Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

məişətdə, istərsə də ictimai həyatda təriflənir və hörmət edilirlər. Belə dövlətdə istər-istəməz azadlıq hamıya 
yayılmayacaqmı? 
-Başqa nə cür ola bilər? 
-O, əziz dost, xüsusi evlərə də nüfuz edir və nəhayət itaətsizlik hətta heyvanlara da aşılayacaq. 
 
 
-Bunu necə başa düşək? 
-Elə məsələn, ata uşağa bənzəməyə öyrəşir və oğullarından ehtiyat edir, oğulsa - demək ki, atadan artıqdır; 
orada valideynlərə hörmət olmayacaq və [onlardan] qorxmayacaqlar (hamısı da azadlıq bəhanəsilə!), köçkün 
- yerli vətəndaşla, vətəndaş isə köçkünlə bərabərləşir;  yadellilərlə də eyni şey baş verəcək. 
 
-Hə, belə də olur. 
 
-Bundan əlavə, bəzi başqa məsələlər: belə qayda-qanun olan yerdə müəllim şagirdlərdən qorxur və onların 
qarşısında yaltaqlanır, şagirdlər isə öz müəllimlərini və tərbiyəçilərini adam yerinə qoymurlar. Ümumiyyətlə, 
cavanlar yaşlıları yamsılamağa başlayır, onlarla yarışır və mübahisəyə girişirlər, yaşlılar isə, cavanlara 
uyğunlaşaraq və onları yamsılayaraq, xoşagəlməz və hakimanə görünməmək üçün daim məzəli danışır və 
zarafat edirlər 
-Çox düzgün müşahidə edilib. 
 
-Ancaq belə dövlətin xalqı üçün ifrat azadlıq ondan ibarətdir ki,  alınmış qullar və qul qadınlar onların 
alıcılarından heç də az azad deyillər. Hə, biz az qala orada qadınların kişilərə münasibətində və kişilərin 
qadınlara münasibətində necə bərabərlik və azadlıq olduğunu deməyi yaddan çıxartdıq. 
 
-Esxilin təbirincə desək, biz onu deyəcəyik ki, hal-hazırda dillərdədir". 
 
-Özüdür ki var, mən də elə onu deyirəm. Burada, başqa yerlərdəkindən azadlığın nə dərəcədə olması isə, - 
insana itaətkar olan heyvanların bəxtidir: buna heç kəs inanmazdı, nə qədər ki, özüm görməmişdim. Lap elə 
atalar sözü kimi:"İtlər - sahibkarlardır" (2), atlar və eşşəklər burada lovğa-lovğa və tam sərbəstliklə gəzir, 
yoldan keçənlər onlara yol verməyəndə onları itələyərək yola çıxırlar! Bax beləcə bütün hər şey azadlıqla 
aşıb-aşır. 
 
-Sən sanki mənə elə mənim öz yuxumu danışırsan: elə mən özüm kəndə gedəndə onlardan az çəkmirəm. 
 
-Bütün bu [deyilənləri] cəmləşdirsək, ən başlıcası, yəqin ki, başa düşürsən, hətta əhəmiyyətsiz şeylər üzrə də 
vətəndaşların qəlbinin olduqca həssas olmasıdır: məcburi olan hər şey onlarda  yolverilməz bir şey kimi 
hiddət oyadır. Nəhayət, onlar yəqin ki, bilirsən, artıq ümumiyyətlə heç kəsin və heç bir şeydə onlar üzərində 
hakimiyyətin olmamasından ötrü hətta qanunlarla da - rəsmi, yaxud qeyri-rəsmi - hesablaşmaqdan əl 
çəkirlər. 
 
-Mən bunu yaxşı bilirəm. 
 
-Bax belə, əziz dost, məhz bu idarə etmədən, belə gözəl və gənc kimi ötkəm [idarə etmədən], mənim 
fikrimcə tiraniya yaranır. 
 
-Həqiqətən o ötkəmdir. Lakin, bəs sonra? 
-Oliqarxiyada inkişaf etmiş və onu məhv etmiş elə həmin xəstəlik daha artıq və [daha] güclü surətdə burada 
inkişaf edir - özbaşınalıq üzündən - və demokratiyanı əsarət altına salır. Doğrudan da, həddən artıq olan 
bütün şeylər, istər havanın, bitkilərin, yaxud bədənin vəziyyəti olsun, adətən əks tərəfə kəskin dəyişiklik 
yaradır. Dövlət quruluşlarında bu heç də az müşahidə olunmur. 
 
-Şübhəsiz. 
 
-Axı həddən artıq azadlıq çox güman həm ayrıca insan üçün, həm dövlət üçün, həddən artıq əsarətdən başqa 
bir şey deyil. 
 
-Bu da təbiidir. 
 
63


 
-Belə ki, tiraniya, əlbəttə, başqa bir quruluşdan deyil, demokratiyadan yaranır; başqa sözlə desək, ifrat 
azadlıqdan çox böyük və qəddar əsarət yaranır. 
 
 
-Bu əsassız deyil. 
 
-Amma məncə, sən bunu deyil, oliqarxiyada rast gəlinən hansı xəstəliyin eynilə  demokratiyanı da içindən 
yediyini və onu əsarət altına saldığını  soruşdun. 
 
-Düz deyirsən. 
 
-Bu xəstəliklə mən cəsur dəliqanlıların başçılığı altında bir o qədər qoçaq olmayanların da özünü onlara 
çatdırmağa çalışdığı veyil və bədxərc olan bir para adamların meydana çıxmasını hesab etmişəm: biz onların 
bir qisminin neştəri olan, digər qisminin isə ondan məhrum erkək arılara bənzətdik. 
 
-Düzdür. 
 
 
-Bu qrupların ikisi də azacıq görünən kimi, hər hansı bir dövlət quruluşunda pozğunluq yaradır, - iltihab və 
öd bədəndə [pozğunluq yaratdığı] kimi. Həm yaxşı həkimə, həm dövlət qanunvericisinə, təcrübəli arıçıdan az 
olmayaraq onlara qarşı əvvəlcədən tədbir görmək lazımdır,- başlıca olaraq "erkək arıların" əmələ gəlməsinə 
yol verməmək üçün, - lakin onlar əmələ gələrlərsə şanı onlarla birlikdə kəsib atmaq lazımdır. 
 
-Zevsə and verirəm ki, bu vacibdir. 
 
-Ayırd etmək istədiyimizin bizə daha aydın olması üçün gəl belə edək... 
 
-Yəni necə? 
-Fikrən demokratik  dövləti üç hissəyə bölək - bu elə həqiqətdə də belədir. Bir hissəni belə "erkək arılar" 
təşkil edəcək: onlar burada özbaşınalıq nəticəsində əmələ gəlsələr də, ancaq oliqarxik quruluşda olandan heç 
də az deyildirlər. 
 
-Elədir. 
 
-Lakin onlar burada orada olduğundan çox zəhərlidir. 
 
-Nə üçün? 
-Orada onlara hörmət edilmir, əksinə, onları tutduqları vəzifələrdən uzaqlaşdırırlar, buna görə də orada 
onlara əl-qol açmaq və nüfuz qazanmaq üçün şərait yoxdur. Demokratiyada isə onlar bəzi istisnalarla az qala 
rəhbər olurlar: erkək arılardan ən zəhərliləri nitq söyləyir və fəaliyyət göstərirlər, qalanları isə baş yerə yaxın 
əyləşir, səs-küy salır və bir kəsin başqa cür danışmasına yol vermirlər. Belə çıxır ki, bu cür dövlət 
quruluşunda, kiçik bir qisim istisna olmaqla hamı üzərində bu kimi adamlar binagüzarlıq edirlər. 
 
-Əlbəttə. 
 
-Camaatdan həmişə digər bir qisim də ayrılır... 
 
-Hansı? 
-İşbazlardan ən dövlətli olanlar əksər halda təbiətcə ən nizamlıları olurlar. 
 
-Şübhəsiz. 
 
-Elə onlardan "erkək arılara" daha çox bal toplamaq münasibdir. 
 
-[Dövləti] olmayan kəslərdən onu necə alacaqsan axı? 
-Belə dövlətliləri adətən "erkək arıların" şanı adlandırırlar. 
 
64


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə