə öldürməsi 
haqqında düşünür. 
-  Billi, Billi, o nə edir?- Şerlok Holms qapı qarşısında dayanan 
oğlana işarə etdi. 
-   Bir cənab sizi görmək istəyir.O deyir ki,  adı Silviyusdur. 
-   Knyaz  Silviyus. 
-  Həmin  adam,  özü!-  Holms  ucadan  çığırdı.  -  görürəm  o, 
qorxaq  deyil.  Onun  buraya  gəlməsi  adamdan  cəsarət  istəyir, 
bilə-bilə ki, mən onun düşməniyəm. Indi nə edim, Uotson? 
-    Polisə adam göndər. 
-    Ola  bilsin  ki...  Ancaq  hələ  yox.  Gəl  pəncərədən  küçəyə 
baxaq. Əgər oradan qapıma baxan varsa, mənə söylə.  
    Uotson  bayıra  diqqətlə  baxdı,  dedi:  -  Hə,  orda  üzündən  cin 
yağan bir adam var. 


 
64 
-  Bu  Sam  Mertondur.  Billi,  mən  zəng  edəndə  özünü  Knyaza 
göstər. Evdə olmayacağam, ancaq bunun fərqi yoxdur. 
   Qapı bağlanan kimi, Uotson Holmsa tərəf döndü: 
-  Holms, indi bu mümkündür! 
-  Bu  adam  təhlükəlidir.  Necə  bilirsən,  o,  səni  öldürməyə 
gələcək? 
-  Əzizim Uotson, siz mənə mane olacaqsınız. 
-  Mən sizi onunla təkbətək qoya bilmərəm. 
-    Bəli,  siz  bacararsınız,  Uotson.  Mən  əminəm  ki,  bu  oyunu 
axıra  qədər    oynamaqda  mənə  kömək  edəcəksiniz.  Bu  adam 
bura öz məqsədi ilə gələcək, ancaq o, burda mənim məqsədim 
üçün  qalacaq.  Holms  cib  dəftərçəsini  çıxardı  və  ora  kiçik  bir 
qeyd etdi. 
-  Bunu polis kapitanı Parsona çatdır və bir neçə polis nəfəri ilə 
buraya gəlsin. Knyazın izlənib həbs edilməsi başa çatacaq. 
-   Mən bunu məmnuniyyətlə yerinə yetirəcəyəm. 
-  Siz qayıdanadək, ümid edirəm ki, brilyantın harada olduğunu 
tapacağam. 
    O, qapının zəngini basdı.  
-    Düşünürəm  ki,  yataq  otağına    getsək  yaxşıdır.  Mən  
“balinamı” görmək istəyirəm, ancaq onun  hələ məni görməsini 
istəmirəm.  Yataq  otağından  küçəyə  qapı  açılır,  beləliklə,  siz 
polis üçün bu yoldan gedə bilərsiniz. 
    Knyaz Silviyus içəri girəndə, artıq otaqda heç kəs yox idi. O, 
ucaboylu,  qara  sifətli  adam  idi.  Onun    burnu  ağzının  üstünə 
qədər  uzanmışdı.  Qapı  arxadan  örtülən  kimi,  o,  ətrafa  çevik 
nəzər  saldı;  pərdə  ilə  pəncərə  arxasında,  kresloda  oturmuş 
müqəvvanı  gördükdə,  onun  üzündə  qorxunc  ifadələr  yarandı. 
O,  sakitcə  müqəvvaya  tərəf  yeridi.  Kresloya  çatanda  əlindəki 
ağır odun parçasını yuxarı qaldırdı. 
    Bu zaman yataq otağının qapısından istehzalı bir səs eşidildi: 
-  Mənim  müqəvvamı  parçalamayın,  Knyaz!  O,  mənə  10  funt 
sterlinqə başa gəlib. 
    Cani  səs  gələn  tərəfə  döndü.  Onun  gözləri  təəccübdən 
böyümüşdü. O, bir addım irəli getdi və yenidən əlindəki odun 


 
65 
parçasını  qaldırdı,  ancaq  Holmsın  soyuq  baxışları  onun  əlinin 
aşağı düşməsini məcbur etdi. 
    Şlyapanızı  və  ağacınızı  stolun  üstünə  qoyun.  Çox  sağ  olun! 
Yaxşı  olardı  ki,  silahınızı  da  stolun  üstünə  qoyasınız.  Yox? 
Çox  yaxşı,  necə  istəyirsiniz.  Mənimlə  görüşməyi  qərara 
aldığınıza  görə  çox  şadam.  Çox  istərdim  ki,  sizinlə  bir  balaca 
söhbət edək. 
    Holmsın  xoş  sözləri  Knyazın  qəzəbli  gözlərində  heç  bir 
dəyişiklik  yaratmadı. 
-  Həmçinin  mənim  də  sizə  söyləyəsi  bir  neçə  sözüm  var, 
Holms!  –  O,  bu  sözləri  çox  kəskin  dedi.-  Günahımı  boynuma 
alıram ki, bu saat sizi öldürmək fikrindəydim. 
-  Niyə? 
-    Çünki  siz  mənim  qarşımı  kəsmisiniz;  sizin  adam  məni 
izləyir. 
-    Oh,  yox, cənab,  -  Holms  dedi.- Mənim sizin  dediyiniz kimi 
adamım yoxdur. 
    Knyaz güldü: 
-  Siz  elə  düşünürsünüz  ki,  mən  uşağam?  Mən  siz  gördüyünüz 
kimi  çox  yaxşı  görürəm.  Dünən  hara  gedirdimsə,  bir  adam 
arxamca gəlirdi. Bu gün isə yaşlı bir qadın. 
    Holms güldü: 
-    Məlumatınıza  görə  çox  sağ  olun.  Düşünürəm  ki,  pis  aktyor 
deyiləm. 
-  Bu siz idiniz... siz özünüz? 
    Holms gülümsədi. 
-  Siz yaşlı qadının şlyapasını stolun üzərində görə bilərsiniz. 
    Knyaz cəld stolun üstünə baxdı. 
-    Mən  başa  düşmədim,  -  o  dedi.  -  Deməli,    o  sizin  adam 
deyildi, ancaq siz özünüz idiniz. Bəs məni niyə izləyirsiniz? 
-    Siz  tanınmış  idmançısınız,  Knyaz,-  Holms  dedi.  -  Siz  şir 
öldürmək üçün Afrikaya çoxlu səyahət etmisiniz. Nə üçün? 
-   Nə üçün? İdman- təhlükə! 
-    Əlbəttə,  ölkəni  pis  heyvanlardan,  təhlükədən  azad  etmək 
üçün? 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə