Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

 
...Həm Yer, həm hər bir digər [sadə ] cisimlər zərurətən onlara xas olan yerlərdə qalırlar və oradan məcburi 
yolla uzaqlaşırlar; beləliklə bir halda ki, onlardan bəziləri onlara xas olan yerlərdə yerləşirlər [etiraf etmək] 
lazımdır ki, heç də bütün əşyalar yerlərini dəyişmirlər. 
 
Beləliklə, hər şeyin həmişə hərəkət etməsinin yaxud sükunətdə qalmasının mümkün olmadığına yuxarıda 
gətirilən və digər uyğun [mühakimələrdən] inanmaq olar. Ancaq eləcə də mümkün deyil ki, [əşyalardan] bir 
qismi daim sükunətdə qalsın, digər qismi daim hərəkətdə olsun və bəzən hərəkət edən, bəzən isə sükunətdə 
qalan [əşyalar] olmasın... 
 
Beləliklə aydındır ki,bütün  [əşyaların] sükunətdə qalması yaxud hamısının fasiləsiz hərəkət etməsi, eləcə də 
bir qisminin həmişə hərəkət etməsi, digər qisminin həmişə sükunətdə qalması eyni dərəcədə mümkün deyil. 
Deməli bütün [əşyaların] həm hərəkətə, həm sükunətə,yaxud bir qisminin bu tərzdə olmağa, digər qisminin 
sükunətdə qalmağa, üçüncü qisminin daim hərəkət etməyə qabil olub-olmamasını təhlil etmək qalır; məhz 
bunu bizə müəyyən etmək lazımdır. 
 
 
 
Altıncı fəsil 
 
Bir halda ki, hərəkət daim mövcud olmalı və arasıkəsilməz   olmalıdır, istər tək yaxud çox sayda olsun, ilkin 
hərəkətə gətirən əbədi bir şeyin mövcud olması zəruridir və ilkin hərəkətsiz təkanverici mövcud olmalıdır... 
 
 
Deməli, əgər hərəkət əbədidirsə və ilk təkanverici təkdirsə, o  əbədi olacaq. Ancaq çox olandasa birini, həm 
də hüdudsuzdansa məhdud miqdarda olanı qəbul etmək lazımdır. Ona görə ki, əgər nəticə eyni bir şey 
alınırsa, məhdud miqdarda olana üstünlük vermək lazımdır, belə ki, əgər bu mümkünsə təbii [şeylərə] daha 
məhdud olan və daha yaxşı olan xas olmalıdır. Ancaq hərəkətsiz olanlar arasında ilkin və əbədi mövcud 
olmaqla, bütün başqaları üçün hərəkətin başlanğıcı olacaq bir təkanverici də kifayətdir. 
 
Aşağıda deyilənlərdən də həmçinin aydın olacaqdır ki, ilk təkanverici vahid və əbədi olmalıdır. Axı biz sübut 
etmişik ki, [birinci fəsil], hərəkət daim mövcud olmalıdır. Lakin əgər o daim mövcuddursa, daim mövcud 
olan arasıkəsilməz, bir-birinin ardınca gələn isə qeyri-arasıkəsilməz  olduğundan, o arasıkəsilməz olmalıdır. 
Ancaq bu halda, o arasıkəsilməzdirsə, o vahiddir. Vahid isə bir təkanvericilə bir hərəkət edən [predmetdə] 
hasil olunan [hərəkət] olacaq, çünki əgər o bir dəfə birini, o biri dəfə digərini hərəkət etdirəcəksə, bütövlükdə 
hərəkət arasıkəsilməz deyil, ardıcıl olacaq. 
 
 
Doqquzuncu fəsil 
 
 
Aydındır ki, [bütün] yerdəyişmələrdən ən əsası dairəvi hərəkətdir. Çünki hər bir yerdəyişmə, biz əvvəl 
dediyimiz kimi, ya dairəvi, ya düz xətt boyunca, ya qarışıq ola bilər; həm də birinci iki hərəkət axırıncıya 
nisbətən əsasdır, ona görə ki, o onlardan təşkil olunub. Dairəvi hərəkət isə, düz xətt boyunca hərəkətə 
nisbətən əsasdır, çünki o sadədir və daha mükəmməldir. Axı düz xətt boyunca sonsuz olaraq hərəkət etmək 
olmaz (ona görə ki, bu qəbildən olan sonsuzluqlar mövcud deyil və əgər o olsaydı belə, [bu tərzdə] heç nə 
hərəkət etməzdi, ona görə ki, mümkün olmayan şey baş vermir, sonsuz [düz xətti] keçib getmək isə mümkün 
deyil). Sonlu düz xətt boyunca hərəkət isə, əgər o geriyə dönürsə, iki hərəkətdən təşkil olunmuş mürəkkəb 
hərəkətdir, geriyə dönmürsə,  o mükəmməl deyil və müvəqqətidir. Mükəmməl olan isə , həm təbiətinə görə, 
həm tərifinə görə, həm zamana görə  mükəmməl olmayandan əsasdır, eləcə də müvəqqəti olmayan məhvə 
düçar olana  görə əsasdır. Sonra, əbədi ola bilən şey əbədi ola bilməyənə görə əsasdır; və nəhayət, dairəvi 
hərəkət əbədi ola bilər, digər [hərəkət növlərindən] isə nə yerdəyişmə, nə hər hansı bir başqası [əsas] ola 
bilməz, ona görə ki, dayanmaya gətirib çıxarmalıdır, dayanma isə hərəkətin yox olmasıdır. 
 
Tam əsasla demək olar ki, düz xətt boyunca hərəkət yox, məhz dairəvi hərəkət vahid və arasıkəsilməzdir, ona 
görə ki, düz xətt üzərində həm başlanğıc, həm son, həm orta müəyyən olunmuşlar və onda hər şey bulunur, 
belə ki, [yer] var haradan hərəkət başlayacaq və harada o qurtaracaq (axı bir yerdən başqa yerə [hərəkətin] 
 
86


son məntəqələrində hər şey  sükunətdədir); dairəvi hərəkətdə isə heç nə müəyyənləşməyib: axı nə üçün 
[dairəvi] xətt üzərində bu və ya digər [nöqtə] başqasına nisbətən artıq dərəcədə hədd olmalıdır? Axı hər bir 
[nöqtə] eyni dərəcədə həm başlanğıc, həm orta, həm sondur, belə ki,  [çevrə üzərində] həmişə və heç vaxt 
başlanğıcda və sonda olursan. Buna görə də, eyni bir yer tutduğundan [fırlanan] kürə hərəkət edir və  
müəyyən mənada sükunətdədir. Səbəbi odur ki, bütün bunlar mərkəzin xassələrindən doğur: axı o bu həcmin 
həm başlanğıcı, həm ortası və həm də onun sonudur, belə ki, o çevrədən kənarda yerləşdiyinə görə öz 
yerişini bitirmiş hərəkət edən [cismə] dayanmağa yer olmur (o daim sona [doğru] deyil, mərkəz ətrafında 
yerini dəyişir), bunun nəticəsində tam, həmişə bir növ sükunətdə qalır və [eyni zamanda] arasıkəsilmədən 
hərəkət edir. Qarşılıqlı münasibət yaranır: dairəvi hərəkət, hərəkət ölçüsü olduğundan o əsas olmalıdır (axı 
hər şey əsas ilə ölçülür); digər tərəfdən o əsas olduğundan bütün başqa şeylər üçün ölçüdür. Sonra, eyni 
bərabərdə təkcə dairəvi hərəkət ola bilər: axı düz xətt boyunca [hərəkət edən cisim] başlanğıcdan sona doğru 
qeyri-bərabər yerini dəyişir, çünki sükunət vəziyyətindən uzaqlaşdıqca hər şey daha yeyin hərəkət edir; 
yalnız dairəvi hərəkətin özündə nə başlanğıc, nə son yoxdur: onlar [ondan] kənarda bulunurlar. 
 
 
RUH HAQQINDA 
 
İkinci kitab 
 
Birinci fəsil 
 
Keçmiş filosofların ruh haqqında bizə gəlib çatmış fikirləri barəsində bax bunları demək lazım idi. İndi isə 
nədən başlamışdıq ona da qayıdaq, və aydınlaşdırmağa çalışaq ki, ruh nədir və onun ən ümumi tərifi necədir. 
 
Beləliklə, əsl dedikdə biz mövcudluğun qəbillərindən birini başa düşürük; əslə aiddir, birincisi, öz-özlüyündə 
müəyyən bir şey olmayan materiya; ikincisi, onların sayəsində artıq müəyyən bir şey adlanan forma yaxud 
surət, və üçüncüsü, materiya və formadan ibarət olan şey. Materiya imkandır, forma isə - entelehiya (1), və 
məhz ikili mənada - həm bilik kimi, həm də dərk etmə fəaliyyəti (2) kimi. 
 
Görünür, başlıca olaraq cisimlər, və özü də təbii [cisimlər ]  əsllərdir, çünki onlar bütün yerdə qalan 
cisimlərin (3) əsaslarıdır. Təbii cisimlərdən bir qisminə həyat verilmişdir, başqalarına - yox. Əsası onun 
özündə olan( di auio) cismin qidalanmasını, böyüməsini və soluxmasını biz həyat adlandırırıq. Beləliklə, 
həyata aidiyyatı olan hər hansı bir təbii cisim əsldir, özü də tərkibdə olan əsl. 
 
Baxmayaraq ki, o belə cisimdir, yəni həyat verilmiş cisimdir, o ruh ola bilməz. Axı cisim substrata mənsub 
olan bir şeydənsə, özü substrat (hirokeimenon) və materiyadır. Beləliklə, ruh imkanda həyata malik olan təbii 
cismin forması mənasında əsldir. Əsl isə [forma kimi] entelehiyadır; deməli, ruh belə cismin entelehiyasıdır. 
Entelehiya isə ikili mənaya malikdir: ya bilik kimi, ya dərk etmə fəaliyyəti kimi; tamamilə aydındır ki, ruh 
bilik (4) mənasında entelehiyadır. Axı həm yuxu, həm ayıqlıq ruhun olduğuna görədir, özü də ayıqlıq 
dərketmə fəaliyyəti ilə, yuxu isə fəaliyyətsiz malik olma ilə oxşardır. Eyni bir insanda bilik, öz mənşəyinə 
görə dərketmə qabiliyyətini qabaqlayır. 
 
Məhz buna görə ruh, imkandan həyata malik olan təbii cismin birinci entelehiyasıdır. Belə cisim isə, yalnız 
üzvlərə malik olan  cisim ola bilər. Bu arada deyək ki, bitkinin  hissələri də üzvlərdir, düzdür tamamilə 
sadədirlər, məsələn, yarpaq meyvənin qabığı üçün örtük olduğu kimi qabıq isə-meyvə üçün, köklər isə ağız 
ilə oxşardır: axı həm o, həm digəri qidanı götürür. Beləliklə, hər cür ruha ümumi olanı ifadə etmək lazım 
gələrsə, onda bu  aşağıdakılar olar: ruh üzvlərə malik təbii cismin birinci entelehiyasıdır. Buna görə, ruh və 
cismin vahid bir şey olması barəsində sual qoymaq da, mum və onun üzərindəki iz xüsusunda, ümumiyyətlə 
hər hansı bir materiya, və o nəyin materiyası olması xüsusunda sual qoymaq kimi artıq olar. Axı vahidin və 
varlığın müxtəlif mənalara malik olmasına baxmayaraq, yalnız entelehiya həqiqi mənada vahid və varlıqdır. 
 
Beləliklə, deyildi ki, ümumilikdə ruh nədir. Yəni o forma (logos) kimi əsldir, bu isə, əgər təbii cisim hər 
hansı bir alət (6), məsələn, balta olmuş-olsaydı, onun kimi müəyyən bir cismin varlığının mahiyyətidir. Yəni: 
onun əsli balta olmağı olardı, və bu onun ruhu olardı. Həm də əgər onu ayırsaq, onda balta artıq balta 
olmağından qalardı və təkcə adına görə belə olardı. Axı hər-halda bu yalnız baltadır. Ruh isə balta kimi 
cismin deyil, elə təbii cismin varlığının mahiyyəti və formasıdır ki, özü-özündə hərəkətin və sükunətin 
başlanğıcına malikdir. Bu deyilənləri bədən hissələri xüsusunda da təhlil etmək lazımdır.Əgər göz canlı 
 
87


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə