Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə13/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

 
39 
bitən yamacın arxasında idi. O, bir göz qırpımında yamacı ötüb 
keçdi  və  çəpərli  bağın  xırda  darvazasının  qabağında  ayaq 
saxladı. 
    Bağda  bir  qız  əlində  yarıyacan  alaq  otuyla  dolu  səbət 
tutmuşdu. Bir anlığa Cekə elə gəldi ki, kömək üçün qışqıran bu 
qızdır, amma bu fikir tez də ötüb getdi. 
    Əlindəki səbətdən aydınca görünürdü ki, qız indicə bənövşə 
ləkinin  alağını  vururmuş.  Cek  qızın  gözlərini  ala-bəzək 
bənövşələrə  bənzətdi;  gözlər  mavidən  çox  bənövşə  rəngin-
dəydi,  məxməri  və  incə  idi;  qızın  dümdüz  qaməti  vardı, 
əynindəki kətan donu da bənövşəyi idi. 
    Qız təəccüblə Cekə baxdı, elə bil baxışları dolmuşdu. 
-   Bağışlayın,- Cek dedi. - qışqıran siz idiniz? 
-   Mən? Xeyr, qışqırmamışam. 
    Qız  elə  təəccübləndi  ki,  Cek  özünü  büsbütün  itirdi.  Qız 
sözləri açıqca seçilən əcnəbi ləhçə ilə tələffüz edirdi. 
    Cek ucadan dedi: 
-    Axı,  siz  onu  eşitməli  idiniz?  Səs  hardansa,  yaxınlıqdan 
gəlirdi. 
    Qız gözlərini şaşqınlıqla bərəldərək: 
 Mən heç nə eşitməmişəm, - dedi. 
    Cek  də  gözlərini  qıza  zillədi;  qızın  imdad  diləyən  o  əzablı 
harayı  eşitməməsi  Cekə  son  dərəcə  qəribə  gəldi.  Lakin  qız    o 
qədər  sakit  görünürdü  ki,  Cek  onun  yalan  danışmasına  inana 
bilmədi. 
    Cek təkidlə: 
-   Səs haradansa lap yaxından gəlirdi,- dedi. 
    Bu dəfə qız onu şübhə ilə süzdü. 
 Nə deyirdilər, axı? 
-   Öldürürlər, kömək edin! Öldürürlər! 
-   Öldürürlər, kömək edin! Öldürürlər! - deyə qız təkrar etdi. 
-  Cənab, görünür, kimsə sizinlə zarafat edib. Axı, burada kimi 
öldürə bilərlər? 


 
40 
    Cekə  elə  gəldi  ki,  bağdakı  cığıra  bir  qədər  yaxşı  baxsa, 
kiminsə  meyitini  görəcək.  O,  kottecin  pəncərələrini  diqqətlə 
nəzərdən keçirdi; ətrafda sakitlik və dinclik hökm sürürdü.  
-   Siz bizim evdə axtarış aparmaq istəyirsinizmi? 
    Qızın  ondan  açıq-aşkar  şübhələndiyini  görən  Cek  özünü 
əvvəlkindən daha çox itirdi və üzünü yana çevirib dedi: 
 -    Bağışlayın,  görünür,  səs  o  yandakı    hündür  ağacların 
arasından gəlirmiş. 
    O, papağını yuxarı qaldırıb sağollaşdı və geriyə qayıtdı. Cek 
qanrılıb  çiyni  üstündən  arxaya  baxanda  qızı  səssizcə  işləyən 
gördü. 
    Cek  ağacların  arasında  xeyli  gəzib  dolaşdı.  Lakin  heç  bir 
qeyri-adi hadisənin izinə rast gəlmədi. Buna baxmayaraq o, səs 
eşitdiyinə  əmin  idi.  Nəhayət,  Cek  axtarışlarından  əl  çəkdi  və 
birtəhər  səhər  yeməyini  yeyib  özünü  8:46-  da  şəhərə  yola 
düşən  qatara  çatdırmaq  üçün  evə  tələsdi.  Qatara  mindikdən 
sonra  o,  vicdan  əzabı  çəkməyə  başladı.  Bəlkə  o,  bu  barədə 
dərhal  polisə  xəbər  versə  yaxşıdır?  Lakin  “bənövşəyi”  qızın 
ona necə şübhə ilə baxdığı yadına düşəndə bu fikirdən daşındı. 
Kim  bilir,  bəlkə  polis  də  bunu  uydurma  zənn  edəcək.  Bəs  o, 
özü bu səsi eşitdiyinə əmindirmi? 
    Indi Cek əvvəlki inamını itirmişdi. Nə qədər götür-qoy eləsə 
də,  qəti  qərara  gələ  bilmirdi.  Bəlkə,  haray  salan  quş  imiş? 
Bəlkə o, quşun çığırtısını qadın səsi zənn etmişdi? 
    Cek  bu  fikri  də  hirslə  rədd  etdi.  Onun  əsl  qadın  səsi 
eşitmişdi. Qışqırtını eşitməzdən əvvəl  hələ bir saata baxdığı da 
yadındadır.  Bu  səs  təxminən  səkkizə  iyirmi  dəqiqə  işləmiş 
gəldi;  əgər  nəsə  tapılıb  eləsə,  polis  üçün  də  qiymətli  dəlil  ola 
bilər. 
    Cek  işdən  evə  qayıdarkən  axşam  qəzetlərini  həyəcanla 
nəzərdən  keçirdi.  Baş  vermiş  cinayət  haqqında  məlumat 
axtarırdı,  lakin  qəzetlər  bu  barədə  heç  nə  demirdi.  Cek  nə 
edəcəyini bilmədi -  sevinsin, yoxsa təəssüflənsin? 
    Ertəsi  gün  hava  çox  rütubətli  idi.  Belə  bir  gündə  ən  sadiq 
qolf  pərəstişkarları  belə  evdə  otururlar.  O,  yataqdan  qalxdı, 


 
41 
tələsik səhər yeməyini yedi və stansiyaya yürüdü. Qatarda yenə 
də qəzetlərə acgözlüklə nəzər yetirdi. Dəhşətli cinayətdən hələ 
də əsər-əlamət yox idi. Axşam qəzetlərində də heç bir məlumat 
görmədi. 
   “Qəribədir,”- düşündü, -“görünür, uşaqlar meşəlikdə dəcəllik 
edirmişlər.” 
    Növbəti  gün  sübh  tezdən  o,  gəzməyə  çıxdı.  Kottecin 
yanından  ötəndə  gözucu  baxıb  gördü  ki,  qız  yenə  bağdadır, 
alaqla  məşğuldu.  Yəqin  bu,  qızın  adəti  imiş.  Cek  oyuna  çox 
sərrast zərbə ilə başladı. Ürəyindən keçdi ki, kaş bu zərbəni qız 
görəydi. O, növbəti topu çıxış nöqtəsinə qoydu və saatına baxıb 
pıçıldadı: 
-  Saat səkkizə iyirmi beş dəqiqə işləyib. Bilmək istərdim... 
    Sözü  ağzında  qaldı.  Onu  bir  gün  əvvəl  heyrətə  salan  həmin 
haray  arxa  tərəfdən  eşidildi.  Bir  qadın  son  dərəcə  əzab  içində 
qışqırırdı: 
 -  Öldürürlər, kömək edin! Öldürürlər! 
    Cek  geriyə  yüyürdü.  “Bənövşəyi”  qız  darvazanın  yanında 
dayanmışdı.  Elə  bil  o,  nədənsə  qorxmuşdu.  Cek  qalib  adam 
kimi qaçaraq qıza yaxınlaşdı və ucadan dedi: 
-   Hər halda siz indi onu eşitdiniz. 
    Qız  onu  anlamadı,  təəccübdən  gözlərini  yenə  bərəltdi.  Cek 
hiss  etdi  ki,  o  yaxınlaşanda  qız  kənara    çəkildi  və  hətta  onun 
əlindən  qaçıb  evdə  gizlənmək  istəyirmiş  kimi  geriyə  də 
boylandı. 
    Qız başını buladı və gözlərini təəccüblə Cekə zillədi: 
-  Mən heç nə eşitməmişəm, - dedi. 
    Bu  sözlərlə  qız  elə  bil  onun  başına  ağır  bir  zərbə  endirdi. 
Qızın təəəccübü elə təbii idi ki, Cek ona inanmaya bilmədi. O, 
hələ  də  baş  verənləri  ağlına  sığışdıra  bilmirdi.  Qız  nəzakətlə, 
sanki Cekin halına acıyırmış kimi: 
-  Sizin kontuziyanız var, elə deyilmi? –  soruşdu. 
    Bir  anda  o,  qızın  ürkək  baxışının,  evə  tərəf  boylanmasının 
səbəbini anladı. Qız elə bilirdi ki, Cek ruhi xəstədir. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə