Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   41   42   43   44   45   46   47   48   49

10. Yəni: "bütün əsaslardan ən doğru olanı - onun xüsusunda səhv etmək mümkün olmayandır". 
 
11. Müddəanı (protasis) Aristotel bir şeyə nisbətən başqa şeyi təsdiq yaxud inkar edən nitq kimi 
müəyyənləşdirir. 
 
12. Ziddiyyət - bu elə qarşıdurmadır ki, əksliklərdən fərqli olaraq kənar üzvlər arasında heç bir aralıq şey 
yoxdur. 
 
13. Heraklit, Empedokl, Anaksaqor, Demokrit. 
 
14. Ziddiyyət qanunu əleyhdarları. 
 
15. Yəni eyni zamanda mövcud olmaq və mövcud olmamaq mümkün deyil. 
 
16. Məntiqi səhvdən fərqli olaraq,  " əsasın qabaqcadan düşünülməsi" - burada söhbət, sübut edilməli olanın, 
sübut edilə biləcək prinsipindən deyil, onun (sübut edilməli olanın), bilavasitə qəbul edilməsi tələbindən 
gedir. 
 
17. Yəni etiraz edən. 
 
18. Bir şeyin eyni zamanda mövcud ola və mövcud olmaya bilməsi təsdiqinin qeyri-mümkünlüyünün sübutu. 
 
19. Onunla ki, o öz sözlərinə  müəyyən bir məna qoyur. 
 
20. Yəni bu halda həm "savadlı", həm "ağbəniz", həm  "insan" eyni bir şey bildirərdilər və deməli hər şey 
eyni bir şey olardı, çünki hər şey birmənalı  olardı. 
 
21. Yəni təkcə sözlərin çoxmənalığı istisna olmaqla eyni bir şey, eyni  bir zamanda mövcud ola və mövcud 
olmaya bilməz. 
 
22. Ziddiyyət qanunu əleyhdarları. 
 
23. Varlığın mahiyyəti (Hərfi mənada: "şey məhz nə olandır")-öz tərifinə görə şey nə ilə bulunur yaxud onu 
materiyadan ayırdıqda onda nə qalır. 
 
24. Yəni "bir şey həqiqi mənada insan olmadır. "  
25. Yəni insanın əsli idi. 
 
26. Əgər əşyanın adının ifadəsində, bu əşyanın əsli bulunursa, onda əşya bu adın inkarı ilə ifadə edildikdə 
əşyanın varlığı göstərilən əsldən fərqlənir. 
27. Substratdan ona aid edilən xassəyə, ondan - bu xassə haqqında xəbər verən digər xassəyə və s. 
 
28. Qədim yunanlarda üç cərgə avarçıları olan gəmi. 
 
29. İnsanı bütün şeylərin ölçüsü olduğunu bildirən, həm də təxəyyül və fikirlə yaranan hər şeyin həqiqi 
olduğunu qəbul edən Protaqor haqqındadır; Aristotel deyir ki, ona ritorika və eristikadan başqa heç bir 
sənətdə yer yoxdur. 
 
30. Yəni elə əsas mövcud olmalıdır ki, əsli fəaliyyətdir. Bundan başqa, bu əsl materiyasız və əbədi olmalıdır, 
əlbəttə əgər əbədi olaraq bir şey varsa. 
 
31. Yunan ənənəsi bu baxışı Orfey, Musey, Epimenid və digər əfsanəvi şəxslərin adları ilə bağlamışdır. 
 
32. Məsələn, Anaksaqorun fikri belədir. 
 
33. Göy qübbəsi. 
 
 
98


34. İlk təkanverici qüvvə belədir. 
 
35. Göy qübbəsinin hərəkəti. 
 
36. Və onda zəkanın potensial halı aktual hal ilə dəyişilir; ilahi zəka isə təşəkkül və dəyişmə nə olduğunu 
bilmir - o həmişə fəaliyyətdədir. 
 
37. Yəni dərk olunan predmetdən. Bu halda ondan zəkanın fəaliyyəti asılı olardı, həm də onun əslini aktual 
deyil, potensial təfəkkür təşkil edərdi. 
 
38. Məsələn, poeziyada. 
 
39. Aristotelə görə, riyazi predmetlər duyğu ilə qavranılan şeylərdən varlığa görə deyil, tərifinə görə əsasdır, 
çünki "cismin " tərifi özündə "müstəvi", "xətt" və "nöqtə" anlayışlarını cəmləşdirir, ancaq əksinə ola bilməz. 
Həm də riyazi predmetlər hər hansı bir surətdə ayrıca mövcud ola bilməzlər və onlar duyğu ilə qavranılan 
şeylərdə də mövcud ola bilmədiklərindən aydındır ki, onlar ya ümumiyyətlə mövcud deyillər, ya da nə isə bir 
[xüsusi ] surətdə mövcuddurlar. 
 
40. Eydoslar ilə (yaxud ideyalar ilə) Platon şeylərin əbədi və dəyişməz, dərk olunan timsallarını (onların 
qəbillərini və növlərini) adlandırırdı. Bu təlimə görə, duyğu ilə qavranılan şeylər öz timsallarına (eydoslara) 
bir "aidiyyət" kimi mövcuddurlar. 
 
41. Platona görə dialektika - mövcudluq haqqında ali elmdir, şeylər haqqında adi mülahizələrdə ziddiyyətləri 
göstərməyin vasitəsilə tədqiqata vadar edən bacarıqdır və eyni zamanda həqiqəti dərk etmək üçün metoddur. 
Bu metod, bir tərəfdən müxtəliflikdə ümumini və vahidi müəyyən etməklə ilkin fərziyyələrdən onların dərk 
oluna bilən əsaslarına - ən ali olan nemətlərə qədər yüksəlməyi, digər tərəfdən isə, qəbilləri növlərə - 
"bölünməz olana qədər" bölməklə başlanğıc fərziyyələrə enməyi tələb edir. 
 
42. Tərif vermə zamanı bir sıra ardıcıl suallarla həmsöhbətin fikirlərində ziddiyyətlər aşkar edilir. Sonra, 
ziddiyyətlərin açılması ilə zahiri bilik aradan götürülür və əsil həqiqətin axtarılmasına zəmin yaradır. 
 
43. Aşağıda deyilir ki, platonçularda eydosların sayı, ayrı-ayrı şeylərin sayından daha çox alınır. 
 
44. Eydoslar ilə eyni adlı şeylər - onların qəbillərini və növlərini əhatə edən, mövcudluğun adı və əsli ilə eyni 
olan duyğu ilə qavranılan əşyalar. 
 
45. Yəni, məsələn, "qeyri-insan" vahid eydosu mövcud olmalı idi ki, ona "insan" sinifindən savayı, saysız-
hesabsız siniflərə daxil olan əşyalar "aid olmalı" idi. 
 
 
46. Göy cisimləri nəzərdə tutulur. 
 
47. Silloqizm alınmayan arqumentləri Aleksandr Afrodisi belə misalla aydınlaşdırır: əgər hər hansı bir 
həqiqət varsa, onda güman etmək lazımdır ki, ideyalar mövcuddur, ona görə ki, bizi əhatə edən şeylərin 
içində heç nə həqiqi deyil; və əgər yaddaş varsa, onda ideyalar vardır, çünki yaddaşın obyekti dəyişməz olan 
şeylərdir. 
 
48. Pifaqorçuların "məktəb" jarqonunda  "biliklərdən sübuta," biliyin obyekti dəyişməz və ümumi olmalıdır, 
duyğu ilə qavranılan şeylər isə dəyişkən və tək-tək olandır və buna görə də biliyin obyekti yalnız eydoslar 
ola bilər, - müddəasına əsaslanan dəlil adlandırılırdı. Bununla belə, Aristotelin təsdiqlədiyi kimi, Platonun 
fikrinə görə, "yaratma bacarığı" ilə əmələ gəlmiş əşyalar üçün eydoslar yoxdur, ona görə ki, eydoslar yalnız 
təbiətən mövcud olan şeylər üçün ola bilər. Ancaq qeyri-təbii yaradılmış əşyalar da həmçinin bilik 
obyektidir. (Qeyd etmək lazımdır ki, Platon, "yaratma bacarığı") ilə əmələ gəlmiş əşyalar üçün eydosların 
mövcud olduğunu inkar etmirdi, - bu qəbildən olan eydoslar haqqında o, "dövlət " və "Kratil" əsərlərindən 
söhbət açır.)   
 
99


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə