Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   41   42   43   44   45   46   47   48   49

49. Bu dəlil, tamamilə yox ola bilən, lakin ümumi şəkildə insanın fikrində qalan bir sıra şeylər üçün 
eydosların mövcud olmasının zəruriliyinin tanınmasına əsaslanır. Ancaq bunu eynilə tək-tək şeylərə də aid 
etmək və həmin səbəbə görə də onların hər biri üçün xüsusi eydos olduğunu təsdiqləmək mümkündür. 
 
50. Burada Aristotel, Platonun özü tərəfindən dərk olunmuş çətinliyi şərh edir (ideyalar haqqında təlim 
Platon tərəfindən "Parmnid","Fileb" və "Sofist" dialoqlarında tənqidi araşdırılmışdır). 
 
51. Empedokl substansiya kimi dörd elementi əsas götürürdü - od, torpaq, su və havanı, - ancaq şeylərin 
əslini onlarda deyil, onların əlaqələrində axtarırdı. 
 
 
52. Bu dəlil aşağıdakından ibarətdir: əgər biz duyğu ilə qavranılan insanı  "özlüyündə insan" (insan ideyası) 
ilə müqayisə etsək, onda onlar arasında oxşarlıq olduğundan, "birinci olan"  - duyğu ilə qavranılan insan və 
"ikinci olan" - dərk edilə bilən üçün ümumi olan yeni ideya yaranmalıdır; bu yeni ideyanın - "üçüncü insan" 
ideyasının, həmin duyğu ilə qavranılan insan ilə müqayisəsi yeni bir ideya yaradır və s. sonsuzluğa qədər; 
beləliklə, hər bir insan üçün (eynilə hər bir əşya üçün) bir deyil, "birinci" və "ikinci", "birinci" və "üçüncü" 
və s. arasındakı oxşarlığı şərtləndirən sonsuz sayda ideyalar mövcud olmalıdır. İdeyalar nəzəriyyəsi əleyhinə 
olan bu dəlil artıq Platonun özü tərəfindən Parmenid dialoqunda şərh olunmuşdur. 
 
53. Burada söhbət əsaslardan o cümlədən material əsasdan gedir. 
 
54. Platon pifaqorçulardan fərqli olaraq, hüdudsuz olan yaxud qeyri - müəyyən olan əvəzinə ikiliyi tanıyırdı - 
"böyük olan və kiçik olanı." Onun təliminə görə böyük olan və kiçik olan cismani aləmin mövcudluğunun 
material "həmsəbəbi" keyfiyyətində çıxış edən formalaşmamış fəzadır. 
 
55. "Böyük olan və kiçik olan" bir əsas kimi düşünülür; "böyük olan və kiçik olan" şey kəmiyyət olmalıdır 
və bunun kimi mövcud olmalı və hər hansı bir digər kəmiyyətlə əlaqələnmədə dərk olunmalıdır, halbuki 
kəmiyyət, "böyük olan və kiçik olan" ilə əlaqələnmədən də dərk oluna və mövcud ola bilər. Deməli, 
kəmiyyət, varlıqda və idrakda "böyük olan və kiçik olandan" öncədir, bu halda isə "böyük olan və kiçik olan" 
artıq əsas ola bilməz. 
 
56. Bu nəticəyə Aristotel aşağıdakı mühakimənin əsasında gəlir: tək olan predmetlərin eydoslara aidiyyatı 
onların başqa bir şeyin xassəsi olmaqla hər hansı bir substratdan (əsldən) xəbər verdiklərinə görə deyil, öz-
özlüyündədir, belə ki, əks halda predmet həmin eydosun nə haqqında xəbər verdiyinə görə müəyyənləşərdi, 
yəni təsadüfi müəyyənləşməyə malik olardı. Beləliklə, bir halda ki predmetlərin eydoslara aidiyyatı var, 
eydoslar əsllər (substansiyalar) olmalıdır. 
 
57. İkiqat olana əbədi eydosa olan kimi- onun başqa bir şeyin xassəsi olduğundan deyil, müstəqil varlığında. 
 
58. Burada söhbət ideal olan, özlüyündə ikilərdən deyil, riyazi ikilərdən gedir. 
 
59. Kalliynin ağacdan heykəli. 
 
60. İdeyalar və duyğu ilə qavranılan şeylər arasındakı münasibəti xarakterizə etmək üçün "nədən isə olmaq" 
ifadəsinin heç bir mənası yaramır. 
 
61. Bax: Platon. "Fedon". 
 
62. Ona görə ki, onlar təbii olaraq deyil, süni tərzdə yaranmışlar. 
 
 
KATEQORİYALAR 
 
1. Əsas - yəni real olaraq bir şeyin əsası, substrat. 
 
2. "O ağ Sokratdır", "ağ ağacdır"  ifadaləri, sözün həqiqi mənasında fikir ifadə etmək deyil: belə söyləmək - 
deməli ya heç nə xəbər verməmək, ya şərtsiz deyil, real təsadüfi olan tərzdə xəbər verməkdir. "Sokrat 
 
100


ağbənizdir", "ağac ağdır" ifadələri isə həqiqi ifadələrdirlər, ona görə ki, onların mübtədası real əsası ifadə 
edir, yəni məhz Sokratı, ağacı. "Ağlıq" bir şeydən xəbər verən obyektlərə mənsubdur, Sokrat və ağac isə - 
xəbər verilən. Buna görə də şübhəsiz hesab etmək olar ki, xəbər verilən həmişə təsadüfi olan tərzdə deyil, 
şərtsiz olaraq xəbər verilir. Deməli, hərçənd ki, "o ağ Sokratdır" ifadəsinin mübtədası "o ağ olan"dır, onun 
əsası Sokratdır. "O ağ Sokratdır", "ağ ağacdır" ifadələrində nə isə təsadüfi olan tərzdə xəbər verilir" 
cümləsini o mənada başa düşmək lazım deyil ki, Sokrat və ağac ağın təsadüfi xassələrdirlər. Burada göstərilir 
ki, qrammatik düzgün - "o ağ Sokratdır", "ağ ağacdır" ifadələri, ontoloji və deməli məntiqi olaraq düzgün 
deyildirlər. Deyəndə ki, birinci əsllər (tək-tək olan şeylər) yalnız təsadüfi olan tərzdən başqa heç nədən xəbər 
vermirlər, Aristotel məhz bu halı nəzərdə tuturdu. 
 
3. İki ifadəni müqayisə edək: "Sokrat ağbənizdir" və "Sokrat insandır". Ağ Sokratın bədənindədir. Məhz 
buna görə biz onu ağbəniz adlandırırıq, yəni ağ adı - "ağ"- Sokratdan xəbər verir. Ancaq ağın özü, və deməli, 
onun anlayışı, onun tərifi (görmə səpələyən rəng) Sokratdan xəbər vermirlər. Axı Sokrat görmə səpələyən 
rəng deyil, və ümumiyyətlə rəng deyil. Ağın tərifi, Sokratın tərifinin hissəsi deyil. Digər tərəfdən, insan 
Sokratda, ağ  (və ümumiyyətlə hər hansı bir keyfiyyət) Sokratda olduğu mənada bulunmur. İnsanın tərifi isə 
("quruda yaşayan ikiayaqlı məxluq") yaxud onun tərifinin bəzi hissələri ("ikiayaqlı məxluq", "quruda 
yaşayan məxluq") Sokratdan xəbər verir. 
 
4. İkinci əsllər birinci əsllər xüsusunda qoyulmuş - "məhz bu özü nədir?" sualına cavab verir. 
 
5. Qeyri-əsllər, birinci əsllər xüsusunda qoyulmuş - "məhz bu özü nədir?" sualına cavab vermirlər. Məsələn, 
"Kalliy solğundur", "Kalliy qaçır" ifadələri "məhz Kalliy özü nədir? sualına cavab vermir. 
 
6. Aristotel onu əsasda bulunan adlandırırdı ki, onun hissəsi olmayıb (yəni əsasın tərifinin hissəsi), ondan 
ayrı mövcud ola bilmir. Bir şey, müəyyən bir əsasın hissəsi olduğundan, demək olar ki, o, onun tərifinin 
tərkibindədir. Müəyyən nitq sərbəstliyinə yol versək, demək olar ki, o əsasın tərkibindədir: tərkibindədir, 
ancaq onda bulunmur. 
 
7. Addaş o əşyalar adlanır ki, onların həm adı ümumidir, həm bu ada uyğun əsl haqqında söz eynidir, 
məsələn, "canlı məxluq"  (dzoon) - bu həm insan, həm buğadır. Həqiqətən də  həm insan, həm buğa ümumi 
adla adlanırlar - "canlı məxluq", və [onların] əsli haqqında söz də eynidir. Çünki, əgər həm onun, həm 
digərinin anlayışı göstərilsə ki, onların hər biri üçün dzoon olmaq nədir, onda eyni bir anlayış göstəriləcək. 
 
Tək-tək olan  (birinci əsl deyək ki, A) və növ (deyək ki, B) (1.1) qəbilin adını özündə cəmləşdirir (məsələn, 
"canlı məxluq" Sokrat və insan üçün ümumi addır), (1.2) növ fərqlərinin adları (məsələn, "ikiayaqlı", 
"quruda yaşayan"- Sokrat və insan üçün ümumi adlardır), (2) qəbilin tərifi və növ fərqlərinin tərifləri 
(məsələn, aşağıdakı ifadələr həqiqidir: "Sokrat quruda yaşayan ikiayaqlı məxluqdur" və "İnsan quruda 
yaşayan ikiayaqlı məxluqdur"). Beləliklə, adaş olanın tərifinə uyğun olaraq A və B adaşdırlar. 
 
8. İkinci əsllər birinci əsllərin mahiyyət keyfiyyətləridirlər və özlüklərində onların təsadüfi keyfiyyətlərindən 
fərqlənirlər. 
 
9. Həqiqilik və yanlışlıq ifadələrin kvaziatributlarıdır. 
 
 
 
İKİNCİ ANALİTİKA 
 
1. Yəni ya təsdiq, ya inkar. 
 
2. Bir-birinə qarşı duran təsdiq və inkarı  Aristotel  ziddiyyət adlandırırdı. Qarşıdurmanı isə, müxtəlif 
mənalarda olmayaraq, eyni bir şeyin, eyni bir  şeyə nisbətən [təsdiq və inkarı] kimi başa düşürdü. 
 
3. "Tezis"- burada müəyyən qədər evklid  postulatlarına və təriflərinə uyğun olan fərziyyə və təriflərin 
ümumi adı kimi işlənilir. 
 
 
101


4. Aristotel çox vaxt "aksioma" termini əvəzinə, müəyyən qədər evklid "ümumi anlayışlarına" uyğun, 
"ümumi başlanğıclar", "ümumi rəylər" kimi ifadələr işlədir. 
 
5. Hər hansı bir təlim və düşüncəyə əsaslanan hər hansı bir öyrənmə, öncə olan bilik üzərində qurulur. Əgər 
hər hansı bir [təlim və öyrənmə] nəzərdən keçirilsə bu aydın olar, axı həm riyazi elmlər , həm digər  sənət   
növlərindən hər biri  məhz bu yolla əldə edilir. Silloqizmlər yaxud yönəltmə üsulu vasitəsilə gətirilən 
[dialektik] dəlillər də eynilə  bunun kimi, çünki həm bu, həm digəri artıq müəyyən olan  hər hansı  bir biliyin   
köməyilə alınır: birinci halda bir növ bilicilərdən [mühakimələr] qəbul edilir, ikinci halda isə, ümumi şərtsiz 
aşkar olan biliyə əsaslanaraq  sübut edilir. Bu surətdə bilicilər həm də natiqlikdə inandırırlar: - ya misal 
gətirməyin vasitəsilə, hansı ki, elə yönəltmə üsuludur, ya entimemaların vasitəsilə, hansı ki, elə 
silloqizmlərdir. 
 
Qeyd: Aristotelin işlətdiyi mənada "entimema", ənənəvi formal məntiqdə  işlədilən mənadan xeyli fərqlənir. 
Aristotelin işlətdiyi mənada  "entimemanı" aşağıdakı kimi yazmaq olar: "Əgər A adətən B-yə  aiddirsə, B isə 
V-yə aiddirsə, onda A ehtimal ki, V-yə aiddir". 
 
6. Nus (nous)- ümumiyyətlə mövcud olan  bütün şüur  və düşüncə aktlarının  bəşəri cəmləşməsini ifadə edən 
antik fəlsəfənin  əsas anlayışlarından biridir. 
 
7. Elmin əsasları sübut olunmazdır. Buna görə də onlar sübut edən elmin predmeti  ola bilməz. Onlar yalnız 
intellektual intuisiyanın predmeti ola bilərlər. Yalnız ali ağıl (nus) bilavasitə əsasları "tutmağa" qabildir. Bu 
onun sayəsində mümkündür ki, ağıl özü elə elmin əsasıdır, ona görə ki, ağıl və onun predmeti - eyni bir 
şeydir. 
 
 
FİZİKA 
 
1. Elmi bilik, yəni səbəblərin aydınlaşdırmasına yaxud sübutlara əsaslanan dəqiq bilik. 
 
2."Məlum olan" və "daha aydın olan" ikili məna daşıyır, ona görə ki, öz təbiətinə görə məlum olan və bizə 
görə məlum olan , həmçinin ümumiyyətlə  daha aydın olan və bizə görə daha aydın olan eyni şey deyil. Bizə 
görə məlum və daha aydın olan mən onu adlandırıram ki, hissi qavrayışa daha yaxındır; ümumiyyətlə məlum 
və daha aydın olan isə odur ki, ondan uzaqdır. 
 
 
3. Burada "ümumi" və "hissə" terminləri Aristotel tərəfindən aşağıdakı mənalarda işlədilmişdir: 1) şeyin 
konkret tamlığında  və bölünməzliyində bilavasitə qavranılması və 2) onun "hissələrinə görə" nəzərdən  
keçirilməsi, yəni onu  təşkil edən elementlərin aydınlaşdırılması. 
 
4. Aristotel burada eleya məktəbinin (Parmenid, Zenon, Meliss) təlimini ilkin "fiziklərin" görüşləri ilə 
müqayisə edir. Bu təlimə görə həqiqi mövcudluq vahiddir, hərəkətsizdir, dəyişməzdir və yalnız düşüncə ilə 
dərk olunur. İlkin "fiziklərə" , məsələn, Fales, Anaksimandr və Anaksimen aid edilirdilər. Məlum olduğu 
kimi, bütün mövcudatın mənbəyi və əsası Falesə görə su , Anaksimenə görə isə hava idi. 
 
5. Görünür ki, ilk mövcudluq kimi sonsuz sayda keyfiyyətcə  müəyyən olunan maddələr və isti-soyuq, quru-
yaş və s. kimi əsaslı əksliklər qəbul etmiş Anaksaqor nəzərdə tutulur. 
 
6. Burada Aristotelin işlətdiyi "əsl"  terminin mənasını aydınlaşdırmaq lazımdır. Əsl dedikdə Aristoteldə, 
daxili və xarici faktorların təsirinə məruz qalan və onun konkret tamlığında nəzərdən keçirilən real şey başa 
düşülür. Canlı məxluqlar-bax bu (konkret) insan, bu at, bu ağac və s. - əsllərdir. Ancaq əsllərə həmçinin 
insan fəaliyyətinin məhsulları da aiddir: bax bu ev, bu heykəl, bu plaş və s. 
 
 
Məsələ, elə qoşa əksliklər tapmaqdan ibarətdir ki, istənilən əsllər üçün əsas saymaq mümkün olsun, ona görə 
ki, işıqlı və qaranlıq, sıx və seyrək, şirin və acı kimi xüsusi xarakterli əksliklər yalnız xüsusi qrup əslləri 
xarakterizə edirlər, amma bütün qəbil üçün əsl kimi əsaslar rolunda xidmət edə bilməzlər. 
 
 
102


7. Burada sanki ötərgi formada ilk dəfə "materiya" termini işlədilir. Sonradan bəlli olacaq ki, materiya - bu 
elə hər hansı bir əmələ gəlmənin əsasını təşkil edən substratdır. 
 
 
8. Üç başlanğıclı Aristotel konsepsiyasının özünəməxsusluğu ondan ibarətdir ki, "məhrumiyyət", yəni 
formanın olmaması da həmçinin fəaliyyət göstərən əsas kimi meydana çıxır. 
 
9. Burada riyaziyyatın fizikadan fərqi araşdırılır. Aristotelə görə fizika təbiəti öyrənməklə məşğul olan 
elmdir, riyaziyyat isə şeyləri uzunluğuna, həcminə, səthinə və ümumiyyətlə formasına görə öyrənir. 
 
10. Burada işlədilən "sənət"termini, bizim adi mənada işlətdiyimiz anlamaya nisbətən daha geniş məna 
daşıyır: o həm peşə, həm də ümumiyyətlə ustalıq tələb edən hər hansı bir insan fəaliyyətini özündə 
cəmləşdirir. 
 
11. Aristotel dörd cür səbəb olduğunu göstərirdi. Bu dörd cür səbəb haqqında təlim orta əsrlərdə sxolastlar 
arasında geniş yayılmışdı və onlar bu səbəblərə bizim dövrümüzə qədər gəlib çıxan ifadələr vermişdilər: 
material səbəb, formal səbəb, fəaliyyət göstərən səbəb və məqsədli səbəb. Burada "nəyə görə" dedikdə 
məqsədli səbəb nəzərdə tutulur. 
 
12. Nəzərə almaq lazımdır ki, Aristotelin "hərəkət" anlayışı təkcə fəzada yerdəyişmə olmayıb, həmçinin əşya 
ilə baş verə bilən digər dəyişiklikləri də özündə cəmləşdirir. 
 
13. Qnomon ilə Qədim Yunanıstanda künyə adlandırılırdı - inşaatçılara və dülgərlərə düz bucaqları ölçməyə 
xidmət edən alət. Özlərinin kəmiyyət araşdırmalarında pifaqorçular, bir neçə nöqtədən düzülmüş həndəsi 
fiqurların köməyilə ədədləri modelləşdirməyi adət etmişdilər. Necə deyərlər, "kvadrat" ədədlərinin ardıcıllığı 
- 1,4,9,16, və s. qnomonları vahid ətrafına düzmək yolu ilə göstərilirdi; bu halda kvadratlar, yəni "eyni" 
görünüşlü fiqurlar alınırdı. Başlanğıc fiqur keyfiyyətində burada vahid götürülürdü, hansı ki, ümumiyyətlə 
desək, ədəd deyil, ondan ədədlər törəyən bir "başlanğıc" hesab edilirdi. Əgər vahidi kənar etsək və qurmanı 
ikidən yaxud üçdən başlasaq, onda bu halda, qnomonların hər bir növbəti qoyuluşu zamanı tərəflərin 
münasibəti dəyişən "müxtəlif görünüşlü " düzbucaqlılar alınacaq. 
 
14. Platonun təlimində "böyük olan" və "kiçik olan" - maddi aləmin mövcudluğunda material "həmsəbəb" 
keyfiyyətində çıxış edən formalaşmamış fəza. 
 
 
15.  Panspermiya (pansrermia) cürbəcür toxumların qarışığı. Toxum (spermata) Anaksaqorun əsərlərinin 
salamat qalmış hissəsində rast gəlinir, orada bu termin, dünyanın gəldiyi ilkin qarışığın tərkibinə daxil olan 
keyfiyyətcə müəyyən olunmuş maddələrin çox kiçik hissəciklərini göstərməyə xidmət edir. Beləliklə, 
panspermiya ilə, Anaksaqorun ilkin qatışığını adlandırmaq düzgün olardı, ancaq bu termini Aristotel 
cürbəcür fiqurlara malik olan Demokritin atomlarının müxtəlifliyini göstərmək üçün istifadə edir. 
 
 
16. Bu barədə Platonun "Timey" əsərində söz açılır. Bununla belə, Platonun davamçıları göstərirdilər ki, 
dünyanın Demiurq tərəfindən yaradılması yalnız "əfsanədir" və həqiqətdə Platon bizim gördüyümüz Kainatı 
və zamanı başlanğıcı olmayan hesab edirdi. 
 
17.  Bu mülahizə ilə bağlı olaraq Simplisiy Heraklitin ardıcıllarını yada salır; Aleksandr isə güman edir ki, 
burada söhbət atomistlərdən gedir. Həm o, həm digəri eyni dərəcədə doğru ola bilər. 
 
 
RUH  HAQQINDA 
 
1.  Entelehiya (entelecheia - özü özündə məqsəd daşıyan) Aristotel fəlsəfəsində bir hərəkətverici qüvvə kimi, 
müəyyən məqsədə can atma, məqsədyönlülük mənasında işlədilir.          
2. Yəni, sadəcə malik olma və özünü fəaliyyətdə büruzə verən malik olma kimi. Elə həmin bilik ilə əlaqədar 
misaldan istifadə edərək, Aristotel "potensial olanın" müxtəlif mənalarını belə aydınlaşdırır; potensial bilən, 
həm öyrənən adam, həm də artıq biliyə malik olan, ancaq onu mühakimədə və araşdırmada ("tətbiqdə") 
 
103


istifadə etməyən adamdır; öyrənən adam bir potensial haldan digər potensial hala keçir, çünki artıq biliyə 
malik olaraq, ancaq hələ onu mühakimədə, araşdırmada istifadə etməyərək, o potensial biləndir, ancaq o 
mənada yox ki, necə onu öyrənmədən əvvəl "potensial bilən" adlandırırdılar. 
 
 
3. Yəni sənət vasitəsilə yaradılanlar. 
 
4. Yəni, sadəcə malik olma kimi. 
 
5. Aristotel yuxunu həyat və qeyri-həyat arasında, aralıq heyvanı hal hesab edir. 
 
6. Nəzərə almaq lazımdır ki, yunan sözü olan "organon" həm alət, yəni süni yaradılan vasitə, həm üzv, yəni 
"təbii vasitə" mənasında işlədilirdi. 
 
Cisim, "üzvə malik olan" yaxud üzvlü məhz ona görə adlandırılırdı ki, qeyri-üzvlüdən fərqli olaraq o 
müəyyən funksiyalardan məhrum olan hissələrin konqlomeratı deyil, hər bir hissəsi ona ayrılmış funksiyanı 
yerinə yetirən, onun mahiyyətini təşkil edən bir tamlıqdır. 
 
7. Yəni, bütövlükdə orqanizmin həyat fəaliyyətinin bu və ya digər elementini təşkil edən hər bir üzvün 
funksiyası, həmin orqanizmin bir hissəsi olan üzvün özünə necə münasibətdədir. 
 
 
8. Toxumlar və rüşeymlər potensial olaraq ruha malikdirlər, rüşeymlərin bətndəki inkişafının mənbəyi kimi 
isə valideynlərdən alınmış "impuls" xidmət edir. 
 
9. Diar - Aristotelin dostu. 
 
10. Burada söhbət, duyğu ilə qavrayış zamanı, zəkanın qavranılan obyektlərin təsirinə məruz qalmaması 
haqqında gedir. 
 
11. Başqa sözlə desək, əgər zəka bir şey ilə qarışıq olsaydı, yəni, cisim ilə birləşsəydi, onda, aşağıda 
aydınlaşdığı kimi, o həmişə fikrin məzmununa qarışaraq, onun dərk olunmasına mane olan müəyyən 
keyfiyyətə malik olmalıydı. 
 
12. Yəni Platon. 
 
 
13. Yəni zəka və zəka ilə dərk olunan şey. 
 
14. Yəni özünə görə fikirləşiləndir. 
 
 
 
ETİKA 
 
1. Mina - Yunanıstanda və qədim dünyanın bir sıra ölkələrində yayılmış pul vahidi; mina müxtəlif ölkələrdə 
müxtəlif dəyərə malik idi. 
 
2. Milon Krotonli - əfsənəvi pəhləvan, güləş üzrə altı dəfə olimpiya oyunları qalibi. 
 
3. Aristotelin "orta" haqqında təliminin tez-tez təsadüf edilən mütləqləşdirilməsi, onu "nə şiş yansın, nə 
kabab" təsəvvürü ilə eyniləşdirilməsinə gətirir, halbuki fəzilət qəbahətə müqabildir və həqiqət ilə yalan 
arasında nə isə bir "orta yol" deyil. Ola bilsin orta haqqında təlimi aşağıdakı kimi ifadə etmək daha "düzgün" 
olardı: fəzilət iki müqabil norma arasında bir ortadır; həm ehtiyat, həm şücaət fəzilətli kimi görünürlər, "orta" 
burada fəzilətdir; bir halda ki, özlərinin kənar formalarında bu normalar qəbahətləri təmsil edirlər (qorxaqlıq 
və dəlisov şücaət), fəzilət qəbahətlər arasında orta kimi təsvir edilir. 
 
 
104


4. Əvəz vermə - yəni, "əvəz-əvəzə" prinsipi. 
 
5. Təkcə əşyaları deyil, həm də dəyişmədə iştirak edən şəxsləri bərabərləşdirmək lazımdır (ədədi nisbətə 
görə). Başqa sözlə, bərabərləşdirmə "əmsalı" dəyişmədə iştirak edən tərəflərin bir-birinə tələbatıdır; bu 
tələbat əsasında dəyişilən məhsulların və xidmətlərin qiyməti müəyyən olunur. 
 
6. Aristotelə görə qiymət, əməyin miqdarını deyil, necə deyərlər, tələbat səviyyəsini ifadə edir; o tələbatla 
şərtlənib və onunla birlikdə yox olur; dəyər və qiymət, aydındır ki, fərqləndirilmir. 
 
7. Yəni, nə vaxt məhsulun miqdarı artıq bərabərləşdirilib, məsələn, 10 cüt başmaq 2 ölçü taxıla bərabərdir. 
 
8. Mütənasibliyin qabaqcadan təyini olmadan dəyişmə artıq baş vermişsə, mütənasiblik özü-özünə çox 
güman alınmayacaq. Mütənasibliyin kənar üzvləri burada şəxslərdir - sövdələşmənin iştirakçıları (A və V) 
9.Təyin olunmuş qiymət - bazarda aphontlar (qədim Yunanıstanda hökumətin baş məmurları) tərəfindən 
təyin olunan tariflər. Qiymətin belə üsulla təyin olunması, onun dəyərlə və nəticədə əmək ilə əlaqəsini 
gizlədirdi. (Yuxarıda) pulun qeyri-bərabər qüvvəsi dedikdə çətin ki, məzənnənin artıb-azalması nəzərdə 
tutulur, çox güman bu natural təsərrüfat zamanı pul ilə alış-verişdə tələbatın olmamasıdır; Aristotelə görə 
pul, hər halda şərtilikdir. 
 
10.Yəni, yuxarıda göstərilən müxtəlif keyfiyyətli müqayisə edilməyən obyektlər, məsələn, həkimin xidməti 
və əkinçinin məhsulu. 
 
 
 
SİYASƏT 
 
1. Kifara - qədim yunanların simli musiqi aləti. 
 
2. Politiya termini əsasən demokratik olan respublika quruluşunu ifadə etmək üçün işlədilirdi. 
 
3. Əhalinin sayı mənasında.    
 
 
* * * 
 
Mətnin sonu. 
 
 
 
 
 
 
 
 
105

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə