Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

(3) Dünyalar arasındakı məsafə bərabər deyil: bə(ziləri arasında böyük, başqaları arasında kiçikdir, və bir 
qisim dünyalar [hələ] böyüyürlər, başqaları isə [artıq] yüksəlişdədirlər, üçüncülər dağılırlar. Onlar elə biri-
birindən, [öz aralarında] toqquşaraq məhv olurlar. Bəzi dünyalar heyvanlara və bitkilərə malik deyillər və 
tamamilə sudan məhrumdurlar. 
 
(4) Bizim dünyanın Yeri göy cisimlərindən əvvəlcə əmələ gəlmişdir; aşağıda ay, sonra günəş və daha sonra 
hərəkətsiz ulduzlar yerləşmişlər. Planetlərin özü də qeyri-bərabər hündürlüyə malikdir. [Bizim] dünyamız, 
daha kənardan [özünə] bir şey qəbul etmək iqtidarında olmayaraq yüksəlişdədir. 
 
56.Aetsi II 13,4 (cisimlərin mahiyyəti haqında), Demokrit: onlar - daşlardır. 
 
57. Axill Ysag.in Azat I 13."Böyük diakosmos"da nə Aniksaqor, nə Demokrit göy cisimlərinin canlı məxluq 
olmaları haqqında fikirləşmirlər. 
 
 
58.Aetsi II 20,7 Demokrit: günəş bərk közərdilmiş dəmir yaxud bərk közərdilmiş daşdır. 
 
59. Aetsi II 25,9 Anaksaqor və Demokrit: ay özündə düzləri, dağları və uçurumları olan  odlu bərk cisimdir. 
 
60. Sisiron de fin,I 6,20.Demokrit günəşi(ölçülərinə körə)nəhənk hesab edir. 
 
61. Aristotel de caelo II 13.Anaksimen, Anaksaqor və Demokrit deyirlər ki, yastı forma, yerin 
(hərəkətsizlikdə) qalmasının səbəbidir. Çünki o altında yerləşən havanı yarmayıb, qapayır ki, göründüyü 
kimi [bunu] yastı formaya cisimlərdən malik olan ci-simlər edirlər. Çünki bu cisimlər, onlar küləklərə 
köstərdikləri müqavimətin nəticəsində, küləklərin təsiri altında da hərəkətə gəlmirlər. Onlar deyirlər ki, Yer 
də elə bunun kimi özünün yastı forması sayəsində, altında yerləşən havaya münasibətdə edir. Sonuncu 
isə,(hava), yerdəyişmə üçün münasib yerə malik olmadığından, klepsidralarda (5) su kimi aşağıda toplanmış 
qalır. 
 
    (Üzvi təbiə və insan haqqında təlim). 
 
62. David Prol.38,14 Busse. Kainatda gördüyümüz uyğun olduğu kimi,bir qisim şeylər yalnız idarə edirlər, 
məsələn, İlahi olanlar kimi; başqaları həm idarə edir, həm idarə olunurlar, məsələn, insanıi olanlar kimi,(yəni 
onlar ilahi olanlarla həm idarə olunurlar, həm şüursuz heyvanları idarə edirlar);üçüncülər isə idarə 
olunurlar,məsələn, şüursuz heyvanlar kimi; Demokritə görə mikrokosm olan (kiçik dünya) insanlarda da 
eynilə bu müşahidə olunur.(İnsanda) da bir qisim (hissələr) zəka kimi yalnız idarə edirlər, başqaları isə, ürək 
kimi həm tabe olur, həm idarə edirlər... üçüncülər isə, şəhvət kimi yalnız tabe olurlar. 
 
63. Halen de usu rart III 10. Heyvanlar da sanki kiçik bir dünyadır.Keçmiş aqillər dedikləri kimi təbiəti dərk 
etməyə mahirdirlər. 
 
Müqayisə, Aristotel Phys. VIII.Əgər bu canlı məxluq üçün mümkündürsə, nə üçün bütövlükdə Kainat üçün 
mümkün olmasın? Axı bu mikrokosmda baş verirsə, deməli , həm də makrokosmda baş (verməlidir). 
 
64.Dəməşqli Nikolay de plant.I.2. Demokrit;bitkilər ağıla və biliyə malikdirlər. 
 
65.DiodorI 7(1). Kainatın ilkin yaranması zamanı yer və göy xassələrinin qarışıq olması nəticəsində vahid 
formaya malik idilər. Sonradan, cisimlər bir-birindən ayrılandan sonra, kosmos tamamilə hal-hazırda 
köründüyü nizamı əldə etdi, hava isə arasıkəsilməz artıb-azalma aldı, həm də (onun) od şəkilli [hissəsi], belə 
maddə yüngül olması nəticəsində yuxarı qalxdığından, ən yuxarı yerlərə toplandı. Bu səbəbdən günəş və 
digər külli miqdarda göy cisimləri ümumi burağan ilə əhatə olundular. Su ilə birləşmiş olan palçığabənzər və 
lilvari [maddə] isə özünün ağırlığı üzündən elə həmin yerində qaldı. 
 
(3) Günəş odu zahir olanda yer əvvəlcə bərkidi, sonra qızma nəticəsində onun səthi qıcqırmağa başlayanda, o 
bir çox yerlərdə [maddələrdən] bir paralarını yuxarı qaldırdı və [beləliklə]  onların səthində üstü nazik 
örtüklü çürüyən [törəmələr] əmələ gəldi. Bu hadisəni elə indi də soyuqdan sonra isti düşərkən, havanın 
temperaturu kəskin dəyişəndə bataqlıq yerlərdə və durğun sularda müşahidə etmək mümkündür. 
 
35


 
(4) Qızma nəticəsində yuxarıda göstərilən tərzdə [baş vermiş] yaş [maddələr] həyat törətməyə başlayanda, 
onlar, (çürüyən törəmələr), o saat ətraf atmosferdən çökən sudan gecələr qida almağa başladılar, gündüzlər 
isə onlar istidən bərkiyirdilər. Nəhayyət, bətndə döl gəzdirən [bu törəmələr]  tam yetkinləşəndə və onların 
örtükləri tamam yanıb dağılanda, onlardan müxtəlif formalı heyvanlar əmələ gəldi. 
 
(5) Bu sonuncular isə özlərində ən çox istilik saxlayanlar quşlara çevrilərək havaya qalxdılar; torpaq qarışığı 
artıq olan başqaları, suda -quruda yaşayan və digər yer səthində yaşayan heyvanlara çevrildilər; üzən 
[heyvanlar] adlanan, daha artıq yaş maddəsi olan üçüncülər isə onların [təbiətinə] yaxın yerə toplandılar. Yer 
isə Günəş odunun və küləklərin təsiri altında getdikcə daha çox bərkiyərək, nəhayət böyük heyvanlarlardan 
heç birini törətməyə qadir olmadı, canlı məxluqların hər bir [növü] onların qarşılıqlı cinsi əlaqələrindən 
doğulmağa başladı. 
 
   (2)[Bu] sonuncu,özünə fasiləsiz sıxılaraq və bir yerdə toplaşaraq;[özünün] maye [hissələrindən] dənizi 
əmələ gətirdi, yaş və tamamilə yumşaq olan daha bərk [hissələrindən] isə -yeri. 
 
66.SENZORİN 4,9.Demokritin fikrinə görə ilk insanlar sudan və lildən əmələ gəlmişlər. 
 
67.Aetsiy V 19,6 Demokrit: ilk dəfə su canlı məxluqları doğuran zaman heyvanlar üzvləri olmayan 
formaların birləşməsi nəticəsində əmələ gəlmişlər. 
 
68.Loktantsiy Ynst.div.VII 7,9.Stoiklər deyirlər ki, dünya və onda olan hər şey insanlar üçün yaranıb; elə 
ilahi yazılar da bizə bunu öyrədirlər. Deməli, [insanların] heç bir yaradan və heç bir şüurlu əsas olmadan, 
soxulcanlar kimi torpaqdan qalxdığını zənn edən Demokrit yanılırdı. 
 
69.Aristotel de anima I 2.Bəziləri fikir söyləyiblər ki, [ruh] -oddur. Məsələ ondadır ki, od ən kiçik 
hissəciklərdən ibarətdir və bütün elementlərdən ən az maddidir, buna baxmayaraq onun [başqalarına 
nisbətən] üstünlüyü var, həm özü mütəhərrikdir, həm digər [maddələri] hərəkətə gətirir. Bu fikri, bu iki 
xassədən hər birinin nəyin nəticəsində bulunmasını izah edən Demokrit xüsusən aydın surətdə inkişaf etdirdi. 
Yəni ruh və ağıl-elə bir şeydir, o ilkin və bölünməz cisimlərdən ibarətdir və öz hissəciklərinin və onların 
formalarının kiçik olması nəticəsində mütəhərrikdir. O deyir ki, bütün formalardan ən mütəhərriki -
kürəyəbənzər olandır. [Öz formalarına görə] bu cür olanlar isə- ağıl və oddur 
70. Aetsi IV 3,5, Demokrit: [ruh] - kürəyəbənzər -formalara və odlu xassələrə malik olan - dərk oluna bilən 
[cisimciklərin] oda bənzər mürəkkəb [birləşmişdir]. 
 
71. Makrobiy in s.Scir. I 14, 19. Demokrit:[ruh] atomlara qarışmış elə yüngül hərəkətə [malik] havadər ki, 
onun üçün hər bir cisim nufuz ediləndir. 
 
72. Aristotel de anima I 3. Bəziləri iddia edirlər ki, ruh bulunduğu vücudu özünün hərəkətdə olması 
nəticəsində hərəkətə gətirir. Səhnə üçün məzhəkələr qoyan Filipin sözlərini xatırlatmış Demokritin fikiri belə 
idi ( II 172 fr. 22k). Məsələn, Filip deyir ki, Dedal, ona civə tökərək hərəkət edən taxta  Afroditanı düzəltdi. 
Demokrit də elə buna bənzər tərzdə deyir. Məsələn o deyir ki, kürəyə bənzər formalı atomlar, öz xassələrinə 
görə heç vaxt sükunətdə olmadıqlarından, hərəkət edərək bütövlükdə cismi özlərilə birlikdə çəkir və hərəkətə 
gətirirlər. 
 
73. Aristotel de anima I 5. Demokrit iddia edir ki, [vücud] ruh ilə hərəkətə gətirilir. Axı ruh bütün hiss 
olunan vücudda yerləşərsə [və] əgər ruh [özü] bir vücuddursa, [buradan] zəruri olaraq belə nəticə çıxır ki, 
eyni bir [yerdə] iki vücud yerləşir. 
 
74. Aetsi IV 4.6. Demokrit və Epikur: ruh iki hissədən ibarətdir; o döşdə yerləşmiş şüurlu hissəüə, və bütün 
bədən üzrə səpələnmiş qeyri-şüurlu hissəyə malikdir. 5, I (not, teoderit). Məsələn, Hippokrat, Demokrit və 
Ploton [ruhun] başçılıq edən hissəsini beyində yerləşdirirlər. 
 
75. Filopon de anima r.35. 12. Demokrit  deyir ki, ruh hissələrə malik deyil və onda bir çox qabiliyyətlər 
yoxdur; o deyir ki, təfəkkür duyğu ilə eynidir və onlar bir qabiliyyətdən baş verirlər. 
 
 
36


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə