Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   5   6   7   8   9   10   11   12   ...   49

Teofrast de Sens. 25. Məsələn o deyir: insan digər [heyvanlardan] onunla fərqlənir ki, yalnız o düşünür
halbuki qalan [heyvanlar] duyurlar, lakin düşünmürlər. 
 
Aetsi V 30, 1. Sağlamlığı, nəmlik, quruluq, soyuqluq, istilik, acılıq, şirinlik və s. qüvvələrinin tarazlığı 
(izonomiyası) saxlayır; onlarda birinin ağalığı (monarxiyası) isə xəstəliyə səbəbdir. Çünki bir əksliyin ağalığı 
təhlükəli təsir göstərir. 
 
 
 
FİLOLAY 
 
Diogen Laertsiy VIII 84. Krotonlu Filolay - pifaqorçudur. Platon Diona pifaqorçu kitabları ondan almağı 
tapşırır...Onun fikrincə, hər şey zərurətən və harmoniya [qanunu] ilə baş verir. İlk dəfə o demişdir ki, yer 
dairəvi hərəkət edir; başqalarının fikrincə isə [bunu ilk dəfə] sirakuzlu Hiket [söyləmişdir]. 
 
 
 
Filolay. Diogen Laertsidə VIII 85. Təbiət, elə dünya yaradılanda, bütün dünyada və onda bulunan hər şeydə 
olduğu kimi hüdudsuzluqla hüdudlu olanın birləşməsindən əmələ gəlmişdir. 
 
Filolay (Stobeydə Ecl. I 21, 7 b) Doğrudan da, bütün dərk edilən şey ədədə malikdir. Çünki sonuncusuz 
,[ədədsiz] , bir şeyi nə başa düşmək, nə dərk etmək mümkün deyildir. 
 
Filolay (Nikomahda Arithm II 19 r.115, 2) hormoniya müxtəlif qatışığın birləşməsi və ahəngsizliyin ahəngə 
gəlməsidir. 
 
Filolay (Stobeydə Ecl.I Prooem.cor. soç.3) Zira ədədin mahiyyəti odur ki, bilik verir, hər kəsi onun üçün 
şübhəli və naməlum hər şey xüsusunda yönəldir və öyrədir. Doğrudan da ədəd və onun mahiyyəti olmasaydı, 
onda heç kəs üçün nə özlüyündə şeylərdə, nə onların bir-birinə münasibətində bir şey aydın olmazdı... 
 
Görmək olar ki, ədədin mahiyyəti və qüvvəsi nəinki demonik və ilahi şeylərdə, həmçinin bütün bəşəri işlərdə 
və münasibətlərdə, bütün texniki sənətlərdə və musiqidə təsir göstərir. Yalanı isə ədədin mahiyyəti və 
harmoniya qətiyyən özünə qəbul etmir. Çünki [yalan] ona yabançıdır. Yalan və həsəd hüdudsuzluğun
mənasızlığın və ağılsızlığın  mahiyyətinə xasdır. 
 
Filolay  (Stobeydə Ecl.I Prooem.cor.soç.3) Ədədin təsirini və mahiyyətini onluqda bulunan qüvvəyə görə 
anlamaq lazımdır. Çünki o böyük və mükəmməldir, hər şeyi yerinə yetirir, həm də ilahi valehedici və bəşəri 
həyatın başlanğıcıdır (ilk əsasıdır)...Onsuz isə hər şey hüdudsuzdur, qeyri-müəyyəndir və qaranlıqdır. 
 
Aetsi II 7.7. Filolay, Kainatın Gestiyası (ocağı), Zevsin evi, tanrıların anası və mehrabı, təbiətin əlaqəsi və 
ölçüsü adlandırdığı odu mərkəzin ətrafında ortada [yerləşdirir]. Üstəlik başqa bir odu - hər şeydən yüksəkdə 
bulunan və [Kainatı] bürüyən odu [qəbul edir]. Mərkəzi [od] təbiətən əsasdır; onun ətrafında on ilahi cisim 
dəstə ilə rəqs edir- tərpənməz ulduzlar sferası arxasında yerləşən səma, beş planet, onların arxasınca günəş, 
günəşin altında ay, onun altında yer, sonuncunun altında antixiton (əks-yer), onların hamısının arxasınca 
mərkəzin ətrafında yerləşən Gestiya odu. Beləliklə periferik [odun] tamamilə pak elementlər olduğu ən 
yüksək hissəni - Olimp, günəş və ayla birlikdə beş planetin yerləşdiyi, hərəkət edən Olimpdən  aşağıdakı  
fəzanı - Kosmos, onların altında dəyişkən yaranma sahəsi yerləşən [fəzanın] ayaltı hissəsini isə o Uran 
adlandırır. 
 
Aetsi  III 13.1.2. Başqaları [öyrədirdilər ki,] yer tərpənməzdir. Pifaqorçu Filolay isə [deyirdi ki,] o günəş və 
ayla birlikdə maili çevrə üzrə [mərkəzi] odun ətrafında dolanır. 
 
Filolay (Klimentdə Strom.III 7.) Qədim ilahiyyatçılar  və gələcəyi bildirənlər də göstərirlər ki, bəzi 
[cinayətlərə] görə, cəza məqsədilə ruh vücudla birləşdirilmiş və onda sanki qəbirdə olduğu kimi dəfn 
edilmişdir. 
 
 
 
17


 
ELEYA MƏKTƏBİ 
 
Pifaqor fəlsəfi məktəbi ilə yanaşı Eleya adını almış (Cənubi İtaliyadakı Eleya şəhərinin adından) digər fəlsəfi 
məktəb mövcud idi. 
 
Eleatlar məktəbinin sələfi, əsli eramızdan əvvəl V əsrin əvvəlində farslar tərəfindən işğal edilmiş İoniyadakı 
Kolofon şəhərindən olan Ksenofan idi. Ksenofan səyyah xanəndə (dastançı) həyatı sürürdü. O poetik forma 
ilə ifadələnmiş bir sıra əsər yazmışdır. Kəskin tənqidi zəkaya malik olmaqla, Ksenofan fəlsəfə tarixində ilk 
dəfə çox gözəl fikir söyləmişdir ki, tanrılar, insan xülyasının məhsuludur, insanlar tanrıları öz surəti üzrə 
uydurmuş, onlara özlərinin bütün fiziki cəhətlərini və əxlaqi qüsurlarını isnad etmişlər.  Ənənəvi antik 
mifologiyanın antropomorfik politeizminə (insan surətli çoxallahlığına) qarşı Ksenofan təbiətdən ayrılmaz 
vahid tanrı fəlsəfi anlayışını qoymuşdur. 
 
 
a) Ksenofan çox qoca vaxtında Siciliyadan, əsasının qoyulmasını o şerlərdə tərənnüm etmiş, yeni Eley 
şəhərinə köçmüşdür. 
 
Ksenofanın fəlsəfi ideyaları onun şagirdi, akmesi 69-cu olimpiadaya (eradan əvvəl 504-501) düşən Parmenid 
tərəfindən inkişaf etdirilmişdir. Beləliklə, Parmenid Heraklitin müasiri olmuşdur. Sonuncu kimi o da 
tanınmış və varlı nəsildən idi, lakin siyasi həyatdan qaçan Heraklitdən fərqli olaraq, Parmenid Eleyanın 
siyasi həyatında fəal iştirak etmişdir. Parmenid mifoloji obrazlarla dolu proloqdan və iki hissədən ibarət 
"Təbiət haqqında" poemanın müəllifidir. Onlardan birincisində Parmenidin fəlsəfi anlayışları, ikincisində isə
o dövr üçün səciyyəvi olan təbiət fəlsəfəsi üzrə  təsəvvürlər şərh edilir. Birinci hissə, ikinciyə "həqiqət yolu" 
fikir yolu kimi qarşı qoyulur. Birinci hissədən mətnin təqribən 9/10 , ikincidən 1/10 [hissəsi] qalmışdır. 
Poemanın məhz birinci hissəsində, Parmenid hiss üzvlərinin təsdiqinə zidd olaraq, zəka ilə dərk edilən 
mücərrəd, dəyişməz varlıq haqqında öz təlimini şərh edir. 
 
Parmenidin oğulluğu Zenon (onun akmesi eramızdan əvvəl V əsrin ortasına düşür), öz müəlliminin 
paradokslarının əsaslandırılması üzərində çox zəhmət çəkmişdir. Zenon çoxlunun ağılasığmazlığını qeyri-
mümkünlüyünü  sübut edirdi. Bundan başqa o bir sıra misallarla hərəkətin də qeyri-mümkünlüyünü sübut 
edirdi. Əslində Zenon hərəkətin, zamanın və məkanın daxili ziddiyyətliyi problemilə rastlaşmışdı. Zenonun 
qaldırdığı məsələlər (Zenonun aporiyaları) müasir elm üçün də aktualdır. 
 
Eleatlar məktəbinin sonuncu nümayəndəsi Meliss (akme-eramızdan əvvəl 444-440-cı illər) İoniyada Samos 
adasında yaşamışdır. O Parmenid [təlimindəki] vahid varlığı hüdudsuz ilk başlanğıc kimi izah etmişdir. 
(Parmenid [təlimində] varlıq hüdudludur). 
 
 
 
 
ELATLAR BÜTÖVLÜKDƏ 
 
Aristotel Metaph. 15. Parmenid, görünür, vahidi fikri olan, MELİSS isə maddi olan kimi başa düşür. Buna 
görə, biri onu məhdud, digəri - qeyri-məhdud elan edir, onlardan əvvəl vəhdəti qəbul etmiş Ksenofan isə 
(deyirlər ki, Parmenid onun tələbəsi olmuşdur), heç nəyi aydınlaşdırmamış və gərək ki, nə o, nə digər 
mənada vahidin mahiyyətinə toxunmamışdır, amma bütün səmaya nəzərini yönəldərək iddia etmişdir ki, 
vahid - tanrıdır. Bu mütəfəkkirləri, dediyimiz kimi hazırki tədqiqatın məqsədi baxımından diqqətdən kənar 
qoymaq lazımdır, özü də ikisini, yəni Ksenofanı və Melisi, hətta tamamilə-qabatəhər düşündüklərinə görə
Parmenidə gəlincə isə, onun sözlərində görünür daha çox fərasət vardır. Mövcudluqla yanaşı ümumiyyətlə  
heç bir qeyri-mövcudluğun olmadığını fərz edərək o, zərurətən [yalnız] birinin, yəni mövcudluğun var 
olduğunu hesab edir, və daha heç bir şeyin (bu barədə biz təbiət haqqında kitablarda aydıncasına demişik). 
Bununla belə, hadisələrə uyğunlaşmaq məcburiyyətdə qalaraq və vahidin - fikri, çoxluğun isə duyğularla 
qavranılan kimi mövcud olduğunu qəbul edərək, o sonradan iki səbəb yaxud iki başlanğıc müəyyənləşdirir - 
isti və soyuq, yəni od və torpaq haqqında danışır; həm də bu ikisindən mövcudluğa o istini aid edir, digər 
başlanğıcı isə - qeyri-mövcudluğa. 
 
 
18


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə