Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

köməkçilərini  gizlətdikləri həmin örtüyə bənzər yüksək  olmayan divarla hasarlanmış yuxarıdakı yol keçib 
gedir. 
 
- Bunu təsəvvürümə gətirirəm. 
 
- Elə isə onu da təsəvvürünə gətir ki, bu divar arxasında başqa adamlar müxtəlif avadanlığı elə tutub aparırlar 
ki, o divarın üstündən görünür; onlar həm heykəlləri, həm daşdan və ağacdan düzəldilmiş müxtəlif canlı 
məxluqların təsvirlərini aparırlar. Bu zaman adət üzrə aparanlardan bir qismi söhbət edir, başqaları susurlar. 
 
- Qəribə surət və qəribə məhbuslar təsviri yaradırsan! 
- Bizim kimilərin. Hər şeydən əvvəl düşünürsən ki, görəsən adamlar belə vəziyyətdə olmaqla onların 
qarşısında yerləşən mağaranın divarında odun əmələ gətirdiyi kölgələrdən başqa, özününkünü, yaxud yad 
olan bir şey görürlərmi? 
- Axı necə onlar başqa bir şey görə bilirlər, bir halda ki, bütün ömürləri boyu başlarını hərəkətsiz tutmağa 
məcburdurlar? 
- Bəs orada, divar arxasında aparılan əşyalar? Bizimlə də eyni şey baş vermirmi? 
- Başqa necə ola bilər axı? 
- Məhbuslar bir-biri ilə söhbət edə bilsəydilər, sənin zənnincə, məhz gördüklərinə ad verdiklərini  hesab 
etməzdilərmi? 
- Əlbəttə belədir. 
 
- Sonra. Məhbəsdə keçib gedənlərin söylədiyi hər şey əks-səda versəydi, sənin fikrincə onlar bu səsləri keçib  
gedən kölgələrə deyil, bir başqa şeyə aid edərdilərmi? 
- Zevsə and verirəm ki, belə düşünmürəm. 
 
- Belə məhbuslar yaxından aparılan əşyaların kölgələrini elə əsil kimi qəbul edərdilər. 
 
- Bu tamamilə labüddür. 
 
- Elə bax onların ağılsızlıq qandallarından azad olunmasına və ondan şəfa tapmasına , başqa sözlə desək
onlarla təbii surətdə buna bənzər bir hadisə üz verəcəyi halda bütün bunlar necə baş verərdi: 
Onların hər hansı birindən  qandalları çıxaranda, qəflətən onu qalxmağa, boynunu çevirməyə,  gəzişməyə, 
yuxarı - işığa tərəf baxmağa məcbur edəndə, ona bütün bunları yerinə yetirmək üzücü  olacaq, o əvvəlcə 
kölgələrini gördüyü şeylərə parlaq işıqda baxmaq iqtidarında olmayacaq.  Həm də necə düşünürsən, ona 
deyəndə ki, əvvəl gördükləri, boş-boş şeylər idi, indi isə varlığa yaxınlaşaraq və əsilə üz çevirərək  düzgün 
fikir əldə edə bilər, o nə deyəcək? Hələ üstəlik onun qarşısında parlayıb sönən bu və ya digər şeyi 
göstərməyə başlasalar və sual versələr ki, bu nədir, əlavə olaraq da onu cavab verməyə məcbur etsələr! 
Hesab etmirsənmi ki, bu onu çox çətin vəziyyətə salar və o ona indi göstərilənlərdənsə əvvəlcə gördüklərində 
daha çox həqiqət olduğunu düşünər? 
- Əlbəttə, o belə düşünər. 
 
Bəs onu düz işığın özünə baxmağa məcbur etsələr, onun gözləri ağrımazmı, və o ona göstərilən şeylərdən 
görmək iqtidarında olduğunu əsl həqiqət hesab etməklə onun yanına qaça-qaça qayıtmayacaqmı? 
- Bəli elədir. 
 
- Bəs bir kəs onu güclə yamac boyu dağa çəkməyə başlayarsa və onu günəş işığına çıxartmayınca 
buraxmazsa, o əzab-əziyyət çəkməyəcəkmi və belə zorakılıqdan hiddətlənməyəcəkmi? O işığa çıxan zaman 
isə gözləri parıltı ilə o dərəcədə zədələnərdi ki, ona indi əsil olduqları halda deyilən əşyalardan  birini də görə 
bilməzdi. 
 
- Bəli, birdən-birə o bunu edə bilməzdi. 
 
- Bir halda ki, orada yuxarıda olan hər şeyi görmək onun qarşısında durur, burada vərdiş lazımdır. Ən asan 
olandan başlamaq lazımdır: əvvəlcə kölgələrə baxmaq, sonra insanların və müxtəlif əşyaların suda əksinə, 
daha sonra isə -şeylərin özünə; özü də ona səmada olanı və səmanın özünü gündüz deyil, gecə görmək, yəni 
Günəşə və onun işığına deyil, ulduz işığına və Aya baxmaq asan olardı. 
 
 
56


 - Şübhəsiz. 
 
- Və nəhayət, düşünürəm, bu adam artıq Günəşin özünə onun öz sahəsində baxmaq və onun xassələrini suda, 
yaxud digər ona yad olan mühitlərdə aldadıcı əksinin müşahidəsilə kifayətlənməyərək görmək iqtidarında 
olardı. 
 
- Əlbəttə, o bunu [etmək] iqtidarında olar. 
 
- Bax onda o doğrudan da qənaətə gələcək ki, həm ilin fəsilləri, həm ilin keçib getməsi Günəşdən asılıdır, 
həm də o bütün görünən fəzanı idarə edir və elə o hər hansı bir tərzdəsə bu adamın və başqa məhbusların 
əvvəllər mağarada gördükləri hər şeyin səbəbidir. 
 
- Aydındır ki, həmin müşahidələrdən sonra o belə qənaətə gələcək. 
 
- Bəs necə? Öz əvvəlki məskənini, oradakı hikməti və məhbus yoldaşlarını yada salaraq o, öz vəziyyətindəki 
dəyişikliyi xoşbəxtlik saymayacaqmı və öz dostlarına yazığı gəlməyəcəkmi? 
- Hətta çox. 
 
- Bəs onlar orada, yaxından keçib gedən predmetlərin müşahidəsi zamanı daha iti görmə qabiliyyətilə  
fərqlənəni və adətən nəyin əvvəlcə, nəyin sonra, nəyin isə eyni  zamanda göründüyünü başqalarından daha 
yaxşı yadda saxlayaraq, bu əsasda gələcəyi əvvəlcədən xəbər verəni mükafatlandıraraq hər hansı mənsəb 
versəydilər və bir-birini tərifləsəydilər, necə düşünürsən, artıq  qandallardan azad  olmuş kəs bütün bunların 
həsrətində olardımı, məhbusların hörmət etdiyi və onlar arasında nüfuza malik olana həsəd aparardımı? 
Yaxud o Homer deyəni sınaqdan çıxarardı, 
Muzdur kimi işləyərək tarlada, 
Kasıb əkinçiyə xidmətdə öz ruzisini qazanmaq 
Məhbusların təsəvvürlərinə şərik olmaqdansa və onlar kimi yaşamaqdansa  nəyə olarsa olsun dözməyi 
istəməzdimi? 
- Düşünürəm ki, belə yaşamaqdansa,  nəyə olarsa olsun dözməyi o üstün tutacaq. 
 
- Bir də bax bu haqda düşün: belə bir adam yenidən oraya düşsəydi və həmin yerdə otursaydı, belə qəflətən 
Günəş işığından uzaqlaşmaqla onun gözlərini qaranlıq bürüməzdimi? 
- Əlbəttə. 
 
- Bəs ona həmin kölgələrin mənasını araşdırmaqla yenidən bu əbədi məhbuslarla yarışmaq lazım gəlsəydi 
necə? Onun görməsi zəifləməyincə və gözləri alışmayınca - buna isə heç də az vaxt lazım gəlməzdi, - o 
gülünc görünməzdimi?  Onun haqqında deyərdilər ki, yuxarı qalxması üzündən o gözləri zədələnmiş  
qayıtmışdır, deməli, yüksəyə qalxmağa hətta səy göstərməyə də dəyməz. Məhbusları yüksəyə aparmaq üçün 
onları azad etmək istəyənləri isə, əllərinə düşsəydi, onu öldürməzdilərmi? 
- Hökmən öldürərdilər. 
 
- Belə ki, əzizim Qlavkon, bu bənzətmə əvvəl söylənilən hər şeyə tətbiq edilməlidir: görmənin əhatə etdiyi 
sahə məhbəsə bənzərdir, ondakı od işığı isə Günəşin qüvvəsinə bənzədilir. Yüksəkliyə qalxma və zirvədə 
bulunan şeylərin seyr edilməsi, ruhun idrak sahəsinə yüksəlməsidir. Bütün bunları qəbul etsən mənim ən 
dəyərli fikrimi başa düşərsən - əlbəttə, əgər onu bilməyə can atırsansa, - onun doğru olub-olmadığın isə allah 
bilir. Deməli, bildiyim bax budur: dərk edilə bilən şeylərdə fəzilət ideyası son pillədir, həm də o çətinliklə 
ayırd ediləndir, lakin onu orada ayırd edən kimi qənaətə gəlirsən ki, məhz o bütün həqiqi və gözəl olanın 
səbəbidir. Zahiri aləmdə o işığı və ağanı doğurur, idrak sahəsində isə o özü həqiqət  və dərrakənin asılı 
olduğu ağadır və istər şəxsi, istərsə də ictimai həyatda şüurlu surətdə fəaliyyət göstərmək istəyən kəs ona göz 
qoymalıdır. 
 
- Anladığım dərəcədə səninlə razıyam. 
 
- Onda daha bir şeydə mənimlə razılaş: bütün bunlara gəlib- çıxmış kəslərin bəşəri işlərlə məşğul olmaq 
istəməməsinə təəccüblənmə;  onların ruhları daim yüksəyə can atır. Həm də bu təbiidir, bir halda ki, yuxarıda 
təsvir edilənə uyğundur. 
 
 
57


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə