Qaraqalpaq indd



Yüklə 8,16 Kb.
Pdf görüntüsü
səhifə97/111
tarix23.01.2018
ölçüsü8,16 Kb.
#22130
növüDərs
1   ...   93   94   95   96   97   98   99   100   ...   111

Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
386
387
Poeziyanın bədii priyomları spesifikdir. Poeziyada 
lakoniklik və  şərtilik mühüm yer tutur. Şeirin bədii və dil 
elementləri də özünəməxsusdur. Poetik musiqi Berdağ 
şeirində ritmin quruluşuna  əsaslanır, ritm öz növbəsində 
əsərin məzmununa və bu məzmuna müvafiq intonasiyaya 
bağlanır. Nəticədə bu elementlərin hamısı poetik mətnin 
üslubunu yaratmaqla, şeir ölçüsü sətirlərin özünü təşkil edir. 
Bu xüsusiyyətlər Berdağın  şeirlərinin H.Arif tərcüməsində 
uğurla saxlanılır. 
Berdağ şeirlərinin ritminin digər tərcümə nümunələ rində 
də adekvat saxlanıldığının  şahidi oluruq. «Belə zaman da» 
şeiri bu baxımdan daha səciyyəvidir:

Hər şey ildən-ilə tərsinə gəldi,
Aqillər başına gələn nə gəldi.
Gedənlər lal olub cəzanə gəldi,
Qayğılar çoxaldı belə zamanda.
…Qız-gəlinlər sevdiyinə getmədi,
Şəriət də buna əlac etmədi,
Neçələri məqsədinə yetmədi,
Çatan yox arzuya belə zamanda.
…Şagird Qədirimbet, mən Berdimurad,
İkimiz meydanda açmışıq busat.
Onda göy yorğa var, məndə qara at,
Sürdük birnəfəsə belə zamanda.
14
Berdağın  şeirlərinin Azərbaycan tərcümələri ilə tanış 
olarkən aydın görmək olur ki, mütərcim orijinal müəllifinin 
nitqinin quruluşunu, sistemini, bədii görün tüsünü, dünyanın 
qavrayışını, onun qaraqalpaq ədəbiyyatına məxsus olduğunu 
və s. doğru-dürüst saxlaya bilmişdir. H.Arif tərcüməsində 
Berdağ şeirlərinin bədii mətnində məzmunla ifadə olunmuş 
milli xüsusiyyətlər, dil imkanlarını ifadə edən forma və s. 
özünü bariz şəkildə  əks etdirməkdədir.
Ədəbi  əlaqələrin  ən mühüm qollarından biri olan tərcü-
mə nin  xalqların bir-birinə yaxınlaşmasında, mədəniy yətinə, 
həyatına, mənəviyyatına bələd olmasında rolu əvəzsizdir. 
Bununla bağlı söhbəti daha geniş müstəvidə da vam etdirmək 
olar. Qaraqalpaq və Azərbaycan  ədəbiyyat larının daha 
geniş müstəvidə  əlaqələrinin öyrənilməsi, həm də  hər iki 
ədəbiyyatın içində gedən proseslərə yaxından bələd olmaq 
imkanı verməklə bu ədəbiyyatların yaradıcı təcrübəyə yiyə-
lən məsində mühüm əhəmiyyət kəsb edə bilər. Hər iki ədə-
biyyat arasında mövcud olan bugünkü zəif əlaqələrin can lan-
dırılması dövrümüzün aktual problemləri sırasında olmaq la 
bu gün daha çox diqqət mərkəzinə  çəkilməyə layiq dir.
Qaraqalpaqlarla azərbaycanlıları bir-biri ilə yaxınlaşdıran, 
eyniləşdirən çox şeylər vardır. Bunu biz nəinki tarixi, 
etnoqrafik, folklor, digər mənbə və məxəzlərdən gətirdiyimiz 
nümunələrdən, həm də istedadlı  şair Abbas Abdullanın 
«Borçalı» İctimai Cəmiyyəti xətti ilə nəşr etdirdiyi «Türk oğlu 
türkəm» kitabında təqdim olunmuş «Tapmacalı qaraqalpaq 
nağılı»  şeirindən də görə bilərik:
Bu Qaraqalpaq,
Bu Qarapapaq,
Bu Qarappaq,
Bu Qarabağ…
… Hamısı qapqara.
Bu qara nə demək?
Qara böyük demək.
Böyük yarpaq,
Böyük bağ
…böyük dağ…
…Böyüklük də bir yük.
15
Doğrudan da qaraqalpaq, qarapapaq və Qarabağ böyük 
və bir birinə yaxındırlar. Bu yaxınlıq  ədəbiyyatlarımızın da 
prioritetində dayanmalıdır.       


Nizami Tağısoy
 Qaraqalpaq ədəbiyyatı
388
389
Ədəbiyyat
1.  Габдиров  И.  К  проблеме  национального  и  интернацио-
наль ного//  Казахская  литература  и  ее  интернациональные 
связи.  Алма-Ата, «Наука», 1973, с.9. 
2. Бушмин А.С. Межлитературные связи и преемственность 
законо мерность  литературного  развития//  Литературные 
связи  и  литературный  процесс.  М., «Наука», 1986, с. 16.  
3.  Баяндиев  Т.  Каракалпакский  государственный  театр 
имени  К.С.Стани славского (1930-1967). Очерк  истории. 
Ташкент, «ФАН» 1971, с. 193.
4. Писатели Ленинграда и Кара-Калпакии в Азерб.ССР. – 
Бакинский рабочий, 1935, 8 сентября, с. 4.    
5. Баяндиев Т. Каракалпакский государственный театр 
имени К.С.Стани славского (1930-1967). Очерк истории. 
Ташкент, «ФАН» 1971, с. 195
6. Баяндиев Т. Каракалпакский государственный театр 
имени К.С.Стани славского (1930-1967). Очерк истории. 
Ташкент, «ФАН» 1971, с.195.
7.  Баяндиев Т. Каракалпакский государственный театр 
имени К.С.Стани славского (1930-1967). Очерк истории. 
Ташкент, «ФАН» 1971, с.193-199.
8. Qaraqalpaq yazıçılarının arzusu. «Ədəbiyyat və incəsənət», 
1960, 7 may, s. 4.
9. Aymirzəyev C. Gəlmişəm. Tərc. Q.İmamverdiyev. – «Ədəb. 
və İncəs.» qəzeti, 1960, 30 aprel, s. 3.
10. Aymirzəyev J. «Bakıda bir qız gördüm».Tərc.ed. 
Q.İmamver di yev.  «Ədəb. və İncəs.», 1960, 14 may,  s.2.
11. Binnətova A. Qaraqalpaq şairi İbrahim Yusupov.«Ədəb. və 
İncəs.», 1987, 26 may,  s.2. 
12. Arif H. Berdağ// Berdağ (Şeirləri). Bakı, «Yazıçı», 1989, s. 6 
s.3-6.
13. Berdağ. (Şeirləri). Tərc.ed.H.Arif. Bakı, «Yazıçı», 1989, s. 24.
14. Berdağ. (Şeirləri). Tərc.ed. H.Arif. Bakı, “Yazıçı”, 1989, s. 45-
46.   
15. Abdulla A. Türk oğlu türkəm. Bakı, «Borçalı» İctimai 
Cəmiy yə ti», 2015, s. 15.
QARAQALPAQ ƏDƏBİYYATI
XÜLASƏ
Türk xalqları ədəbiyyatları sırasında kökləri qədim dövrə 
gedib çıxan bədii fikir nümunələri ilə zəngin olan qaraqalpaq 
ədəbiyyatı  özünəməxsusluğu ilə seçilməkdədır. Digər ədə-
biyyatlar kimi  onun da  qaynaqları  folklor  nümunələri və 
epik  dastanlardır ki, bu örnəklərdə  qaraqalpaqların etnik-
milli bütövlüyünü və  bədii dəyərini qoruyub saxlayan 
mübarizə ruhu özünü əks etdirməkdədir. Müxtəlif tarixi 
dövrlərdə Xarəzm, Buxara, Fərqanə, Orta və Böyük Cuzun 
tərkibinə  daxil olmuş qaraqalpaqlar daim cunqar-kalmıklar  
və Nadir şah ordusuna qarşı amansız mübari zələr aparmışlar. 
Eyni zamanda uzun müddət ərzində qaraqalpaqlar tayfalar-
arası  və  qəbilələrarası  didişmələr nəticəsində min bir 
məhrumiyyətlərə tuş  gəlmiş, xalq qaçqınlığa, köçkünlüyə 
məruz qalmış, nəticədə onun sayı nəzərəçarpacaq dərəcədə 
azalmışdır. Xalqın öz bütövlüyünü qorumaq uğrunda müba-
rizəsi nəhayət XX əsrin 20-ci illərində Muxtar Vilayət, XX əsrin 
90-cı illərində isə Özbəkistanın tərkibində Qaraqalpaqstan 
Respublikası yaratmaqla nəticələn mişdir.  Qaraqalpaq lar  
bu gün Qaraqalpaqstanda kompakt  yaşamaqla bərabər, 
həm də  ondan kə narda  Özbəkistanda, Qazaxstanda, Türk-
mənistanda,  Əfqanıstanda,  İraqda, Türki yə də, Rusiyada və 
digər dövlətlərin  ərazilərində  məskunlaşmaq dadırlar.
Uzun əsrlər boyu qaraqalpaqların zəngin şifahi poeziyası 
inkişaf etmişdir. Onun çoxsaylı lirik nümunələri «hey jar», 
«betaşar», «həyya», «haytar», «koşlasu», «joklau», «bədik», 
«güləpsan», «ramazan», xalq və tarixi nəğmələri, atalar sözü, 
zərbi  məsəlləri və tapmacaları ilə yanaşı, mifoloji  hekayələri, 
rəvayətləri,  əfsanələri, lətifələri, nağılları  və dastanları 
dövrümüzə  gəlib çatmışdır. Qaraqalpaq  folklorunun xeyli 
janrları digər türk xalqlarının folklor janrlarına yetərincə 


Yüklə 8,16 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə