Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

haqqında xəbər verir; məsələn, əgər "quruda yaşayan" insana görə deyilirsə, "quruda yaşayanın" tərifi də 
onun haqqında xəbər verə bilər, çünki insan quruda yaşayandır. 
 
Bir zaman bizə təsdiq etmək lazım gəlməsin deyə əsllərin hissələri də əsl deyillər, bu hissələrin aid olanda 
bulunduğu kimi tamlarda olması qoy bizi çaşdırmasın: axı aid olanda bulunanlar haqqında deyilmişdi ki, o 
aid olanda hər hansı bir [tamda] yerləşən hissələr kimi bulunmur (6). 
 
Əsllərə və növ fərqlərinə o xasdır ki, onlardan [əmələ gəlmiş] hər şey addaş (7) kimi söylənilir.Onlardan 
[əmələ gəlmiş] bütün xəbərlər ya təkdən, ya növlərdən xəbər verir. Birinci əsl heç bir xəbər yaratmır: axı o 
heç bir aid olan haqqında xəbər vermir. İkinci əsllərə gəldikdə isə, növ tək-tək olan haqqında xəbər verir. 
Növ fərqləri də eynilə bunun kimi, həm növlər haqqında, həm tək-tək olan haqqında xəbər verirlər. Sonra, 
birinci əsllər növün  və qəbilin anlayışlarını özlərinə götürürlər, növ isə - qəbilin anlayışını. Çünki xəbər 
verən haqqında  deyilənlərin hamısı aid olana da tətbiq edilə bilər. Bu surətdə də həm növlər, həm tək-tək 
olanlar növ fərqi anlayışını özlərinə götürürlər. O şeyləri biz addaş adlandırmışdıq ki, onların həm adı 
ümumidir, həm tərifi eynidir. Buna görə də əsllərdən və növlər fərqindən [əmələ gəlmiş] hər şey  addaş kimi 
söylənilir. 
 
Hər hansı bir əsl, zənn etmək olar ki, müəyyən bir şey bildirir. Birinci əsllərə gəldikdə yəqindir və həqiqidir 
ki, onlardan hər biri müəyyən bir şey bildirir. Onun ifadə etdiyi, tək-tək olan bir şeydir və sayına görə 
vahiddir. İkinci əsllərə gəldikdə isə, adlandırmanın formasına görə, məsələn, "insan" haqqında yaxud "canlı 
məxluq" haqqında danışılan zaman sanki onlar eyni dərəcədə müəyyən bir şeyi bildirirlər; ancaq bu düz 
deyil. Çox güman onlar müəyyən bir keyfiyyət bildirirlər, çünki birinci əsllərdən fərqli olaraq, burada aid 
olan və tək-tək olan bir şey deyil: çox şeylər haqqında deyilir ki, onlar insanlardır və canlı məxluqlardır. 
Ancaq ikinci əsllər təkcə hər hansı bir keyfiyyəti bildirmirlər, [məsələn], ağ kimi: axı ağ keyfiyyətdən savayı 
heç bir başqa şey bildirmir. Növ və qəbil isə əslin keyfiyyətini  müəyyənləşdirirlər: axı onlar bu və ya digər 
əslin necəliyini göstərirlər. Bu halda qəbil, növə nisbətən daha çox şeyi müəyyənləşdirir: "canlı məxluq" 
deyən kəs, "insan" deyənə nisbətən daha çox şeyi əhatə edir. 
 
Əsllərə həm də o xasdır ki, onlara heç nə müqabil deyil; həqiqətən də, birinci əslə, məsələn,  ayrıca insana 
yaxud ayrıca canlı məxluqa nə müqabil ola bilər? Heç nə onlara müqabil deyil. Eynilə də insana, yaxud canlı 
məxluqa müqabil heç nə yoxdur. Ancaq bu əslin xüsusiyyəti deyil; bu bir çox şeylərdə də rast gəlinir, 
məsələn, kəmiyyət müəyyənliklərində. Axı iki qulac yaxud üç qulac uzunluğa heç bir müqabil yoxdur, eləcə 
də on qulaca və "ümumiyyətlə" heç bir kəmiyyətə; yalnız bircə "çox olanın" "az olana", yaxud "böyük 
olanın" "kiçik olana" müqabil göstərilməsi müstəsna olmaqla. Hər halda müəyyən kəmiyyətlərdən heç birinə 
heç nə müqabil deyil... 
 
Əslin başlıca xüsusiyyəti, zənn etmək olar, eyni və vahid olmaqla əkslikləri özündə cəmləşdirməyə qabil 
olmasıdır, halbuki əsl olmayan başqa şeylər haqqında bunu demək olmaz, [yəni] vahid olmaqla o özündə 
əkslik cəmləşdirməyə qabil olsun; belə ki, vahid və eyni olan rəng, ağ və qara ola bilməz; həmçinin vahid 
olan eyni bir fəaliyyət, yaxşı və pis ola bilməz. Eynilə, əsl olmayan bütün başqa şeylərdə də bunun kimi. Əsl 
isə vahid və eyni olmaqla əkslikləri özündə cəmləşdirməyə qabildir; belə ki, ayrıca insan vahid və özünə eyni 
olmaqla bəzən solğun, bəzən qarabəniz olur, həmçinin isti və soyuq, pis və yaxşı olur. Bütün başqa şeylərdə, 
çox güman ki, bu yoxdur, hərçənd, kim isə etiraz edə və deyə bilər ki, ifadə və rəy əkslikləri özündə 
cəmləşdirməyə qabildirlər. Axı eyni bir ifadə həqiqi və yanlış kimi görünür; məsələn, əgər "o oturub" həqiqi 
ifadədirsə, o durandan sonra bu ifadənin özü yanlış olacaq. Rəyə münasibətdə də eynilə bunun kimi: əgər 
düzgün olaraq  zənn edilirsə ki, filan şəxs oturub, o durandan sonra artıq onun haqqında  bu rəyə tərəfdar 
olmaq düzgün olmayacaq. Lakin, bununla razılaşsaq belə, hər halda [burada və orada əksliklərin özündə 
cəmləşdirmə] üsulunda fərq vardır. Həqiqətən də, əsllər özləri dəyişərək əkslikləri özlərində cəmləşdirirlər. 
Axı, istidən soyuğa keçərək əsl dəyişikliyə məruz qalır (çünki o başqa hala keçdi), və eləcə də solğunluqdan 
qarabənizliyə, pisdən yaxşıya keçərkən. Bütün başqa hallarda da eynilə bunun kimi; əsl dəyişikliyə məruz 
qalmaqla əkslikləri özündə cəmləşdirir; ifadə və rəy isə bütün münasibətlərdə özləri hərəkətsiz olmaqla 
tamamilə dəyişməz qalırlar, ancaq vəziyyətin  dəyişilməsindən onlara əks olan [hal] alınır; həqiqətən də, 
[məsələn], "o oturub" ifadəsi eynilə qalır, ancaq baş verən dəyişikliklərdən asılı olaraq, o ya həqiqi, ya yanlış 
adlanır (9).  Rəy haqqında da bunu demək olar. Belə ki, özünün dəyişməsindən asılı olaraq, heç olmazsa 
üsuluna görə əkslikləri özündə cəmləşdirməyə qabil olmaq əslin xüsusiyyətidir. Beləliklə, əgər bir kəs ifadə 
və rəyin də əkslikləri özündə cəmləşdirməyə qabil olmaları ilə razılaşsaydı, bu düzgün olmazdı. Axı 
əkslikləri özündə cəmləşdirməyə qabil olması kimi, ifadə və rəy haqqında onların özlərinin bir şey özündə 
 
78


cəmləşdirdiklərinə görə deyil, başqa bir şeydə halın dəyişməsinə görə deyilir: ifadə özü əkslikləri özündə 
cəmləşdirməyə qabil olmasına görə deyil, [göstərilən] faktın baş verib-verməməsindən asılı olaraq o həqiqi 
yaxud yanlış adlanır; axı ümumiyyətlə nə ifadə, nə rəy heç bir şeylə və azacıq da olsa hərəkətə gətirilmirlər. 
Buna görə də, onlarda heç bir dəyişiklik baş vermədiyindən onlar əkslikləri özlərində cəmləşdirməyə qabil 
deyillər. Əsl haqqında isə, o özü əkslikləri özündə cəmləşdirdiyinə görə, onları özündə cəmləşdirməyə qabil 
olan kimi deyilir: o xəstəliyi və sağlamlığı, ağbənizliyi və qarabənizliyi özündə cəmləşdirir; belə əksliklərin 
hər birini o özü özündə cəmləşdirdiyindən, onun haqqında onları özündə cəmləşdirməyə qabil olan kimi 
deyilir. Bax buna görə də əslin xüsusiyyəti, vahid və eyni olmaqla, onun özünün dəyişməsi sayəsində 
əkslikləri özündə cəmləşdirməyə qabil olmasıdır. Beləliklə, əsl haqqında deyilənlər kifayətdir. 
 
 
İKİNCİ ANALİTİKA 
 
I kitab 
 
II fəsil 
 
Zənn edəndə ki,  hər bir şeyin mövcud olma səbəbini bilirik, həm də o həqiqətən onun səbəbidir və başqa cür 
ola bilməz, biz zənn edirik ki, onu sofistik, təsadüfi şəkildə deyil, yəqinliklə bilirik. Beləliklə aydındır ki, 
bilik bu qəbildən olan bir şeydir, çünki bilməyənlərə və bilənlərə gəlincə, birincilər məsələnin belə olduğunu 
güman edirlər, bilənlər isə məsələnin belə olduğunu həm də bilirlər. Buna görə də mümkün deyil ki, yəqin 
bilik olan şey haqqında məsələ başqa cür olsun... Biz həmçinin sübut yolu ilə də bilik əldə edirik. Sübut 
dedikdə isə mən elmi silloqizm nəzərdə tuturam. Elmi dedikdə isə mən elə silloqizm nəzərdə tuturam ki, biz 
bu silloqizmə malik olduğumuzun sayəsində, onun vasitəsi ilə bilirik. Buna görə də, əgər bilik biz müəyyən 
etdiyimiz kimidirsə, onda sübut edən bilik də həqiqi, ilkin, vasitəsiz, daha məlum, əvvəlcə gələn 
[mühakimələrə] əsaslanmalıdır, yəni nəticənin səbəblərinə. Çünki sübut edilənə nə xasdırsa, əsaslar da elə 
olacaq. Həqiqətən də, silloqizm onlarsız da ola bilər, sübut isə ola bilməz, belə ki, [onlarsız] elm yaradılmır. 
Beləliklə, [bu mühakimələr] həqiqi olmalıdırlar, çünki olmayan şey haqqında bilik əldə etmək olmaz, 
məsələn, diaqonalın [kvadratın tərəfilə] ortaq ölçülü olması haqqında. İlkin sübutedilməz mühakimələrin isə 
[sübutu aparılmalıdır], çünki əks halda onların sübutu olmadığından onları heç bilməzdik də. Çünki sübutun 
nə üçün olduğunu, həm də təsadüfi surətdə olmayaraq bilmək, elə sübut əldə etmək deməkdir. 
[Mühakimələr] həm də [nəticənin] səbəbi olmalıdır, - həm daha məlum olan, həm əvvəlcə gələn səbəbi - ona 
görə ki, biz bir şeyin səbəbini biləndə onu dərk edirik; əvvəlcə gələn - onlar səbəb olduqlarına görə, 
əvvəlcədən məlum isə - təkcə [onların nə bildirdiyinin] başa düşüldüyü mənada deyil, həm də onların 
mahiyyətinin məlumluğuna görə. "Əvvəlcə gələn" və "daha məlum olan"  ikili şəkildə başa düşülməlidir, 
çünki öz mahiyyətinə görə əvvəlcə gələn və bizə görə əvvəlcə gələn, eləcə də [öz mahiyyətinə görə] daha 
məlum olan və bizə görə daha məlum olan eyni şey deyil. Bizə görə əvvəlcə olan və daha məlum olan 
dedikdə mən hissi qavrayışa daha yaxın olanı, şərtsiz əvvəlcə olan və daha məlum olan dedikdə [isə] ondan 
daha uzaq olanı nəzərdə  tuturam. [Ondan] daha uzaq olan - daha ümumi olan, [ona] daha yaxın olan isə tək-
tək olandır, həm də onların hər ikisi bir-birinə qarşı durur. "İlkinlərdən" isə bildirir: predmetə xas əsaslardan, 
çünki ilkin olan və əsas dedikdə mən eyni bir şey nəzərdə tuturam. Sübutun əsası, vasitəsiz mühakimədir; 
vasitəsiz isə heç bir ondan əvvəlcə gələn olmayandır. Mühakimə, bir şeyin digəri haqqında xəbər verən 
söyləmənin (1) bir  hissəsidir. Dialektik mühakimə, [ziddiyyətin üzvlərindən] hər hansı birini eyni 
götürəndir; sübut edən isə, [onlardan birini] yəqinliklə həqiqi götürəndir. Söyləmə, ziddiyyətin [üzvlərindən] 
biridir, ziddiyyət isə öz-özlüyündə heç bir aralıq [üzvü] olmayan qarşıdurmadır (2). Ziddiyyətin bir üzvü, bir 
şeyin nə haqqında isə təsdiqidir; digəri bir şeyin bir şey xüsusunda inkarıdır. Vasitəsiz silloqistik əsaslardan 
mən onu tezis (3) adlandırıram ki, onu sübut etmək olmaz və bir şey öyrənəcək şəxsə onu bilmək vacib deyil. 
Bir şey öyrənəcək hər bir kəsin bilməli olduğu [əsası] mən aksioma (4) adlandırıram; əlbəttə, bir sıra belə 
əsaslar bulunurlar və başlıca olaraq onları adətən belə də adlandırırıq. Ziddiyyətin bu və ya digər hissəsini 
qəbul edən tezis (mən nəzərdə tuturam ki, məsələn "bir şey var" yaxud "bir şey var deyil"), fərziyyədir, 
bunsuz isə tərifdir. Tərif məhz tezisdir; doğrudan da hesabşünas vahidin kəmiyyətcə bölünməz olması 
tezisini irəli sürür, ancaq bu fərziyyə deyil. Çünki, demək, vahid nədir, və demək, vahid vardır, eyni şey 
deyil. 
 
 
İkinci kitab 
 
 
79


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə