Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

- Əlbəttə. 
 
 
- Zəif də, yavaşdansa güclüdən əmələ gəlmirmi? 
- Şübhəsiz!  
- Sənə daha hansı misal gətirim? Bir şey pis olursa, yaxşıdan [pis olmurmu]? Əgər daha ədalətli olursa, 
ədalətsizlikdən [deyilmi]? Elədir? 
- Başqa necə ola bilər axı? 
- Deməli biz kifayət qədər əmin olduq ki, hər şey bu tərzdə əmələ gəlir - əks olan əks olandan? 
- Tamamilə kifayətdir. 
 
- Onda davam edək. Hər hansı iki əkslik arasında sanki aralıq bir şey yoxdurmu? Əksliklər iki olduğundan, 
iki keçid mümkündür - bir əkslikdən digərinə, yaxud əksinə, ikincidən birinciyə. Məsələn, çox şey ilə az 
[şey] arasında artma və azalma mümkündür və biri haqqında biz deyirik ki, o azalır, digəri haqqında isə - 
artır. 
 
Kebet dedi:  
- Hə haqlısan. 
 
- Axı ayrılma və birləşmə, soyuma və qızma və bütün qalan hallarda da məsələ məhz bu cürdür; dilimizdə 
həmişə hala münasib söz tapmaq mümkün olmasa da, həqiqətdə bu həmişə və hökmən belədir: əksliklər biri 
digərindən əmələ gəlir, həm də bu keçid qarşılıqlıdır. 
 
- Tamamilə haqlısan. 
 
- İndi mənə de görüm, yuxu ayıqlığa əks olan kimi həyata əks olan bir şey varmı?  
 
- Əlbəttə var. 
 
- Nədir axı? 
Kebet dedi: 
- Ölüm. 
 
- Deməli, bir halda ki, onlar əksdirlər, onda biri-birindən əmələ gəlirlər, həm də bu iki əksliklərin arasında iki 
keçid mümkündür. 
 
- Hə, əlbəttə! 
 
Sokrat dedi: 
- Onda indicə göstərdiyim iki cüt [əksliklərdən]  bir cütünün adını sənə deyəcəyəm, həm cütün özünü, həm 
onunla bağlı keçidləri, sən isə mənə digərini göstər. Mən deyirəm: yuxu və ayıqlıq, həm də yuxudan ayıqlıq, 
ayıqlıqdan isə yuxu əmələ gəlir, keçidlər isə yuxuya getmə və oyanma adlanır. Kifayətdirmi sənə, ya yox? 
- Tamamilə kifayətdir. 
 
- İndi həyat və ölüm haqqında beləcə özün de. Sən razılaşırsanmı ki, həyat ölümə əksdir. 
 
- Razılaşıram. 
 
- Həm də  onlar biri digərindən əmələ gəlirlər? 
- Bəli. 
 
- Deməli, canlıdan nə əmələ gəlir? 
 
Kebet dilləndi: 
- Ölü. 
 
Sokrat davam etdi: 
 
47


- Bəs ölüdən nə? 
Kebet dedi: 
- Razılaşmalıyam ki, canlı. 
 
- Beləliklə, Kebet, canlı və canlılar ölüdənmi əmələ gəlirlər? 
- Görünür ki, elədir. 
 
- Demək, bizim ruhlarımız Aidada olmuşlar? 
- Deyəsən belədir. 
 
- Bu cüt [əksliklər] ilə bağlı iki keçiddən biri tamamilə bəllidir, elə deyilmi? Axı ölüb-getmə bəlli olan 
şeydir, mənimlə razısanmı? 
- Əlbəttə, razıyam! 
- Bəs indi biz necə edək? Tarazlıq üçün müqabil keçid daxil etməyəkmi - qoy təbiət bir ayaqdan axsaq 
qalsın? Yaxud da biz ölüb-getməni müqabil bir keçidlə tarazlaşdırmağa borcluyuq. 
 
- Ola bilsin ki, borcluyuq. 
 
- Axı məhz hansı [keçidlə]? 
- Dirilmə ilə. 
 
- Bəs dirilmə mövcuddursa, onda bu dirilmə nə olacaq? Ölülərdən  dirilərə keçid olmayacaqmı? 
- Hə, əlbəttə. 
 
- Demək, biz səninlə həm də buna razıyıq ki, yaşayanlar ölülərdən, ölülər dirilərdən əmələ gəldiyindən heç 
də özgə cür [əmələ gəlməyiblər]. Bəs belədirsə, mənim fikrimcə, əlimizdə kifayət qədər sübut var ki, ölülərin 
ruhu, onların oradan yenidən həyata qayıtdığı bir yer  mövcud olmalıdır. 
 
Kebet dedi: 
- Elədir, Sokrat, mənə elə gəlir bu  bizim səninlə bütün razılığa gəldiyimiz şeylərdən [doğan] zəruri nəticədir. 
 
 
- Bir fikir ver, Kebet, mənim fikrimcə bizim səninlə boş yerə razılığa gəlmədiyimizin xeyrinə budur daha 
[bir] dəlil. Əgər əmələ gələn əksliklər, sanki dairə çəkərək daim biri digərini tarazlaşdırmasaydı, əmələ 
gəlmə düz xətt boyunca, yalnız bir istiqamətdə getsəydi və heç vaxt geriyə,  qarşı tərəfə dönmsəydi, - özün 
başa düşürsən ki,  hər şey son nəticədə eyni bir surət olardı, eyni bir xüsusiyyətlər əldə edərdi və əmələ 
gəlmə dayanardı. 
 
Kebet soruşdu: 
- Yox, başa düşmürəm. Necə axı? 
Sokrat cavab verdi: 
 
- Əşi çox sadə! Təsəvvür et ki, məsələn, yuxuya getmə mövcuddur və yuxudan oyanma onu tarazlaşdırmır, 
sən asan başa düşərsən ki, ən axırı, Endimion haqqında rəvayət (3) cəfəngiyyat olardı və bütün mənasını 
itirərdi, çünki bütün yerdə qalanlar da yuxuya dalardı. Bütün şeylər də, ayrılmanı saxlayaraq yalnız 
birləşsəydi, çox tezliklə Anaksaqorun dediyi kimi olardı:"Bütün şeylər bir yerdə [olmuşlar] (4)". Beləcə də, 
dostum Kebet, həyata aidiyyəti olan hər şey dönsəydi, ölərək isə ölü olaraq qalsaydı və yenidən dirilməsəydi, 
- məgər tamamilə aydın deyilmi ki, ən axırı, hər şey ölü olardı və həyat yox olardı? Hətta əgər canlı olan 
başqa bir şeydən əmələ gəlsəydi də, sonradan isə hər halda məhv olsaydı, ümumi ölüm və məhv olmadan nə 
cür qaçınmaq olardı? 
Kebet dedi: 
- Sokrat, mənim zənn edə bildiyim dərəcədə heç cür. Zənnimcə sən düzgün mühakimə yeridirsən. 
 
Sokrat dedi: 
- Kebet, bax mənə elə gəlir ki,  bu başqa cür deyil, məhz belədir və biz razılığa gəlməklə heç cür özümüzü 
aldatmırıq. Həqiqətən, həm dirilmə, həm dirilərin ölülərdən əmələ gəlməsi mövcuddur. Ölmüşlərin ruhu da 
mövcuddur, həm də onların xeyirxahlarına yaxşı yaramazlarına isə pis tale nəsib olur. 
 
48


 
70 a - 72 e. 
 
 
PARMENİD 
 
...Antifont dedi ki, Pifadorun sözünə görə bir dəfə Panafineyaya (5) Zenon və Parmenid gəlmişdi. Parmenid 
artıq çox qoca idi. Saçı tamamilə ağarmışdı, ancaq gözəl və görkəmli idi; təxminən 65-dən yuxarı yaşı olardı. 
Zenonun isə o vaxt qırxa yaxın yaşı olardı, ucaboylu, qədd-qamətli idi; deyirdilər ki, o Parmenidin sevimli 
şagirdi idi. Onlar şəhər divarı arxasında, Keramikdə (6), Pifadorun evində qaldılar. Elə buraya da Sokrat və 
onunla Zenonun əsərlərini dinləmək istəyilə  bir çox başqaları gəldilər, çünki [bu əsirlər]  o zaman ilk dəfə  o 
və Parmenid tərəfindən gətirilmişdi. Sokrat o zaman çox gənc idi. 
 
...[Əsərləri] bütünlüklə dinləyərək, Sokrat birinci mühakimənin birinci müddəasını yenidən oxumağı xahiş 
etdi və o oxunandan sonra dedi: 
- Zenon, bunu necə deyirsən? Əgər çox, (7) [çox olan], mövcuddursa, onda o oxşar və qeyri-oxşar olmalıdır, 
bu isə görünür mümkün deyil, çünki həm qeyri-oxşar oxşar ola bilməz, həm də oxşar - qeyri-oxşar. Belə 
demirsənmi? 
Zenon cavab verdi: 
- Elədir. 
 
- Deməli, əgər qeyri-oxşarın - oxşar və oxşarın qeyri-oxşar olması mümkün deyilsə, onda çoxun da mövcud 
olması mümkün deyil, ona görə ki, çox mövcud olsaydı, mümkün olmayan bir şey keçirərdi. Sən öz 
mühakimələrinlə bunumu demək istəyirsən? Ümumi fikrin əksinə olaraq sübut etməyə çalışırsan ki, çox, 
[çox olan] mövcud deyildir? Öz mühakimələrinin hər birini də bunun sübutu hesab edirsən, belə ki, sənin 
fikrincə çoxun mövcud olmadığının sübutu elə yazdığın mühakimələr qədərdir. Sən beləmi deyirsən, ya mən 
səni düzgün başa düşmürəm? 
Zenon dedi: 
- Yox, sən ümumilikdə əsərin mənasını düzgün qavramısan. 
 
Sokrat dedi: 
- Parmenid, görürəm ki, Zenon sənə  hər şeydə, hətta əsərlərində də yaxın olmaq istəyir. Doğrudan da, o 
təxminən elə sən yazdığını yazır, ancaq dəyişdirmənin köməyilə bizi çaşdırmaq istəyir ki, guya başqa bir şey 
haqqında deyir: sən öz poemanda iddia edirsən ki, hər şey vahiddir, [vahid olandır], həm də bunun çox gözəl 
sübutunu göstərirsən;  o isə çoxun mövcud olmadığını inkar edir və həmçinin çoxsaylı və sanballı sübutlar 
(8) gətirir. Lakin, sizin dedikləriniz, biz yerdə qalanların dərrakəsindən daha yüksək olur: doğrudan da, 
sizlərdən biri vahidin mövcud olduğunu təsdiq edir, digəri çoxun mövcud olmadığını inkar edir, amma hər 
biriniz elə fikir söyləyirsiniz ki, elə bil o heç də başqası [deyəni]  deməyib, halbuki siz hər ikiniz demək olar 
ki, eyni şey deyirsiniz. 
 
Zenon dedi: 
- Elədir, Sokrat, amma sən əsərin həqiqi mənasını heç də tamamilə dərk etməmisən. Hərçənd sən deyilənlərin 
mənasını lakon tulaları kimi əla izinə düşür və axtarıb tapırsan, amma hər şeydən əvvəl, mənim əsərlərimin 
heç də sənin dediklərinin  iddiasında olmadığı və həmçinin heç də adamlardan bu böyük niyyəti gizlətməyə 
cəhd etmədiyi sənin nəzərindən qaçır. Sən ikinci dərəcəli şey haqqında danışırsan. Həqiqətdə bu əsər vahid 
mövcud olarsa, bu müddəadan bir çox gülməli və ona zidd olan nəticələr çıxdığını sübut etməyə çalışmaqla 
Parmenidi ələ salmağa cəhd edənlərin əleyhinə onun fikirlərini müdafiə edir. Demək, mənim əsərim çoxun 
[mövcud olduğunu] mümkün hesab edənlərin əleyhinə yönəlib, onların məzəmmətlərini artıqlaması ilə 
özlərinə qaytarır və göstərməyə çalışır ki, ətraflı tədqiq edildikdə onların "çox mövcuddur" müddəası, 
vahidin mövcud olduğunun qəbul edilməsindən daha gülməli nəticələrə aparıb çıxarır. Mübahisələrə  belə 
ehtirasın təsiri altında gəncliyimdə bu əsəri yazmışdım da, amma o yazılandan sonra kim isə onu məndən 
oğurladı, belə ki, mənə onu işıq üzünə çıxarıb-çıxarmamaq məsələsini həll etmək lazım gəlmədi. Beləliklə, 
Sokrat, sənin nəzərindən o qaçınıb ki, bu əsər heç də yaşlı adamın şöhrətpərəstliyilə deyil, mübahisəyə 
gənclik ehtirası ilə təlqin edilmişdir. Hərçənd, artıq dediyim kimi, sənin fikirlərin pis deyil. 
 
Sokrat dedi: 
 
49


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə