Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
202
203
yətə gəlmiş gənc xandan xeyir görmək istəyirsənmi?” Duxtar
Kosa “hə” cavabını verir. Bu dəfə də Aldar Duxtarı rahatca və
asan ca aldadır.
Sonralar bu, dəfələrlə təkrarlanır. Bu nağılda
Al dar Kosanın ən tanınmış yalançıları və hətta xanı aldat-
dığından danışılır.
Digər “Aldar Kosanın hiyləgərliyi” nağılında Alda-
rın Sədirbəy xanı, çobanı, şahzadəni aldatmasından, hətta
xanın ona neçə min qızıl sikkə verməsindən söhbət gedir..
Hər bir konkret halda Aldar Kosanın hamını aldatmasından
danışılır. İnsanların hansı yerdə olmasından asılı olmayaraq
onları tapıb ələ saldığı, aldatdığı görünür.
Aldar adının özündə “aldadan”, gülünc vəziyyətə qo yan,
hiyləgər, bic sözləri ilə yanaşı, həm də gülüş, zəngin yu mor
olduğu ortada dayanır. Aldar adı qaraqalpaqlarda və qa-
zaxlarda həm də gülüş sinonimi kimi ortada dayanır. Ma raq-
lıdır ki, Aldar Kosanın nə doğulması, nə də ölümü ilə bağlı
na ğıl yoxdur. Bununla da qaraqalpaqlar Aldar Kosa ob r azı n-
da yumor və gülüşün ölməzliyini təcəssüm etdirmişlər.
Qaraqalpaqların digər sosial-məişət nağılları da maraqlı
və özünəməx susdur. Onların sırasında “Dörd Abdulla”,
“Ağıllı çoban”, “Kasıb və oğru”, “Bəyi və xanı aldatmış çoban”
və başqalarının adlarını çəkmək olar.
Məsə lən, “Kasıb və
oğru” adlı müxtəsər nağılda biz aşağıdakılarla tanış oluruq:
Bir kasıbın evinə oğru girir. Hələ yuxuya getməmiş ev sahibi
oğrunun otağı ələk-vələk etdiyini görür. Oğru belə qənaətə
gəlir ki, orada heç nə tapa bilməyəcək. Belə düşünə-düşünə
dayanıb durarkən kasıb ona deyir ki, əgər
nə isə tapa bilsən
götürüb gedərsən. Oğru utanır və tez qapıdan çıxıb getmək
istəyir. Kasıb isə ardınca deyir. “Qapını bağlamağı yaddan
çıxartma”. Oğru ev sahibinə acıq lı-acıqlı: “Mən sənin nökərin
deyiləm! Oğurluğa gəlmişdim, qapı örtməyə yox”
8
– deyir.
Həm bu, həm də digər sosial-məişət nağıllarında qaraqalpaq
xalqının həyatı yetərincə relyefli təqdim olunmuşdur.
Qaraqalpaq sosial- məişət nağıl ların da biz digər nağıllarda
olduğu
kimi dəhşətli hallar
la rastlaş mırıq. Onlar şənliyi
və hazırcavablığı ilə yanaşı, həm də nəsihətamizliyi və
ibrətamizliyi ilə yaddaşlara çökür.
Göründüyü kimi, qaraqalpaq sosial-məişət nağılla rında
komik effekt priyomları son dərəcə rəngarəngdir. Bu nağıllar
qavrayışın ardıcıllığına hesablanmışdır. Burada digər
nağıllarda olduğu kimi əlavə və paralel davam edən epizod-
lar yer almır. Adətən bu tipli nağıllarda konflikt
məhdud say-
da iştirak edən personajlar arasında olur. Onlardan yuxarıda
bir neçəsinin adlarını çəkdik.
Qaraqalpaq nağıllarının ən mühüm növlərini nəzər dən
keçirməklə belə bir nəticəyə gələ bilərik ki, onların əksəriy-
yəti reallığa açıq münasibət ifadə edir. Özünü ənənvi əks
etdirən xəyali düşüncə obrazlı-süjet və təhkiyə - üslub for-
mal arı qaraqalpaq nağıllarını xüsusi
poetik janr səviyyəsinə
qal dır mışdır. Hadisələrin qeyri-adiliyinə baxmayaraq nağılın
əsasın da adi ideyalar dayanmışdır. Daha düzgün ifadə etmiş
olsaq, qaraqalpaq nağıllarının janrının başlıca xüsusiyyəti
onun xəyala istiqamətlənməsi yox, həyat həqiqətlərini
açmağa
istiqa
mətlənən şərti-poetik xəyal, xülyadır. Bu
xalqın geniş dün yabaxış, məişət anlayış və təsəvvürləri ilə
bağlı olub onun qə dim və daha sonrakı tarixi mərhələlərdəki
düşüncələrini əks etdirməkdədir.
Qaraqalpaq nağılları xalqın bədii epik təhkiyə düşün cə-
sini nəsr şəklində romantik, hiperbolizə olunmuş və sati rik
məzmunda qoruyub kollektiv şəkildə dövrümüzə çat
dır-
dı ğı örnəklərdir. Müxtəlif həqiqətlərlə uzlaşmayan
ger çək-
li yin təsvirini tələb etməklə və eyni zamanda xülyaya can
at maq la, onun ənənvi formaları qaraqalpaq xalqının bütün
ukladı ilə sıx əlaqədə olmaqla əsrlər boyu yaranmışdır. Əksər
qaraqalpaq nağıllarında ideyanın açılması üçün fantastikaya
müraciət olunmanı görmək mümkündür.
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
204
205
Biz qarqalpaq nağıllarında daha tez-tez üç, yeddi, otuz,
qırx rəqəmlərindən istifadə edildiyini görə bilirik. Bu rə-
qəmlərdən hər biri əksər sehrli nağılların baslıca ideyasının
açılmasına kömək edir.
Təhlil etdiyimiz nağıl növlərindən hər biri – sehrli, hey-
vanlar haqqında nağıllar, sosial-məişət nağılları öz mövzu,
sü jet, üslub və obrazları ilə seçilməklə qaraqalpaq xalqının
zən gin folklor təfəkkürünü əks etdirməkdədir.
Qaraqalpaq nağıllarının xalqın tarixi inkişafının, onun
həya tının müxtəlif sahələrini əks etdirdiyini və qədim mən-
şə yə malik olduğunu tədqiqatçılar dəfələrlə qeyd etmişlər.
Qara qalpaq nağılları əsasən heyvanlar haqqında nağıllar,
məi şət və sehrli - novellistik nağıllara,
onlar da öz növbəsində
bir ne çə yarımqrupa bölünür. Bu nağıllar haqqında N.Dav-
ka ra ye vin «Qaraqalpaq ədəbiyyatının inqilabaqədərki tarixi
oçer ki»
9
kitabında və D.Mambetnazarovun «Qaraqalpaq xalq
na ğıl la rı»
10
dissertasiyasında ətraflı söhbət açılır.
Ədəbiyyat
1. Горький М. Доклад на I Всесоюзном съезде советских
писателей//Русская фольклористика. М., 1965, с. 247-248.
2. Тайлор Э.Б. Первобытная культура. Пер. с анг.
Д.А.Корончевского. М., «Политиздат», 1989. 573 с.
3. Маркс К. К критике политической экономии. Введение.
М., 1948, с. 225.
4. Каракалпакские народные сказки. Нукус, «Госиздат»,
1959, 198 с.
5. Qaraqalpaq xalq nağılları. Çevirəni Nizami Tağısoy. Bakı,
“Mütərcim”, 2006, 212 s.
6. Сатпаева Ш.К. Адибаев Х.А. Казахская литература. Алма-
Ата, «Жа зушы», 1995, с.25.
7. Qaraqalpaq xalq nağılları, s. 92-99; 142-144.
8. Qarqalpaq xalq nağılları, s. 199.
9.Давкараев Н. Очерки по истории дореволюционной
каракалпакской литератруы. Ташкент, 1959.
10. Мамбетназаров К. Каракалпакские народные сказки.
Авто реф. канд.дисс.Нукус, 1967.