Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

uyğun olaraq - [onu təşkil edən atomlardan] formasına görə sivri, çıxıq-çıxıq, əyri, ensiz və qeyri-dairəvidir. 
Kəskin [dad] - dairəvi, nazik, çıxıq-çıxıq və əyridir. Şor [dad] - çıxıq-çıxıq, böyük, əyri və bərabəryanlıdır. 
Acı isə - dairəvi, hamar əyriliyi olan və kiçikdir. Yağlı isə - ensiz, dairəvi və balacadır. 
 
34. Diogen Laertsiy IX 72. Demokrit isə keyfiyyəti inkar edərək deyir:"Əslində biz heç nə bilmirik, çünki 
həqiqət dərinlikdə gizlədilib (dənizin dibindədir)". 
 
35. Halen de medic.emrir.fr.ed.N.Schoene 1259,8. Aydın əsas göstərə bilməyənə, özü-özünün götürdüyü 
əsasın üstünə düşdüyü zaman, necə inanmaq olar? Bunu Demokrit də bilir [və o] ,hissi təzahürlərin aldadıcı 
olduğunu e"tiraf edəndən sonra...duyğuları idraka qarşı belə deməyə vadar etdi:"Zavallı idrak, bizdən dəlil 
alaraq, sən elə bizi onunla təkzib etməyə cəhd göstərirsən! Sənin qələbən - elə sənin süqutundur!"  
36. Aristotel de gen. et corr. I 2. Demokrit və Levkip isə ... həqiqəti hissi təzahürlər aləmində zənn edirdilər. 
 
37. Aristotel de anima I 2. Ancaq Anaksaqor bir o qədər də Demokrit kimi öyrətmirdi. Məsələ ondadır ki, 
[bu] sonuncu bilavasitə ruhu və zəkanı eyniləşdirirdi, zira o bizə təzahür edənləri həqiqi sayırdı. Bu səbəbdən 
o Homeri - "Məğlub olmuş Hektor uzanır, ağlını itirərək" (yə"ni ölərək) - dediyinə görə tə"rifləmişdi. 
Əslində onun üçün zəka, həqiqəti dərk etməkdə bir qabiliyət deyil, [həm də] o ruhu və zəkanı eyniləşdirir. 
 
38. Teofrast de sens. 58. Təfəkkür haqqında isə Demokrit yalnız onu deyib ki, o ruhun, [ruhu] təşkil edən 
qatışığa nisbətən harmonik halında olur. O deyir ki, əgər bir kəs həddən artıq isti, yaxud həddən artıq soyuq 
olarsa, onda [ruhun harmonik halı] pozulur. Buna görə də keçmişdə yaşayanlar ruhun bu halını "ağılı 
itirmək" ibarəsilə çox gözəl ifadə etmişlər. Beləliklə, aydındır ki, o təfəkkürü bədəni təşkil edən qatışıqdan 
asılı qoyur və bu ola bilsin ruhu bədən sayan üçün ardıcıldır da...(72) O, görünür, ümumiyyətlə təfəkkürü 
[bədənin] dəyişməsinə uyğun olan sayanların ardınca getmişdir, belə fikir ən qədimdir. Məsələn, qədimdə 
olanların hamısı, həm şairlər, həm müdriklər təfəkkürü [bədənin] halına görə izah edirdilər. 
 
39. Sekst adv.math.VII 138. "Kanonlarda" o deyir ki, iki növ dərk etmə var, onlardan məntiqi mühakimənin 
vasitəsilə olan dərk etməni o qanuni adlandırır və onu həqiqət haqqında mühakimədə doğru sayır, duyğular 
vasitəsilə dərk etməni isə qaranlıq adlandırır və  həqiqəti dərk etmək üçün onu yararlı saymır. 
 
40. Sekst adv.math.VII 139. [Demokrit] lap eynən aşağıdakıları deyir:"Dərk etmənin iki növü var: biri 
həqiqi, digəri  qaranlıq. Qaranlıq olana dərk etmənin aşağıdakı növləri aiddir: görmə, eşitmə, dadbilmə, 
lamisə, iybilmə. Həqiqi dərk etməyə gəldikdə isə, o birincidən tamamilə fərqlidir." Sonra, qaranlıq olana 
nisbətən həqiqi [dərk etməyə] üstünlük verərək, o əlavə edir: "Dərk etmənin qaranlıq   [növü] artıq nə çox 
kiçik olanı görmək, nə eşitmək, nə iybilmək, nə dadbilmək, nə toxunmaqla hiss etmək halında olmayanda
tədqiqat isə [artıq hissi qavrayışa əlçatmaz olana], daha incə şeyə nüfuz etməli olanda, təfəkkür daha incə 
idrak üzvünə malik olduğundan həqiqi [dərk etmə növü],üzə çıxır."  
Hippokrat de arte 11. Gözlərin nəzərindən yayınan hər şeyin üzərində əqli nəzər hakimlik edir. 
 
41. Sekst adv.math.VII 116. [Təkcə] oxşar olanlar tərəfindən oxşar olanların dərk oluna bilməsi haqqında 
fikir...daha qədimdir. 
 
Aristotel de  sens 4. Demokrit və duyğulardan deyən fizioloqlardan bir çoxu böyük bir cəfənglik  edirlər. 
Məsələn, onlar duyğulara qavranılan bütün şeyləri toxunmaqla hiss olunan sayırlar. Ancaq bu belə isə, onda 
aydındır ki, yerdə qalan duyğulardan da hər biri xüsusi növ lamisədir. 
 
43. Plutarx Guaest.conv.VIII 10,2 r. 734 F. Demokritin məlum təliminə [görə]: "Bütlər (obrazlar) 
aralıqlardan vücudlara dalır və [onlarda] canlanaraq yuxugörmə törədirlər." Hər tərəfdən, avadanlıqdan, 
paltardan və bitkilərdən, xüsusən də [onların] "daha artıq tərpənişi" (hərəkətliliyi) və istiliyi nəticəsində 
heyvanlardan çıxaraq bu [obrazlar] gəzib-dolaşırlar, özü də bu obrazlar təkcə öz formalarına görə [çıxdıqları] 
cisimlərin surətlərinin təmsili deyil, (bura qədər bu təlimdə Demokritin ardıcılı olan Epikur da belə zənn edir, 
daha sonra isə o, onun ardınca getmir), "həm də [bu obrazlar çıxdıqları] hər bir [canlı məxluqun] ruhi 
hərəkətlərinin ifadələrini, onun qərarlarının, xasiyyətlərinin, ehtiraslarının ifadələrini alırlar, [və budur] 
onlarla birlikdə (bu ifadələrlə), uçuşur və [bizim bədənimizə] düşürlər [və orada], sanki canlı şəkildə onları 
qəbul etmiş [bizim bədənlərimizə] onları buraxmış [məxluqların] fikirlərini deyirlər, hər dəfə onlar [obrazlar] 
olduğu zaman, onların fikirləri və səyləri [cisimlərin] oxşayışını dəyişmiş və qovuşmamış saxlayaraq onları 
bizim bədənimizə] qarışdırırlar." Bu isə başlıca olaraq, onların hərəkəti maneəsiz və cəld olduğu sakit 
 
33


havanın köməyilə edilir. Payızın axırı isə, ağaclar yarpaqlarını tökən zaman, [hava] dəyişkən və ağır 
olduğundan, onların yavaş hərəkəti nəticəsində tutqunlaşan bütləri [obrazları] təhrif edir, onlarda cürbəcür 
dəyişiliklər yaradır, onların aydınlığını azaldır və zəiflədir; beləcə də digər tərəfdən, ehtirasla alovlanan və 
bərk həyəcanlanan [şəxslərdən] böyük miqdarda uçan və tez yayılan [bütlər] güclü və aydın görünmələr 
törədirlər. 
 
44. Teofrast de seng. (50) Görünmə, onun, [Demokritin], fikrinə görə, əks etmədən əmələ gəlir. Bu haqda o 
xüsusi tərzdə öyrədir. Məsələn, [onun təliminə görə] əksetmə bilavasitə göz bəbəyində deyil, göz və görünən 
[əşya] arasında olan havanın görünən və görən tərəfindən sıxılmasından iz alır, məsələ ondadır ki, hər şeydən 
həmişə bir axma baş verir. Sonra hava sıxılaraq və başqa rəng olaraq, gözün nəm [hissəsində] əks olunur. Sıx 
olan [əksetməni] qəbul etmir, nəm isə [onu] buraxır. Buna görə də nəm gözlər, görmə üçün quru olandan 
daha yaxşıdır. Əgər [gözün] xarici qişası mümkün qədər nazik və mümkün qədər sıx, [gözün] daxili 
[hissələri] isə-sıx və bərk ətdən deyil, qatı və tosqun maye ilə dolu [və] mümkün qədər yumşaq olsaydı, həm 
də gözlərin damarları düz və quru olsaydılar, [onda gözlərdə havanın] əkslərinə uyğun formaların alınması 
[prosesi daha yaxşı baş verərdi]. Məsələ ondadır ki, hər bir [şey], onunla həmcins olan şeyləri daha artıq dərk 
edir. 
 
[Kosmos haqqında təlim] 
 
48. Sekst adv.math. VII II7. Demokrit canlı [məxluqlar] və qeyri-canlı [predmetlər] haqqında aşağıdakıları 
öyrədir: "O deyir: heyvanlar eyni qəbildən olan heyvanlarla birləşirlər, [məsələn], göyərçinlər- göyərçinlərlə 
və durnalar- durnalarla, bütün digər şüursuz [heyvanlarda] da məsələ bu cürdür. [Bu toxumların 
xəlbirlənməsi və dəniz kənarında xırda daşların timsalında göründüyü kimi eyni dərəcədə cansızlara da 
aiddir. Məsələn, (birinci halda) sovurucunu fırladan zaman mərcimək mərciməklə, arpa toxumları arpa ilə 
ayrı-ayrı yığılırlar,(ikinci halda isə) sahilə çarpan dalğaların təsiri altında uzunsov daşlar ,uzunsov daşlarla 
bir yerə, girdə (daşlar) isə girdələrlə (bir yerə) atılır,belə ki, elə bil şeylərdə oxşarlıq onları vahid bir şeydə 
birləşdirmək gücünə malikdir". 
 
49. Simpletsiy Phys. 648, 12. Demokrit və Levkip öz tərəfdarları ilə öyrədirdilər ki, təkcə dünyada deyil, 
dünyadan kənarda da boşluq var. 
 
50. Simplitsiy de caelo 202, 16. Levkip və Demokrit deyirlər ki, sonsuz boşluqda sonsuz miqdarda dünyalar 
mövcuddur və onlar sonsuz miqdarda atomlardan təşkil olunmuşlar. 
 
51. Aetsi II 2,2. Levkip və Demokrit: dünya kürə formalıdır. (3,2), Levkip Demokrit və Elikur: (dünya) canlı 
deyil və ilahi qüvvə ilə idarə olunmur, amma, atomlardan təşkil olunduğundan, [o] qeyri-şüurlu bir əsasla 
idarə olunur. (4,6) Anaksimandr...Levkip: dünya əbədi deyil. 
 
52. İppolit Refut.I 12. [Levkip]: [atomların] birləşməsindən göy cisimləri əmələ gəlir, [bu sonuncular] 
böyüyür və labüdən məhv olurlar. O həm də günəşin və ayın əmələ gəlməsi haqqında danışır. [Əvvəlcə] 
onlar hələ heç bir isti təbiətə malik olmayaraq öz-özünə gəzib-dolaşırdılar, həm də Ay ümumiyyətlə çox 
işıqlı təbiətə malik deyildi, əksinə, büsbütün Yerin və onda olan cisimlərin təbiətinə oxşayırdı. Yəni bu göy 
cisimlərindən hər biri (yəni Günəş və Ay) əvvəlcə dünyadan kənar, ona [xarici] bir əlavə sifətində öz-özünə 
bulunublar və (yalnız) sonralar, Günəşin dairəsinin böyüməsi ilə [bizim dünyamıza] bu dairədə olan od cəlb 
edilmişdir. 
 
53. Aetsi III 13,4. Demokrit: əvvəlcə Yer özünün kiçikliyi və yüngüllüyü nəticəsində gəzib-dolaşırdı; zaman 
keçdikcə isə o sıxlaşaraq və ağırlaşaraq hərəkətsiz vəziyyətə keçdi. 
 
54. Aetsi III 15,7. Parmenid, Demokrit: Yer hər tərəfdən bərabər məsafədə olması nəticəsində tarazlıqda 
qalır, çünki onu bir tərəfə nisbətən digər tərəfə daha çox meyl etməyə məcbur edə bilən səbəb yoxdur. Bu 
səbəbdən o yalnız titrəyə bilər, amma hərəkət edə bilməz. 
 
55. İppolit Refut. I 13. [Onun fikrinə görə], dünyalar saysız və ölçülərinə görə müxtəlifdirlər. Bə(zi 
dünyalarda nə günəş, nə ay yoxdur, bə(zilərində [günəş və ay ölçülərinə görə] bizimkilərdən böyükdür və 
bə(zilərində onlar sayca çoxdur. 
 
 
34


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə