Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

İybilmə barəsində də eşitmə xüsusunda olduğu kimi düşünmək lazımdır, yəni  bu hiss üzvünü  
qıcıqlandırmaq üçün uyğun tərzdə yaradılmış əşyadan çıxıb-uçuşan  müəyyən hissəciklər mövcud olmasaydı, 
o [iybilmə] heç vaxt heç bir qıcıqlanma   əmələ gətirə bilməzdi: bu hissəciklərdən bir qismi nizamsızlıqda 
bulunurlar və ona münasibətdə yaddırlar, başqaları - nizamdadırlar və ona yaxındırlar. 
 
Sonra, düşünmək olar ki, atomlar forma, çəki,  və həcmlə zərurətən bağlı olan  bütün belə xassələrdən savayı, 
hissi qavranıla bilən əşyaların heç bir xassəsinə  malik deyillər. Çünki hər bir xassə dəyişəndir, atomlar isə 
qətiyyən dəyişmirlər. 
 
Sonra düşünmək lazım deyil ki, atomlar istənilən ölçüdədir, çünki duyğularla qavranıla bilən əşyalar bu   
[fikiri] təkzib edir; amma düşünmək olar ki, [onların] ölçülərində müəyyən fərq var... 
 
Sonra, sonsuzluqda, "yuxarıda" yaxud "aşağıda" sözlərini  "ən yüksək" yaxud  "ən alçaq" mənasında 
işlətmək olmaz; doğrudan da, baxmayaraq ki, başımız üstündə fəza sonsuzluğa kimi uzana bilər, bu (ən 
yüksək nöqtə)  heç vaxt bizə aşkar  olmayacaq... 
 
Sonra, boşluqdan keçib gedən zaman atomlara heç nə müqavimət göstərmirsə, onlar bərabər sürətlə  hərəkət 
edirlər. Ona görə ki,  əgər onlara heç bir şey rast gəlməzsə nə böyük atomlar kiçik  və yüngül  [atomlardan]  
tez keçib getməyəcək, nə kiçik [atomlar], onlara da heç bir şey müqavimət  göstərməyən zaman hər  yerdə 
rahat keçişə malik olaraq, böyüklərdən [tez keçib getməyəcəklər]; eləcə də yuxarıya, yaxud yana hərəkət, 
zərbələrin və [atomların] öz ağırlığı üzündən aşağıya hərəkətin nəticəsində  [tez olmayacaq]...Yalnız bizim 
duyğularla müşahidə etdiyimiz, yaxud zəka ilə dərk etdiyimiz bütün şeylər həqiqidir... 
 
Xarici və daxili duyğuları cəlb edərək, - çünki bu yolla həqiqiliyin ən etibarlı əsası alınacaq, - anlamaq 
lazımdır ki, ruh bir növ istilik qarışıqlı küləyə çox oxşayan, həm də bir qisim münasibətdə birinciyə, [yəni 
istiliyə], başqalarında - ikinciyə, [yəni küləyə], oxşayan bütün orqanizmə  səpələnmiş incə hissəciklərdən 
ibarət olan cisimdir. [Ruhun] daha bir hissəsi var ki, hissəciklərinin incəliklərinə görə bunların  özündən də 
çox fərqlidir və bu səbəbdən  qalan orqanizm ilə  uyğun surətdə daha artıq duymağa qabildir. Bütün 
dediklərimizi ruhun qüvvələri , duyğular, ehtiras, təfəkkür prosesləri və onları itirərkən tələf olduğumuz 
bütün şeylər  təsdiq edir. Sonra, duyğunun başlıca səbəbinin ruha mənsub olduğuna inanmaq lazımdır; ancaq 
o qalan orqanizm ilə qorunmasaydı, onu əldə edə bilməzdi...Nə qədər ki, ruh vücudda olur, vücudun başqa 
bir hissəsi itirilsə belə o heç vaxt  duyğudan məhrum olmayacaq; əksinə, ruhun bir hissəsini mühafizə edən 
şey məhv edilərsə - istər bütövlüklə, yaxud onun müəyyən bir hissəsi, - ruh mövcudluğunda qalırsa, duyğuya 
malik olacaq. Amma, nə qədər az miqdar olsa belə, ruhun əslini təşkil edən atomlar kənar edildikdə, qalan 
orqanizm mövcud olmaqda  davam edirsə də, - istər bütünlüklə olsun, yaxud onun müəyyən bir hissəsi , - 
duyğuya malik olmayacaq. Sonra, bütün orqanizm [tərkib hissələrinə] parçalanan zaman ruh dağılır və artıq 
əvvəlki  təsirə malik olmur və hərəkət etmir, belə ki, duyğuya da malik olmur. Doğrudan da, əgər [ruh] bu 
orqanizmdə bulunmursa və bu hərəkətləri etmirsə, onu əhatə edən qat onun hal-hazırda bulunduğu və bu 
hərəkətləri etdiyi kimi deyilsə, onun nə duyduğunu təsəvvür etmək  mümkün deyil. Sonra, bir də onu düzgün 
başa düşmək lazımdır ki, "qeyri-cismani" sözü özünün ən adi mənasında nəyin müstəqil bir şey kimi 
düşünülə bildiyini ifadə edir. Ancaq boşluqdan savayı özgə qeyri-cismani bir şey düşünmək mümkün deyil; 
boşluq  isə [özü] nə tə(sir edə, nə tə(siri hiss edə bilməyib, yalnız özündən cisimlərin hərəkətinə imkan 
yarada bilər. Buna görə də ruhu qeyri-cismani adlandıranlar, cəfəngiyyat söyləyirlər. Çünki,  [o] belə olsaydı 
heç bir şey edə bilməzdi, yaxud təsiri hiss edə bilməzdi... 
 
Sonra, formaya, rəngə, həcmə, ağırlığa və cismin dəyişməz xassələri  adlanan ya bütün cisimlərə, ya hissi  
qavrayış vasitəsilə görünən və dərk olunanlara xas olan  bütün başqa [xassələrə] gəldikdə isə, bu xassələrin 
nə müstəqil əsl (asılı olmayan substansiya) - axı bunu təsəvvür etmək mümkün deyil, - nə cismə xas olan 
digər qeyri-cismani substansiyalar, nə cismin hissəsi olduğunu zənn etmək lazım deyil; zənn etmək  lazımdır 
ki, bütün cisim bütövlükdə özünün daimi mövcudluğu ilə bu xassələrə  borcludursa da, lakin onun bu 
xassələrin bir yerə yığılmasından   əmələ gəlməsi mənasında deyil, yalnız, necə ki, deyirəm, bütün bu 
xassələrə o özünün daimi mövcudluğu ilə borcludur.  Bütün bu xassələr  dərk olunmaqda və ayırd edilməkdə 
xüsusi imkanlara  malikdirlər (ayrıca dərk olunurlar və ayırd edilirlər), əlbəttə əgər tam, xassələrin ümumi 
təsəvvürü sayəsində cismin adında olaraq onları müşayiət edir və heç vaxt onlardan ayrılmayırsa... 
 
 
 
41


Sonra, zənn etmək olar ki, şəraitin özü (predmetlər) [insan] təbiətini müxtəlif cür şeylər düzəltməyə öyrətmiş 
və məcbur etmişdir və sanki zəka, təbiətin [ona] verdiyini sonradan təkmilləşdirmiş və bə(zi hallarda tez, 
bə(zən yavaş, bə(zi dövrlərdə və zamanlarda az, bə(zən [isə böyük nailiyyətlər ilə] sonrakı ixtiraları etmişdir. 
Bax bunun üçün adlar da əvvəl başdan danışığa görə deyil, hər bir xalq öz xüsusi duyğularına malik 
olduğundan və öz xüsusi  təəssüratlarını aldığından, insani xassələrin özlərinin, hər bir duyğunun və 
təəssüratın təsiri altında  yaranmış olan xüsusi tərzdə  hava verməsi nəticəsində əmələ gəlmişdir, həm də  
[nəzərə almaq  lazımdır ki], yaşadıqları yerdən  asılı olaraq  xalqlar arasındakı fərq də təsir göstərir. Nəticədə 
hər bir xalqda [şifahi] ifadələrin ikimənalılığını azaltmaq və daha qısa ifadələnmiş etmək üçün ümumi 
razılaşma ilə şeylərə xüsusi adlar verilmişdir. Bundan başqa, əvvəllər görünməmiş bəzi əşyaları daxil edərək, 
onlara bələd olan insanlar, onlar üçün də bəzi səslər daxil etmişlər; bəzi hallarda onlar [sözləri  sün(i olaraq] 
yaratmaq məcburiyyətində qalmışlar, bəzi hallarda isə sözlərin adi üsulla əmələ gəlməsinə müvafiq surətdə 
mühakimə yolu ilə seçmişlər və beləliklə onların mənasını səlis etmişlər. 
 
Sonra, [elə] düşünmək lazım deyil ki, göy cisimlərinin hərəkəti, onların dövr etməsi, günəş və ay tutulması, 
qalxması və batması və buna bənzər hadisələr, onlara göstəriş verən, onları nizama gətirən yaxud nizama 
gətirmiş və eyni zamanda tam müqəddəsliyə və ölməzliyə malik olan məxluqun sayəsində əmələ gəlmişdir; 
çünki məşğuliyyətlər, qayğılar, qəzəb, iltifat, müqəddəslik ilə bir araya sığan deyil, onlar zəiflik, qorxu, 
başqalarına ehtiyac zamanı bulunurlar. Digər tərəfdən, göy cisimləri kütləyə toplanmış od olduğundan, elə 
düşünmək lazım deyil ki, onlar müqəddəsliyə malikdirlər və  öz istəklərinə görə bu hərəkətləri  özlərinə 
oxşadırlar... 
 
Sonra, zənn etmək olar ki, ən mühüm hadisələrin  səbəblərini diqqətlə tədqiq etmək təbiəti öyrənmənin  
vəzifəsidir və səma hadisələrini  dərk edən zaman bizim üçün xoşbəxtlik  məhz bunda, həm də bizim 
gördüyümüz bu səma hadisələrinin  mahiyyətləri məsələsinin  həll edilməsində və bu məqsəd üçün , [yəni 
xoşbəxtlik üçün]  lazım olan dəqiq biliklər ilə əlaqədar  hər şeydədir...Ümumiyyətlə, bir şeyi başa düşmək 
lazımdır ki, insan ruhunda əsas iztirab, insanların [bir tərəfdən] göy cisimlərini müqəddəs və ölməz hesab 
etməsindən və bununla belə, onların bu xassələrə zidd olan istəklərə, hərəkətlərə, əsaslara malik olduğunu 
zənn etməsindən baş verir; [ruhun] iztirabı həmçinin ona görə baş verir ki, insanlar, ola bilsin, ölümün 
cansızlığının sanki onlara bir aidiyyatı olduğundan qorxaraq, əfsanələrdə təsvir edildiyi kimi həmişə nə isə 
bir əzab-əziyyət   gözləyir yaxud xəyallarına gətirirlər; həmçinin onlar bunu təfəkkürün ölçüb-biçməsi  
nəticəsində deyil, bu dəhşətləri özlərinə bir növ qeyri-iradi (şüursuz) təsəvvür etdiklərindən keçirirlər. Buna 
görə də onlar, [bu dəhşətlərin hüdudlarını] bilmədiklərindən buna oxşar, yaxud hətta bu fikrə düşünmə yolu 
ilə gəlib çıxacaqları halda olduğundan daha artıq  narahatlıq keçirirlər. Dinclik (ataraksiya) isə bütün 
bunlardan uzaq olmaqdan həm də ümumi və mühüm prinsipləri daim yada salmaqdan ibarətdir. 
 
Buna görə malik olduğumuz daxili və xarici hisslərə diqqətlə yanaşmaq lazımdır...Çünki əgər biz buna 
diqqətlə yanaşsaq, onda iztiraba, qorxuya bais olanın  səbəbini düzgün təyin edə bilərik, həm də səma  
hadisələrinin və digər hərdən-bir baş verən amillərin səbəblərini müəyyənləşdirərək, ayrı-ayrı insanları çox 
qorxuya salan hər şeyi aradan qaldırarıq. 
 
Bax budur, Herodot, təbiətin ümumi sisteminə aid əsas müddəaların qısa şəkildə şərhi... 
 
 
[Menekeyə məktubdan] 
 
Qoy heç kəs cavanlıqda fəlsəfə ilə məşğuliyyəti  kənara qoymasın, qocalıqda isə fəlsəfə ilə  məşğul 
olmaqdan yorulmasın: axı heç kəs ruhun sağlamlığı üçün nə yetkinləşməmiş və nə vaxtı keçmiş olmur. Kim 
deyir ki, fəlsəfə ilə məşğul olmaq üçün vaxt hələ  gəlib çatmayıb, yaxud [vaxt artıq] keçib, həmin kəs 
xoşbəxtlik üçün vaxtın hələ olmadığını, yaxud artıq olmadığını söyləyənə oxşayır. Buna görə də həm cavana, 
həm qocaya fəlsəfə ilə məşğul olmaq lazımdır: birinciyə - qocalarkən, keçmiş haqqında xoşbəxt xatirələrin 
sayəsindəki faydadan cavan olmaq üçün, ikinciyə isə - gələcək qarşısında qorxu hissi keçirməmək  sayəsində 
eyni zamanda həm cavan, həm qoca olmaq üçün. Buna görə də,  əgər həqiqətən [xoşbəxtlik] bizə hər şey 
verirsə, o olmayanda isə  biz ona malik olmaq üçün  hər şey ediriksə, nəyin xoşbəxtlik yaratdığını düşünmək 
lazımdır. 
 
Nəzərə alaraq ki, mənim sənə  məsləhət etdiyim şeylər gözəl həyatın əsas prinsipləridir - onları et və onlar 
haqqında düşün.  Birincisi, tanrı barəsində bulunan ümumi təsəvvürə görə tanrının  ölməz  və müqəddəs 
 
42


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə