Qaydaları 1 Azərbaycan Respublikasi Təhsil Nazirliyi


“İstehsalat zədələnmələrinin növlərini və səbəblərini izah edir”



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə25/45
tarix21.05.2022
ölçüsü4,91 Mb.
#87642
növüQaydalar
1   ...   21   22   23   24   25   26   27   28   ...   45
is-saraitinda-amak-tahlukasizlik-va-saglamliq-qaydalari

“İstehsalat zədələnmələrinin növlərini və səbəblərini izah edir” 

İstehsalat travması deyəndə nə başa düşürsünüz? 

Peşə xəstəlikləri necə yaranır? 

Peşə zəhərlənmələri neçə cür olur və hansı hallarda baş verir? 

Zərərli istehsalat sahələrində işləyən işçilərə lazım olan qoruyucu avadanlıqlar 
hansılardır? 

İlk işə başlayan işçilərə qoruyucu vasitələrdən istifadə haqqında məlumatı kimlər 
verməlidir? 

Bədbəxt hadisələrin sanitar-gigiyenik səbəblərini sadalayın. 
Peşə 
xəstəliklərinin 
növləri 
?
?
?


40 
3.2.1. Zədələnmə və peşə xəstəliklərinin əsas səbəblərini təsvir edir 

İstehsalat zədələri və peşə xəstəliklərinin səbəbləri 
Bədənin zədələnməsi, əzilmələr və yaralanmalar, istilik və kimyəvi yanıqlar, 
elektrik cərəyanının təsirindən alınan xəsarətlər və şaxtanın təsirindən yaranan 
donmalar şəklində ola bilər. 
Əmək fəaliyyətində adamların bədənində damarların, tələffüz 
üzvlərinin, əsəb sisteminin və qan dövranının işi ilə əlaqədar biokimyəvi 
proseslər baş verir. Bu halda insan bədəni, qida məhsullarının oksidləşib parçalanması üçün müəyyən 
miqdarda oksigen tələb edir. İstehsal şəraitində insanlar tərəfindən görülən iş, sərf olunan əzələ və əsəb 
enerjilərinin qiyməti ilə təyin olunur. Bir sıra hallarda əsəb enerjisi əzələ enerjisindən çox sərf edilir. 
Məsələn, kommutasiya aparatlarla distansion (uzaqdan) idarədə çox cüzi fiziki qüvvə tələb olduğu halda, 
elektrik şəbəkələrində mürəkkəb əməliyyatları apardıqda böyük əsəb enerjisi sərf olur. 
Şəkil 3.5 İlkin yardım 
Əmək prosesində əmələ gələn zərərli istehsalat amillərinin işçinin orqanizminə uzun müddət 
təsiri onun sağlamlığının pozulmasına səbəb olur. Bununla müəyyən iş üçün səciyyəvi olan zərərli 
istehsalat amillərinin təsiri nəticəsində inkişaf edən xəstəlik – peşə xəstəliyi yaranır.
İstehsalat zərərçəkmələri və peşə xəstəliklərinin əsas səbəblərini aşağıdakı altı qrupa ayırmaq 
olar:
a)
texniki səbəblər – texnoloji proseslərin qeyri mükəmməlliyi; maşın və mexanizmlərin, 
avadanlığın, təchizat və alətlərin konstruktiv nöqsanları; çəpərlərin, qoruyucu qurğuların siqnal və 
bloklama vasitələrinin qeyri-mükəmməlliyi, nasazlığı; ağır və təhlükəli işlərin lazımi qədər 
mexanikləşdirilməməsi; material və konstruksiyaların qüsurları, maşınlarda gözlənilmədən alınan 
qüsurlar və s.
Şəkil 3.6 İlkin yardım dərsi 


41 
b) təşkilati səbəblər – istehsalat işlərinin düzgün təşkil edilməməsi; əmək intizamı qaydalarının 
pozulması; işçilərə əmək mühafizəsi qaydalarının və öyrətmələrinin düzgün aparılmaması; avadanlıq və 
alətlərin istismar qaydalaranın pozulması; işçilərin fərdi mühafizə vasitələri ilə kifayət qədər təmin 
edilməməsi; iş yerinin təşkilində nöqsanlar və s.
c) sanitar gigiyenik səbəblər – iş zonasının havasında zərərli qarışıqların qatılığının buraxılabilən 
həddən artıq olması; əlverişsiz işıqlandırma, səs-küy və titrəyişlər; qeyri normal meteoroloji şərait; şəxsi 
gigiyena qaydalarının pozulması, ventilyasiya sistemində qüsurların olması.
ç) psixofizioloji səbəblər – yorğunluq, diqqətsizlik, yaddaşın zəifləməsi, gözlənilmədən keçirilən 
fizioloji hallar, orqanizmdəki qüsur və çatışmazlıqlar və s.
d) yanğın səbəbləri – yanğın təhlükəsizliyi qaydalarının pozulması; yanğından təhlükəli 
materialların saxlanılması qaydalarının pozulması; materialların öz-özünə alışması; texnoloji proseslərdə 
yanğın təhlükəsizliyi rejiminin pozulması. 
e) maddi səbəblər – təbii fəlakətlərin (məsələn, sel, zəlzələ, ildırım vurması, körpünün uçması 
və s.) baş verməsidir. 


Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə