Qaydalar və üsullar toplusudur. Mövqeli və mövqesiz say sistemləri vardır



Yüklə 196,5 Kb.
səhifə3/6
tarix23.12.2023
ölçüsü196,5 Kb.
#154563
növüYazı
1   2   3   4   5   6
Movzu 2. Alqoritm, ikilik say sistemi-kimya (1)

Toplama

Çıxma

Vurma

0+0=0
0+1=1
1+0=1
1+1=10

0-0=0
1-0=1
1-1=0
10-1=1

0·0=0
0·1=0
1·0=0
1·1=1





2.3. Səkkizlik say sistemi

Səkkizlik say sistemində ədədlər 0,1,2,3,4,5,6,7 rəqəmlərinin vasitəsilə yazılır. Sistemin əsası isə səkkiz götürülür. Bu say sistemində bütün ədədlər göstərilən rəqəmlərin ardıcıllığı ilə yazılmaqla tam və kəsr hissələr vergüllə ayrılır. Hər bir böyük tərtib özündən kiçik qonşu tərtibdən səkkiz dəfə böyükdür.


A8 = an-1·8n-1+an-2·8n-2 + ... + a1·81+a0·80 
Məsələn:
1) 12345670Q(8)=1·87+2·86+3·85+4·84+5·83+6·82+7·81+0·80=
= 2097152+524288+98304+16384+2560+384+56 =273912810
Səkizlik say sistemində olan 134,25 ədədi açıq şəkildə aşağıdakı kimi olar:
134,25(8)= 1·82+3·81+4·80+2·8-1+5·8-2=64+24+4+1/4+5/64= 92( 21/64)10
Sıfırdan onaltıya qədər onluq say sistemində olan ədədlər səkkizlik say sistemində aşağıdakı kimi yazılır:
0,1,2,3,4,5,6,7,10,11,12,13,14,15,16,17,20.
Çıxma əməli praktikada onluq say sistemində olduğu kimi aparılır.


Onaltılıq say sistemi

Onaltılıq say sistemində aşağıdakı rəqəmlərdən və simvollardan istifadə olunur: 0,1,2,3,4,5,6,7,8,9, (və ya A), -on, (B)-on bir, (C)-on iki, (D)-on üç, (E)-on dörd, (F)-on beş.


Say sisteminin əsası on altı götürülür.
A16 = an-1·16n-1+an-2·16n-2 + ... + a1·161+a0·160,
Məsələn:
ABCDEF12(16)=10·167+11·166+12·165+13·164+14·163+
15·162+1·161+2·160 = 2882400018(10)
,8 = ·101+ ·100 +8·10-1 =2·16+15·1+0,5=207,5.
Onaltılıq say sistemində ədədlər üzərində hesabi əməllər aşağıdakı kimi aparılır:
Misallar:

  1. 0, 47 +0, 98=1,

0, 47
+0, 98
1,



2) 0, 72-63= -62,08
63
- 0, 72
62,084
3)0,02· ,7=0,14

Aşagıdakı cədvəldə onluq say sistemində verilmiş 1-17-qədər olan ədədlərin müxtəlif say sistemlərində təsviri verilmişdir




















































2.5. Bir say sistemindən digər say sisteminə keçid


1. Onluq say sistemindən digər say sisteminə keçmək üçün həmin ədədi yeni say sisteminin əsasına bölmək və alınan cavabları o vaxta qədər bölmək lazımdır alınan nəticə yeni say sisteminin əsasından kiçik olsun.
M isal: Onluq say sistemində verilmiş 259 ədədini səkkizlik say sisteminə çevirək
25910 ədədi səkkizlik say sistemndə 4038-bərabərdir.
2. Səkkizlik say sistemində verilmiş ədədı ikilik say sisteminə çevirmək üçün hər bir rəqəmi ikilik say sistemin ona ekvivalent olan üç mərtəbəli (triada) rəqəmləri ilə əvəz etmək, sonra isə soldakı və kəsr hissədə olan sağdakı 0-ları ləgv etmək lazımdır.
Misal:
(3 0 5. 4)8 =110101.12
011 000 101. 100
3. Onaltılıq say sistemindən ikilik say sisteminə keçmək üçün hər bir rəqəm ikilik say sisteminin ona ekvivalent olan dörd mərtəbəli (tetriada) rəqəmləri ilə əvəz etmək, sonra isə soldakı və kəsr hissədə olan sağdakı 0-ları ləgv etmək lazımdır.


Misal:
(7 D 2. E ) = 111110110.1112
0111 1101 0010. 1110
4. İkilik say sistemindən səkkizlik (və ya onaltılıq) say sisteminə keçmək üçün əvvəlcə nöqtədən sola, sonra isə sağa hərəkət etməklə ikilik rəqəmləri üç-üç (dörd-dörd) qruplara ayırmaq, lazım olduqda isə ən sol və sağ qruplara 0-lar əlavə etmək, sonra isə hər bir qrupu səkkizlik (onaltılıq) rəqəmlə əvəz etmək lazımdır.
Misal. 111001100.0112 - səkkizlik say sisteminə çevirək.
(111 001 100. 011)2 =414.38
7 1 4. 3
Misaı. 10111110001.0012 -onaltılıq say sisteminə çevirək
( 0101 1111 0001. 0010)2=5F1.216
5 F 1 2
Səkkizlik və onaltılıq say sistemindən ikilik say siteminə keçidi təmin etmək üçün sadə üsülla hər bir rəqəmi ona ekvivalent olan ikilik-üçlüyü (triada) və ya dördlüyü (tetrada) ilə əvəz etmək lazımdır.
Məsələnin kompüterdə həll mərhələləri

Kompüterdə məsələlərin həlli aşağıdakı mərhələlər ardıcıllığı ilə aparılır:



  • Məsələnin qoyuluşu

  • Həll alqoritminin yaradılması

  • Verilənlərin strukturunun təyini

  • Proqramlaşdırma dilinin seçilməsi və sazlanması

  • İşçi proqramın icrası, nəticələrin alınması və təhlili.

Məsələnin qoyuluşu. Məsələnin müvəffəqiyyətli həlli onun düzgün qoyuluşundan asılıdır. Məsələnin qoyuluşu sadə halda aşağıdakıları nəzərdə tutur: İlkin verilənlərin siyahısı, tipli, dəqiqliyi və ölçüləri; başlanğıc və sərhəd şərtləri; nəticələrin siyahısı, tipi, dəqiqliyi və ölçüləri; məsələnin həllini təmin edən hesabi düsturlar və tənliklər.

Yüklə 196,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə