Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

əmələ gələnlər isə, ya misdən tökülmüş heykəl kimi formanı dəyişmə yolu ilə, ya böyüyən [cisimlər] kimi 
əlavə etmə yolu ilə, ya Hermesin daşdan fiquru kimi azaltmaq yolu ilə, ya evlər kimi tərtib etmə yolu ilə, ya 
da materiyasına (7) nisbətən dəyişən [şeylər] kimi, keyfiyyət dəyişməsi yolu ilə əmələ gəlirlər. Aydındır ki, 
bu cür əmələ gələn bütün [şeylər] bu və ya digər substratdan əmələ gəlirlər. Beləliklə, deyilənlərdən aydındır 
ki, bütün əmələ gələn şeylər həmişə tərkibdə olurlar: bir var  əmələ gələn şey və bir də var yeni əlamət və 
forma alan şey və bu axırıncı iki qəbildən olur: ya substrat, [aid olan], ya qarşı olan. Mən aşağıdakıları 
nəzərdə tuturam: qarşı olan - savadsız olandır, əsasda olan - insandır; formasızlıq, eybəcərlik, səliqəsizlik - 
qarşı olanlardır, mis, daş, qızıl isə substratdır. 
 
Beləliklə, aydındır, əgər təbii şeylər üçün, onların təsadüfə görə deyil, hər biri öz adını aldığı əslə uyğun 
surətdə ilkin kimi əmələ gəldiyi səbəblər və əsaslar mövcuddursa [onda etiraf etmək lazımdır ki] hər şey 
əsasda yerləşən substrat və formadan əmələ gəlir. Axı savadlı adam bir növ adamın və savadlının cəmidir, 
belə ki, sən [savadlı adamın] tərifini onların ikisinin təriflərinə ayıra bilərsən. Deməli, aydındır ki, əmələ 
gələnlər göstərilən [əsaslardan] əmələ gəlirlər... 
 
Beləliklə, təbii [cisimlərin] əmələ gəlməsinin neçə əsası var və onlar nə cürdür, [artıq deyilmişdir]; həmçinin 
aydındır ki, nə isə əksliklərin əsasında yerləşməlidir  və əks [əsaslar] iki olmalıdır. Ancaq digər cəhətdən bu 
zəruri deyil: axı kifayətdir əgər əksliklərdən biri öz iştirakı yaxud iştirak etməməsilə dəyişikliyə səbəb 
olacaq. Təbiətin əsasını təşkil edənə gəldikdə isə, o analogiyaya görə dərk olunandır: mis heykələ, ya ağac 
yatağa, ya hələ forma almamışdan əvvəl material və formasız [maddə] formaya malik olan hər şeyə necə 
münasibətdədirsə, eləcə də o əslə müəyyən və mövcud olan predmetə münasibətdədir. Beləliklə, bir əsas 
[substratdır] (hərçənd bir o qədər də vahid deyildir və onun mövcudluğu müəyyən bir predmet mənasında 
deyil), digəri isə - tərif və bir də ona əks olan məhrumiyyət (8). 
 
 
İkinci kitab 
Birinci fəsil 
 
Mövcud [şeylərdən] bir qismi təbiətən mövcuddur, digər qismi - başqa səbəblərə görə. Heyvanlar və onların 
hissələri bitkilər və sadə cisimlər, məsələn: torpaq, od, su, hava - bu və onlara bənzər şeylər, biz deyirik 
təbiətən mövcuddurlar. Bütün bu saydıqlarımız yəqin ki, təbiət tərəfindən yaradılmayandan fərqlənir: axı 
təbiətən  mövcud olanların hamısı istər yerinə, artmağına və azalmağına, yaxud keyfiyyət dəyişmələrinə 
münasibətdə olsun, özü-özündə hərəkətin və sükunətin əsasına malikdir. Yataq, plaş və bu qəbildən olan 
digər [predmetlər] isə, öz adlarına uyğun olduqlarından və süni surətdə yarandıqlarından dəyişikliyə heç bir 
təbii meylləri yoxdur, yaxud ona yalnız daşdan, torpaqdan, yaxud [bu cisimlərin] qatışığından ibarət 
olduqları dərəcədə malikdirlər; belə ki, təbiət təsadüfi uyğunluğa görə deyil, ilkin və öz-özlüyündə mənsub 
olduğuna müəyyən bir əsas, həm də hərəkət və sükunətin səbəbidir. 
 
 
İkinci fəsil 
 
...Bir halda ki, təbiət ikilidir, o həm forma, həm materiyadır, ona görə necə əgər biz fındıqburunluğu 
öyrənməli olsaydıq, o nə olan şeydir, eləcə də [məsələni] (9) nəzərdən keçirmək lazımdır, yəni nə 
materiyasız, nə [təkcə bir] materiya nöqteyi-nəzərindən. Ancaq  aşağıdakılara münasibətdə də iki cür çətinlik 
yarana bilər: bir halda ki, təbiət mövcuddur, fizik onların ikisindən hansı ilə məşğul olmalıdır, yaxud ola 
bilsin onunla ki, onların hər ikisindən  təşkil olunmuşdur? Ancaq əgər onların hər ikisindən təşkil olunmuşla 
[məşğul olacaqsa], onda [deməli] həm də onların hər ikisilə [məşğul olmalıdır]. Onu və digərini eyni bir 
[elm] öyrənməlidirmi, yaxud müxtəlif elmlər? Kim qədim [filosoflara] fikir vermiş olsa, ona elə gələr ki, 
fizikin işi materiyadır (həm Empedokl, həm Demokrit yalnız cüzi miqdarda varlığın forma və mahiyyətilə 
məşğul olmuşlar). Ancaq əgər sənət (10) təbiəti yamsılayırsa, onda eyni bir elmə həm formanın dərk 
olunması və həm də  müəyyən bir hüdudda materiya aiddir (belə ki, məsələn, həkimə sağlamlıqla əlaqədar 
həm sağlam vəziyyəti, həm ödü, həm seliyi bilmək lazımdır, eləcə də inşaatçıya həm evin görünüşünü, həm 
materialı - kərpicləri, taxtanı; bu eyni ilə digər [sənətlərə də] aiddir), beləliklə, fizikanın işi həm o, həm digər 
təbiəti dərk etməkdir. 
 
 
82


Bundan başqa, eyni bir [elmin] işidir ki, məqsədi və "nəyə görə"ni, həmçinin bunun üçün əldə olan 
[vasitələri dərk etsin]. Axı təbiət, məqsəd və "nəyə görə"dir: fasiləsiz hərəkət zamanı hərəkətin hər hansı bir 
sonu bulunan hədd elə "nəyə görə"dir... 
 
Sənətkarlar materialı emal edərkən də  [bunun kimi]: bir qismi onu sadəcə olaraq emal edir, digər qismi 
[incəliklə]  və biz sanki onlar bizə görə  mövcud olduqları kimi  bütün əşyalardan istifadə edirik. Müəyyən 
mənada axı biz [özümüz də] məqsədik, axı "nəyə görə" ikili məna daşıyır...Həmçinin, materiala yiyələnən və 
onu dərk edən iki sənət vardır: istifadə etmə sənəti və istehsala rəhbərlik sənəti. Axı istifadə etmə sənəti də 
müəyyən mənada rəhbərlik sənətidir, ancaq onunla fərqlənir ki, formanı bilir, istehsala rəhbərlik sənəti isə 
materialı bilir: həqiqətən də, sükançı bilir ki, sükanın forması necə olmalıdır və o halda sərəncam verir
gəmiqayıran isə bilir ki, hansı ağacdan və hansı üsullarla [sükan] düzəldilə bilər.Beləliklə, biz [müəyyən] bir 
iş naminə sənət materiallarını emal edirik, təbii cisimlərdə isə o mövcud bir şey kimi bulunur. 
 
 
Beşinci fəsil 
 
 
...Bütün baş verən hadisələr ya nəyə görə isə baş verir, ya yox (birinci halda ya seçməyə görə, ya seçmə 
olmadan, ancaq həm o, həm bu [halda] nəyə görə isə  [baş verir]); beləliklə, aydındır ki, həm zəruri, həm 
əksərən olmayaraq baş verənlərdə elə [hadisələr] ola bilər ki, onlara bir məqsəd xas olsun. Nəyə görə isə 
bütün o hadisələr baş verir ki, müəyyən bir fikrə görə görülür, yaxud təbiət tərəfindən edilir. Bax, bu cür 
hadisələr üst-üstə düşəndə biz onları təsadüfi adlandırırıq; ona görə ki, mövcudluq öz-özlüyündə və üst-üstə 
düşməyə görə olduğu kimi, səbəblər də belə ola bilər; belə ki, məsələn, ev üçün öz-özlüyündə səbəb - tikmək 
bacarığı olan, üst-üstə düşməyə görə isə ağlığı yaxud təşkilidir. Öz-özlüyündə səbəb müəyyən bir şeydir, üst-
üstə düşməyə görə isə- bir [əşyada] saysız miqdarda [təsadüfi xassələr] üst-üstə düşə bildiyindən qeyri-
müəyyəndir. 
 
 
Səkkizinci fəsil 
 
..."Nəyə görə"nin [səbəbi] (11) təbiətən əmələ gələndə və mövcud olandadır. 
 
Sonra, bir məqsəd olan yerdə, ona görə həm birinci, həm ardınca gələnlər əmələ gəlir. Beləliklə, [hər bir şey]  
necə əmələ gəlirsə, [öz] təbiətinə görə də elədir və  [öz]  təbiətinə görə necədirsə, bir şey mane olmazsa
eləcə də əmələ gəlir. Əmələ gəlmə nəyə görə isə olur, deməli, təbiətən də buna görə mövcuddur. Məsələn, 
əgər ev təbii əşyalar sırasından olsaydı, o indi sənət ilə [yaradılan] kimi əmələ gələrdi; amma əgər təbii 
[cisimlər] təkcə təbiətin sayəsində deyil, həm də sənət vasitəsilə əmələ gəlsəydilər, onlar təbiətən onlara xas 
olan kimi əmələ gələrdilər. Deməli, bir şey başqa şeyə görə [əmələ gəlir]. Ümumiyyətlə isə sənət, bir halda 
təbiətin yarada bilmədiyini tamamlayır, digər halda isə onu yamsılayır. Beləliklə, sənət  ilə  yaradılan [şeylər] 
nəyə görə isə əmələ gəlirlərsə, onda, aydındır ki, təbiətən mövcud olanlar da [eləcə əmələ gəlirlər]; çünki 
həm sənət ilə yaradılan, həm təbiətən  mövcud olan [şeylərdən] sonra gələnin əvvəlcə gələnə münasibəti 
eynidir. 
 
[Şeyləri] sənətin köməyi olmadan, tədqiq etmədən və məsləhətləşmədən hazırlayan sair canlı məxluqlarda bu 
özünü daha aydın göstərir; nə üçün bəziləri anlaya bilmir, hörümçəklər, qarışqalar və onlara bənzər digər 
məxluqlar ağılla iş görürlərmi, yaxud nə isə bir başqa şey ilə. Əgər tədriclə bu istiqamətdə irəliləsək, 
müəyyən edərik ki, bitkilərdə də onlara faydalı [hissələr] müəyyən bir məqsədlə əmələ gəlir, məsələn, 
yarpaqlar meyvəni qorumağa görə. Belə ki, əgər təbiətən və bir şeyə görə qaranquş yuva tikir, hörümçək tor 
[hörürsə] və bitkilər meyvəni qorumaq üçün yarpaq əmələ gətirir, köklər isə yuxarı deyil, qidalanmaq üçün 
aşağıya doğru artırsa, onda aydındır ki, təbiətən əmələ gələn və mövcud olan [şeylərdə] uyğun səbəb 
bulunur. Təbiət isə ikilidir: bir tərəfdən materiya kimi [çıxış edir], digər tərəfdən - forma kimi, o isə elə 
məqsəddir; məqsədə görə isə bütün yerdə qalan mövcud olduğundan, onda o [forma], elə "nəyə görə"nin 
səbəbi olacaq. 
 
Sənət ilə yaranan şeylərdə də səhvlər olur: savadlı [adam] səhv yazıb, həkim səhv dərman hazırlayıb; buna 
görə aydındır ki, onlar təbiətin yaratdığı şeylərdə də ola bilər. Əgər "nəyə görə" düzgün [əldə edilən], səhv 
olanlarda isə nəzərdə tutulan, ancaq əldə edilməyən sənət tərəfindən yaradılmış bəzi [şeylər] mövcuddursa, 
 
83


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə