40
3.2.1. Zədələnmə və peşə xəstəliklərinin əsas səbəblərini təsvir edir
İstehsalat zədələri və peşə xəstəliklərinin səbəbləri
Bədənin
zədələnməsi, əzilmələr və yaralanmalar, istilik və kimyəvi yanıqlar,
elektrik cərəyanının təsirindən alınan xəsarətlər və şaxtanın təsirindən yaranan
donmalar şəklində ola bilər.
Əmək fəaliyyətində adamların bədənində damarların,
tələffüz
üzvlərinin, əsəb sisteminin və qan dövranının işi ilə əlaqədar biokimyəvi
proseslər baş verir. Bu halda insan bədəni, qida məhsullarının oksidləşib parçalanması üçün müəyyən
miqdarda oksigen tələb edir. İstehsal şəraitində insanlar tərəfindən görülən iş, sərf olunan əzələ və əsəb
enerjilərinin qiyməti ilə təyin olunur. Bir sıra hallarda əsəb enerjisi əzələ enerjisindən çox sərf edilir.
Məsələn, kommutasiya aparatlarla distansion (uzaqdan) idarədə çox cüzi fiziki qüvvə tələb olduğu halda,
elektrik şəbəkələrində mürəkkəb əməliyyatları apardıqda böyük əsəb enerjisi sərf olur.
Şəkil 3.5 İlkin yardım
Əmək prosesində əmələ gələn zərərli istehsalat amillərinin işçinin
orqanizminə uzun müddət
təsiri onun sağlamlığının pozulmasına səbəb olur. Bununla müəyyən iş üçün səciyyəvi olan zərərli
istehsalat amillərinin təsiri nəticəsində inkişaf edən xəstəlik – peşə xəstəliyi yaranır.
İstehsalat zərərçəkmələri və peşə xəstəliklərinin əsas səbəblərini aşağıdakı altı qrupa ayırmaq
olar:
a)
texniki səbəblər – texnoloji
proseslərin qeyri mükəmməlliyi; maşın və mexanizmlərin,
avadanlığın, təchizat və alətlərin konstruktiv nöqsanları; çəpərlərin, qoruyucu qurğuların
siqnal və
bloklama vasitələrinin qeyri-mükəmməlliyi, nasazlığı; ağır və təhlükəli işlərin lazımi
qədər
mexanikləşdirilməməsi; material və konstruksiyaların qüsurları, maşınlarda gözlənilmədən alınan
qüsurlar və s.
Şəkil 3.6 İlkin yardım dərsi
41
b) təşkilati səbəblər – istehsalat işlərinin düzgün təşkil edilməməsi; əmək intizamı qaydalarının
pozulması; işçilərə əmək mühafizəsi qaydalarının və öyrətmələrinin düzgün aparılmaması; avadanlıq və
alətlərin istismar qaydalaranın pozulması; işçilərin fərdi mühafizə vasitələri ilə kifayət qədər təmin
edilməməsi; iş yerinin təşkilində nöqsanlar və s.
c) sanitar gigiyenik səbəblər – iş zonasının havasında zərərli qarışıqların qatılığının buraxılabilən
həddən artıq olması; əlverişsiz işıqlandırma, səs-küy və titrəyişlər; qeyri normal meteoroloji şərait; şəxsi
gigiyena qaydalarının pozulması, ventilyasiya sistemində qüsurların olması.
ç) psixofizioloji səbəblər – yorğunluq, diqqətsizlik, yaddaşın zəifləməsi, gözlənilmədən keçirilən
fizioloji hallar, orqanizmdəki qüsur və çatışmazlıqlar və s.
d) yanğın səbəbləri – yanğın təhlükəsizliyi qaydalarının pozulması; yanğından
təhlükəli
materialların saxlanılması qaydalarının pozulması; materialların öz-özünə alışması; texnoloji proseslərdə
yanğın təhlükəsizliyi rejiminin pozulması.
e) maddi səbəblər – təbii fəlakətlərin (məsələn, sel, zəlzələ, ildırım vurması, körpünün uçması
və s.) baş verməsidir.
Dostları ilə paylaş: