Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

On doqquzuncu fəsil 
 
Beləliklə,  silloqizm və sübutun hər birinin nə olması və nə cür əmələ gəlməsi aydındır və eyni zamanda - 
sübut edən bilik xüsusunda, çünki bu elə bir şeydir... 
 
Lakin, şübhə etmək olar...[dərk etmə]  qabiliyyətləri anadangəlmə olmayaraq təzahür edirmi, yaxud onlar 
anadangəlmədir, ancaq bu bizə məlum deyil? Biz onlara artıq malik olmuş olsaydıq, onda bu mənasız olardı, 
çünki onda belə çıxardı ki, sübuta nisbətən daha dəqiq biliyə malik kəslərə bu [biliklər] naməlum olur. Lakin, 
biz bu qabiliyyətlərə əvvəlcə malik olmadan sonradan əldə ediriksə, onda əvvəlcə olan biliyə malik olmadan 
biz necə dərk edə və bir şeyi öyrənə bilərik? Axı artıq bunu sübut xüsusunda dediyimiz kimi  bu mümkün 
deyil (5). Buna görə də aydındır ki, [bu qabiliyyətlərə anadangəlmə] malik olmaq olmaz və onların biliyi 
olmayan və heç bir [digər] qabiliyyət verilməmiş kəslərdə zahir olması mümkün deyil. Buna görə də, 
dəqiqliyinə görə bu qabiliyyətlərdən üstün olmamaqla müəyyən [idrak] qabiliyyətinə malik olmaq lazımdır. 
Ancaq belə qabiliyyət, çox güman bütün heyvanlara xasdır, çünki onlar hissi qavrayış adlanan anadangəlmə 
ayırdetmə qabiliyyətinə malikdirlər.  Baxmayaraq ki, hissi qavrayış anadangəlmədir, ancaq bir qisim 
heyvanlarda hisslər ilə qavranılanlardan bir şey qalır, digər qismində isə qalmır. [Hisslər ilə qavranılanlardan 
heç nə] qalmayan bir qisim heyvanlar hissi qavrayışdan kənardır yaxud ümumiyyətlə biliyə malik deyillər, 
yaxud o [biliyə] malik deyillər ki, ondan [heç bir iz] qalmır.  Digərləri isə, hisslər ilə qavrayarkən, ruhda bir 
şey saxlayırlar. Əgər belə [izlər] çoxdursa, onda artıq müəyyən fərq yaranır, belə ki, qavranılanlardan nə 
qalırsa bir qisim [heyvanlarda] müəyyən qədər anlama yaranır, digər qisimdə isə yox. Beləliklə hissi 
qavrayışdan, dediyimiz kimi yadda saxlama qabiliyyəti yaranır. Eyni bir şey xüsusunda tez-tez təkrar olunan 
yada salmadan isə təcrübə yaranır çox sayda yada salma birlikdə müəyyən bir təcrübə təşkil edir. Təcrübədən 
isə, yəni ruhda saxlanan bütün ümumidən, çoxluqdan fərqli  vahiddən, bütün bu çoxluğa eynilik kimi 
bulunan vahiddən öz başlanğıcını sənət və elm alır: məsələ bir şeyin yaradılmasına aiddirsə - sənət, məsələ 
əslə aiddirsə - elm. Beləliklə, bu [əldə edilmiş] qabiliyyətlər [ruhda] təcrid olunmuş şəkildə bulunmurlar və 
digər qabiliyyətlərdən, əsasən [idrak] qabiliyyətlərindən əmələ gəlmirlər, öz başlanğıclarını isə hissi 
qavrayışdan alırlar, döyüş zamanı sıra geriyə qaçmağa başlayandan sonra olduğu kimi: biri dayananda digəri 
də dayanır, sonra isə üçüncü də, sıra ilkin nizama gələnə kimi. Ruh isə elədir ki, bunun kimi bir hal keçirə 
bilər. Bir az aydın olmasa da artıq yuxarıda deyilmişdi, bir daha izah edək. Doğrudan da, biri digərindən 
fərqlənməyən bir şey saxlanılırsa, onda ruhda ilk ümumi zahir olur (çünki hərçənd tək-tək olan qavranılır, 
ancaq qavrayış ümuminin [qavrayışıdır], məsələn, [tək] insanın - Kaliyin deyil, [ümumiyyətlə] insanın. 
Bunun üzərində bölünməz və ümumi bir şey saxlanana qədər yenidən dayanılır, məsələn filan [növdən olan] 
canlı məxluq əvəzinə - [ümumiyyətlə] canlı məxluq və bu tərzdə də ilaaxır. Beləliklə, aydındır ki, ilk 
[başlanğıclar ümumiyə] yönəltmənin köməyi ilə dərk olunmalıdır, ona görə ki, məhz belə tərzdə qavrayış 
ümumini  törədir. 
 
Həqiqəti anladığımız fikrin hallarından, bir qismi daima həqiqidir, digər qismi isə səhvə yol verir (məsələn, 
rəy və düşüncə), elm və ali nus (6) isə daima həqiqətdir, sonra nusdan başqa, dəqiqliyinə görə elmdən üstün 
digər qəbildən [idrak] olmadığından sübutun əsası isə [sübuta nisbətən] daha məlum olduğundan, hər bir elm 
isə dəlillərə əsaslandığından, əsaslar haqqında elm ola bilməz; yalnız nus daha həqiqi ola bildiyindən, əsas 
onun özünün predmeti olacaq; bu həm də ondan görünür ki, sübut sübutun əsası ola bilməz və buna görə elm 
də elmin əsası ola bilməz. Beləliklə, əgər elmdən başqa heç bir digər qəbildən olan həqiqi [idraka] malik 
deyiliksə, onda elmin əsası nus olacaq. Həm də o əsasların əsasları olacaq və bu tərzdə də elm bir tam kimi 
bütövlükdə [öz] predmetinə münasibətdədir (7). 
 
 
FİZİKA 
 
Birinci kitab 
 
Birinci fəsil 
 
ƏSASLARIN, səbəblərin, elementlərin aydınlaşdırılmasına aparıb çıxaran bilik və [o cümlədən] elmi bilik 
(1), hər bir tədqiqatda yarandığından (axı biz bu və ya digər şeyi bildiyimizə o vaxt əminik ki, onun ilk 
səbəblərini, ilk əsasını aydınlaşdırır və onu elementlərinə qədər tərkib hissələrinə ayırırıq), aydındır ki, təbiət 
haqqında elmdə də ilk növbədə əsas xüsusunda olanı müəyyən etməyə çalışmaq lazımdır. Buna təbii yol, 
bizim üçün daha aydın və məlum olandan [öz] təbiətinə görə daha aydın və məlum olana doğru gedir: çünki 
 
80


bizim üçün aydın olan və ümumiyyətlə (2) [aydın olan] eyni şey deyil. Buna görə də məhz bu cür hərəkət 
etmək lazımdır: təbiətinə görə az məlum olan, bizim üçün isə daha çox məlum olandan təbiətinə görə daha 
çox aydın olan və daha çox məlum olana doğru. Bizim üçün isə ilk növbədə qovuşuq  [şeylər] aydındır və 
məlumdur, yalnız sonra onları tərkib hissələrinə ayırmaq yolu ilə onlardan   elementlər və əsaslar müəyyən 
olurlar. Buna görə də ümumiyyətlə [qavranılan] şeylərdən onların tərkib hissələrinə (3) doğru irəliləmək 
lazımdır: çünki, tam olan duyğu ilə daha tez aydınlaşdırılır, ümumi isə bir növ tamdır, belə ki, ümumi bir çox 
bir-birinə bənzər hissələri özündə cəmləşdirir. Adın öz tərifinə münasibətdə də müəyyən qədər buna oxşarlıq 
var: ad, məsələn "dairə" tam bir şeyi ifadə edir, həm də qeyri-müəyyən tərzdə, tərif isə onu tərkib hissələrə 
ayırır. Uşaqlar da ilk vaxtlarda bütün kişiləri ata, qadınları isə ana adlandırırlar və yalnız sonradan hər birini 
ayrılıqda fərqləndirirlər. 
 
 
İkinci fəsil 
 
Beləliklə, zəruridir ki, ya bir əsas olsun, ya çox və əgər bir olarsa, onda Parmenid və Meliss dedikləri kimi ya 
hərəkətimiz olsun, ya hərəkətli -ilk əsası biri hava, digəri su (4) hesab edən, fiziklər dedikləri kimi; əgər 
əsaslar çoxdursa, onda onlar ya iki, yaxud [sayına görə] hüdudlu olmalıdırlar, ya hüdudsuzdurlar: əgər bir 
dənədən çox olmaqla hüdudludurlarsa, onda onlar ya iki ya   üç, ya dörd,  ya hər hansı bir ədəd qədərdirlər, 
əgər hüdudsuzdurlarsa, onda ya Demokrat dediyi kimi, onlar hamısı bir qəbildən olub, yalnız fiqurları ya 
görünüşləri ilə fərqlənirlər, ya da hətta əksdirlər (5). Bütün mövcudatı kəmiyyətinə görə tədqiq edənlər də 
uyğun yol ilə gedirlər: onlar  ilk növbədə soruşurlar, mövcud olanı təşkil edən şey birdir yaxud çoxdur, və 
əgər çoxdursa, o [sayına görə] hüdudludurmu yaxud hüdudsuzdur; beləliklə, onlar da əsas və element 
axtarırlar; o təkdir yaxud çoxdur. 
 
Ancaq tək və hərəkətsiz mövcudluq haqqında məsələnin təhlil ediləsi təbiətin tədqiqinə aid deyil: 
həndəsəşünas, [həndəsənin] əsasını inkar edənə etiraz edə bilmədiyi kimi- bu ya başqa elmin, ya hamı üçün 
ümumi elmin işidir,- eləcə də əsasların tədqiqi ilə məşğul olan kəs: axı təkcə vahid, və həm də göstərilən 
mənada vahid hələ əsas olmayacaq. Axı əsas nəyin isə, yaxud hər hansı bir şeyin əsasıdır... 
 
 
Beşinci fəsil 
 
... Necə biz əvvəl demişdik, təqribən bu yerə kimi əksər başqa [filosoflar] da bizimlədir, onlar hamısı, 
hərçənd [məntiqi] əsaslandırma vermədən elementlər və özləri adlandırdıqları kimi əsaslar meydana çıxarır, 
hər halda sanki həqiqətin özünün tələb etdiyi əksliklər haqqında söz açırlar. Onlar biri-birindən onunla 
fərqlənir ki, bir qismi [əkslikləri] ilkin hesab edir, digər qismi isə-ikinci olan, bir qismi-düşüncəyə daha yaxın 
hesab edir, digər qismi isə-duyğulara.(Yəni bəziləri yaranmanın səbəblərini isti və soyuq hesab edir, digərləri 
rütubətli və quru, başqaları tək və cüt olan,bir paraları isə  ədavət və məhəbbət, bütün bu [əksliklər] isə bir-
birindən göstərilən tərzdə fərqlənirlər. ) Buna görə də müəyyən mənada onlar eyni zamanda həm bir şey 
deyirlər, həm müxtəlif: bu [onların] əksəriyyətinə göründüyü kimi [zahirən] müxtəlif, [mahiyyətcə isə] eyni 
bir şey, bir halda ki, o analojidir; zira onlar [əkslikləri] eyni bir sıradan götürürlər, belə ki, əksliklərdən bir 
qismi digər qismini özündə bulundurur, digər qismi isə onlarda bulunurlar. Məhz bu mənada onlar həm bir, 
həm müxtəlif cür, gah pis, gah yaxşı öyrədirlər: bəziləri yuxarıda deyildiyi kimi, başqaları duyğuya [daha 
yaxın olan] barədə (axı ümumi düşüncə ilə dərk olunur, hissə isə - duyğuların köməyilə, belə ki, ümumi 
düşüncə ilə, duyğu isə hissə ilə əlaqədardır); məsələn, böyük və kiçik düşüncə ilə [düşünülür], nadir olan və 
sıx olan isə duyğu ilə [qavranılır]. Beləliklə, əsaslar əkslik kimi olmalıdır; bu aydındır. 
 
 
Yeddinci fəsil 
 
..."Əmələ gəlmək" sözü müxtəlif mənalarda işləndiyindən və bəzi şeylər sadə deyil müəyyən bir şey kimi 
əmələ gəldiyindən, sadə isə yalnız əsllər (6) əmələ gəldiyindən, aydındır ki, [əsllərdən başqa] bütün digər 
hallarda yeni əlamət və formalar alan bir şey əsası təşkil etməlidir: axı həm "nə vaxt", həm "harada" yalnız 
hər hansı bir substrat olduğu zaman əmələ gəlir, belə ki, yalnız təkcə əsl başqa bir əsas haqqında  xəbər 
vermir, bütün digər [kateqoriyalar] isə əsl haqqında xəbər verirlər. Həm əsllərin həm də sadəcə mövcud olan  
bütün digər şeylərin hər hansı bir substratdan əmələ gəlməsi  müşahidələrdən aydındır. Axı həmişə əmələ 
gələn, əsası təşkil edən bir şeydən [yaranır] məsələn, bitkilər və heyvanlar - toxumdan. Adi bir şey kimi 
 
81


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə