- Sözsüz.
- Lakin, sən də razılaşdığın kimi, öz-özünə ideyalara biz malik deyilik və onlar bizdə ola bilməz?
- Əlbəttə yox.
- Buna
baxmayaraq, hər bir mövcud olan öz-özünə qəbil, zənn etmək olar, bilik ideyasının özü ilə dərk
olunur?
- Bəli.
- Ona da biz malik deyilik?
- Hə, malik deyilik.
- Beləliklə, biz tərəfdən ideyalardan biri də dərk olunmur, çünki bizim öz-özünə biliyə aidiyyatımız yoxdur?
- Görünür ki, belədir.
- Buna görə isə bizim üçün nə öz-özünə, özlüyündə gözəl, nə yaxşılıq, nə müstəqil mövcud olan ideyalar
sifətində zənn etdiyimiz bütün şeylər dərkedilməzdirlər.
- Deyəsən belədir.
- Amma daha qəribə bir cəhətə diqqət yetir.
- Hansı.
- Razılaşırsan, ya yox: əgər öz-özünə biliyin hər hansı qəbili mövcuddursa, o bizim biliyimizdən daha
kamildir? Gözəlliklə və bütün sair şeylərlə də məsələ belə deyilmi?
- Bəli.
- Deməli, əgər bir şey öz-özünə biliyə aidiyyatı olandırsa,
onda düzdürmü, sən razılaşırsan ki, tanrıdan daha
artıq heç kəs bu kamil biliyə malik deyil?
- Sözsüz razılaşıram.
- Digər tərəfdən öz-özünə biliyə malik olmaqla, tanrı bizdə olanı bilmək iqtidarında olacaqmı?
- Axı nə üçün olmasın?
Parmenid dedi, - onun üçün ki, Sokrat, razılaşdığımız kimi, həmin ideyaların təsiri bizdə olana, digər
tərəfdən də bizdə olanın təsiri ideyalara şamil deyil, o və digəri bir-birindən asılı deyillər.
- Hə, bununla biz razılaşmışıq.
- Deməli, əgər tanrıda göstərilən mükəmməllik və kamil bilik varsa, onda tanrıların üstünlüyü heç vaxt bizə
şamil olmayacaq və onların biliyi heç vaxt nə bizi, nə ümumiyyətlə bizim aləmə aid olan heç bir şeyi dərk
etməyəcək: biz öz hakimiyyətimizlə tanrılar üzərində hökmranlıq etmədiyimiz və öz biliyimizlə heç bir ilahi
olanı dərk etmədiyimiz kimi, onlar da elə həmin əsasda tanrı olsalar da bizim üzərimizdə tanrı olduqlarını və
bəşəri işləri bilmirlər.
Sokrat işarə etdi, - lakin tanrının bilikli olduğunu danmaq, belə fikir həddən artıq qəribə görünmürmü?
Parmenid isə etiraz etdi:
-
Hər halda, Sokrat, ideyalar, əgər şeylərin bu ideyaları həqiqətən mövcuddurlarsa və biz hər bir ideyanı
müstəqil bir şey kimi müəyyənləşdirəcəyiksə, istər-istəməz buna, həm də bundan əlavə daha bir çox başqa
şeylərə aparıb çıxarır. Qulaq asan çaşıb qalacaq və mübahisə edəcək, sübut etməklə ki, bu ideyalar ya
ümumiyyətlə yoxdur,
yaxud mövcud olsalar da, sözsüz insan təbiəti üçün dərkedilməz olmalıdırlar. Belə
etirazlar tutarlı görünür, onları söyləyənləri isə əvvəl dediyimiz kimi, inandırıb fikrini dəyişdirmək olduqca
çətindir. Həm də müstəsna qabiliyyətli olmaq lazımdır, başa düşəsən ki, hər bir şeyin müəyyən bir qəbili və
öz-özünə əsl mövcuddurlar, bütün bunların kökünü axtarıb tapmaq, hər şeyi müfəssəl surətdə öyrənmək və
başqasına izah etmək üçün isə son dərəcə böyük istedad lazımdır!
Sokrat dedi, - səninlə razıyam, Parmenid, dediklərin mənim ürəyimcədir.
54
Parmenid isə cavab verdi:
- Sokrat, amma digər tərəfdən əgər bir kəs indicə deyilənləri və bu kimi şeyləri nəzərə alaraq, şeylərin
ideyalarının mövcud olduğunu qəbul etməzsə və hər bir şeyin ideyasını ayrılıqda müəyyənləşdirməzsə,
mövcud olan şeylərdən hər birinin daim onun özünə eyni ideyası olduğunu
qəbul etməklə, o öz fikrini
istiqamətləndirə bilməyəcək, bununla da hər hansı bir mühakimə imkanından məhrum olacaq. Lakin, güman
edirəm həmin təhlükəni sən aydın hiss etmisən.
Sokrat cavab verdi, - düz deyirsən.
- Bəs sənin fəlsəfə barədə fikrin nədir? Belə şeyləri bilməməklə hara üz tutacaqsan?
- Hələlik bunu əsla təsəvvür etmirəm.
Parmenid dedi, - Sokrat, bu onunla izah olunur ki, sən vaxtından əvvəl lazımınca məşğul olmadan gözəl,
ədalətli rifah və hər hansı başqa ideyanın nə olduğunu müəyyənləşdirməyə girişirsən. Mən bunu elə üçüncü
gün, bax onunla, Aristotellə burada sənin söhbətini dinləməklə duydum. Sənin mühakimələrə can atmağın,
arxayın ol, çox gözəldir və çox yaxşıdır, amma sən hələ çox cavansan, çalış çoxlarının boşboğazlıq hesab
etdiyi və adlandırdığı ilə daha artıq
məşğul olasan; əks halda həqiqət səndən uzaq düşəcək.
Sokrat xəbər aldı, - Parmenid, axı hansı üsulla məşğul olmaq lazımdır?
Parmenid cavab verdi, -bu haqda sən Zenondan eşitdin. Bununla belə, valeh oldum, hətta ona özünü
itirmədən dedin ki, zəkanın zahiri şeylərin yan-yörəsində gəzib dolaşmasını inkar edir, yalnız zəka ilə dərk
oluna biləni və ideya hesab etmək mümkün olanı nəzərdən keçirməyi təklif edirsən.
Sokrat cavab verdi, - doğrudan da belə hesab edirəm, bu yolla göstərmək
heç də çətin deyil ki, bütün şeylər
həm oxşar, həm qeyri-oxşardır və ilaxir.
Parmenid dedi, - özü də doğrudur, amma daha yaxşı
məşğul olmaq istəyirsənsə, onda bundan başqa gör nə
etmək lazımdır: nəinki bir şeyi, əgər mövcuddursa mövcud olan fərz etməklə, bu fərziyyədən irəli gələn
nəticələri tədqiq etmək, həmçinin həmin şeyi mövcud olmayan fərz etmək [lazımdır].
Sokrat soruşdu, - nəyi nəzərdə tutursan?
- Əgər sən [fəlsəfə ilə] məşğul olmaq istəyirsənsə, heç olmasa Zenon tərəfindən deyilən fərziyyəni götür: fərz
et ki, çox mövcuddur və bax gör, istər özünə və vahidə münasibətdə vahid üçün bunun nə nəticəsi olmalıdır.
Digər tərəfdən, əgər çox mövcud deyilsə, onda yenə də baxmaq lazımdır, buradan vahid üçün və çox üçün
onların özlərinə və bir-birinə münasibətdə nə kimi nəticə alınır. Sonra da fərz edilsə ki, oxşar mövcuddur,
yaxud o mövcud deyil, bir-birinə münasibətdə bu iki fərziyyədən hər birində nə kimi nəticələr alınacağına
[baxmaq lazımdır]. Həmin mühakimə üsulunu qeyri-oxşara, hərəkətə və sükunətə, əmələ gəlməyə və məhv
olmaya və nəhayət, varlığın və qeyri-varlığın özünə tətbiq etmək lazımdır;
bir sözlə mövcud olan ya
mövcud olmayan, yaxud hər hansı başqa hal keçirən nə fərz edirsənsə - fərz et, hər dəfə istər bu fərziyyəyə,
istərsə də bir-bir götürməklə qeyrilərinə münasibətdə nəticələr tədqiq edilməlidir, onlar çox sayda yaxud cəm
şəklində olduqda da eynilə beləcə. Digər tərəfdən, hərgah bu məsələlərlə lazımınca məşğul olaraq həqiqəti
əsaslı surətdə dərk etmək istəyirsənsə, sənə seçdiyin nə olursa-olsun və mövcud olan yaxud mövcud olmayan
kimi nə fərz
edirsənsə fərz et, bu qeyrini də həmişə istər onun özünə, istərsə də başqasına münasibətdə
tədqiq etmək lazımdır...
127 v - 136 s
DÖVLƏT
...Dedim, sən bizim insani təbiətimizi bilik və biliksizlik xüsusda bax belə vəziyyətə bənzədə bilərsən...bir
bax: axı insanlar sanki bütün uzunluğu boyu enli işıq zolağı uzanan mağaraya bənzər yeraltı məskəndə
bulunurlar. Kiçik yaşlarından adamların ayaqlarında və boynunda qandallar var, belə ki, onlar yerlərindən
tərpənə bilmir və yalnız gözləri qarşısında olan şeyləri görə bilirlər, çünki bu qandallara görə başlarını
döndərə bilmirlər. Adamlar uzaqda, yüksəklikdə yanan odun işığına arxa çevirmişlər, od və məhbuslar
arasından isə - bir nəzər yetir, - foksçular örtüyün üstündə kuklaları göstərən zaman onun arxasında öz
55