Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə28/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
110
111
A.Begimov, J.Aymirzəyev, S.Xocaniyazov, T.Kaipber 
genov 
və başqaları  tərəfindən onların  əsərlərində, akt yor ifaçılar 
tərəfindən isə  səhnə  sənətində geniş istifadə olun muşdur.
Qaraqalpaqların  folklor mətnlərində digər türk xalqla-
rının folklorunda mövcud və oxşar olan süjet və obrazlardan 
başqa (buraya  “Kitabi-Dədə Qorqud”, “Koroğlu”, “Manas”, 
“Koblan”, “Alpamıs”, “Qırx qız”, “Şəhriyar” və s. əsərlərdəki 
səsləşmələri nümunə  kimi göstərmək olar), çoxsaylı  atalar 
sözü, zərbi məsəllər, tapmacalar, nağıllar, nəğmələr və s. də 
əlavə edə bilərik. Heç  şübhəsiz ki, onlarda ortaya çıxan oxşarlıq 
və ümumiliklər türk xalqlarının sosial-ictimai  inkişafının 
ümumi qanunauyğunluqları  nəticəsində  və uzun əsrlər 
ərzində etnik-mədəni qarşılıqlı ünsiyyət və qarşılıqlı anlaşma 
şəraitində mümkün ola bilmişdir. Belə qarşılıqlı anlaşma  və 
uyğunluq  qaraqalpaqların noğay, qazax, qaraçay, kumux, 
özbək folklorunda özünü daha aydın  hiss etdirməkdədir. 
Adlarını  çəkdiyimiz bu xalqların  əksəriyyəti müxtəlif tarixi 
mərhələlərdə Qızıl  Orda, yaxud Xivə xanlığının tərkibində 
yaşamışlar. Bütün söylədiklərimiz bir daha təsdiq edir ki,  
Qaraqalpaqstanın özü bir türk məmləkəti kimi daha dərindən 
və detalları  ilə öyrənilməyə layiqdir. Bunu onun zəngin və 
keşməkeşli tarixi, etnomədəniyyəti və folkloru, ədəbiyyatı və 
incəsənətinin rəngarəng nümunələri tələb edir. 
1. Qaraqalpaqların 
məişət-mərasim folkloru
Qaraqalpaqların zəngin şifahi poetik nümunələri məişət-
mərasim nəğmələri, atalar sözü, zərbi məsəlləri, tapmacaları, 
toy və tarixi nəğmələri vardır. Xalq içində günümüzə qədər 
qorunub saxlanılan bu nümunələr çeşidli etnik və dini tarixi 
olayları, təbiət hadisələrini  əks etdirməklə qaraqalpaqların 
rəngarəng təfəkkür tərzini dövrümüzə daşımaqda önəmli rol 
oynamışdır.
Qaraqalpaq folklorunun qədim məişət janrlarından biri 
hesab edilən «həyya»da ana  öz doğma balasının gələcəyi ilə 
bağlı  nəğmə oxuyur. Bu xalqın çoxsaylı vida nəğmələrində 
(«koşlasu» - «xoşlasu») ərə gedən qızın öz evi, doğmaları ilə 
vidalaşdığı məqam əks olunur.
Qaraqalpaq folklorşünaslığında şifahi örnəklərin tədqiqi 
ilə məşğul olmuş prof. Kallı Aimbetov xalq dünya baxışlarının, 
təbiət hadisələrinin,xalqın təbiəti necə duyması, anlaması ilə 
bağlı  şeirlərin necə ortaya çıxmasını  tədqiqatlarında geniş 
şəkildə nəzərdən keçirmişdir. O, tədqiqatlarında xalqın bəzi 
məqamlarda bəd qüvvələrdən necə qorunmaqla bağlı şeirlər 
qoşduğundan, (məsələn, «bədik» ara həkiminin,  şamanın, 
görücünün dili ilə söylənən  şeir nümunələri), «güləpsan», 
«qamçılama», «qurd çağırma», «cin ruhu çağırma» yolu ilə 
müalicə edilməsindən danışmışdır. Belə inanc və anlayış-
lardan qədim dövr qaraqalpaq xalq həkimliyində yetərincə 
istifadə olunmuşdur. 
Əlbəttə, Azərbaycan türklərinin  əski adət-ənənələrinin 
öyrənilməsi sovet dövründə yasaqlandığı kimi qaraqalpaq 
türklərinin də keçmiş çeşidli  ənənələrinin öyrənilməsinə 
qadağalar qoyulurdu. Lakin XX əsrin 90-cı illərindən xalq 
həyatının öyrənilməsinə münasibət köklü şəkildə  dəyişdi. 
Qədim türklərdə, o cümlədən qaraqalpaqlarda insanların 
söykəndiyi, istifadə etdiyi ən tutarlı silah sözün gücü 
olmuşdur. Məsələn, qaraqalpaq xalqının əski düşüncəsində 
baxıcının  sözü ilə dağın ikiyə bölünməsi, çayın suyunun 
kəsilib axmaması, qaraqalpaq  nağıllarında (məsələn, 
«Gülziba» nağılında Meytinin şiri sehrləməklə  pələnglərin 
belinə minib şəhərə gedə bilməsi),  şiri, pələngi  sözləri ilə 
sehrləməsi, «Yedige» dastanında söylənilən gözəl sözlərlə 
aslanla dost olma: «Tatlı-tatlı söylersen, yılan deliginden 
çıxar» şəklində işlədilən atalar sözü və s. buna misal göstərilə 
bilər. Azərbaycan türklərində olduğu kimi qaraqalpaqlarda 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
112
113
da oda sitayiş, gəlin gələrkən od üstünə yağ tökmə, zikr 
etmə, ruh çağırma, xəstəyə müxtəlif nəsnələrlə vurma kimi 
şamanlıqdan dövrümüzə qədər yetişmiş adətlər mövcuddur. 
Onların əksəriyyətinin xalq arasında şeir şəklində işlədilmiş 
mətnləri olmuşdur. Məsələn, belə nümunələrlə biz “bədik” 
və “güləpsan”da tanış oluruq. Bu cür şeirlər insan və 
heyvanlarda olan xəstəliyi qovmaq,  kənarlaşdırmaq üçün 
xidmət edir. Qaraqalpaqlarda “bədik” və “güləpsan”ın 
öz söyləyiciləri vardır. “Bədik” “güləpsan”dan daha çox 
söylənilir. Bununla belə “bədik” və “güləpsan” müxtəlif 
zaman kəsiklərində xeyli dəyişikliklərə də məruz qalmışdır. 
“Bədik”lərin mövzusu rəngarəng olub qədim dövrləri əhatə 
etməklə göl, çay, dəniz, dağ  və s. bağlı söylənilir:
Bədik köşip baratır suvdan asıp,            
Bədik köçüb gedir sudan aşıb,  
Taudan askan bult penen aralasıp,          
Dağdan aşan buludlara qarışıb, 
Uslap bergen bedikke iye bolmay –        
Yaxalanmayan bədiyə tutulmuş -  
Ne boldı kuday sağan kara basıp.
2
           
Nə oldu Xudam sənə qara çalıb.
Bədiklər bir şeir, nəzm nümunəsi kimi böyük təsir gü cü-
nə malikdir. Belə ki, burada biz ananın xəstə övladı qar şı sın-
da fəryad etməklə bağlı ağı söylədiyini görürük. Bə di k lər də 
bəzən vətənin sosial-ictimai, iqtisadi-mədəni durumu ilə də 
bağlı, haqqın-ədalətin qorunması, insanların haqsızlığa mə-
ruz qalması ilə əlaqəli məqamlar da əksini tapır:
Bədik köşip baratır Erep jakka,                   
Bədik köçüb gedir Ərəb tərəfə, 
Mingesip kayşı kulak ağrımakka,              
Minərək dik qulaqlı arqamak ata,
Köşer bolsan hav bedik tezirek köş-          
Köçürsənsə, ey bədik, tezcə köç -
Şomanaydın ağrı jağ şöl kurğakka. (s.33)  
Şomanayın üst yanı çöl tərəfə.
Qaraqalpaq qocalarının, ahıllarının söylədiyinə görə 
«bədik» kişilər xəstələnən də, «güləpsan» qadınlar, qızlar 
xəstə lənəndə söylənilən şeirlərdir. Bu onu göstərir ki, bədiklə 
güləpsan arasında lap keçmiş zamanlardan əsaslı  fərqlər 
olmamışdır.
Şamançılıq dövründə ortaya çıxmış  şeirlərdən biri də 
zikr edib ruhları çağırmaq olmuşdur. Onların özü də məlum 
ahənglə, təsirli sözlərlə Tanrıları çağırmaqla ortaya gəlirdi:
Kergi baslı ker yılan,      
Dördbaşlı yekrəng ilan,
Kerilip turmay kel beri,          
Gərilib durma, gəl bəri,
Zeheri aşşı uv yılan –    
Zəhəri acı, zəhərli ilan - 
Kuvıljımay kel beri.      
Qıvrılıb durma, gəl bəri.
...Ağa perim aydap kel,  
Ağa pərim sürüb gəl, 
Bala perim jaylap kel,     
Körpə pərim yayla gəl, 
Ervağı küşli dev perim –            Ruhu güclü div pərim -    
Aldına salıp aydap kel. (s. 34)   Önünə salıb, sürüb gəl
.
İnsanlar bu tipli sözlərdən istifadə etməklə sözün gücüylə 
xəstəliyin qovulmasına inanırdılar.
Qaraqalpaq lirik folklorunun ən mühüm nümu nə lə rin-
dən biri də «hey jar»dır Bu nəğmə qız ərə gedərkən doğmaları 
ilə vidalaşanda oxunur. Ərə gedən qızın başına toplaşan qız-
gə lin lər onun sözlərinə qatılaraq qızın düşüncələrini tək rar-
la yır mışlar. Bu nümunələrlə biz K.Mambetovun kitabında 
daha ya xından tanış oluruq:
3
 
Jılama biykeş jılama,     
Ağlama, bikəs ağlama,
Qız bolıpsan yar-yar.     
Qız olmusan yar-yar.
Kızıl tili jigitke – 
 
Qızıl dilli igidə - 
Köz bolıpsan jar-jar.      
Göz olmusan yar-yar.
Öz üyüne kız bala,        
Öz evinə qız bala, 
Konak bolar jar-jar,        
Qonaq olur yar-yar,  
Eke sözin ukrağun –      
Böyük sözün eşitməyən - 
Talak bolar jar-jar. (s.37)        
Tələf olur yar-yar.


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə