Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə15/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

 
45 
    Səkkizinci nişangahın yanında onlar oyunlarına bir qədər ara 
verdilər. Cek azca titrəyən barmaqları ilə qəlyanını doldurdu və 
çəkməyə  başladı.  Elə  bil  çiyinlərindən  ağır  bir  yük 
götürülmüşdü. 
    Cek qarşısındakı mənzərəyə heyranlıqla baxa-baxa dilləndi: 
-   İlahi, necə də gözəl havadır... Davam edin,  Lavinqton, sizin 
növbənizdir. 
    Həkim topa zərbə endirən zaman bağırtı yenidən eşidildi. 
    Qulaqbatırıcı və əzablı qadın səsi: 
-   Öldürürlər, kömək edin! Öldürürlər! 
    Qəlyan  Cekin  titrəyən  əlindən  düşdü.  O,  səs  gələn  tərəfə 
çöndü, lakin həkimlə qolf oynamağının səbəbi yadına düşəndə 
gözlərini  ona  zillədi  və  nəfəsini  qısıb  oyun  yoldaşının  hər  bir 
hərəkətinə  göz qoymağa başladı.  Lavinqton isə    topun  keçdiyi 
yola baxırdı. Başını aşağı dikdiyindən gözləri görünmürdü. 
-   Lap azca qalmışdı. Mən sizin işinizi yüngülləşdirdim. 
    O, heç nə eşitməmişdi. 
    Dünya Cekin başına hərləndi. O, səndələyərək bir-iki addım 
atdı.  Özünə  gələndə  gördü  ki,  otların  üstündə  uzanıb. 
Lavinqton ona tərəf əyilib:   
-   Belə, sakit olun, sakit olun, - dedi. 
-   Mənə nə olub? 
-    Ürəyiniz getmişdi, cavan oğlan. Mənə  elə  gəlir ki,  siz bunu 
qəsdən eləməmisiniz. 
 Aman allah, - deyə Cek dərindən ah çəkdi. 
-   Sizə nə olub? Şüurunuzda nəsə var? 
-   Mən indi hər şeyi sizə danışaram, amma əvvəlcə sizdən bir 
şey soruşmaq istəyirəm. 
    Həkim qəlyanını yandırdı və torpaq qalağının üstündə yerini 
rahatladı: 
-   Hə, nə istəyirsiniz, soruşun,- dedi. 
-  Son  bir-iki  gündə  siz  mənə  çox  diqqət  yetirirdiniz.  Deyə 
bilərsinizmi, niyə? 
    Lavinqtonun gözləri azca parıldadı: 


 
46 
-  Çox yersiz sualdır, - dedi. Belə bir məsəl var. “Pişik də krala 
baxa bilər.” 
-  Məni  başınızdan  etməyə  çalışmayın.  Mən  tamamilə  ciddi 
soruşuram. Niyə?  Çünki bunu soruşmağa əlimdə əsasım var. 
    Lavinqtonun üzü ciddiləşdi: 
-  Mən  sizə  tamam  dürüst  cavab  verəcəyəm.  Sizdə  daxili 
gərginlikdən  əziyyət  çəkən  adamın    nişanələrini  görmüşdüm. 
Məni maraqlandıran da bu gərginliyin səbəbi idi. 
-   Mən dəli oluram,- deyə Cek öz halına acıya-acıya bildirdi.  
    Sonra  Cek  dramatik  tərzdə      sözünə  ara  verdi.  Ancaq  onun 
bu  vəziyyəti  Lavinqtonda  heç  bir  maraq  oyatmadı.  Cek  bunu 
gözləmirdi, ona görə də o, yenidən təkrar etdi: 
-   Sizə deyirəm ki, mən dəli oluram. 
- Çox qəribədir. Doğurdan da, çox qəribə və maraqlıdır,- deyə  
Lavinqton astadan dilləndi. 
    Cek əsəbləşdi: 
-  Güman  edirəm  ki,  bu  sizin  üçün    maraqlıdır.  Həkimlərin 
hamısı daşürəklidir. 
-    Dostum,  bu  mənasız  söhbəti    boşlayın.  Əvvəla,  elmi 
dərəcəmin  olmasına    baxmayaraq,  mən  həkimlik  etmirəm. 
Əslinə qalsa, mən heç can həkimi də deyiləm. 
    Cek ona sərt nəzərlə baxdı: 
-   Onda siz psixiatrsınız? 
-  Bəli, demək olar ki,... Amma, daha dəqiq desək, mən özümü 
ruh həkimi sayıram. 
-   Oh! 
-  Sizin  istehzanızı  anlayıram,  lakin  biz  cismimizdən  ayrı 
mövcud  ola  bilən  bir  şeyi  nə  cürsə  adlandırmalıyıq. 
Bilirsinizmi,  cavan  oğlan,  sizin  cisminizlə  ruhunuz  vəhdət 
təşkil etməlidir. Xeyr, bu heç də    ruhanilərin uydurması  deyil. 
Biz buna ruh və yaxud şüur da deyə bilərik, və ya bunu başqa 
cürə  də  adlandıra  bilərik.  Siz  indicə  məndən  incidiniz,  lakin 
sizin  kimi  sağlam  bir  cavanın  qarabasmadan  əziyyət  çəkməsi, 
az  qala  dəli  olması  mənə  doğurdan  da,  çox  qəribə  və  maraqlı 
göründü. 


 
47 
-  Yaxşı, mənim başıma hava gəlib. Lap dəli olmuşam. 
-   Belə dedyim üçün məni bağışlayın, ancaq buna inanmıram. 
-   Məni qara basır. 
-   Nahardan sonra? 
-   Xeyr, səhər tezdən. 
-  Ola bilməz,- deyə həkim sönmüş qəlyanını yenidən yandırdı. 
 Deyirəm ki, mən heç kəsin eşitmədiyi şeyləri eşidirəm. 
-    Min  adamdan  yalnız  biri  Yupiterin  peyklərini  görə  bilər. 
Yerdə  qalan  doqquz  yüz    doxsan  doqquz  nəfərin  bu  peykləri 
görməsi  heç  də  o  demək  deyil  ki,  onlar  mövcud  deyil.  Bu 
mininci adamı da “lunatik”adlandırmağa heç bir səbəb yoxdur. 
- Yupiterin peyklərinin olması sübuta yetmiş elmi faktdır. 
-  Bu  gün  bizim  qarabasma  adlandırdığımız  hadisələrin  sabah 
elmi cəhətdən sübuta yetməsi tamamilə mümkündür. 
    Lavinqtonun sözlərindəki  məntiq Cekə  təsir elədi.  O, özünü 
birdən-birə  hədsiz  dərəcədə  rahat  və  gümrah  hiss  etdi.  Həkim 
bir-iki  dəqiqəliyə  onu  diqqətlə  süzüb,  sonra  razı  halda  başıyla 
təsdiqlədi: 
-  Yaxşı ki, sakitləşdiniz,- deyə həkim dilləndi. – Siz cavanların 
bədbəxtçiliyi  ondadır  ki,  öz  fəlsəfənizdən  kənara  çıxa 
bilmirsiniz. Dərk edə bilmədiyiniz bir şeylə qarşılaşanda dərhal 
özünüzü  itirir  və  qorxuya  düşürsünüz.  İndisə  deyin  görək,  nə 
səbəbə  özünüzü  dəli  adlandırırsınız?  Yalnız  bundan  sonra 
müəyyən bir qərara gəlmək olar. 
    Başına  gələnləri  bacardıqca  düzgün  danışmağa  çalışan  Cek 
söhbətini belə tamamladı: 
-  Mən  ancaq  bircə  şeyi  anlaya  bilmirəm,  niyə  bu  gün  səs  beş 
dəqiqə gec, yəni səkkizin yarısında eşidildi? 
    Lavinqton bir-iki dəqiqə fikrə getdi, sonra soruşdu: 
-   İndi saatınız neçədir?  
-   Səkkizə on beş dəqiqə qalır, - deyə Cek cavab verdi. 
-    Onda  hər  şey  aydındır.  Mənim  saatımda  səkkizə  iyirmi 
dəqiqə  qalıb.  Demək,  sizin  saatınız  beş  dəqiqə  irəlidir.  Bu  isə 
vacib  faktdır. 
-   Nə mənada? – Cek maraqlanmağa başladı. 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə