Qara Volqa ikinci dəfə kəndə qayıdanda kolxozun mal – qarasını otaran Şahbazla Hümbət “Qara Güney” deyilən yerdə hərəsi bir hündür təpənin üstündə oturub ətrafa göz qoyurdular



Yüklə 72,44 Kb.
Pdf görüntüsü
səhifə18/42
tarix14.06.2018
ölçüsü72,44 Kb.
#49085
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

 
54 
-  Bilmirəm. Bəli, bəli. İndi yadıma düşdü. Məni çini qablar o 
qədər  də  maraqlandırmır,  ancaq  əmimin  təzə  aldığı  şeyləri 
mənə  göstərməsi  yadımdadır. Bu, kuzə  də  o, şeylərin arasında 
idi. 
-    İki  aydan  az  olardımı?  Ternerlər  kottecdən  ikicə  aydır  ki, 
köçüblər. 
-   Bəli, tamamilə doğrudur. 
-   Əminiz hərrac bazarında olurmu?  
-   Həmişə olur. 
-  Belə olan halda qətiyyətlə demək olar ki, əminiz həmin çini 
qabı  Ternerlərin  ev  əşyaları  satılan zaman alıb.  Burada qəribə 
bir uyğunluq var və ya ola bilsin ki, qaranlıq olan bir həqiqəti 
aşkar  etmək  mümkün  oldu.  Hartinqton,  siz  elə  bu  dəqiqə 
əminizdən kuzəni haradan aldığını öyrənməlisiniz. 
    Cek məyus oldu: 
-  Qorxuram ki, bu mümkün olmasın. Corc əmi indi səfərdədir. 
Harada olduğunu da bilmirəm. 
-   O nə vaxt qayıdacaq? 
-   Üç həftədən, uzaq başı bir aydan sonra. 
    Araya  sükut  çökdü.  Felise  narahat  halda  gah  Cekə,  gah  da 
Lavinqtona baxırdı. 
-  Yəni bir şey etmək olmaz? - qız təşviş içində soruşdu. 
    Lavinqton həyəcanını güclə gizlədərək dedi: 
-  Olar, ancaq burda bir şey var. Ola bilsin ki, mənim təklifim 
sizə  qəribə  görünsün,  amma  inanıram  ki,  yeganə  çıxış  yolu 
budur. Hartinqton, siz, kuzəni bura gətirməlisiniz. Əgər xanım 
icazə versə, mavi kuzəni də özümüzlə götürmək şərtilə, biz bir 
gecəmizi kottecdə keçirərik. 
    Cek  tüklərinin  biz-biz  olduğunu  hiss  etdi  və  həyəcanla 
soruşdu: 
-   Sizcə nə baş verəcək? 
-    Heç  özüm  də  bilmirəm,  amma  inanıram  ki,  sirr  açılacaq  və 
kabus  məzarına  qaydacaq.  Bəlkə  də  kuzənin  dibi  iki  çatdan 
ibarətdir  və  tamamilə  mümkündür  ki,  onun  içində  nəsə 


 
55 
gizlədilib.  Əgər  heç  bir  hadisə  baş  verməsə,  gərək  bu 
vəziyyətdən bir çıxış yolu tapaq. 
    Felise əllərini bir-birinə sıxaraq həyəcanla dedi: 
-   Əla fikirdir. 
    Qızın gözləri sevincdən parıldayırdı. Ceksə özünü o qədər də 
rahat hiss etmirdi. Əslində, daxilən yaman qorxuya düşmüşdü, 
lakin ölsə də Felisenin yanında öz qorxusunu bürüzə verməzdi. 
Həkimsə  özünü  elə  aparırdı  ki,  sanki  dünyada  təbii  bir  şeyi 
təklif etmişdi. 
    Felise Cekə sarı dönərək soruşdu: 
-   Siz kuzəni nə vaxt gətirə bilərsiniz? 
-   Sabah,- deyə Cek könülsüz halda dilləndi. 
    İndi  iş  axıra  çatdırılmalı  idi.  Cekə  onu  hər  səhər  heyrətə 
salan  dəhşətli  qışqırtıdan  birdəfəlik  yaxa  qurtarmaq  və  bütün 
hadisəni tamamilə unutmaq lazım idi. 
    Ertəsi gün axşam o, əmisigilə getdi və geri qaytarmaq şərtilə 
kuzəni  götürdü.  İndi  Cek  kuzənin  sulu  boyayla  çəkilmiş 
rəsmdəki  ilə  eyni  olduğuna  qətiyyən  şübhə    eləmirdi.  Lakin  o 
nə qədər diqqətlə qabın o yan bu yanına baxdısa, qeyri-adi, sirli 
bir şey görmədi. 
    Cek və Lavinqton kottecə çatanda, axşam saat on bir olardı. 
Onlar  qapını  döyməyə  macal  tapmamış,  Felise  yavaşca  onu 
açdı. Qız onların yolunu gözləyirdi. 
-    İçəri  girin,  -  deyə  Felise  pıçıltı  ilə  dedi.  –  Atam  yuxarıda 
yatıb. Biz onu oyatmamalıyıq. Mən burada sizin üçün qəhvə də 
hazırlamışam. 
    Qız kiçik, lakin çox rahat qonaq otağına keçdi.  Spirt lampası 
sacayağının  altında  idi.  Felise  hər  ikisi  üçün  ətirli  qəhvə 
hazırladı. 
    Sonra  Cek  kuzənin  bükülmüş  olduğu  kağızları  bir-bir  açdı. 
Kuzəni görən kimi Felise içini çəkdi və ucadan dedi: 
-   Bəli, bəli, bu odur. Mən onu harda olsa tanıyıram. 
    Bu zaman Lavinqton artıq öz hazırlığına başlamışdı. O, kiçik 
stolun üstünü təmizlədi və ətrafına üç stul düzdü. Sonra mavi 
kuzəni Cekdən alıb stolun ortasına qoydu:  


 
56 
-  Artıq  hər  şey  hazırdır.  İşıqları  söndürün  və  stolun  ətrafında 
qaranlıqda əyləşin. 
    Felise və Cek deyilənə əməl etdilər. Qaranlıqda Lavinqtonun 
səsi eşidildi: 
-    Çox  güman  ki,  üçümüzdən  birimiz  ruhlarla  görüşüb 
danışmağı  bacarırıq.  Əgər  belədirsə,  həmin  adam  huşunu 
itirəcək.  Unutmayın  ki,  burda  qorxulu  bir  şey  yoxdur. 
Canınızdakı qorxunu çıxarmağa çalışın, süstləşin, süstləşin. 
    Onun  səsi  get-gedə  eşidilməz  olurdu.  Otağa  vahiməli  bir 
sükut çökdü. Lavinqton üçün “burda qorxulu bir şey yoxdur”,- 
demək  bəlkə  də  asan  idi,  ancaq  Ceki  qorxu  yox,  dəhşət 
bürümüşdü.  Cek  Felisenin  də  həmin  hissləri  keçirdiyinə 
nədənsə əmin idi. Birdən o, qızın dəhşət dolu pıçıltısını eşitdi: 
-      İndi  nəsə  dəhşətli  bir  şey  baş  verəcək.  Mən  bunu  hiss 
edirəm. 
    Qaranlıq  daha  da  qatılaşır,  araya  çökən  dərin  sükutdan 
adamın qulaqları uğuldayır və dəhşət hissi getdikcə güclənirdi. 
    Cek  yavaş-yavaş  boğazının  tutulduğunu  və  boğulduğunu 
hiss elədi. Indicə dəhşətli hadisə baş verəcəkdi... 
    Cek  huşunu  itirir  və  yumşaq  bir  axın  onu  öz  qoynuna  alıb 
harasa aparırdı. Onun gözləri örtüldü – dinclik - qaranlıq... 
    Cek astaca tərpəndi. Onun başı ağırlaşmışdı, lap şişib qazana 
dönmüşdü. O hardadır? 
    Günəş... quşlar... O, arxası üstə uzanıb göyə baxırdı. 
    Birdən    her  sey    yadına    düşdü.  Stol  arxasında  oturması. 
Kiçik  otaq. Felise və həkim. Axı, nə hadisə baş vermişdi?.. 
    Cek  durub  yerində  oturdu  və  ətrafina    baxdı.  Başı  möhkəm 
ağrıyırdı.  O,  kottecin  yaxınlığındakı  kiçik  meşəlikdə  uzan-
mışdı. Yanında heç kim yox idi. Saatına baxdı.Təəccüblə gördü  
ki, saat on ikinin yarısıdır. 
    Cek ayağa sıçrayıb var gücü ilə kottecə tərəf qaçdı. Görünür,  
həkimlə  Felise  onun  huşunu  itirməsindən  təşvişə  düşüb  açıq  
havaya çıxartmışdılar.  
    Kottecə  çatıb  qapını  döyməyə  başladı.  Lakin  ona  nə  cavab 
verən  oldu  , nə  də  bir kimsə  gözə dəyirdi .Yəqin  onlar kömək 


Yüklə 72,44 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə