Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

Mövcudluq haqqında, doğrudur, müxtəlif mənalarda deyilir, ancaq həmişə bir şey, bir mahiyyət göstərilir, 
həm də onların adlarının eyniliyinə görə yox, - ya onu özündə cəmləşdirdiyinə görə, ya onun yaranmasına 
səbəb olduğuna görə, ya o onun əlaməti olduğuna görə, ya da onu qavramağa qabil olduğuna görə - məsələn, 
bütün sağlamın, sağlamlığa münasibəti kimi;  eynilə beləcə də həkimlik, həkimlik sənətinə münasibətdə (biri 
bu sənətə sahib olduğuna görə belə  adlanır, digəri -  ona qabiliyyəti olduğuna görə, üçüncüsü - onun tətbiqi 
olduğuna görə), və biz bu kimi söz işlənməsinin digər hallarını da gətirə bilərik. Belə ki, eynilə bu cür 
mövcudluq haqqında da müxtəlif mənalarda, ancaq həmişə bir əsasa münasibətdə danışılır; biri əsl olduğuna 
görə mövcudluq adlanır, digəri - əslin halı olduğuna görə, üçüncüsü - əslə yol (2) , ya onun yox edilməsi və 
məhrumiyyəti, ya onun xassəsi, yaxud əsli əmələ gətirən ya törədən və onunla müəyyən bir münasibətdə 
olduğuna görə; yaxud ona görə ki, o buna bənzər olan bir şeyin inkarıdır, nə üçün biz qeyri-mövcudluq 
haqqında da deyirik ki, o qeyri-mövcudluqdur. Və uyğun olaraq bütün sağlam    bir elm ilə öyrənildiyi kimi, 
başqa hallarda da məsələ eynilə belədir. Çünki bir elm təkcə bir [qəbilə] (3) mənsub olan haqqında xəbər 
verilənləri deyil, həm də bir əslə müəyyən bir münasibətdə olan haqqında xəbər veriləni də öyrənməlidir: axı 
bu da müəyyən mənada bir [qəbilə] mənsub olan haqqında xəbər verir. Buna görə də aydındır ki, özlüyündə 
mövcudluq da bir elm ilə öyrənilməlidir. Elm isə hər yerdə başlıca olaraq əsası -qalanların ondan asılı olduğu 
və onun vasitəsilə öz adlarını aldığı şeyi öyrənir. Deməli, əgər əsas -əslsə, onda filosof zənn etmək olar, əslin 
əsaslarını və səbəblərini bilməlidir. 
 
 
Üçüncü fəsil 
 
İndi izah etmək lazımdır, bir tərəfdən riyaziyyatda aksiomalar (4), digər tərəfdən -əsl adlanılan ilə bir elm 
məşğul olmalıdırmı yaxud müxtəlif elmlər. Tamamilə aydındır ki, belə aksiomaları da bir elm, məhz filosof 
məşğul olan elm tədqiq etməlidir, çünki bu aksiomalar başqalarından ayrı, xüsusi bir qəbildən olan üçün 
deyil, bütün mövcudat üçün qüvvəyə malikdir. Həm də onları hamı işlədir, çünki onlar özlüyündə 
mövcudluq üçün həqiqidir, hər bir qəbil isə mövcudluqdur (5); ancaq onlar, bu hər birinə lazım olduğu qədər, 
yəni sübut gətirilənə nisbətən, qəbilin əhatə sahəsi qədər işlədilir. Beləliklə, madam ki, aksiomalar 
mövcudluqdur (mövcudluq isə axı hər şeyə ümumidir), deməli onlar hər şey üçün qüvvəyə malikdir,  onda 
aydındır ki, özlüyündə mövcudluğu öyrənməklə məşğul olan kəsə bu aksiomaları da öyrənmək lazımdır. 
Buna görə də xüsusi [bir elmi] öyrənməklə məşğul olanlardan heç biri onların həqiqi olub-olmamasını hər 
hansı bir tərzdə iddia etməyə girişmir, -nə həndəsəşünas, nə hesabşünas, yalnız təkcə onlar tərəfindən belə 
etmələri tamamilə təbii olan bir sıra təbiət haqqında fikir söyləyənlərdən başqa: axı onlar güman edirdilər 
təkcə onlar bütövlükdə təbiəti və [özlüyündə] mövcudluğu öyrənirlər. Ancaq təbiət haqqında fikir 
söyləyənlərdən daha da yüksəkdə duranlar olduğundan (6) (çünki təbiət mövcudluğun yalnız bir qəbilidir), 
ümumi olanı və ilkin əsli öyrənənə, aksiomaları da təhlil etmək lazımdır;  təbiət haqqında təlimə gəldikdə isə, 
o da müəyyən bir hikmətdir, ancaq əsas deyil. Həqiqət haqqında digər fikir söyləyənlərə gəlincə isə, onların 
[aksiomaları] necə anlamaq lazım olduğundan baş çıxarmaq təşəbbüsləri analitikanı bilməmələri ilə izah 
olunur (7), çünki [təhlilə] aksioma haqqında eşidib, onları öyrənməkdən deyil, bu aksiomaları artıq 
əvvəlcədən bilərəkdən başlamaq lazımdır (8). 
 
Əqli nəticənin əsaslarının öyrənilməsi filosofun, yəni ümumiyyətlə hər cür əsli, onun təbiətini öyrənənin işi  
olduğu,- bu aydındır. HƏR hansı bir sahədə ən çox biliyə malik olan kəs isə, öz predmetinin daha doğru 
əsaslarını göstərmək iqtidarında olmalıdır, və deməli özlüyündə mövcudluq haqqında belə biliyə malik olan 
kəs, hər şey üçün daha doğru olan bu əsasları göstərmək iqtidarında olmalıdır. Bu isə elə filosofdur. Bütün 
əsaslardan ən doğru olanı isə -onun xüsusunda səhv etmək mümkün olmayandır, çünki belə əsas ən aşkar 
(axı hamı aşkar olmayan şeydə yanılır) və hər hansı bir təxmindən azad olmalıdır. Həqiqətən, mövcud 
olandan bir şey dərk edən hər kəsə bilmək zəruri olan əsas fərziyyə deyil; odur ki, heç olmazsa bir şey dərk 
edən artıq [onu] bilməlidir, artıq təhlilə başlayarkən ona malik olmalıdır. Beləliklə, aydındır ki,  məhz belə 
əsas hamıdan daha doğrudur; bu nə əsas olduğunu isə indi göstərərik. Yəni: mümkün deyil ki, eyni bir şey, 
eyni bir zamanda, eyni bir şeyə, eyni bir münasibətdə xas olsun və olmasın (9) (şifahi çətinliklərdən 
yayınmaqdan ötrü, bizim daha da dəqiqləşdirə biləcəyimiz bütün başqa şeylər də, qoy dəqiqləşdirilsin) - bu, 
əlbəttə, bütün əsaslardan ən doğrusudur, ona yuxarıda verilən tərif uyğun gəlir (10). Əlbəttə, kim olursa-
olsun eyni bir şeyi mövcud olan və mövcud olmayan zənn edə bilməz, necə bunu, bəzilərin fikrincə, Heraklit 
iddia edir;  ancaq məsələ ondadır ki, sözdə nə iddia edirsənsə, onu gerçək zənn etmək zərurəti yoxdur. Əgər 
əksliklərin eyni bir zamanda eyni bir şeyə məxsus olmaları mümkün deyilsə, (qoy biz tərəfdən bu müddəanın 
adi dəqiqləşdirmələri verilsin) (11), və əgər bir fikir digərinə əks olan yerdə ziddiyyət bulunursa (12), onda 
aydındır ki, eyni bir insan eyni bir zamanda eyni bir şeyi mövcud olan və mövcud olmayan zənn edə bilməz; 
 
70


doğrudan da, kim bu [məsələdə] səhv edirsə, eyni bir zamanda bir-birinə zidd olan fikirləri olar. Buna görə 
də sübut gətirənlərin hamısı, onu qəti bir [müddəa] kimi bu müddəaya calayırlar: axı təbiətinə görə o hətta 
bütün digər aksiomalar üçün də əsasdır. 
 
 
Dördüncü fəsil 
 
 
Lakin hər halda, dediyimiz kimi, elələri də var, həm özü deyir ki, eyni bir  şey, eyni bir zamanda həm 
mövcud ola, həm  mövcud olmaya bilər, həm də iddia edir ki, belə zənn etmək tamamilə mümkündür. Bu 
fikrə təbiət haqqında fikir söyləyənlərdən də bir çoxu tərəfdardır (13). Biz isə qəbul etdik ki, eyni bir 
zamanda mövcud olmaq və mövcud olmamaq olmaz, və bu əsasda göstərdik ki, bu bütün əsaslardan ən 
doğrusudur. 
 
Belə ki, bəziləri avamlıqlarına görə tələb edirlər ki, o da sübut edilsin, axı bu avamlıqdır - bilməmək, nə üçün 
sübut axtarmaq lazımdır, nə üçün lazım deyil. Əslində isə hər şey üçün istinasız sübut ola bilməz (axı əks 
halda bu sonsuzluğa aparıb çıxarardı, belə ki, bu halda da sübut olmazdı); hərgah bir şey üçün sübut 
gətirməyə ehtiyac yoxdursa, onda onlar (14), çox güman söyləmək iqtidarında olmayacaqlar ki, axı hansı 
əsası belə ən çox [sübut tələb etməyən] zənn edirlər. 
 
Bununla belə onların müddəası  xüsusunda da təkzib yolu ilə sübut etmək mümkündür ki, məsələ belə ola 
bilməz (15), əlbəttə əgər etiraz edən bizim əleyhimizə bir şey söyləyirsə; əgər o heç nə söyləmirsə, onda heç 
nə üçün dəlili olmayan kəsə qarşı dəlil axtarmaq gülünc olardı, məhz ona görə ki , onda onlar yoxdur: axı 
belə adam, -madam ki o belədir-, uşaq kimidir. Sübutu təkzib edənə gəldikdə isə o, mənim fikrimcə, adi 
sübutdan fərqlənir: adi sübut gətirən xüsusunda güman etmək olardı ki, o əvvəlcə sübut edilməli olanı 
qabaqlayır (16); əgər bunda digəri günahkardırsa,  onda sübut deyil, artıq təkzib bulunur. Bütün buna bənzər 
dəlillərin çıxış nöqtəsi, bir şeyin mövcud olub-olmamasını [qarşı tərəfin] qəbul etməyini tələb etmək deyil, 
(bu, çox güman, əvvəlcə sübut edilməli olanın qabaqlanması hesab edilərdi), onların dediklərinin həm onun 
üçün, həm başqası üçün heç olmazsa bir şey bildirməsindən ibarətdir; axı bu zəruridir, əlbəttə əgər o bir şey 
söyləyirsə, əks halda nə özünə, nə başqasına o heç nə demir. Lakin  əgər belə zərurət qəbul edilirsə, onda 
sübut artıq mümkün olacaq; həqiqətən də, onda artıq ortada müəyyən bir şey olacaq. Lakin sübut aparılması 
üçün, sübut edən deyil, mübahisəni davam etdirən zəmin hazırlayır: mühakimələrə qarşı etiraz edərək, o 
mübahisəni davam etdirir. Bundan başqa, kim bununla razılaşırsa (19) sübutdan savayı həqiqi bir şey olduğu 
ilə də  razılaşır, belə ki, [eyni bir zamanda] bir şey həm bu cür, həm başqa ola bilməz. 
 
BELƏLİKLƏ, HƏR şeydən əvvəl, aydındır ki, heç olmazsa "olmaq" sözünün yaxud "olmamaq" sözünün 
müəyyən bir şey ifadə etməsi doğrudur, deməli, müəyyən bir şey [eyni bir zamanda] bu və digər halda ola 
bilməz. Sonra, əgər "insan" müəyyən bir şey bildirirsə, qoy bu "ikiayaqlı canlı məxluq" olsun. "Müəyyən bir 
şey bildirir" dedikdə mən başa düşürəm ki, əgər "insan" bax budursa, onda insan olan üçün "insan olmaq" 
məhz bax bunu bildirəcək (bununla bərabər, əgər bir kəs desə ki, söz bir neçə məna daşıyır, əhəmiyyəti 
yoxdur, təki onlar müəyyən sayda olsun; bu halda hər bir məna üçün xüsusi ad seçmək mümkün olardı; mən 
onu nəzərdə tuturam ki, məsələn, əgər bir kəs desəydi ki, "insan"bir deyil, bir neçə mənaya malikdir və 
ikiayaqlı canlı məxluq-yalnız onlardan biridir, bundan başqa isə, sayı hər halda, müəyyən olmaqla, bir neçə 
digər [məna] da bulunsaydı, onda hər bir məna üçün xüsusi ad seçmək mümkün olardı). Axı hərgah bu belə  
olmasaydı, bəs deyərdilər ki, söz saysız çox mənaya malikdir, onda tamamilə aydındır ki, nitq mümkün 
olmazdı; doğrudan da müəyyən bir şey bildirməmək - heç nə bildirməməkdir; axı əgər sözlər heç bir 
[müəyyən şey] ifadə etmirlərsə, onda lehinə və əleyhinə hər cür mühakiməyə son qoyulur, həqiqətdə isə - 
özünü müdafiəyə də, çünki müəyyən bir şey düşünülmürsə, bir şey düşünmək mümkün deyil; əgər müəyyən 
bir şey düşünmək mümkündürsə, onda onun üçün bir ad seçmək mümkündür. 
 
Beləliklə, söz, əvvəlcə deyildiyi kimi, bir şey və həm də müəyyən bir şey ifadə edir. Onda, əgər "insan" təkcə 
müəyyən bir şey xüsusunda [bir şeyi]  deyil, həm də bir şeyin özünü bildirirsə, "insan olmaq", "insan 
olmamaq" mənasında ola bilməz (axı biz sanırıq ki, "müəyyən bir şey bildirmək" - bu tək "bir şey xüsusunda 
[bir şey] bildirmək" deyil, əks halda həm "savadlı", həm "ağbəniz", həm "insan" eyni bir şey bildirərdilər və 
deməli, hər şey eyni bir şey olardı, çünki hər şey birmənalı olardı). 
 
 
71


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə