Qaydalar və üsullar toplusudur. Mövqeli və mövqesiz say sistemləri vardır



Yüklə 196,5 Kb.
səhifə4/6
tarix23.12.2023
ölçüsü196,5 Kb.
#154563
növüYazı
1   2   3   4   5   6
Movzu 2. Alqoritm, ikilik say sistemi-kimya (1)

Həll alqoritminin yaradılması. Bu mərhələdə seçilən həll üsuluna uyğun məsələnin həll alqoritmi tərtib edilir. Məsələnin həlli ayrı-ayrı müstəqil bloklara bölünür və həmin blokların yerinə yetirilmə ardıcıllığı təyin edilir. Nəticədə alqoritmin blok sxemi qurulur.
Verilənlərin strukturunun təyini. Bu mərhələdə alqoritmdə iştirak edən verilənlərin tipinə, formasının mümkün qiymətlərinə və aparılan əməliyyatlarına görə onların strukturları seçilir. Yəni verilənlərin tam, həqiqi, simvol və s. tip olması, massiv, yazı, stek, növbə, siyahı, fayl və s. strukturlarla təşkili müəyyənləşdirilir.
Proqramlaşdırma dilinin seçilməsi və sazlanması. Hazırda proqramlaşdırma üçün müxtəlif dillər mövcuddur. Həll olunan məsələnin xarakterinə, tətbiq olunan kompüter üçün mövcud olan translyatorlarla, proqramçının hazırlıq səviyyəsinə görə proqramlaşdırma dili seçilir. Sonra isə məsələnin həll alqoritmi əsasında seçilən dildə proqram tərtib edilir. Ona ilkin proqram deyilir.
İşçi proqramın kompüter dilinə çevrilməsi və sazlanması. Kompyüter yalnız «öz» dilində olan proqramı icra edir. Kompüterin «öz» dili isə əmrlərdən təşkil olunur. Kompüter dilində proqramm isə alqoritmə uyğun olaraq yazılmış əmrlər ardıcıllığıdır. Bu mərhələdə proqramlaşdırma dilində yazılmış ilkin proqram kompyüter dilinə çevrilir. Bu iş translyator adlanan proqram vasitəsilə yerinə yetirilir. Bu zaman ilkin proqramda baxılmış morfoloji və sintaksis səhvlər aşkar edilib proqramçıya çatdırılır. Səhvlər aradan qaldırıldıqdan sonra tərcümə prosesi davam etdirilir və kompüter dilində proqram alınır. Bu proqrama mütləq və ya işçi proqram deyilir. Sonra işçi proqramın düzgün işləməsini yoxlamaq məqsədi ilə yoxlama misalında o sınaqdan keçirilir. Proqramdakı məntiqi səhvlərin aşkarlanıb aradan qaldırılması prosesinə proqramın sazlanması deyilir.
İşçi proqramın icrası nəticələrin alınması və təhlili. Proqram sazlandıqdan sonra ondan tətbiqi məsələnin həlli üçün istifadə etmək olar. Bu zaman proqram müxtəlif ilkin verilənlər dəsti üçün bir neçə dəfə icra olunur. Alınmış nəticələr mütəxəssis və ya məsələni qoyan istifadəçi tərəfindən təhlil olunur. Əgər təhlil prosesində nəticələr istifadəçini təmin etmirsə o, yeni tələblərini qoya bilər və ya əvvəlki tələblərdə dəyişiklik edə bilər. Bu halda yeni tələblərin xarakterindən asılı olaraq məsələnin qoyuluşunda alqoritmdə və ya proqramda müəyyən dəyişikliklər edilir.



Yüklə 196,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə