Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə20/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

 
60 
    1889-cu  ilin  fevralında  isə  yazıçının  “Mikki    Klarkın  
macəraları” adlı kitabı “Lonqman” nəşriyyatı tərəfindən çap 
edildi. Daha sonra
 
Arturun 1889-cu ildə “Ağ dəstə”, 1890-cı 
ildə  isə  “Dörd  işarə”  adlı  kitabları  nəşr  olundu.  1892-ci  ildə 
onun  “Qaçqınlar”  (İki  qitənin  nağılı)  adlı  hekayələr  kitabı 
çap  olundu.  Artur  1892-ci  ildə  Norvudda  olarkən  Napoleon 
epoxasına həsr etdiyi “Böyük kölgə” əsəri üzərində işləməyə 
başlayır və həmin ilin sonunda  əsərini tamamlayır. O, 1896-
cı  ildə  Misirdə  olarkən  “Rodni  Stoun”  adlı  kitabını 
tamamlayır. O, 1897-ci ilin sonunda “Şerlok Holms” pyesini 
yazır.  
    A.Konan  Doyl  1898-ci  ilin  yazında  İtaliyaya  getməmişdən 
öncə özünün üç hekayəsini; “Saatlı adam”, “Hörümçək ovu” 
və “İtmiş sürət qatarı”nı yazır.   
    Artur  1900-cu  il  aprelin  2-də  Afrikaya  gəlir.  Buraya 
gəlməsinin  əsas  səbəbi  Afrikada  geniş  yayılmış  bağırsaq 
xəstəliyi epidemiyasının qarşısının alınmasında həmkarlarına 
kömək etmək idi. 11 iyulda isə o, yenidən İngiltərəyə qayıdır. 
Afrikada olduğu müddətdə Artur tif, vəba, müharibə yarası və 
digər  xəstəliklərdən  əzab  çəkən  və  sonda  həyatla  vidalaşan 
minlərlə  insan  görmüşdü.  Sonradan  o,  gördüklərini  “Böyük 
əzab müharibəsi” adlı kitabında oxucuları ilə paylaşmışdı.  
    1902-ci  ildə  Doyl  yenidən  Şerlok  Holmsın  macəraları 
üzərində  işləyərək  “Baskervillərin  iti”  adlı  kitabını  nəşr 
etdirir. 
    A.Konan  Doylın  1910-cu  ildə  “Konqoda  cinayət”  əsərini 
yazır. Sonra isə “İtirilmiş dünya”, “Zəhərlənmiş kəmər” kimi 
əsərləri ona böyük uğur qazandırır. 
    Artur Konan Doyl  7 iyul 1930 - cu ildə vəfat  etdi. 
 
 
 
          


 
61 
                    
Brilyant tac     
         
    Doktor Uotsonun yenidən Şerlok Holmsın iş otağında olması  
ona  xoş  təsir  bağışlayırdı,  çünki  bütün  naməlum  macəraların 
aydınlaşdırılması  buradan  başlayırdı.  Uotson  əvvəlcə  ətrafına 
nəzər  saldı,  amma  heç  kəsi  görə  bilmədi.  Nəhayət,  geri 
dönəndə  Billinin  gülümsəyən  sifəti  ilə  qarşılaşdı.  Billi  gənc 
olsa  da,  çox  ağıllı  oğlan  idi.  Tənha  olduğunu  unutmaq  üçün 
Holmsa kömək edirdi. 
-  Burada  heç  bir  dəyişiklik  yoxdur,  Billi,  siz  də  heç 
dəyişilməmisiniz.  Əminəm  ki,  siz  də  onun  haqqında  mənim 
kimi düşünürsünüz. 
    Billi narahat  halda yataq otağının qapısını araladı. 
-   O, yatır,- dedi. 
    Gözəl  yay  günlərinin  biri  idi;  axşam  saat  yeddi  olardı. 
Doktor  Uotson  bir  az  əvvəl  eşitdiyi  sözlərə  o  qədər  də 
təəccüblənmədi.  Şerlok  Holms  çətin  işləri  araşdıranda  gecəni 
gündüzə qatardı. 
-    Belə  çıxır    ki,  o,  yenə  də  çətin  məsələlər  üzərində  işləyir?- 
Uotson Billidən soruşdu. 
-  Bəli, cənab, onun işləri olduqca ağırdır, mən onun sağlamlığı 
üçün  qorxuram.  O,  heç  bir  şey  yemir,  günü-gündən  zəifləyir. 
Handson ondan nə vaxt nahar edəcəyini soruşanda  Holms belə 
dedi: 
-  Birisi  gün,  8-in  yarısında.  Dünən  bütün  günü  yoxsul  bir 
paltarda gəzib, bu gün isə yaşlı qadın donu geyinib. 
    Billi otağın qaranlıq küncündə qoyulmuş stolun yanına getdi. 
Onun  üzərində  qoyulmuş  qadın  şlyapasını  götürüb  Uotsona 
göstərdi.  Bu  yaşlı  qadın  donunun  bir  hissəsidir.  O,  kimisə 
izləyirdi. 
-   Bu şeylər haqqında bir fikir söyləyə bilərsən? 


 
62 
-  Mən  sənə  danışacağam,  cənab,  amma  bu  barədə  heç  kəs 
bilməməlidir. – Billi yavaşca danışmağa başladı.- Bu, Brilyant 
tac məsələsidir. 
-    Hansını  deyirsən?  Milli  muzeydən  oğurlanan  yüz  min  funt 
sterlinq qiymətində olan o brilyantı? 
-  Bəli, cənab, onlar bunu geri qaytarmağa çalışırlar. Baş nazir 
özü  Şerlok  Holmsla  danışmağa  gəlmişdi.  Cənab  Holms 
bacardığı hər şeyi etməyə söz verdi. 
-  Yaxşı, əminik ki, o, bu işi başa çatdıracaq. Hə, Billi, mənə de 
görüm  niyə  pərdəni  pəncərənin  qabağında  kənara  çəkmə-
misiniz? 
    Billi  pəncərəyə  tərəf  yeridi.  Pərdəni  pəncərənin  qarşısından 
kənara  çəkdi.  Doktor  Uotson  təəccüblə  qışqırdı.  Pərdə  ilə 
pəncərənin arasında yerləşən böyük kresloda sifəti və əyin-başı 
Şerlok Holmsa bənzəyən bir müqəvva oturmuşdu. 
-  Siz buradan çöl-bayırı və küçəni görə bilərsiniz, - Billi dedi. 
O,  pəncərəyə  yaxınlaşdı.  –  Baxın,  indi  bu  evin  pəncərəsi 
önündə kimsə var. 
    Uotson  bir  addım  irəli  gəldi;  bu  vaxt  yataq  otağının  qapısı 
açıldı  və  Holms  otağa  daxil  oldu.  O,  bir  söz  demədən 
pəncərəyə  tərəf  cumdu,  Billini  kənara  itələdi  və  pəncərəni 
pərdəylə örtdü. 
-  Billi,  siz  axmaqsınız!-  ucadan  dedi.-  Mən  sənə  demişdim  ki, 
pərdəyə toxunma. Bu pərdəyə nə vaxt  yaxınlaşsanız, həyatınız 
təhlükədə ola bilər.  
    O,Uotsona  tərəf  döndü:-  Uotson,  sizi  yenidən  burada 
görməyim  çox  yaxşı  oldu.  O,  Uotsonun  əlini  tutub  möhkəm 
sıxdı və əlavə etdi,- Əyləşin, elə bil sizi yüz ildi görməmişəm. 
-  Bu nə təhlükədir? - Uotson oturan kimi soruşdu. 
-  Mənim  həyatım  təhlükədədir,-  Holms  cavab  verdi.-  Kimsə 
məni öldürməyə çalışır. 
-   Zarafat edirsiniz?! 
-  Yox,  mən  zarafat  etmirəm,  ciddi  sözümdür.  Polisə  gedib 
cinayətkarın  adını  və  ünvanını  söyləmək  istəyirəm.  O,  özünü 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə