Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə12/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

 
36 
hava  nəzəriyyəsi  haqqında  düşünməli  olacağıq.  Hər  bir  adam 
onun  sahildə  xoşagəlməz  kontrabanda  ilə  məşğul  olduğunu 
təsdiq edə bilər ki,... 
-   Bəli, ancaq biz bilirik ki,... 
-  Siz  bilirsiniz,  Hastinqs.  Mən  isə  bilmirəm.  O  şey  ki, 
ağılagəlməzdir, mən qəti qərara  gəlirəm  ki,  onun mövcudluğu 
da    mümükün  deyildir.  Bu  işdə  iki  çıxış  yolu  qalır.  Biri 
istiqrazların göyərtədə gizlədilməsi, bu olduqca çətindir, o biri 
isə istiqrazların göyərtədən dənizə atılması. 
-  Üzgəclə nəzərdə tutursunuz? 
-  Xeyr, üzgəcsiz. 
    Mən gözlərimi qıydım. 
-    Əgər  istiqrazlar  gəmidən  suya  atılıbsa,  bəs  onları  Nyu-
Yorkda necə sata bilərdilər? 
-    Sizin  bu  məntiqli  düşüncənizə  heyranam,  Hastinqs. 
İstiqrazlar  Nyu-Yorkda  satılıbdır,  ona  görə  ki,  onlar  gəmidən 
suya atılmayıbdır. Görürsən, bu, bizi hara aparıb çıxarır? 
-    Əgər  bağlama  gəmidən  suya  atılıbsa  və  istiqrazlar  Nyu-
Yorkda satılmışsa, onda bağlamada heç bir istiqraz olmamışdır. 
Bağlama  içərisində  istiqrazlar  olduğunu  təsdiq  edən  fakt 
vardımı?  Xatırlayırsan,  Mister  Ricvey  Londonda  əlindəki 
bağlamanı heç vaxt açmayıbdır.  
-  Bəli, ancaq sonra... 
    Puaro səbirsizliklə əlini yellədi. 
-  İcazə  ver  davam  edim.  Axırıncı  dəfə  istiqrazlar  ayın  23-  də 
London və Şotland Bank idarəsində görünmüşdür. Sonra onlar 
“Olimpiya”  gəmisinin  Nyu-Yorka  çatmağına  yarım  saat 
qalmış  yoxa  çıxmışdır.  Belə  bir  fikirə  gəlmək  olur  ki, 
istiqrazlar  heç  “Olimpiya”  gəmisində  olmamışdır.  Onların 
Nyu-Yorka gedib çatması üçün başqa bir yol da vardımı? Bəli, 
həmin  gün  Nyu-Yorka  “Olimpiya”  gəmisindən  başqa 
Sausaptondan  “Giqantik”  gəmisi  də  yola  düşmüşdü.  Onlar 
kodları  Atlantik  üçün  tutublar.  “Giqantik”  Nyu-Yorkda 
“Olimpiya”dan  bir    gün  əvvəl  olubdur,  hər  şey  aydındır. 
Düyün  öz-özünə  açılır.  Ricveyə  verilmiş  bağlama  yalançı 


 
37 
bağlama  imiş.Onlar  əsil  istiqraz  olan    bağlamanı  elə  bankın 
idarəsindəcə  dəyişdiriblər.Həmin  anda  başqa  bir  yalançı 
bağlama düzəltmək üç adam  üçün o qədər də çətin iş  deyildi. 
Deməli,  istiqrazlar  da  tezliklə  “Olimpiya”nın    göstərişi  ilə 
Nyu-Yorkdakı  müttəfiqlərə  çatdırılıbdır.  Ancaq  izi  azdırmaq  
üçün “Olimpiya”da oğrulardan kimsə var imiş. 
-  Bəs nə üçün? 
-  Ona  görə  ki,  Ricvey  bağlamanı  açıb  onun  yalançı  olduğunu 
görə bilərdi. Və şübhə dərhal Londona gətirib çıxarardı. Xeyr, 
qonşu  kayutadakı  naməlum  adam  öz  işi  ilə  məşğul  imiş.  O, 
dublikat  açarla  kilidi  açıb,  sandıqdakı  yalançı  bağlamanı 
çıxarmış  və  gəmidən  suya  atmışdır.  O,  gözlərini  gizlətmək 
üçün  eynək  taxmış,  Ricveylə  qarşılaşmağa  risk  etməyərək 
özünü  əlil  kimi  göstərmiş,  Nyu-Yorkda  sahilə  çıxıb,  yenidən 
birinci gəmi ilə geri qayıtmışdır. 
-  Bəs o kim olmuşdur? 
    O  adam  dublikat  açarı  olan,  kilidi  sifariş  edən,  həqiqətdə 
bronxit  xəstəliyi  olmayan  və  nəhayət,  darıxdırıcı  qoca  Mister 
Şoudur. Dostum, cinayətlər bəzən yüksək dairələrdə də olur. 
    Bu vaxt Miss Farkuhar onlara yaxınlaşdı. 
-  Biz  buradayıq,  xanım.  Mən  işi  müvəffəqiyyətlə  başa 
çatdırmışam.  Icazə  verirsiniz?-    Puaro  əyilərək  təəccübdən 
alışıb yanan qızın yanaqlarından öpdü. 
                                                                                                                                                             
                                                       
Bakı şəhəri, 1979 - cu il. 
                    
 
 
 
 
 
 
 
 
 


 
38 
              Mavi kuzənin sirri 
 
    Cek Hartinqton topun getdiyi məsafəyə dalğın-dalğın baxdı; 
sonra  dayanıb  geriyə  döndü,  nişangaha  qədərki  məsafəni  
gözəyarı  ölçdü.  Onun  üzündən  narahatlıq  yağırdı.  Cek  hirslə 
çubuğu  əlində  bir-iki  dəfə  yellətdi,  onu  yaşıl  otun  üstünə 
yığılmış ağac qırıntılarına vurdu və  qəti addımlarla topa tərəf 
yeridi. 
   Təsəvvür  edin  ki,  iyirmi  dörd  yaşınız  var;  həyatda  yeganə 
məqsədiniz  qolfda  öz  qüsurlarınızı  azaltmaq  istəyirsiniz; 
üstəlik  bütün  vaxtınızı  və  qüvvənizi  bir  tikə  çörək  pulu 
qazanmağa  sərf  edirsiniz.  Cek  həftənin  beş  gün  yarımını 
şəhərdə,  qırmızı  ağacdan  düzəldilmiş  qəbrə  oxşayan  otaqda, 
səhərdən  axşama  qədər  dustaq  kimi  oturub  işləyir,  şənbə 
axşamı  və  bazar  gününü  isə    istədiyi  kimi  keçirirdi.  O,  hətta 
Stourton 
Hiss 
dəmiryol 
xəttinin 
yaxınlığındakı  kiçik 
mehmanxanada  özü  üçün  otaq  kirayə  etmişdi.  Cek  hər  gün 
səhər saat 6- da yataqdan qalxaraq bir saat məşq edir, sonra isə 
8:46 - da qatarla şəhərə yola düşürdü. 
    Nədənsə  bu  səhər  zərbələrinin  heç  biri  alınmırdı.  O,  qolf 
çubuğunu  əlində  möhkəm-möhkəm  sıxaraq,  öz-özünə  sehirli 
sözləri  təkrar  etdi:  “Qoy  qolum  sərpməsin,  zərbəm  sərrast 
olsun!”  Birdən  güclü  bir  qışqırtı  yay  səhərinin  sakitliyini 
pozdu. Cek yerindəcə quruyub qaldı. 
    Kimsə: 
-  Öldürürlər! Kömək edin! Öldürürlər! - deyə qışqırırdı. 
    Bu, qadın səsi idi. Axırda səs boğuq xırıltıyla əvəz olundu və 
susdu.  
    Cek  qolf  çubuğunu  yerə  atdı  və  səs  gələn  tərəfə  qaçdı.  Səs 
haradansa lap yaxından gəlmişdi. 
    Bir  neçə  evi  çıxmaq  şərti  ilə  buralar  demək  olar  ki,  nəzərə 
çarpmayan xarabalıqlara bənzəyirdi. Əslində, yaxınlıqda Cekin 
diqqətini  özünə  cəlb  edən  qədim, zövqlə  tikilmiş    bircə  kottec 
vardı. Cek həmin kottecə tərəf qaçdı. Kottec süpürgə kolluqları 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə