Qaydalar və üsullar toplusudur. Mövqeli və mövqesiz say sistemləri vardır


Alqoritmlər, onlarin xassələri və təsvir üsulları



Yüklə 196,5 Kb.
səhifə5/6
tarix23.12.2023
ölçüsü196,5 Kb.
#154563
növüYazı
1   2   3   4   5   6
Movzu 2. Alqoritm, ikilik say sistemi-kimya (1)

Alqoritmlər, onlarin xassələri və təsvir üsulları
Alqoritmlərin tipik strukturları
Kimya fənninin tədrisi zamanı qarşıya çıxan əsas problemlərdən biri də şagirdlərə məsələ həllərinin alqoritmini öyrətməkdir. Bu sahədə xüsusi kompyuter proqramlarından istifadə etmək olar
İstifadəçinin alqoritmdən istifadə edə bilməsi üçün alqoritmin necə təsvir olunması çox əhəmiyyətlidir.
Alqoritm-ilkin və aralıq verilənlərin məsələnin həlli nəticəsinə çevrilməsi prosesini təyin edən sonlu qaydalar ardıcıllığıdır. Alqoritmi elmi formada təsvir etmək lazımdır ki, istifadəçi və yaxud kompüter onu yerinə yetirə bilsin. Təbiidir ki, ilk növbədə istifadəçi məsələnin həlli alqoritmini ona aydın dildə yazmalıdır.
Alqoritm dedikdə, hər hansı məqsədə çatmaq və ya hər hansı məsələni həll etmək üçün görülən işlərin ardıcıllığı başa düşülür.
Alqoritmik prosesi təsvir etmək üçün, əlbəttə, adi danışıq dilindən istifadə etmək olar, lakin bu cür təsvir forması mürəkkəb alqoritmlər üçün çox yorucudur və ən başlıcası isə kifayət qədər aydın və ciddi deyildir. Ona görə də, alqoritmləri ümumi qəbul edilmiş simvollardan istifadə etməklə yazmağa imkan verən təsvir qaydaları, onların yazılması dilləri lazımdır.
Alqoritm sözü orta əsrlərdə indiki Özbəkistan Respublikasının ərazisində yerləşən Xarəzmdə yaşamış riyaziyyat, astronomiya, coğrafiya və tarix elmləri üzrə alim Əl-Xarəzminin (Əbu Abdullah Məhəmməd ibn Musa əl-Xarəzmi əl-Mədcusi) adı ilə bağlıdır. O, təxminən 783-cü ildə kahin ailəsində anadan olmuş, 850-ci illərdə vəfat etmişdir. 813-cü ildə xəlifə Əl-Möminin “aqillər sarayında” kitabxana müdiri vəzifəsinə qoyulmuş, bir neçə coğrafi səyahət etmişdir. Onun 37 fəsil və 116 cədvəldən ibarət ən görkəmli əsəri olan “Zidc əs-Sind-Hind”–“Astronomik cədvəllər” Qərbi Avropada sonralar inkişaf etmiş astronomik işlərin əsasını təşkil edir. Onun “Yerin şəkli kitabı” adlı digər məşhur kitabı coğrafiyaya həsr edilmişdir.
Təbiətdə və gündəlik həyatımızda biz müxtəlif çoxsaylı alqoritmlərlə rastlaşırıq.
Alqoritm 1. (Şagirdin gündəlik həyatı). Bazar günlərindən başqa hər gün adətimiz üzrə səhər yuxudan durduqdan sonra əl-üzümüzü yuyur, geyinir və səhər yeməyini yeyirik, evdən çıxıb, məktəbə yollanırıq. Dərslər başa çatdıqdan sonra evə qayıdıb, nahar edirik. Bir qədər istirahət edib, ev tapşırıqlarını yerinə yetiririk. Sonra bir qədər maraqlı televiziya verlişlərinə baxırıq, valideynlərimizlə müxtəlif söhbətlər edirik. Axşam şam yeməyini yeyib, bir qədər açıq havada gəzişirik. Evə qayıdıb qiraət edirik və yatağımıza girib yatırıq.
Alqoritm 2 (Dərsin gedişi). Zəng vurularkən, sinfə daxil olub, öz yerimizdə otururuq. Müəllim gələn zaman ayağa qalxıb, onunla salamlaşırıq və onun göstərişi ilə yerimizdə əyləşib, dərsdə iştirak edirik. Dərsin sonunda zəng vurulduğu zaman ayağa qalxıb müəllimlə sağollaşırıq. Müəllim sinifdən çıxdıqda, dərs ləvazimatlarımızı yığışdırıb, sinifdən çıxırıq.

2.8. Alqoritmlərin xassələri və təsvir üsulları


Alqoritmlərin aşağıdakı əsas xassələri vardır:


-Diskretlik-məsələnin həlli prosesinin emal mərhələlərinə bölünməsi mümkünlüyü;
-Nəticəvilik-məsələnin həlli üçün aparılan sonlu sayda əməliyyatdan sonra nəticə əldə edilməli və ya nəticənin olmaması haqqında məlumat verilməlidir;
-Müəyyənlik(Determination)-hər bir mərhələnin məzmununun və mərhələlərin yerinə yetirilmə ardıcıllığının müəyyən olunması;
-Kütləvilik-məsələnin həlli alqoritminin ilkin verilənlərdən asılı olmamasının mümkünlüyü və müəyyən sinif məsələlərə tətbiq edilməsi.
Bunlardan başqa, alqoritmlərin sadəyığcam olması, alqoritmə uyğun proqramın icrasında operativliyin gözlənilməsi də vacib şərtlərdəndir. Alqoritm elə qurulmalıdır ki, sonradan o, digər istifadəçilər, uzun müddət keçdikdən sonra isə hətta alqoritmi quran şəxs üçün asan qavranılsın. Alqoritmlərdə əlavə, lazım olmayan əməliyyatların aparılmasına yol verilməməlidir.
Doğrudur, müasir fərdi kompüterlərin sürəti çox böyük oldugundan, belə «lazımsız» bir-iki əməliyyatların proqramın icra vaxtına təsiri həddindən artıq cüzidir. Lakin onların çoxsaylı təkrar olunan dövr içərisində olması, proqramın icrasını xeyli ləngidə bilər.
Alqoritmləri müxtəlif üsullarla təsvir etmək olar.
1.Təbii dildə təsvir. Bu üsuldan adətən böyük həcmli alqoritmləri ümumiləşdirilmiş şəkildə təsvir etmək üçün istifadə edirlər.
2. Blok-sxem formasında (qrafik) təsvir. Alqoritmlərin təsviri üçün ən geniş yayılmış üsul blok-sxem üsuludur. Belə təsvir zamanı həndəsi fiqurlardan istifadə olunur.
-başlanğıc və ya son
-dövr
-məntiqi (şərt)

-hesabi - altproqram


- daxiletmə -çap


B loklar bir-biri ilə istiqamətlənmiş düz xətt parçaları ilə  birləşdirilir. Əgər parçada istiqamət göstərilməyibsə, onda istiqamət sxem üzrə yuxarıdan aşağıya, və ya soldan sağa qəbul olunur.
3.Proqramla (Proqramlaşdırma dilində) və s.



Yüklə 196,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə