Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

- O da iradəsinin gücü ilə özündə asan qazanca deyil, israfçılığa səbəb olan istəkləri yatırdacaq: onları 
zərurilikdən məhrum adlandırmaq olar. 
 
- Aydındır. 
 
- İstəyirsənmi, söhbətimizdə anlaşılmazlıqdan qaçınmaq üçün əvvəlcə hansı istəklərin zəruri olub olmadığını 
müəyyənləşdirək? 
- İstəyirəm. 
 
- Onlardan qurtulmaq iqtidarında olmadığımız istəkləri doğru olaraq  zəruri adlandırmaq olardı, eləcə də 
yerinə yetirilməsi bizə fayda gətirən istəkləri: istər ona, istərsə də digərinə tabe olmaq artıq bizim 
mahiyyətimizə görə labüddür. Belə deyilmi? 
- Əlbəttə belədir. 
 
- Deməli, bu iki meyl haqqında biz haqlı olaraq deyə bilərik ki,  onlar zəruridirlər. 
 
- Bəli, elədir. 
 
- Bəs insan gənc yaşlarından çalışarsa qurtula biləcəyi və üstəlik heç bir xeyir gətirməyən, bəziləri isə əksinə, 
yaramazlığa səbəb olan [istəklər] necə?  Onları zəruri olmayan adlandırmaqla biz düzgün ifadə vermiş 
olardıq. 
 
- Bəli, tamamilə düzgün. 
 
- Sonradan bu və digər istəklərin ümumi nümunəsini verməkdən ötrü əvvəlcə onları nəzərdən keçirmək 
yerinə düşməzdimi? 
-Bəli, bu lazımdır. 
 
-Yeməyə, yəni çörəyə və şirəyə tələbat, sağlam və yaxşı əhvali-ruhiyyədə olmaq üçün zəruri deyilmi? 
-Mənim fikrimcə, belədir. 
 
-Çörəyə tələbat iki xüsusda zəruridir, madam ki, o həm bizə xeyir verir, həm də nə qədər ki, insan yaşayır 
arası kəsilə bilməz. 
 
-Bəli. 
 
-Şirəyə tələbat isə, şirə yaxşı əhvali-ruhiyyə üçün xeyirli olan dərəcədə zəruridir. 
 
-Əlbəttə. 
 
-Bəs bundan artıq olan, yəni digər, bolluca yeməyə istəklə necə? Əgər bu istək kiçik yaşlardan cilovlansa və 
tərbiyə verməklə qarşısı alınsa, onda əksəriyyət bəlkə ondan əl çəkdi: axı o cana zərərdir, nə zəkanı, nə 
düşüncəni inkişaf etdirmədiyindən ruha da zərərdir. Onu zəruri olmayan adlandırmaq doğru olardı. 
 
-Bəli, tamamilə doğru olar. 
 
-Elə bu istəkləri zərərverici, o birilərini isə işə yardım etdiklərindən xeyirverici adlandırmaq [düzgün 
olmazdımı]? 
-Hə, əlbəttə. 
 
-Eynilə beləcə sevgi və digər oxşar istəklər barəsində deyə bilərik. 
 
-Bəli, elədir ki, var. 
 
-Bizim indi müftəxor adlandırdığımız isə təsiri altında olduğu bu cür zəruri olmayan arzu və istəklərlə aşıb-
daşır, halbuki, oliqarxik tipli qənaətcil adamı yalnız zəruri istəklər idarə edir. 
 
 
60


-Əlbəttə. 
 
-Bax belə, oliqarxik adamdan demokratik [adamın] necə əmələ gəldiyinə qayıdaq. Mənə belə gəlir ki, əksər 
halda bu aşağıdakı tərzdə baş verir... 
 
-Yəni necə? 
-İndicə dediyimiz kimi lazımi tərbiyə almamış və qənaətçilik şəraitində böyümüş gənc birdən-birə 
müftəxorluğun dadını görəndə və ona cürbəcür - ən rəngarəng və müxtəlif zövqlər verməyə qabil olan 
qorxulu və zalım qəddarlar arasına düşəndə, elə bu, inan mənə ki, onun oliqarxik tipdən demokratik tipə 
keçidinin başlanğıcı olacaq. 
 
-Bəli, bu tamamilə labüddür. 
 
-Dövlətin bir para vətəndaşlarına baxışlarının oxşarlığı nəticəsində kənardan kömək göstəriləndə dövlətdə 
çevriliş baş verdiyi kimi, eləcə də gəncin bir para istəklərinə oxşar və yaxın istəklər kənardan kömək edəndə 
gənc [özü] dəyişir. 
 
-Bəli, şübhəsiz. 
 
-Həm də düşünürəm ki, buna müqabil olaraq onun oliqarxik mənşəinə bir şey köməklik göstərən zaman 
deyək ki, atasının və ya digər ailə üzvlərinin nəsihəti və məzəmməti olsun, onda hiddət və ona qarşı 
mübarizə, həmçinin öz-özü ilə mübarizə yaranır. 
 
-Əlbəttə. 
 
-Bəzən, mənim fikrimcə, demokratik əsas oliqarxik [əsasla] ayaqlaşa bilmir, istəklərin bir hissəsi məhv olub 
gedir, bəziləri aradan qaldırılır, gəncin qəlbində müəyyən bir utancaqlıq təzahür edir və hər şey yenidən 
qaydasına düşür. 
 
-Hərdən bu olur. 
 
-Ancaq sonra, düşünürəm ki, atanın bir tərbiyəçi kimi bacarıqsızlığı nəticəsində, aradan qaldırılanlara yaxın 
olan istəklər yavaş-yavaş inkişaf edərək çoxalır və güclənirlər. 
 
-Adətən belə də olur. 
 
-Onlar gənci onun əvvəlki mühitinə çəkib aparır və bu gizli əlaqədən bir çox digər istəklər yaranır. 
 
 
 
-Əlbəttə. 
 
-Nəhayət, mənim fikrimcə, gəncin qəlbinin akropolunun (1)  boş olduğunu duyaraq onu gəncdən zəbt edirlər, 
çünki orada nə biliklər, nə yaxşı vərdişlər, nə düzgün nitqlər - tanrılar xoşladığı insanların düşüncəsinin 
bütün bu ən yaxşı müdafiəçiləri və qoruyucuları yoxdur. 
 
-Şübhəsiz. 
 
-Onların yerinə, düşünürəm ki, ona yalan fikirlər və özünü öyən  nitqlər hücum edəcək və gəncin bu qalasını 
tutacaqlar. 
 
-Sözsüz. 
 
...Belə adam gündən-günə üzərinə hücum edən ilk istəyi yerinə yetirməklə yaşayır: o gah fleytalar sədaları 
altında sərxoşluq edir, gah birdən yalnız təkcə su içir və özünü üzür, gah bədən məşğələlərinə başı  qızışır; 
olur ki, tənbəllik onu basır və onda heç nəyə həvəs olmur. Hərdənbir o zahirən fəlsəfi söhbətlərdə vaxtını 
keçirir. Çox vaxt o ictimai işlərlə məşğul olur: birdən-birə o ortaya atılır və bu zaman ona nə deyilirsə, onu 
 
61


da yerinə yetirir. Hərbi adamlarla başı qızışsa, o tərəfə də onu çəkəcək, yox əgər iş adamları ilə [maraqlansa] 
- onda həmin tərəfə. Onun həyatında nizam yoxdur və zərurilik üstün deyil: xoş, sərbəst və bəxtiyar 
adlandırır o bu həyatı və beləcə daim onunla faydalanır. 
 
-Sən hər şeyə etinasız olan adamın  həyat tərzini çox əla göstərdin. 
 
-Mən görürəm ki, bu adam onun dövləti kimi müxtəlif, çoxşəkilli, gözəl və rəngarəngdir. Bir çox kişi və 
qadın çoxlu dövlət quruluşunu  və adət-ənənələrini özündə cəmləşdirən  həyata həsəd aparardılar. 
 
-Bəli, elədir. 
 
-Eləmi? Hesab edəkmi ki, bu cür adam demokratik quruluşa uyğundur və buna görə biz onu demokratik 
adlandırmaqda haqlıyıq? 
-Hesab edək. 
 
-Ancaq ən qəribə dövlət quruluşunu və ən qəribə adamı araşdırmaq hələ qalır:  bu tiraniya və tirandır. 
 
-Əlbəttə, elədir. 
 
-Yaxşı, əziz dost, gəl baxaq görək tiraniya necə əmələ gəlir. Onun demokratiyadan alındığı, çox güman, elə 
aydındır. 
 
-Aydındır. 
 
-Oliqarxiyadan demokratiya əmələ gəldiyi kimi, eləcə də demokratiyadan tiraniya alınmırmı? 
-Yəni necə? 
-Son məqsəd kimi irəli sürülən nemət - onun nəticəsində ki, elə oliqarxiya bərqərar oldu, - mal-dövlət idi, elə 
deyilmi? 
-Bəli. 
 
-Mal-dövlətə acgözcəsinə can atma və asan qazancdan başqa hər şeyə etinasızlıq isə oliqarxiyanı məhv etdi. 
 
-Düzdür. 
 
-Deməli belə, demokratiyanın bir nemət kimi şərtləndirdiyi və ona tamahkarcasına can atdığı şey də, məhz 
bu, elə onu məhv edir. 
 
-Sənin fikrincə, axı o nəyi nemət kimi şərtləndirir. 
 
-Azadlığı. Demokratik dövlətdə təkcə onu eşidirsən ki, azadlıq necə gözəldir və təbiətcə azad olan kəsə 
yalnız belə dövlətdə yaşamağa dəyər. 
 
-Bəli, belə hakimanə sözlər tez-tez təkrar edilir. 
 
-Deməli belə, indicə dediyim kimi, bir şeyə belə acgözcəsinə  can atma və yerdə qalanlarına etinasızlıq bu 
quruluşu pozur və tiraniyaya yer hazırlayır. 
 
-Bu necə olur? 
-Demokratik quruluş və azadlıq ehtirası olan dövlətdə, dövlət başına səfeh saqilərin gəlməsinə səbəb olanda, 
bu dövlət zəiflədilməmiş azadlıq [şərabından] həddən artıq keflənir, kifayət qədər yumşaq olmayan və 
hamıya tam azadlıq verməyən öz vəzifə adamlarını isə cəzalandırır və onları alçaq oliqarxik meyldə ittiham 
edir. 
 
-Bəli, bu belə də olur. 
 
-Hakimiyyətə itaətkar vətəndaşları, orada heç bir dəyəri olmayan könüllü qullar kimi əxlaqsızlıqlarla çaş-baş 
salırlar, əvəzində orada, itaətdə olana bənzəyən hakimlər və hakimlərə bənzəyən itaətdə olanlar istər 
 
62


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə