Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   41   42   43   44   45   46   47   48   49

deyil, mütənasibliyin təyin olunması əsasında qurulmuş əvəz vermə. Məsələ ondadır ki, dövlət özü də 
mütənasib   cavab ianə üzərində durur. Həqiqətən də, ya yamanlığa  cavab olaraq, yamanlıq [etməyə] 
çalışırlar, başqa cür [özünü aparmaq] isə qul olmaq  kimi görünür, yaxud -  [yaxşılığa qarşı] yaxşılıq, əks 
halda xidmətə qarşı xidmət verilmir, halbuki dövlət məhz belə qarşılıqlı xidmət üzərində durur... axı bu elə 
minnətdarlığa xasdır-razı salanın xidmətinə qarşı xidmət göstərmək və öz növbəsində onu razı salmaq... 
Məsələn, ev tikən bənna A olsun, pinəçi-V, ev-Q, başmaq-B.  Bu halda bənnaya pinəçinin [bir hissəsini] əldə 
etmək, öz işindən isə ona vermək lazımdır.(5) 
Əgər əvvəlcədən mütənasib [iş] ölçüsü bulunursa, sonra isə əvəz verilibsə, onda bu [ ədalətli bərabərlik 
mənasında qanunauyğun] adlanır. Əgər bu yoxdursa, onda bərabərsizik yaranır, və [qarşılıqlı münasibət] baş 
tutmur; axı iki nəfərdən birinin işinin digərindən daha yaxşı olmasına heç nə mane olmur, lakin bu işlər 
tarazlaşdırılmalıdır. Digər sənətlərdə də  bunun kimi: əgər onlar müəyyən keyfiyyətə və kəmiyyətə malik (bir 
şey) etməsəydilər, bunu əldə edərkən isə, [məhz] belə keyfiyyət və kəmiyyətə [malik bir şey] əldə 
etməsəydilər, onlar məhv olardılar. [İctimai] qarşılıqlı münasibət iki həkim olduğu zaman deyil, [deyək ki], 
həkim və əkinçi, ümumiyyətlə müxtəlif və qeyri-bərabər [tərəflər] olduğu zaman yaranır, məhz elə onları da 
bərabərləşdirmək lazımdır(6). 
 
Buna görə, dəyişdirilməli hər bir şey, müəyyən bir tərzdə müqayisə olunan olmalıdır. Bunun üçün pul 
meydana çıxdı və müəyyən mənada vasitəçi kimi xidmət edir, ona görə ki, onunla hər şey, deməli,  həm 
həddən artıqlıq, eləcə də əskiklik ölçülür - bununla da neçə başmağın evə yaxud yeməyə bərabər olduğu. 
Uyğun olaraq bənnanın işinin başmaqçının işinə münasibəti, müəyyən miqdar başmağın evə yaxud yeməyə 
münasibəti olmalıdır. Əgər bu olmasa, onda nə dəyişdirmə, nə də  [ictimai] qarşılıqlı münasibət olacaq. Əgər 
[dəyişdirilən şeylər] müəyyən mənada bərabər olmasa, dəyişdirmə də mümkün olmayacaq. Buna görə də 
yuxarıda deyildiyi kimi bütün şeylər vahid bir ölçü ilə ölçülməlidir. Hər şeyi bir-biri ilə bağlayan belə ölçü 
tələbatdır, çünki insanlarda heç bir şeyə tələbat olmasa, yaxud eyni bir şeyə tələbat olmasa, onda ya 
dəyişdirmə olmayacaq ya da lazımi kimi, [yəni qeyri-ədalətli]  olmayacaq; və sanki ümumi bir razılaşma 
kimi tələbata əvəz pul meydana gəldi; məhz ona görə də onun adı "nomisma"dır, yəni o təbiətən deyil, 
razılığa görə mövcuddur və onu dəyişdirmək yaxud istifadədən çıxarmaq bizdən asılıdır (7). 
 
Beləliklə, əvəzvermə o zaman baş tutacaq ki, ədalətli bərabərlik elə təyin edilmiş olsun ki, əkinçinin 
başmaqçıya münasibəti, əkinçinin əməyinin başmaqçının əməyinə münasibəti kimi olsun (8). 
 
Ancaq bunu mütənasib kimi dəyişdirmə artıq başa çatanda deyil (əks halda hər iki üstünlük mütənasibliyin 
kənar üzvlərindən birində olacaq), [tərəflər] özününkülərə malik olanda təsəvvür etmək lazımdır (9). Onda 
onlar bərabərdirlər və bu bərabərləşdirməni həyata keçirilməsi mümkün olduğundan, [ictimai həyatda] iştirak 
edə bilərlər. [Qoy] əkinçi -A , yemək -Q,  başmaqçı -B   və onun [Q]- ya  bərabərləşdirilmiş işi V olsun. Belə 
əvəzvermə mümkün olmasaydı, [ictimai] qarşılıqlı münasibət də mümkün olmazdı. 
 
Tələbatın sanki məlum birliyin mövcud olması kimi bağlılıq yaratması, gərək ki, aydındır, çünki bir-birinə 
tələbat olmasa, (ya iki tərəfin bir-birinə, ya iki tərəfdən birinin başqasına), onda dəyişdirmə də baş tutmur, 
məsələn, şərabın, çörəyin aparılması üçün razılıq ilə əvəz olunması. Deməli bu [yəni çörəyin aparılması ilə 
şərab], gərək bərabərləşdirilsin. 
 
Həm də əgər bu gün heç nəyə ehtiyac yoxdursa, onda pul bizə, bir növ gələcəkdə ehtiyac yaranan zaman 
dəyişdirmə imkanının girovu kimi xidmət edir, çünki [pul] gətirənin gələcəkdə [ona bir şey] əldə etmək 
imkanı olması lazımdır. 
 
Ancaq [digər yaxşı şeylər kimi] pul da dəyişikliyə məruzdur, axı o heç də həmişə bərabər qüvvəyə malik 
deyil. (HƏR halda), pul sabitliyə daha çox meyl göstərir. Buna görə hər şeyə qiymət təyin olunması lazımdır, 
çünki bu halda istənilən vaxt dəyişdirmə mümkün olacaq, dəyişdirmə olduqda isə [ictimai]  qarşılıqlı 
münasibət də olacaq (10). 
 
Beləliklə pul, sanki şeyləri bir-birilə müqayisəli edərək bərabərləşdirən bir ölçüdür; və dəyişdirməsiz 
[ictimai] qarşılıqlı münasibət olmadığı kimi, eləcə də bərabərləşdirməsiz dəyişdirmə, ortaq ölçülüsüz isə - 
bərabərləşdirmə [yoxdur]. 
 
Əlbəttə, əslində şeylər o qədər müxtəlifdir ki (11), ortaq ölçülü ola bilməzlər, ancaq əgər tələbat nəzərə 
alınarsa, [müqayisə üçün] kifayət qədər əsas var. 
 
92


 
Beləliklə, ümumi razılığa [əsaslanmış] və buna görə də nomisma adlanan müəyyən bir [ölçü] vahidi 
olmalıdır; həqiqətən də o hər şeyi müqayisəli edir, ona görə ki, hər şey pul ilə ölçülür. 
 
Ev -A, on mina -V,  yataq -Q olsun; əgər ev beş mina dəyərindədirsə, yaxud beş  minaya bərabərdirsə, onda 
A, V -nin yarısıdır. Yataq - Q, V -nin onda bir hissəsidir; onda aydındır ki, neçə yataq evə bərabərdir, yəni 
beş.Həm də aydındır ki, pul yaranandan əvvəl dəyişdirmə məhz bu üsulla baş verirdi, çünki evə görə beş 
yataq yaxud beş yataq dəyərini verməyin bir fərqi yoxdur. 
 
 
SİYASƏT 
 
Birinci kitab 
 
8. Bir neçə kənddən ibarət olan, demək olar tamamilə özünühakimliyə nail olmuş və həyati tələbatlar üçün  
yaranmış, lakin daha yaxşı həyata çatmaq üçün  mövcud olan icma yetkin dövlətdir. Buradan belə nəticə 
çıxır ki, hər bir dövlət elə ilkin icmalar kimi, təbii yaranmanın məhsuludur: o, [dövlət], onların 
yetkinləşməsidir, yetkinləşmədə isə [obyektin] təbiəti özünü göstərir. Axı biz hər bir obyektin təbiətilə - 
götürək, məsələn, insanın, atın, ailənin təbiətini - onun elə halını  adlandırırıq ki, inkişafının 
yetkinləşməsində alınır. Üstəlik, son məqsədin  həyata keçirilməsində elə ali bitkinlik vardır, özünəhakim 
yaşayış isə həm yetkin, həm ən ali  yaşayışdır. 
 
9. Bütün bu deyilənlərdən aydın olur ki, dövlət təbiətən mövcud olandır və insan öz təbiətinə görə siyasi 
məxluqdur, təsadüf nəticəsində deyil, öz təbiətinə görə dövlətdən kənar yaşayan isə ya mənəvi cəhətdən 
inkişafdan qalmış, ya fövqəlbəşər insandır... 
 
 
10. İnsanın arılardan və hər cür sürü kimi yaşayan heyvanlardan daha çox ictimai məxluq olması aşağıda 
göstəriləndən aydındır: təbiət, bizim fikrimizə görə boş yerə heç nə yaratmır; bununla belə bütün canlı 
məxluqlar arasında yalnız insan danışıq qabiliyyətinə malikdir. Səs, qüssə və sevinc ifadə edir, buna görə də 
o digər canlı məxluqlara da məxsusdur (bir halda ki, onların təbii xüsusiyyətləri sevinci və kədəri hiss edəcək 
və bu hissləri bir-birinə çatdıra biləcək dərəcədə  inkişaf edib). Ancaq, nitq nəyin xeyirli və nəyin zərərli, 
həmçinin nəyin  ədaləti və nəyin ədalətsiz oldğunu da ifadə etməyə qabildir. 11. İnsanların bu xüsusiyyəti  
onları digər canlı məxluqlardan fərqləndirir: yalnız insan, yaxşılıq və yamanlıq, ədalətlilik və ədalətsizlik və 
s. kimi anlayışları qavramağa qabildir. Bütün bunların məcmuu isə  ailə və dövlətin əsasını yaradır. Təbiətən 
dövlət, bizlərdən hər birinə və ailəyə nisbətən  ilkindir; axı zəruridir ki, tam hissədən öncə olsun. Canlı 
məxluqu onun tamlığında məhv et və onun nə ayağı, nə əli olmayacaq, yalnız onların adları qalacaq... 12. 
Beləliklə, dövlətin təbiətən mövcud olması və təbiətən hər bir insandan öncə olması aydındır; [insan] təcrid 
olunmuş vəziyyətə düşdükdə özünə hakim məxluq olmadığından, onun dövlətə münasibəti, hər hansı bir 
hissənin öz tamına münasibəti kimidir. İcmaya daxil olmağa qabil olmayan, yaxud özünü özünə hakim 
məxluq hesab edərək heç nəyə ehtiyac duymayan isə, ya heyvan ya da ilahi bir şəxs olaraq artıq dövlətin  
elementini təşkil etmir. 
 
Təbiət bütün insanlara dövlət icmasına [qoşulmağa] meyl vermişdir, həm də bu icmanı birinci təşkil edən kəs 
bəşəriyyətə çox böyük yaxşılıq etmişdir. Öz bitkinliyini [dövlətdə] tapmış insan canlı məxluqlardan ən 
mükəmməlidir və əksinə, qanundan və hüquqdan kənarda yaşayan insan hamıdan pisdir, çünki silaha 
yiyələnən ədalətsizlik hər şeydən ağırdır; axı təbiət insanın əlinə silah vermişdir- əqli və əxlaqi qüvvə,- onları 
isə əks istiqamətdə də istifadə etmək mümkündür. Buna görə də məziyyətdən məhrum insan öz cinsi 
hisslərində və ehtiraslarında alçaq, vəhşi və ən günahkar məxluqa çevrilir. Ədalət ölçüsü kimi xidmət edən 
hüquq, siyasi ünsiyyətin nizamlayıcısı olduğundan, ədalət anlayışı dövlət haqqında təsəvvürlərlə bağlıdır. 
 
ll. 1. Dövlətin hansı elementlərdən ibarət olduğunu aydınlaşdırıb, biz birinci növbədə ailənin təşkilindən 
danışmalıyıq, çünki dövlət ayrı-ayrı ailələrdən cəmlənir. Ailə öz növbəsində onu təşkil edən elementlərin 
məcmusundan ibarətdir. Yetkin ailədə  iki element var: qullar və sərbəstlər. 
 
 
 
93


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə