Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

fərqləndirilməsi vacib olan  ruh verir. Bir də ki, şeylərin özü, zəka kimi əsas sifətində mövcud deyillər [bu] 
sonuncu, əqli görünüşlərin və ədədlərin bənzətməsi olan adlar sifətində sanki mövcud [şeylərin] heykəlləri 
kimi asanlıqla çıxa bilən onların surətlərini və mahiyyətlərini ifadə edən sözləri özündə cəmləşdirir. 
Beləliklə,  görünüşlər və ədədlər hər şeydə öz-özünü dərk edən və müdrikliyə malik olan  zəkadandır, adlar 
isə zəkanı yamsılayan ruhdan [baş verir]. Doğrudan da, Pifaqor dediyi kimi [şeylərin] adlarını xəyalına düşən 
hər kəs deyil, [yalnız] zəkanı və mövcudluğun əslini görən yarada [bilər]. Beləliklə, adlar  əslə görə 
[yaranandır]. Demokrit isə deyir ki, adlar  təyin ediləndir və bunu dörd epiheyrema (7) ilə sübut edir. 
 
(1) Biradlılıq əsasında. Çünki müxtəlif şeylər eyni bir adla adlanırlar. Deməli, ad - əslə görə [yaranan ] deyil. 
 
(2) Çoxadlılıq əsasında. Əgər eyni bir şeyə  müxtəlif adlar verilirsə, onda onlar öz aralarında birmənalı olur; 
bu isə  [adlar əslə gərə olduğu halda] mümkün deyil. 
 
(3) Üçüncüsü,adların dəyişdirilməsi əsasında, zira, əgər adlar əslə görə olsaydı onda biz Aristoklun  adını - 
Platonla, Tartimi isə Teofrastla necə dəyişə bilərdik?  
(4) Oxşar [adların] azlığı əsasında. Nə üçün "düşünmə" [sözündən] biz [düşünmək] deyirik, amma "ədalət" 
[sözündən] biz artıq [uyğun tərzdə]  digər adı törətmirik? Deməli, adlar əslə görə deyil, təsadüfə görə 
[yaranandır]. Elə o özü birinci epiheyremasını - çoxmənalı, ikincisini - eyni güclü , üçüncüsünü - addəyişmə 
və dördüncüsünü  adsız adlandırır. 
 
90. Plutarx de sollert. anim. 20 p. 974 A. Deyəsən, bizi öyrətməkdə heyvanları tərifləyərkən biz gülüncük. 
Demokrit deyir ki, heyvanlardan biz yamsılama yolu ilə mühüm işləri öyrənmişik: [məsələn biz] toxuculuq 
və tikiş sənətlərində - hörümçəyin, ev tikməkdə - qaranquşun, və mahnı oxumaqda oxuyan quşların, qu-
quşunun və bülbülün [şagirdləriyik]. 
 
 
EPİKUR 
 
Epikur (eramızdan əvvəl 342/341-271/270-ci illər) - böyük qədim yunan materialisti, Demokritin ardıcılı və 
atomistik təlimin davamçısıdır. Samos adasında anadan olmuş, ömrünün çox hissəsini Afinada keçirmiş, 
orada eramızdan əvvəl 307-ci ildə, tarixdə "Epikur Bağı"  adı ilə tanınan antik dövrün ən nüfuzlu 
məktəblərindən birinin təməlini qoymuşdur. Epikur antik dövrün çox məhsuldar fəlsəfi yazıçılarından biridir. 
Onun başlıca əsəri - "Təbiət haqqında" - 37 kitabdan ibarət idi. Onun bir sıra digər əsərlərinin də adı 
məlumdur, ancaq onlardan heç biri bizim dövrədək gəlib çıxmamışdır. Epikurun təliminin əsas müddəalarını 
ifadə edən yalnız üç məktubu qalmışdır. Onlardan birincisi - "Epikur Herodotu salamlayır" - Epikurun  ruh 
haqqında təlimi və idrak haqqında bir sıra müddəaları daxil olmaqla, Epikurun atomistik  fizikasının 
şərhindən ibarətdir. Epikurun bizim dövrədək gəlib çatmış bu ən böyük  əsərindən ən mühüm parçalar  
aşağıda dərc edilir (ümumiyyətlə, bu parçalar  bütün məktubun yarıdan bir qədər azını təşkil edir). İkinci 
məktub - "Epikur Pifoklu salamlayır" - səma hadisələri haqqında bir sıra hipotezlər verməyə və bununla da 
onlarla bağlı "əfsanəfi cəfəngiyyatı"  təkzib etməyə cəhd göstərən filosofun astronomik görüşlərini şərh edir. 
Bu məktub hazırkı nəşrdə tamamilə çıxarılmışdır. Üçüncü məktub - "Epikur Menekeyi salamlayır" - 
müəllifinin etik təliminin əsas müddəalarından ibarətdir, onun çox hissəsi aşağıda dərc edilir. 
 
Bu məktublardan başqa, aforizmlər şəklində yazılmış (cəmi 40) və "Əsas fikirlər" adı ilə tanınan Epikurun 
daha bir kiçik  əsəri qalmışdır. Onlardan ən mühümləri aşağıda dərc olunur. Oxucu bu nəşrdə Epikurun bəzi 
başqa fikirlərini də tapacaq. 
 
 
[Herodota məktubdan]  
 
İndi gizli olanı (duyğularla qavranılmayanı) ilk növbədə mövcud olmayandan heç bir şeyin əmələ 
gəlmədiyini öyrənmək lazımdır; [əgər bu belə olmasaydı, onda] toxumlara qətiyyən ehtiyac duymadan hər 
şey hər şeydən əmələ gələrdi. Həm də [əksinə], əgər yox olan mövcud olmayana [çevrilərək] məhv olsaydı, 
bir şey kimi nəticələnə bilmədiklərindən hər şey məhv olardı. Sonra,  Kainat həmişə indi olduğu kimi 
olmuşdur, həmişə də belə olacaqdır, çünki onun dəyişiləcəyi bir şey yoxdur: axı Kainatdan savayı, ona daxil 
ola bilən və dəyişiklik edə bilən  heç bir şey yoxdur. 
 
 
39


Sonra, Kainat cisimlərdən və fəzadan ibarətdir; cisimlərin mövcudluğunu bütün insanlarda  duyğuların özü 
təsdiq edir, onun əsasında, mən əvvəl dediyim kimi, gizli olan haqqında təfəkkürlə mühakimə yeritmək 
lazımdır. Axı əgər bizim boşluq, yer, əlçatmaz təbiət adlandırdığımız şey olmasaydı, onda cisimlərin 
müəyyən bir yeri və bir şeyin içindən hərəkəti olmazdı, ancaq onlar görünür ki, hərəkət edirlər...Cisimlər 
sırasında bir qismi birləşmədir, başqaları isə - birləşmələri əmələ gətirən şeydir. Bu sonuncular bölünməz və 
dəyişməzdirlər, əlbəttə əgər hər şey qeyri-mövcudluğa yox olmamalı, birləşmələrin dağılması zamanı bir şey 
qüvvətli qalmalıdırsa...Beləliklə, ilk əsaslar maddi təbiətli bölünməz (substansiyalar) olmalıdırlar... 
 
Sonra, həm cisimlərin kəmiyyətinə görə, həm boşluğun (boş fəzanın)  ölçüsünə görə Kainat sonsuzdur. Zira 
əgər boşluq hüdudsuz, cisimlər isə [sayca] məhdud olsaydı, onda cisimlər heç yerdə dayanmayıb hüdudsuz 
boşluğa səpələnərək uçuşardılar, çünki əks zərbələrlə onları tutan və saxlayan digər cisimlər olmazdı. Ancaq 
boşluq məhdud olsaydı, onda [sayca] hədsiz cisimlərin dayanmağa yeri olmazdı. 
 
Bundan başqa, birləşmələr əmələ gətirən və onunla nəticələnən bölünməz və dolu cisimlər, saysız-hesabsız 
formalara malikdirlər, zira mürəkkəb cisimlərdə bu kimi külli miqdarda fərqlərin sayca məhdud formalardan 
əmələ gəlməsi mümkün deyil. hər bir formada da bu kimi atomlar hədsiz saydadır, onlarda formalar fərqi isə 
tamamilə hədsiz deyil, yalnız saysız-hesabsızdır. 
 
Atomlar fasiləsiz olaraq daim hərəkətdədirlər... 
 
Sonra, istər [bizim dünyamıza] oxşayan, istərsə də oxşamayan dünyalar hədsiz [saydadır]. Çünki indicə sübut 
edildiyi kimi, hədsiz sayda olan atomlar hətta çox uzağa yayılırlar. Ona görə ki, dünyanı təşkil edə bilən və 
onu yarada bilən belə atomlar,  istər bu cür, [bizim dünyamız kimi], istərsə də ondan fərqli olan nə vahid  
dünyaya, nə də məhdud sayda dünyalara sərf olunmamışdır. Buna görə də hədsiz sayda dünyaların [olduğunu 
qəbul etməyə] mane olan heç bir şey yoxdur. 
 
Sonra, görünüşcə  bərk cisimlərə bənzəyən, incəliyinə görə isə duyğularla qavranıla bilən şeylərdən çox uzaq 
olan ümumi təsəvvürlər (izlər, şəkillər) mövcuddur. Çünki, həm belə axınların havada əmələ gələ bilməsi, 
həm dərinləşmə və incəliyin əmələ gəlməsi üçün əlverişli şəraitin yarana bilməsi, həm də onların elə bərk 
cisimlərdə malik olduğuna uyğun vəziyyəti və nizamı saxlayan axınların  yarana bilməsi mümkündür. Bu 
ümumi təsəvvürləri biz surətlər adlandırırıq. 
 
Daha sonra...surətlər misilsiz incəliyə...misilsiz surətə malikdirlər, çünki hər cür yol onlar üçün  yararlıdır, 
hələ onu deməyərək ki,  onların axınına heç bir şey  mane olmur yaxud   çox az şey mane olur, halbuki [bərk 
cisimlərdə] çoxlu yaxud   hədsiz sayda  [atomlara] o saat bir şey mane olur. Bundan başqa...surətlərin əmələ 
gəlməsi fikir tezliyilə baş verir, çünki cisimlərin səthindən [atomların] axını fasiləsizdir, ancaq onu, [itirilmiş 
cisimlərlə]  müqabil yerini doldurma nəticəsində  [əşyaların] kiçildilməsinin müşahidəsi vasitəsilə görmək 
mümkün deyil. Surətlərin axını [bərk cisimlərdə] atomların vəziyyətini və nizamını uzun müddət saxlayır, 
hərçənd o, [surətlərin axını], bəzən nizamsızlığa gəlib çıxır. Bundan başqa, havada birdən-birə  mürəkkəb 
surətlər əmələ gəlirlər ... 
 
Həmçinin zənn etmək olar ki, yalnız xarici əşyalardan bizə bir şey daxil olan zaman, biz onların formalarını 
görür və onlar haqqında fikirləşirik...Zəkamız yaxud duyğu üzvlərilə aldığımız hər hansı bir təsəvvürdə - 
istər forma, yaxud istərsə mühüm xassələr haqqında təsəvvür  olsun -  surətin yaxud surətin qoyduğu təsirin 
ardıcıl təkrarlanması  nəticəsində əmələ gələn bərk əşyanın forması [yaxud xassəsidir]. Yalan və səhv isə 
həmişə təsdiq yaxud qeyri-təkzib gözləyənin, sonradan təsdiq edilməməsi [yaxud təkzib edilməsi] xüsusunda 
[hissi qavrayışa] təfəkkür tərəfindən edilən şişirtmələrdə  bulunurlar. Doğrudan da...əgər biz özümüzdə, 
təsəvvürün fəaliyyətilə bağlı olsa da, ondan fərqlənən əlavə  başqa bir hərəkət almasaydıq səhv  də mövcud 
olmazdı. Bu [hərəkət] sayəsində, əgər o təsdiq edilmirsə,  yaxud təkzib edilirsə  yalan əmələ gəlir, amma     
təsdiq edilərsə yaxud təkzib edilməzsə - həqiqət. Özü də, bir tərəfdən aşkarlığa əsaslanan mühakimə 
meyarının yox olması  və digər tərəfdən bir o qədər də möhkəmlənmiş yanlış fikirin hər şeyi nizamsızlığa 
gətirib çıxarmaması üçün bu təlimi möhkəm  [yadda] saxlamaq lazımdır. 
 
Sonra, eşitmə, danışan, ya səslənən, ya səs-küy salan, ya hər hansı bir tərzdə eşitmə hissi yaradan əşyadan 
müəyyən bir axının uçuşması  nəticəsində baş verir. 
 
 
40


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə