KSENOFAN
Stobey Esl. I 8 2. [Ksenofan]: tanrılar fani insanlara hər şeyi əzəldən açıqlamayıb; onlar [özləri] tədricən,
axtararaq daha yaxşını müəyyən edirlər.
Kliment Strom. 109. [Ksenofan]:
fani insanlar düşünürlər ki, guya tanrılar da onlar kimi doğulur, paltara,
səsə və cismani surətə malik olurlar.
Kliment. Strom. VII. 22. [Ksenofan]: həbəşlər deyirlər ki, onların tanrıları fındıqburun və qaradırlar;
frakiyalılar isə [öz tanrılarını] mavigözlü və kürənə çalar [təsəvvür edirlər].
Kliment. Strom. 110. [Ksenofan]: əgər öküzlərin, atların və şirlərin əlləri olsaydı və onlarla insanlar kimi
şəkil çəkə və [incəsənət] əsərləri yarada bilsəydilər, onda atlar, tanrıları atlara bənzər, öküzlər isə öküzlərə
bənzər təsvir edər və [onlara] özlərində olduğu kimi cismani surətlər verərdilər.
Sekst. adv. math. 193. [Ksenofan]: İnsanlarda abırsız və eyibli olan hər şeyi - oğurluğu, zinakarlığı və
qarşılıqlı aldatmanı Homer və Hesiod tanrılara isnad etmişlər.
Kliment. Strom. Y. 109. [Ksenofan]: vahid tanrı - tanrılar və insanlar arasında ən böyüyü, nə xarici görünüşü,
nə fikri ilə fani insanlara bənzəmir.
Sekst. adv. math. IX. 144. [Ksenofan]: Özünün bütün varlığı ilə o görür, düşünür və eşidir.
Simplitsiy. Phus. 23, 19. [Ksenofan]: lakin zorsuz zəkanın qüvvəsilə o hər şeyi sarsıdır.
Simplitsiy. Phus. 22, 9. [Ksenofan]: o həmişə heç yerə hərəkət etməyərək, eyni yerdə olur.
Bir yerdən o biri
yerə keçmək ona yaraşmır.
Diogen. IX. 19. O, öyrədir ki,...ilahi varlıq kürəvaridir və əsla insana oxşamır. Tanrı özünün bütün varlığı ilə
görür və o hər şeyi eşidir, lakin nəfəs almır. Həm də o bütünlüklə zəkadır, təfəkkürdür və əbədilikdir.
Siseron. Acad. II. 118. Hər şey vahiddir və dəyişməzdir və bu heç vaxt yaranmamış, əbədi, kürəvari formalı
tanrıdır.
Siseron. de nat. deor. I. 11,28. Sonra Ksenofan, üstəlik hüdudsuz da saydığı kainata zəka şamil edərək, onu
tanrı hesab etmişdir.
Aristotel. de Melisso, Xenorhane, Goryia. 4. O özü, ümumilikdə tanrı haqqında,
yaxud onun mahiyyəti
haqqında danışaraq deyir ki, o cisimdir. Axı, qeyri-cismani olmaqla, o necə kürə şəkilli ola bilərdi?
Axill. I. Ycag. 4 r. 11. [Ksenofan]: hava ilə təmasda olan yerin bu yuxarı hüdudunu biz ayaqlarımız altında
görürük, aşağı hissə isə hüdudsuzluğa uzanıb gedir.
Aetsiy. IY. 5. [Ksenofan]: hər şey torpaqdan [əmələ gəlib] və ən axırı, hər şey torpağa çevriləcək.
İppolit. Refut. 114. Günəş hər gün xırda qığılcımların yığılmasından meydana gəlir, yer isə hüdudsuzdur və
nə hava, nə səma ilə əhatə olunmamışdır...Yer dənizlə qarışıq olur və zaman keçdikcə nəmdən azad olur.
Dənizdən uzaq ölkələrdə və dağlarda balıqqulaqları tapılır...Yer hər dəfə dənizə qərq olub, palçığa döndükdə,
bütün insanlar həlak olurlar; sonra o yenidən yaranmanın başlanğıcını qoyur və belə növbələnmə bütün
dünyalarda olur.
Filopon. Phus. 125, 27. Ksenofan qurunu və nəmi, yəni torpağı və suyu başlanğıc hesab edirdi.
Sekst. adv. math. 314. [Ksenofan]: zira biz hamımız torpaqdan və sudan yaranmışıq.
19
PARMENİD
Diogen Laertsiy. IX. 22. O,
demişdir ki, iki fəlsəfə [mövcuddur]: biri həqiqət fəlsəfəsi, digəri fikir
fəlsəfəsi...[həqiqətin] meyarını isə o zəkada görmüşdür. [Onun fikrincə], duyğularda dəqiqlik yoxdur.
Timon. (Diogen Laertlidə IX. 23.). Camaatın rəyinə məhəl qoymayan, qüdrətli, qürurlu Parmenid doğrudan
da təfəkkürü təxəyyülün aldatmasından xilas etmişdir.
Aleksandr Afrodisiy in Metaph. I. 3. O, Kainatın əbədiliyini sübut edir və [eyni zamanda] mövcudluğun
əmələ gəlməsini izah etməyə çalışır,
özü də onun, o və digər [predmet] haqqında mühakimələri ardıcıl deyil,
ancaq o hesab edir ki, Kainat vahiddir, əzəlidir və kürə şəkillidir; camaatın rəyincə isə, əmələ gəlməni izah
etmək üçün o zahiri [dünyanın] iki başlanğıcını göstərir - odu və torpağı: birini - maddə, digərini isə -
fəaliyyətdə olan səbəb sifətilə.
Simplitsiy. Phys. 146, 29. Əgər o deyirsə ki, vahid mövcudluq "tamamilə düzgün
kürənin kütləsinə
bənzəyir", təəccüb etmə. İş ondadır ki, poetik ifadə üsulu nəticəsində, o da mifik bir surətə əl atır. Doğrudan
da, nə fərqi var - bunu demək, ya da Orfey deyən kimi: "Gümüşü yumurta"?
Psevda - Plutarx. Strom. 5. O, elan edir ki, şeylərin adi qaydasında Kainat əbədi və hərəkətsizdir...Əmələ
gəlmə isə, yanlış fikirə müvafiq olaraq, zahiri varlığa aiddir. Duyğuları da o həqiqət sahəsindən kənar edir.
O, deyir ki, varlıqdan əlavə bir şey mövcuddursa, o varlıq deyildir. Qeyri-varlıq isə Kainatda yoxdur. Bax elə
bu tərzdə o varlığı əmələ gəlmədən ayrı qoyur.
Aetsiy. I. 7, 26. Parmenid: tanrı hərəkətsiz, hüdudlu və kürə formalıdır.
Aetsiy. I. 25, 3. Parmenid və Demokrit: hər şey zərurətə görə mövcuddur. Tale, həqiqət, qabaqcadan görmə
və xaliq - elə bir şeydir.
ZENON
Simplisiy. Phys. 139, 5. Öz əsərində...o,
sübut edir ki, [mövcudluğun] çoxluğunu ideya edən ziddiyyətlə
üzləşməli olur...[Məsələn] o, sübut edir ki, "Əgər mövcudluq çoxluqdursa, onda o həm böyük, həm də
kiçikdir; o qədər böyükdür ki, ölçüsünə görə hüdudsuzdur və o qədər kiçikdir ki, əsla ölçüyə malik deyildir".
Bax
bununla o, sübut etməyə çalışır ki, nə ölçüyə, nə qalınlığa, nə həcmə malik olmayan [şey] mövcud ola
bilməz. "Çünki, - o deyir, - əgər [bu] başqa mövcudluğa əlavə edilərsə, onu az da olsa artıran deyil. Axı onun
əsla ölçüsü olmadığından, birləşməklə o az da olsa arta bilməz. Və beləliklə, artıq [aydın olduğu kimi] bir
şey əlavə edilməzdi. Axı əgər başqa bir [şey bu şeyin] ayrılmasından az da olsa azalmayacaqsa və digər
tərəfdən [bu şeyin] əlavə edilməsilə az da olsa artmayacaqsa, onda aydındır ki, əlavə edilən və ayrılan heç
nədir". Və Zenon bunu
vahidi inkar etmək məqsədilə, belə bir [fikir] əsasında deyir ki, sonsuz bölünə
bildiyinə görə hər bir [şeyin] qarşısında bir şey qalmalı olduğundan, çoxlu sonsuz [saylı şeylərdən] hər biri
ölçüyə malik olmalıdır. O bunu çoxlu [şeylərin] hər birinin özü ilə eyni və vahid olduğunu göstərdikdən
sonra sübut edir.
Simplisiy. Phys. 140, 27. Əgər çoxluq mövcuddursa, onda eyni bir şeyin məhdud və hüdudsuz olacağını
sübut edərək, Zenon aşağıdakını yazır: "Əgər çoxlu [şeylər] mövcuddursa, onda onlar olduqlarından əsla nə
az, nə çox [həqiqətdə] olduqları qədər olmalıdırlar. Əgər onlar olduqları qədərdirlərsə, onda onların sayı
məhduddur.
Əgər çoxlu [şeylər] mövcuddursa, onda mövcudat hüdudsuzdur. Ona görə ki, "[ayrı-ayrı] mövcud olan
[şeylər] arasında daim başqa [şeylər], onların arasında isə yenə başqaları bulunur. Və beləliklə, mövcudat
hüdudsuzdur".
Simplisiy. Phus. 140. 34. Əvvəlcədən göstərərək ki, "mövcudluq ölçüyə malik olmasaydı,
o mövcud
olmazdı", o davam edir: "Əgər o mövcuddursa, onda hər bir [şey] mütləq müəyyən bir ölçüyə, qalınlığa və
hər hansı başqa şeydən məsafəyə malik olmalıdır. Onun qarşısında bulunan [şeyə] də [yenə] həmin
20