Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə17/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

 
51 
təkanların  baş  verməsidir  ki,  bu  barədə  də  həmişə  məlum 
olmayan  faktlarla  rastlaşmalı  olursan...  Sizsə  hər  bir  şeyin 
diqqətinə varmağına çalışırsız. 
    Həkim beyninə girmiş bu axmaq fikirlərdən yaxa qurtarmaq 
üçün təbəssümlə Cekə sarı döndü: 
-  Gəlin,  bütün    bu  axmaq  hadisələrdən  uzaq  olmağa  çalışaq,- 
deyə təklif etdi. 
    Cek razı oldu, ancaq qara fikirlərdən yaxa qurtarmaq o qədər 
də asan deyildi. 
    Cek səhər yeməyindən əvvəl qolf oynuna bir həftə getmədi. 
    Gözlənilməz bir hadisə əhvalatın  gedişinə müəyyən mənada 
təsir  etdi.  Günlərin  birində  evə  qayıdarkən  Cekə  cavan  bir 
xanımın  onun  yolunu  gözlədiyini  xəbər  verdilər.  O,  cavan 
xanımı görəndə həddindən artıq təəccübləndi. Gələn, Cekin öz-
özündə  “bənövşə”  adlandırdığı  qız  idi.  Özü  də  çox  əsəbi  və 
narahat idi. 
-  Sizi  narahat  edib  yanınıza  gəldiyim  üçün  gərək  məni 
bağışlayasınız, cənab! Mənim sizə deyiləsi sözüm var. Mən... 
    O, tərəddüdlə ətrafına nəzər saldı. 
 -  Bura buyurun,- deyə Cek qızı mehmanxanada xanımlar üçün 
ayrılan  boş  qonaq  otağına  dəvət  etdi.  Qırmızı  məxmərlə 
bəzədilmiş otaq yaman cansıxıcı idi. 
-   İndisə əyləşin, miss...miss... 
-   Marşad, cənab.  Felise Marşad. 
-   Əyləşin, mademuazel Marşad və hər şeyi mənə danışın. 
    Felise  dinməzcə  əyləşdi.  O,  bu  gün  tünd  yaşıl  paltar 
geymişdi.  Qızın  məğrur  sifətinin  gözəlliyi  və  təravəti 
həmişəkindən  daha  aydın  gözə  çarpırdı.Qızın  yanında 
əyləşəndə Cekin ürəyi şiddətlə döyünməyə başladı. 
- Deməli, belə, - deyə Felise sözə başladı. – Biz qısa müddətdir 
ki,  burada  yaşayırıq.  Gəlişimizin  ilk  günündən  eşitmişik  ki, 
evimiz-  bizim  kiçik,  qəşəng  evimiz-  ruhların  məskənidir. 
Burada  heç  bir  qulluqçu  qalmaq  istəmir.  Bunun  o  qədər  də 
böyük  əhəmiyyəti  yoxdur.  Mənim  ev  işlərindən  başım  çıxır, 
xörək bişirməyi də bacarıram. 


 
52 
    Başını  itirmiş  cavan  oğlan  zahirən  üzündəki  ciddiliyi 
qoruyub  saxlamağa  çalışdısa,  bunu  bacarmadı:  “Çox  gözəldir, 
lap mələkdir”,- deyə düşündü. 
-    Kabuslar  haqqında  aparılan  söhbətləri  son  dörd  günə  qədər 
boş  bir  şey  bilirdim.  Cənab,  dörd  gecədir  ki,  mən  eyni  bir 
yuxunu  görürəm.  Qarşımda  bir  qadın  dayanır-  cazibədar, 
hündürboylu və çox gözəl bir qadın. Əllərində isə mavi rəngli 
çini qab tutub. O, əzab çəkir, çox əzab çəkir və hey qabı mənə 
tərəf  uzadır,  gözlərində  yalvarış,  sanki  məndən  imdad  istəyir. 
Heyhat!  O  danışa  bilmir,  mənsə,  onun  nə  istədiyini  anlaya 
bilmirəm. Əvvəlki iki gecə gördüyüm yuxu bununla başa çatdı, 
amma  srağagünkü  gecə  yuxumda  başqa  bir  şey  də  gördüm. 
Qadın və çini qab birdən yox oldular və mən qadın qışqırtısını 
eşitdim:  “Öldürürlər,  kömək  edin!  Öldürürlər!”  Mən  dəhşət 
içində yuxudan ayıldım. Öz-özümə dedim ki, məni qara basır, 
sizin mənə dediyiniz sözlərlə yuxumdakı sözlərin eyni olmasını 
bir  təsadüf  hesab  edirəm.  Lakin  son  gecə  yenə  də  həmin 
yuxunu gördüm. Cənab, bu nə deməkdir? Həmin sözləri siz də 
eşitmisiniz. Biz indi nə edəcəyik? 
    Felisenin üzündə dəhşət ifadəsi vardı. O, balaca əllərini bir-
birinə  sıxaraq,  mərhəmət  diləyirmiş  kimi  gözlərini  Cekə 
dikmişdi. Cek isə özünü soyuqqanlı göstərməyə çalışdı. 
-  Hər  şey  öz  qaydasındadır,  mademuazel  Marşad.  Narahat 
olmayın. Əgər etiraz etməsəydiniz, sizə bir şey demək istərdim. 
Sizə  məsləhət  görürəm  ki,  bütün  bu  əhvalatı  olduğu  kimi  bu 
mehmanxanada  yaşayan  dostum  Doktor  Lavinqtona  danı-
şasınız. 
    Felise bu təklifə razı olduğunu bildirən kimi Cek Lavinqtonu 
axtarmaq  üçün  otaqdan  çıxdı  və  az  keçməmiş  onunla  birlikdə 
qayıdıb gəldi. 
    Lavinqton Cekin tələsik izahatına qulaq asa-asa qızı başdan- 
ayağa diqqətlə süzdü. Bir - iki kəlmə ilə onu sakitləşdirdikdən 
sonra öz növbəsində qızın əhvalatını diqqətlə dinlədi. 
-  Çox qəribədir. Siz bunları atanıza demisinizmi?- qız sözünü 
qurtardıqdan sonra həkim soruşdu. 


 
53 
    Felise başını buladı. Onun gözləri yaşarmışdı: 
-    Mən onu narahat  etmək istəmədim. O hələ də  ağır xəstədir. 
Mən atamdan onu həyəcanlandıra biləcək hər şeyi gizlədirəm. 
    Lavinqton səmimi halda dedi: 
-  Sizi  başa  düşürəm.  Şadam  ki,  bizə  müraciət  etmisiniz, 
mademuazel  Marşad.  Bildiyiniz  kimi  Hartinqtonun  da  başına 
sizinkinə oxşar bir əhvalat gəlib. Belə zənn edirəm ki, indi biz 
düzgün  yoldayıq.  Dediklərinizə  daha  bir  şey  əlavə  edə 
bilərsinizmi? 
    Felise diksinən kimi oldu: 
-  Əlbəttə! Mən necə də axmağam. Bütün əhvalatın canı da elə 
bundadır.  Bir  bura  baxın,  cənab.  Mən  bunu  şkaflardan  birinin 
dalından tapmışam. Sürüşüb rəfin arxasına düşübmüş. 
    Qız sulu boya ilə kağız üzərində səliqəsiz çəkilmiş bir qadın 
şəklini  onlara  göstərdi.  Bu  adi  rəssam  cızmaqarası  idi,  lakin 
rəsmdəki qadın hündürboy və gözəl idi. Sifətində güclə sezilən, 
ingilislərə  xas  olmayan  bir  ifadə  vardı.  Qadın  üstündə  mavi 
rəngli çini kuzə olan stolun yanında dayanmışdı. 
 -    Mən  bunu  elə  bu  gün  səhər  tapmışam,  -  deyə  Felise  izah 
etdi. - Cənab doktor, bu mənim yuxuda gördüyüm qadın, bu isə 
həmin mavi kuzədir. 
    Lavinqton  çəkilən rəsmin şərhini verdi: 
-  Çox qəribədir. Aydındır ki, sirrin canı bu mavi kuzədədir. Bu 
kuzə  Çində  düzəldilənə  oxşayır.  Özü  də,  görünür,  çox 
qədimdir. Göründüyü kimi, üstündə yapma naxış var. 
    Cek onun sözünə qüvvət verdi: 
-    Düzdür,  Çində  düzəlib.  Əmimin  kolleksiyasında  tamamilə 
buna bənzərini görmüşəm. Elə lap bu yaxınlarda. Mənim əmim 
Çində düzəldilmiş çini qabların məşhur kolleksioneridir. 
 Çində düzəldilmiş kuzə,- deyə Lavinqton fikrə daldı. Bir-iki 
dəqiqədən  sonra  dərin  fikirdən  ayrılıb  gözlənilmədən  başını 
yuxarı qaldırdı. Onun gözlərində qəribə bir parıltı vardı. 
-   Hartinqton, bu kuzə əminizdə çoxdandırmı? 
-   Çoxdan? Doğrusu, bilmirəm. 
-   Yaxşı- yaxşı fikirləşin. Onu bu yaxınlardamı alıb? 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə