Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə99/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
394
395
manatlıq gəlin” pyesləri böyük müvəffəqiyyətlə  səhnəyə 
qoyulur. Qaraqalpaq  teatrı  və dramaturgiyasında rus, 
türk, Azərbaycan, Avropa teatrı  sənəti  ənənələrindən geniş 
istifadəyə  zərurət artır.
Əsrlər boyu qaraqalpaq ədəbiyyatında ən geniş yayılmış 
janr poeziya olmuşdur. XX əsrin  əvvəllərində o yenə  də 
aparıcı mövqedə dayanırdı. X.Əhmədov, A.Begimov, 
D.Nazbergenov, M.Daribayev, A.Dabılov, S.Nurumbetov 
və başqaları öz maraqlı poetik nümunələri ilə qaraqalpaq 
oxucularının qəlbini fəth  edirdilər. Qaraqalpaq  poeziyası 
J.Aymirzəyev, T.Jumamuradov, İ.Yusupov, A.Şahmuradov, 
B.Kaipnəzərov, N.Japakov, X.Seyidov, J.Seyidnəzərov, 
X,Turımbetov, B.İsmayılov, T.Seyidcanov və başqa bu kimi 
müəlliflər tərəfindən yeni bədii obrazlarla zənginləşdirilirdi.
XX  əsrin  30-40-cı illərində qaraqalpaq poeziyası    bədii 
təsvirdə realizmə daha çox yönümlülüyü və monumentallığı  
ilə seçilməyə yön alırdı. Məhz bu dövrlərdən onda yeni 
keyfiy yət dəyişiklikləri baş verməklə süjetli poema yara-
dıcılığı üçün şərait yaranırdı. Onların sırasında J.Ay mirzə-
yevin «Jumaqul» və «Mübarizə», M.Daribayevin «Kaljan» 
və «Aimcamal», A.Begimovun «Mübarizə  oğlu» və s. kimi 
poemalar vardı.
40-cı illərdə qaraqalpaq şairlərinin «Vətən uğrunda», 
«Düş mənə qalib gələrik», «Vətənpərvərlik nəğmələri» və s. 
ki mi  şeir məcmuələri oxuculara təqdim olunmuşdu. J.Ay-
mirzəye vin  «Batır», «Dostlarım», «Yerbay-batır», «Od içində», 
D.Naz bergenovun  «İki qəhrəman» və s. kimi poemaları da 
məhz bu dövrdə işıq üzü görür.
40-50-ci illər qaraqalpaq poeziyasının daha böyük vü sətlə 
inkişaf etdiyi və  kamilləşdiyi dövr hesab oluna bilər. Onun 
formalaşmasında S.Məcidov, J.Aymirzəyev, A.Begi 
mov, 
A.Dabılov, A.Musayev, S.Nurumbetov və digər sənət kar-
ların rolu daha çox nəzərə çarpan idi. Qaraqalpaq poe zi yası 
bu  dövrlərdə öz janr və mövzu rəngarəngliyi ilə daha çox 
seçilirdi.
XX  əsrin II yarısında da qaraqalpaq şairlərinin yara-
dıcılığı intensiv davam edirdi. T.Jumamuradov, N.Japakov, 
T.Seyidcanov, X.Seyidov, A.Əliyev və başqalarının müxtəlif 
janrlarda lirik şeirləri və rübailəri, dastan və poemaları  və 
s. ortaya çıxır. Qaraqalpaq epik poeziyasında nəzərdən 
keçirdiyimiz dövrdə  balladalar və dastan-poemalar əsasən 
folklor motivləri  əsasında yaranır, inkişaf edirdi. O zaman 
bütün  Sovetlərə daxil olan ədəbiyyatlarda  olduğu kimi 60-
80-ci  illərdə qaraqalpaq ədəbiyyatında da hərbi mövzuya 
müraciət səngimirdi. S.Bəynəzərovun  «Tanya», X.Seyidovun 
«Urək sevgisi ilə», M.Seyidniyazovun «Uşağlığım müharibə 
dövründə keçmişdi», B.Kaipnəzərovun «İki əsgər»,  X.Turım-
betovun «Döyüşçünün dul arvadı» və s. kimi poemalar  məhz 
bu mövzuda idi.
Nəzərdən  keçirdiyimiz dövrün aktual problemlərinin 
bədii həllinə  X.Səfərovun, K.Jumaniyazovun, İ.Qurbanbəyo-
vun, T.Gülmuradovun, İ.Seyidnə zərovun, S.Abbasovun, 
T.Kabulovun, R.Ayapbergenovun, Ş.Seyidovun və digərləri-
nin  əsərləri həsr olunmuşdur. 
XX  əsr qaraqalpaq poeziyasının fərqli xüsusiyyətlərin-
dən biri onun, bir tərəfdən, klassik ənənələrlə, digər 
tərəfdən, zamanın nəbzini tutmaq imkanları ilə bağlı idi. 
Bu dövrdə yaradıcılığı daha çox diqqət mərkəzinə düşən 
sənətkarlardan biri İ.Yusupov idi. Onun «Xoşbəxtlik lirikası», 
«Səhra romantikası», «Tomiris», «İlham», «Papaq haqqında 
hekayət»,  «Dağ çayının  əfsanəsi», «Ürəklər  meridianı», 
«Şeirlər», «Kərtənkələnin gözü», «Qızılgüllər və  yovşan» və 
s. kimi poetik məcmuələri adını oxucular arasında daha çox 
məşhurlaşdırdı. O, nəinki Qaraqalpaqstanda, həm də onun 
hüdudlarından çox-çox uzaqlarda tanınırdı. Sonrakı illərdə 
«Şərq yolçusuna», «Düşüncələr», «Yeddi dolay», «Ürək 


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
396
397
ürəyin susuzluğunu yatırır», «Seçmələr» və s. İ.Yusupov 
Özbəkistanda, Qırğızıstanda, Rusiyada, Azərbaycanda və 
digər  yerlərdə  oxuculara daha çox yaxınlaşırdı. İ.Yusupov  
yaradıcılığı üçün fəlsəfi düşüncə, mifoloji dünya, psixologizm, 
incə lirizm, obrazlılıq, xalq dilinin zənginliyindən istifadə, 
novatorluq, şeir sətirlərinin və hecalarının zərgər dəqiqliyi ilə 
naxışlanması və s. xarakterikdir. İ.Yusupov nəinki gözəl şair, 
həm də olduqca məsuliyyətli tərcüməçi kimi tanınmışdır. O, 
müxtəlif illərdə  qırğız və noğay nəğmələrini, rus, ukrayna,  
Avropa klassiklərinin  əsərlərini T.Şevçenko, A.Puşkin, 
M.Lermontov, A.Blok, Şekspir, Şiller, Bayron, Höte, Heyne və 
başqalarının əsərlərini öz doğma dilinə çevirmişdir. Bundan 
başqa o, həm də M.F.Axundzadənin «Puşkinin  ölümünə Şərq 
poeması»nı  tərcümə edərək hələ 1966-cı ildə «Amudərya» 
ədəbi-bədii jurnalının  səhifələrində  qaraqalpaq  oxucularına 
təqdim etmişdir. Bu, İ.Yusupovun digər xalqların bədii 
yaradıcılığına  necə böyük dəyər verməsinin bariz  təsdiqidir.
Qaraqalpaqstanda yaradıcılığı kifayət qədər populyar 
olan sənətkarlardan biri də T.Kabulovdur. Onun Nökisdə, 
Daşkənddə  və digər yerlərdə çoxsaylı kitabları  işıq üzü 
görmüşdür. T.Kabulov yaradıcılığı müxtəlif qəzet, jurnal 
və  məcmuələrdə «Zvezda Vostoka», «Gülxan», «Qönçə», 
«Sovetskaya Karakalpakiya», «Pravda Vostoka», «Veçerni 
Taşkent», «Uzbekiston madaniyati», «Komsomolets 
Uzbekistana», «Leninskoye znamya» və s. ardıcıl olaraq 
oxuculara çatdırılmışdır.  Şeirləri  tez-tez özbək, qazax, 
türkmən, rus radiosunun köməyi ilə dinləyicilərə  ərməğan 
edilmişdir.  Əsərləri özbək, qazax, qırğız, uyğur, rus, 
ukrayna, moldova və digər dillərə  tərcümə  olunmuşdur.  
T.Kabulov nəğməkar şairdir, onun şeirlərinin çoxuna musiqi  
bəstələnmişdir. Əsərləri üçün hədsiz hərarət, ürəkləri riqqətə 
gətirən lirizm, dərin xəlqilik xarakterikdir.
***
Qaraqalpaq nəsrinin yaranması XX əsrin 20-ci illərinə 
təsadüf edir. Onun ilk nümunələri felyeton və oçerklərdir. 
Bununla belə  nəsr nümunələrinin yaranmasında folklorun 
da rolu az olmamışdır. Qaraqalpaq ədəbiyyatında ilk hekayə 
müəllifləri kimi R.Məcidov, N.Kuzembayev və başqalarının 
adları  çəkilə bilər. 
30-40-cı illərdə qaraqalpaq nasirləri folklor priyomla-
rın dan  geniş istifadə etməklə oçerk, zarisovka, publisistik 
məqalələr və hekayələr yaratmağa daha çox üstünlük 
verirdilər. Bu baxımdan D.Nazbergenovun, A.Begimovun, 
M.Dariba  yevin, N.Davkarayevin  və digərlərinin fəaliyyəti 
xüsusilə qeyd edilməlidir. 
40-50-ci illərdə S.Saliyev, A.Şahmuradov, Y.Xocani-
yazov, T.Kaipbergenov və başqaları uşaqlar üçün hekayələr 
yaratmağa başlayırlar.
50-ci illərdə qaraqalpaq ədəbiyyatında povest yaranır. 
Onların sırasında A.Orazovun «Çətin günlərdə», J.Taşenovun 
«Döyüş dostları», T.Najimovun «Yeni torpaq üzərində 
bayraq» və s. adını  çəkmək olar.
Qaraqalpaq  ədəbiyyatında roman janrının yaranması  
da XX əsrin 50-ci illərinə  təsadüf edir. Bu nümunələrin 
sırasında A.Begimovun «Birinci addım» və «Balıqçı  qızı», 
K.Yelmanovun «Keçmiş günlərdə», S.Məcidovun «Suyin və 
Sara» və s. kimi əsərləri göstərmək olar. Sonrakı dövrlərdə 
qaraqalpaq nəsrində romanın janr prinsiplərinin daha 
dərindən  mənimsənilməsi üzərində ardıcıl olaraq iş 
getmişdir.
60-70-ci illər qaraqalpaq nəsrində realizmin daha uğurlu 
şəkildə  təşəkkül tapdığı dövrdür. Məhz bu dövrlərdə 
qaraqalpaq nasirləri  digər ölkələrin və xalqların nasirləri ilə sıx 
əməkdaşlıq və əlaqələr  qurmağa  daha çox səy göstərmişlər. 
Elə bu illərdə  digər  xalqların ədəbiyyatlarından qaraqalpaq 
dilinə kütləvi tərcümələr  edilir: A.Puşkin, M.Lermontov, 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə