Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

olar onlarda yalnız adlar ümumidir və bu bir kəsin onlar arasında heç bir ümumi şey görməyərək, həm 
Kalliyi, həm ağac parçasını (59) insan adlandırmasına bənzəyərdi. 
 
Əgər biz fərz etsək ki, ümumi təriflər digər münasibətlərdə eydoslara da uyğun gəlirlər, məsələn, özlüyündə 
çevrəyə - "müstəvi fiqur" və tərifin digər hissələri, ancaq yenə əlavə olunmalıdır ki, o nədir, [o nəyin 
ideyasıdır], onda öyrənmək lazımdır, bu tamamilə mənasız çıxmırmı. Həqiqətən də bu nəyə əlavə 
olunmalıdır? "Ortaya" ya "müstəviyə", ya [çevrənin] bütün hissələrinə? Axı əslə [tərifin əhatə etdiyi 
dərəcədə] daxil olan hər şey ideyalardır, məsələn, "canlı məxluq" və "ikiayaqlı". Bundan başqa, aydındır ki, 
"özlüyündə olan", müstəvi timsalına bənzər qəbil kimi bütün eydoslarda bulunaraq müəyyən bir əsl (physis) 
olmalıdır. 
 
 
Beşinci fəsil 
 
Ancaq ən böyük çətinliyi belə sual yaradardı ki, axı duyğu ilə qavranılan şeylər üçün eydoslar nə kimi 
əhəmiyyətə malikdir - əbədi olanlar, yaxud əmələ gələn və keçici olanlar üçün. Məsələ ondadır ki, onlar bu 
şeylər üçün hərəkətin səbəbi yaxud hər hansı bir dəyişikliyi deyil. Digər tərəfdən isə, onlar nə bütün qalan 
şeylərin dərk olunması üçün (onlar axı bu şeylərin əsli də deyillər, əks halda onlarda bulunardılar), nə onların 
varlığı üçün (bir halda ki, onlara aid olan şeylərdə bulunmurlar) heç bir şey vermirlər. Düzdür, düşünmək 
olardı ki, ola bilsin onlar bir şeyə ağ qarışdırmağın onun ağlığının səbəbi olduğu mənada səbəbidirlər. Ancaq 
bu fikir, - onu əvvəlcə Anaksaqor demişdi, sonra isə çətinlikləri araşdıraraq Evdoks və bir sıra  başqaları - 
həddən artıq mütərəddiddir, ona görə ki, belə nöqteyi-nəzərə qarşı, onun əsassızlığını sübut edən çoxlu 
dəlillər gətirmək çətin deyil. 
 
Bununla belə bütün qalan şeylər, "nədən"in heç bir adi mənasında eydoslardan yarana bilməz (60). Söyləmək 
ki, onlar surətlərdir və bütün qalan şeylər onlara aidiyyatı olandır, - boş söz söyləmək və poetik məcazla 
danışmaqdır. Həqiqətən də, o nə olan şeydir ki, ideyalara baxıb fəaliyyət göstərir? Axı surətləri təqlid 
etməyərək, həm bir şey olmaq, həm nəyə olursa-olsun [bənzər] olmaq olar; belə ki, Sokrat mövcuddurmu ya 
yox, Sokrat kimi bir adam da görünə bilər; və aydındır ki, əgər əbədi Sokrat mövcud olsaydı belə, elə eyni 
bir şey olardı. 
 
Yaxud eyni bir şey üçün çoxlu nümunələr, deməli, həm də onun çoxlu miqdarda eydosları olmalı idi; 
məsələn, "insan" üçün - "canlı məxluq" və "ikiayaqlı", bununla birlikdə həm də bir özlüyündə insan üçün. 
Sonra, eydoslar təkcə duyğu ilə qavranılan şeylər üçün deyil, həm də özləri üçün surət olmalı idilər, məsələn, 
qəbil - növlər üçün qəbil kimi; belə ki, eyni bir şey həm surət, həm bənzətmə olardı. Sonra çox güman, əsl və 
onun əsli olduğu şeyin bir-birindən ayrı mövcudluğunun  mümkün olmadığını hesab etmək lazımdır; buna 
görə ideyalar, əgər onlar şeylərin əslləridirsə, onlardan ayrı necə mövcud ola bilərlər? 
Bununla belə "Fedon"da elə deyilir ki, eydoslar [şeylərin] həm varlığının, həm əmələ gəlməsinin səbəbidir 
(61), və hər halda, əgər eydoslar mövcuddurlarsa da, hərəkətə gətirə bilən şey olmasaydı, heç nə əmələ gələ 
bilməzdi. Digər tərəfdən, bir çox şeylər əmələ gəlir ki,  məsələn, ev və üzük, özləri təsdiq etdikləri kimi onlar 
üçün eydoslar mövcud deyil (62).  Buna  görə aydındır ki, onların iddiasına görə ideyaları mövcud olan 
şeylər də beləcə səbəblərdən, ideyalara görə deyil, indicə göstərilən şeylər kimi həm mövcud ola bilər, həm 
əmələ gələ bilər. Ancaq bununla belə, ideyalar barəsində həm bu yolla, həm daha əsaslı və dəqiq dəlillərin 
köməyilə [indicə] nəzərdən keçirilənlərə bənzər bir çox [etirazlar] gətirmək mümkündür. 
 
 
KATEQORİYALAR 
 
V fəsil 
 
Əsl - ən əsas, ilkin və şərtsiz mənada belə adlanan - heç bir aid olan (1) haqqında xəbər verməyən və heç bir 
aid olanda yerləşməyəndir, məsələn, ayrıca insan yaxud ayrıca at kimi(2). İkinci əsllərlə isə, onlara bir növ 
kimi mənsub olan, birinci mənada göstərilən əsllər adlanırlar, - həm bu növlər, həm onların qəbilləri; 
məsələn, ayrıca insan, "insan" növünə mənsubdur, bu növ üçün qəbil isə  - "canlı məxluqdur". Buna görə 
onları ikinci əsllər kimi göstərirlər, məsələn, "insan" və "canlı məxluq". 
 
 
76


Deyilənlərdən aydındır ki, aid olan haqqında xəbər verən  şeydə, həm ad, həm anlayış özünü göstərməlidir; 
belə ki, məsələn, insan aid olan haqqında - ayrıca insan haqqında xəbər verir, əlbəttə, onun haqqında həm də 
[insanın] adı xəbər verir: axı ayrıca insanı insan adlandıracaqsan və insanın tərifi ayrıca insan haqqında xəbər 
verəcək, çünki ayrıca insan həm insan, həm canlı məxluqdur. Beləliklə, həm ad, həm tərif  insan haqqında 
xəbər verəcək. Əksinə, aid olanda bulunanın əksər hallarda nə adı, nə tərifi aid olandan xəbər vermir; bəzi 
hallarda isə, adın aid olan haqqında xəbər verməsinə heç nə mane olmur, ancaq tərif ondan xəbər verə 
bilməz. Belə ki, ağlıq, aid olanda bulunduğu kimi cisimdə bulunaraq aid olandan xəbər verir (axı cisim ağ 
adlanır), ancaq ağ anlayışı heç vaxt cisimdən xəbər verə bilməz (3). [Birinci əsllərdən savayı] bütün başqa 
şeylər isə, ya birinci əsllər haqqında aid olan kimi xəbər verir, ya da aid olanda bulunduğu kimi onlarda olur. 
Əgər ayrı-ayrı hadisələri nəzərdən keçirsək bu aydınlaşar: məsələn, canlı məxluq insan haqqında xəbər verir, 
buna görə o ayrıca  insan haqqında da xəbər verəcək; axı əgər o ayrıca insanlardan heç biri haqqında xəbər 
verməsəydi, o ümumilikdə insan haqqında da xəbər verməzdi. Sonra, rəng cisimdə bulunur; deməli həm də 
ayrıca cisimdə bulunur. Əgər o ayrıca cisimlərin heç birində bulunmasaydı, o ümumilikdə cisimdə də 
bulunmazdı. Beləliklə, [birinci əsllərdən savayı] bütün başqa şeylər ya birinci əsllər haqqında aid olan kimi 
xəbər verir, ya da aid olanda bulunduğu kimi onlarda olur. Buna görə də, əgər birinci əsllər mövcud 
olmasaydı, heç bir başqa şey də mövcud ola bilməzdi. 
 
İkinci əsllərdən növ qəbilə nisbətən daha artıq əsldir, çünki o birinci əslə daha yaxındır. Həqiqətən də, əgər 
izah etməyə çalışsalar ki, birinci əsl nədir, onda qəbili deyil, daha aydın və daha münasib olan növü 
göstərərək onu izah edərlər; belə ki, ayrıca insanı göstərərkən, onu canlı məxluq kimi göstərməkdənsə, insan 
kimi göstərmək daha aydın olar; birinci ayrıca insan üçün daha xasdır, ikinci daha ümumidir; və ayrıca ağacı 
göstərərkən, onu bitki kimi göstərməkdənsə, ağac kimi göstərmək daha aydın olar. Sonra, birinci əsllər 
başlıca olaraq əsllər adlanırlar, çünki bütün başqa şeylər üçün onlar aid olandır və bütün başqa şeylər 
onlardan xəbər verir yaxud onlarda olur. Birinci əsllərin bütün başqa şeylərə münasibəti necədirsə, növün 
qəbilə münasibəti də elədir: növ qəbil üçün aid olandır, çünki qəbillər növlər haqqında xəbər verir, növlər isə 
qəbillər haqqında xəbər vermir. Deməli, həm də bu səbəbdən növ, qəbilə nisbətən  daha artıq dərəcədə əsldir. 
Növlərin özünə gəldikdə isə, onlar qəbil olmadıqları üçün, bir növ digərinə nisbətən daha artıq əsl deyil: 
ayrıca at xüsusunda "at"göstərməkdənsə, ayrıca insan xüsusunda "insan" göstərməklə [sən verən tərif] heç də 
daha münasib olmayacaq. Eynilə də hər hansı bir birinci əsl, digərinə nisbətən daha artıq əsl deyil. Axı ayrıca 
insan, ayrıca buğaya nisbətən heç də daha artıq əsl deyil. 
 
Təbiidir ki,  birinci əsllərdən sonra, bütün  yerdə qalanlardan yalnız növlər və qəbillər ikinci əsl adlanırlar: 
bütün xəbər verənlərdən, yalnız onlar birinci əsli aşkar edirlər (4). Həqiqətən də, əgər bir kəs izah  etməyə 
çalışsa ki, ayrıca insan nədir, onda o onun növünü yaxud qəbilini göstərərək, münasib surətdə bunu izah edə 
bilər, həm də canlı məxluqdansa, onun insan olduğunu göstərərək bunu daha anlaşılan surətdə edə bilər. Hər 
hansı bir digər göstəriş yersiz olar, məsələn, göstərmək ki, o solğundur, yaxud qaçır, yaxud nə isə buna 
bənzər bir şey. Buna görə də təbiidir ki, bütün yerdə qalanlardan [birinci əsllərdən savayı], yalnız növlər və 
qəbillər əsllər adlanırlar. Sonra, birinci əsllər, bütün başqaları üçün aid olan olduğundan, ən əsas mənada əsl 
adlanırlar. Həm də birinci əsllər bütün başqalarına necə münasibətdədirsə, eləcə də birinci əsllərin növləri və 
qəbilləri bütün yerdə qalanlara münasibətdədir: axı onlar haqqında bütün yerdə qalanlar xəbər verir. 
Həqiqətən də, tək insanı oxuya və yaza bilən adlandıra bilərsən; deməli həm insanı, həm canlı məxluqu belə 
adlandıra bilərsən. BÜTÜN başqa hallarda da məsələ uyğun olaraq belədir. 
 
Bütün əsllərin ümumi xassəsi aid olanda bulunmamaqdır. Həqiqətən də,  birinci əsl aid olanda bulunmur və 
aid olan haqqında xəbər vermir. İkinci əsllərə gəldikdə isə, aşağıdakılardan aydın görünür ki, onlar aid 
olanda bulunmurlar; çünki aid olan haqqında - ayrıca insan haqqında, insan haqqında olduğu kimi xəbər 
verilir, ancaq "insan" aid olanda bulunmur, çünki "insan" ayrıca insanda bulunmur. Eynilə bunun kimi aid 
olan haqqında - ayrıca insan haqqında, canlı məxluq haqqında olduğu kimi xəbər verilir, ancaq "canlı 
məxluq" ayrıca insanda olmur. Və sonra, əgər bir şey aid olanda bulunursa, onun adının bəzən aid olan 
haqqında xəbər verməsinə heç nə mane olmur, ancaq tərif onun haqqında xəbər verə bilməz (5). İkinci əsllərə 
gəldikdə isə, həm onların tərifi, həm onların adı aid olan haqqında xəbər verir: Axı insanın tərifi ayrıca 
insana da tətbiq oluna bilər, canlı məxluqun tərifi də - eyni ilə bunun kimi. Buna görə də əsl aid olanda 
bulunanlara mənsub deyil. Ancaq, bu əslin xüsusiyyəti deyil, axı  növ fərqi də  aid olanda bulunmayan şeylər 
sırasına aiddir. Həqiqətən də, aid olan haqqında - insan haqqında, quruda yaşayan və ikiayaqlı haqqında  
olduğu kimi xəbər verilir, ancaq onlar aid olanda bulunmurlar: "ikiayaqlılar" yaxud "quruda yaşayanlar" 
insanda bulunmurlar. Eynilə növ fərqinin tərifi də növ fərqinin [özünün] tətbiq oluna bildiyi bütün şeylər 
 
77


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə