Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   39   40   41   42   43   44   45   46   ...   49

məxluq olsaydı, onun ruhu görmə olardı. Axı görmə, onun forması kimi elə gözün əslidir (göz isə görmə 
materiyasıdır); görmənin itirilməsilə göz artıq göz deyil, daşdan düzəldilmiş yaxud çəkilmiş göz kimi, yalnız 
adına görə göz olaraq qalır. Bədən hissəsi haqqında deyiləni bütün canlı bədənə aid etmək lazımdır. Yəni; 
hissənin hissəyə (7) münasibəti, duyğular məcmusunun, bir duyan kimi bütün duyan bədənə münasibəti 
kimidir. 
 
Ancaq imkanda canlı olan ruhdan məhrum olan şey deyil, ona malik olan şeydir. Toxum və döl məhz belə 
imkanda olan (8) cisimdir. Buna görə, parçalama (balta üçün) və görmə (göz üçün) entelehiya olduğu kimi, 
eləcə də ayıqlıq; ruh da, görmə və alətin gücü kimi bir entelehiyadır, bədən isə imkanda mövcudluqdur. 
Bəbək və görmə [qabiliyyəti] gözü təşkil etdiyi kimi,ruh və bədəndə canlı məxluqu təşkil edir. 
 
Beləliklə ruh bədəndən ayrılmazdır; həmçinin aydındır ki, əgər o təbiətinə görə hissələrdən ibarətdirsə, onun 
hər hansı bir hissəsi də ayrılmazdır, ona görə ki ruhun bəzi hissələri cismani hissələrin entelehiyasıdır. Ancaq 
əlbəttə, ruhun bəzi həssələrinin, onlar hər hansı bir cismin entelehiyası olmadığından, cisimdən ayrılan 
olmasına heç nə mane olmur. Bundan başqa, gəmiçinin gəminin entelehiyası mənasında, ruhun bədənin 
entelehiyası olması,-bu aydın deyil. 
 
Belə ümumi şəkildə ruha tərif vermək  və təsəvvür yaratmaq mümkündür. 
 
 
Altıncı fəsil 
 
İlk növbədə demək lazımdır ki, hər bir duyğu  ilə nə duyulur. Duyulan şeylər üç  cürdür: birinci iki növ 
xüsusunda biz deyirik ki, onlar öz-özünə duyulurlar, üçüncü təsadüfi olan bir şeydir. Birinci  iki növdən biri, 
hər dəfə yalnız bir ayrıca duyğu ilə qavranılır, digəri- bütün duyğulara ümumi olanla. Yalnız bir ayrıca duyğu 
ilə qavranılan dedikdə mən onu nəzərdə tuturam ki, o digər duyğu ilə qavranılmasın və ona münasibətdə 
duyğu səhv edə bilməz, məsələn, rəngin görünməsi, səsin eşidilməsi, dadın hiss olunması; ləms isə bir çox 
müxtəlif növ xüsusiyyətləri ayırd edə bilər. Buna baxmayaraq, hər bir duyğu duyulanı-rəngi, səsi yanılmadan 
ayırd edərək, məhz nəyin rəngə malik olduğunda və onun harada yerləşdiyində yanıla bilər. Bu qəbildən olan 
duyulanlar yalnız müəyyən bir ayrıca duyğu ilə qavranılanlar adlandırılır. 
 
 
Ümumi [surətdə] duyulanlar isə, hərəkət, sükunət,ədəd, fiqur, həcmdir. Onlar yalnız ayrıca bir duyğu ilə 
deyil, onların hamısı ilə ümumi surətdə qavranılır. Axı hərəkət həm ləms ilə, həm görmə ilə qavranılır. 
 
Duyulan şey o zaman təsadüfi olan adlanır ki, məsələn, bax bu ağbəniz məlum olur ki, Diarın (9) oğludur. 
Axı qavranılan ağbənizlik üçün bu təsadüfi bir şey olduğundan, bu təsadüfi olan tərzdə qavranılır. Buna görə 
də heç bir duyğu öz-özünə təsadüfi duyulandan bir təsirə məruz qalmır. Öz-özlüyündə qavranılanlardan əsl 
mənada duyulan, yalnız ayrıca bir duyğu ilə qavranılandır, deməli, öz təbiətinə görə hər bir ayrıca duyğunun 
əsli uyğunlaşandır. 
 
 
Üçüncü kitab 
 
Dördüncü fəsil 
 
Ruhun dərk edən və fikirləşən hissəsinin ayrılan olub-olmadığına, özü də məkanca deyil, fikrən ayrılan olub-
olmamasına gəldikdə isə, onun fərqləndirici xüsusiyyətlərini və təfəkkürün məhz necə baş verdiyini təhlil 
etmək lazımdır. 
 
Belə ki, əgər təfəkkür duyğu ilə uyğundursa, onda o ya dərk ediləndən nəyə isə məruz qalır, ya da o buna 
bənzər başqa bir şeydir. Təfəkkür, əlbəttə, nəyə isə (10) məruz qalmalı deyil, formaları qavramağa qabil 
olmalıdır, yəni imkanda zəka ilə dərk olunanın özü deyil, zəka ilə dərk olunan kimi olmalıdır, və zəkanın, 
zəka ilə dərk edilənə münasibəti, duyğu qabiliyyətinin duyulana münasibəti kimidir. Və bir halda ki, zəka hər 
şey fikirləşə bilir, Anaksaqor dediyi kimi, hər şey üzərində hökmranlıq etmək üçün, yəni hər şeyi dərk etmək 
üçün, onun heç nə ilə qarışığı olmamalıdır. Axı yad olan şey, zəka ilə yanaşı olarkən, ona mane olur və onun 
qarşısını kəsir (11). Beləliklə, zəka təbiətinə görə qabiliyyətdən başqa bir şey deyil. Deməli, fikirləşməyə 
 
88


başlamamışdan əvvəl bizim ruhda zəka adlandırdığımız şey, mövcud olanlardan gerçək bir şey deyil (zəka 
dedikdə mən onu nəzərdə tuturam ki, nə ilə ruh düşünür və nə haqda isə mühakimə yürüdür). Buna görə də 
zəkanın bədən ilə bağlı olduğunu hesab etməyin heç bir ağlabatan əsası yoxdur. Axı əks halda o müəyyən bir 
keyfiyyətə malik olardı, o soyuq ya isti olardı yaxud hissetmə qabiliyyəti kimi müəyyən bir üzvə malik 
olardı; lakin bunların heç biri yoxdur.Buna görə də bütün ruhun deyil, onun fikirləşən hissəsinin, həm də 
formalara gerçəklikdə deyil, imkanda malik olması şərtilə, ruh formaların olduğu yerdir deyənlər (12) 
haqlıdırlar. 
 
Əgər duyğu üzvlərini və hisslərini təhlil etsək, hissetmə qabiliyyətinin və təfəkkür qabiliyyətinin 
dəyişikliklərə məruz qalmamasının bərabər olmadığını görərik. Əgər hiss olunan həddən artıq güclüdürsə, 
duyğu [daha zəif olanı] qavramaq iqtidarında olmur, məsələn, güclü səslər arasından [zəif] səsi qavramaq, və 
həddən artıq parlaq rənglər və həddən artıq kəskin qoxular arasından [daha zəif rəngi və qoxunu] nə görmək, 
nə duymaq mümkün deyil. Zəka isə, əksinə, böyük gərginlik tələb edən bir şey haqqında fikirləşən zaman, az 
gərginlik tələb edən şeyi heç də pis deyil, əksinə, hətta daha yaxşı fikirləşir. Məsələ ondadır ki, hissetmə 
qabiliyyəti cisim olmadan mümkün deyil, zəka isə ondan ayrı mövcuddur. 
 
 
 
Bilən adam həqiqətən bilici adlandırılan mənada zəka hər bir [fikirləşilən] olanda (bu isə zəkanın özü-özünə 
istinad edərək fəaliyyət göstərməyə qabil olduğu zaman bulunur), o öyrənmədən və bilik əldə etmədən əvvəl 
olduğu kimi deyil, bir növ imkanda olandır, və onda o özü özünü fikirləşməyə qabil olur. 
 
Soruşmaq olardı: əgər Anaksaqor dediyi kimi, zəka sadə, heç nəyə məruz qalmayan və heç nə ilə əlaqəsi 
olmayan bir şeydirsə, onda o necə fikirləşə biləcək, madam ki, fikirləşmək nəyə isə məruz qalmaq bildirir. 
Axı bir halda ki, o və digəri (13) ümumi bir şeyə malikdirlər, zənn etmək olar, biri  fəaliyyət göstərən, digəri 
məruz qalandır. Və sonra: zəka özü-özünü fikirləşə bilərmi? Həqiqətən də, bu halda əgər o özü başqa cür 
fikirləşilən deyilsə, ya zəka bütün digər predmetlərə də xasdır, axı fikirləşilən növünə görə vahiddir, ya onda 
elə bir şey olmalıdır ki, onu bütün başqaları kimi təfəkkürün predmeti edir. Yaxud zəkanın  məruz qalması 
artıq deyildiyi ümumi mənaya malikdir, yəni zəka imkanda nə fikirləşirsə, müəyyən qədər odur, gerçəklikdə 
isə, nə qədər ki, o onu fikirləşmir - [o deyil]. Bu hələ üzərində heç nə yazılmamış yazı taxtası kimi olmalıdır; 
zəka da belədir. Bütün başqa fikirləşənlər necədirsə, o da eləcə fikirləşiləndir. Axı qeyri-cismani olan şeydə 
fikirləşən və fikirləşilən  eyni bir şeydir, çünki mücərrəd idrak və mücərrəd dərk olunan eyni bir şeydir. 
(Səbəbini araşdırmaq qalır, nə üçün zəka daim fikirləşmir.) Maddi predmetlərdə hər bir fikirləşilən yalnız 
imkanda olur. Buna görə də zəka belə predmetlərə xas deyil (axı zəka belə predmetlərin materiyasız 
imkanıdır), ancaq ona fikirləşilən şey xas olacaq. 
 
 
Beşinci fəsil 
 
 
Təbiətdə hər yerdə, bir tərəfdən, hər bir qəbildən olan üçün  materiya (imkanda o bütün mövcudatı təşkil 
edir), digər tərəfdən isə hər şeyi yaratmaq üçün səbəb və fəaliyyətdə olan [əsas] olduğundan, məsələn, təsirə 
məruz qalmış materiala  münasibətdə sənət kimi, ruha da bu fərqlənmələr  xas olmalıdır. Doğrudan da, bir 
tərəfdən hər şey ola bilən zəka, digər tərəfdən, işığa bənzər müəyyən bir xassə kimi  hər şey yaradan zəka 
mövcuddur. Axı müəyyən tərzdə işıq , imkanda mövcud olan rəngləri gerçəkliyə çevirir. Həm də bu zəka 
ayrıca mövcuddur və heç nəyə məruz deyil, öz əsli etibarilə fəaliyyət  olaraq, heç nə ilə qarışığı yoxdur. Axı 
fəaliyyət göstərən  həmişə məruz qalandan alidir, əsas da materiyadan alidir. Həqiqətən də fəaliyyətdə olan 
bilik, elə onun predmetidir. Ayrıca bir insanın imkanda olan biliyi isə  zamanca [fəaliyyətdə olan biliyi] 
qabaqlayır, ancaq ümumi biliyi yox. Axı bu zəka hərdən fikirləşən, hərdən isə fikirləşməyən deyil. Yalnız 
ayrıca mövcudiyyətdə o olduğu kimidir və yalnız  bu ölməz və əbədidir. Bu zəka heç nəyə məruz 
qalmadığından bizim xatirələrimiz  yoxdur; təsirlərə məruz qalan zəka isə keçicidir və fəaliyyət göstərən 
zəka olmadan heç nə fikirləşə bilmir. 
 
 
ETİKA 
 
İkinci kitab 
 
89


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə