57
dalınca gediblər.Ya da... Ceki soyuq tər basdı . Ötən gecə nə
baş vermişdi?
Cek tələsik mehmanxanaya yollandı.Elə ağzını açıb
mehmanxana işçisinə müraciət etmək istəyirdi ki, qabırğasının
altına güclü bir yumruq dəydi. Özünu ayaq üstü guclə
saxladı. Əsəbi halda geriyə qanrılanda qarşısında ağsaçlı qoca
bir cənabın dayandığını gördü. Kişinin gülməkdən az qala
nəfəsi kəsilirdi:
- Məni gözləmirdin, oğlum? Heç ağlına da gəlmirdi, hə?
- Corc əmi, elə bilirdim siz uzaqlarda - İtaliyadasınız.
- Mənsə burdayam. Ötən gecə Duvra çatdım. Şəhərə gedirdim,
yolüstü sənə dəyməyi qərara aldım . Amma nə görürəm .
Bütün gecəni gəzmisən, hə? Görünür, vaxtını yaxşı keçirirsən..
Cek cəld onun sözünü kəsdi:
- Corc əmi, mən sizə bu saat qeyri-adi bir hadisə söylə-
yəcəyəm. Qorxuram ki, heç inanmayasınız.
O, əhvalatı olduğu kimi danışdı və axırda dedi:
- Allah bilir, onların başına nə gəlib.
Əmisinin isə az qala ürəyi partlayırdı. Nəhayət, o özündə bu
sözləri deməyə qüvvə tapdı:
- Kuzə! Mavi kuzə! O haradadır?
Cek matdım-matdım əmisinə baxırdı. Nəhayət, o, əmisinin
danışığından işin nə yerdə olduğunu anlamağa başladı.
Əmisi aramsız deyinirdi:
- Minq dövrü - nadir bir şey- kolleksiyanın tacı, ən azı on min
funt sterlinq qiyməti var.Amerikalı milyonçu Hoqqen-
haymerdən almışdım - bütün dünyada bircə dənə. Lənət
şeytana, ser, siz mənim mavi kuzəmi neyləmisiniz?
Cek mehmanxanaya qaçdı. O, Lavinqtonu tapmalıydı.
Müdirlikdən cavan xanım onu soyuq nəzərlə süzdü:
- Doktor Lavinqton ötən gecə maşınla çıxıb getdi. Sizin üçün
məktub qoyub.
Cek tələsik məktubu açıb oxudu:
58
“Mənim əziz, gənc dostum!
Qeyri-adi gün bitdimi? Müasir elmi dildə desək, siz hələ də
onun təsiri altındasınız. Felisedən, şikəst atadan və məndən
sizə ən səmimi salamlar. Biz artıq on iki saatdır ki, yoldayıq.
Məncə, bu qədər vaxt bizə kifayət edər.
Həmişəlik sizin dostunuz Lavinqton, ruh həkimi.”
Alar kəndi, 1983 -cü il.
59
A.K. Doyl
--- ------------------------------
/Şotlandiya/
Artur İqnatius Konan Doyl 22 may 1859-cu ildə
Şotlandiyanın mərkəzi şəhəri olan Edinburqda anadan
olmuşdur. Onun atası Çarlz Altamont Doyl, rəssam və
arxitektur, 1855-ci ildə iyirmi iki yaşında olarkən on yeddi
yaşlı Meri Foli ilə evlənir. Meri Doylın kitablara böyük
marağı olan bir xanım idi. O, ailədə oxuduğu kitablar
haqqında danışmağı çox xoşlardı. Ola bilsin ki, Arturda
yazıçılığa olan meyli bundan yaranmışdı.
A.Konan Doyl 1976-cı ilin oktyabrında Edinburq
Universitetinin tibb fakültəsinə qəbul olunur. Təhsil aldığı
dövrlərdə Artur universitetə tez-tez baş çəkən, tanınmış
məlliflərlə, Ceyms Barri və Robert Lui Stivensonla tanış olur.
Onun dünyagörüşünün formalaşmasında, məntiq, nəticə
çıxartmaq və səhvlərin aşkar edilməsi sahəsində ona ən çox
müəllimi, doktor Cozef Bell kömək edir ki, bu da yazıçının
gələcəkdə yaratdığı Şerlok Holmsın prototipi olur.
Artur özünü ədəbiyyat sahəsində yoxlamaq üçün 1879-cu
ilin yazında kiçik həcmli “Sesassa vadisinin sirri” hekayəsini
yazır. Həmin hekayəyə görə Artur 3 yen qonorar alır.
Bundan həvəslənən Artur “Amerikalılar nağılı” adlı heka-
yəsini yazır.
1882-ci ildə Artur “Stark Monronun məktubları” adlı
kitabı nəşr olunur. Daha sonra Arturun “Hebekuk Cefsonun
bəyanatı”, “Con Huksfordun həyatında boşluq”, “Totanın
üzüyü” adlı hekayələri “Kronxill” jurnalında çap edilir.
1887-ci ildə Arturun “Alqırmızı tonda etüd” adlı kitabı
çapdan çıxır. Oxucular ilk dəfə Şerlok Holms və doktor
Uotson ilə bu kitabda tanış olurlar.
Dostları ilə paylaş: |