Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

Belə ki, bu kimi əsasdan göylər və [bütün] təbiət asılıdır. Və onun həyatı - ən yaxşıdır, bizdə çox qısa 
müddətdə olduğu kimi. Belə vəziyyətdə o daimadır (bizdə bu mümkün deyil), çünki onun fəaliyyəti də 
zövqdür (buna görə də ayıqlıq, qavrayış, təfəkkür - hər şeydən zövqverəndir, və yalnız onların vasitəsilə - 
ümidlər və xatirələr). Təfəkkür isə öz-özlüyündə nə cürdürsə, öz-özlüyündə ən yaxşı olana yönəlmişdir ali 
təfəkkür də [həmçinin] - ali olana. Zəka isə təfəkkür predmeti ilə əlaqəsindən özü özünü fikirləşir: onunla 
əlaqədə olaraq və onu fikirləşərək təfəkkürün predmeti olur, belə ki, zəka və onun predmeti - eyni bir şeydir. 
Çünki təfəkkür predmetini və əsli özündə cəmləşdirməyə qabil olan zəkadır; fəaliyyətdə isə o, təfəkkür 
predmetinə malik olanda olur (36); belə ki, onda ilahi olan, çox güman malikolma qabiliyyətindənsə, 
malikolmanın özüdür və mücərrəd mühakimə - ən çox zövqverən və ən yaxşı olandır. Əgər tanrıya həmişə 
bizə hərdənbir [olan] dərəcədə yaxşıdırsa, onda bu heyrətamizdir; əgər daha yaxşıdırsa, onda bu daha artıq 
heyrətamizdir. Və məhz belə o yaşayır. HƏYAT da həqiqətən ona məxsusdur, ona görə ki, zəkanın fəaliyyəti 
- həyatdır, tanrı isə fəaliyyətdir; həm də onun fəaliyyəti, o öz-özlüyündə olduğu kimidir, ən yaxşı və əbədi 
həyatdır. Buna görə biz deyirik ki, tanrı əbədi, ən yaxşı canlı məxluqdur, belə ki,  ona həyat, həm də fasiləsiz 
və əbədi həyat xasdır və məhz bu tanrıdır. 
 
Beləliklə, deyilənlərdən aydındır ki, əbədi, hərəkətsiz və hissi qavranılan şeylərdən ayrı olan bir əsl 
mövcuddur; həmçinin göstərildi ki, bu əsl müəyyən bir ölçüyə malik ola bilməz, onun hissələri yoxdur və 
bölünməzdir (çünki o qeyri-məhdud zamanda hərəkətə gətirir, halbuki heç bir məhdud olan şey qeyri-
məhdud qabiliyyətə malik deyil; hər hansı bir ölçü isə ya qeyri-məhdud, ya məhdud olduğundan, bu əsl 
göstərilən səbəbdən məhdud ölçüyə malik  ola bilməz, qeyri-məhdud [ölçüyə] isə - ona görə ki, ümumiyyətlə 
heç bir qeyri-məhdud ölçü yoxdur); digər tərəfdən, həmçinin göstərildi ki, bu əsl heç nəyə məruz deyil və 
dəyişməzdir, çünki bütün başqa hərəkətlər məkanda hərəkətə nisbətən sonra gələndir. Bütün bu deyilənlərdən 
aydındır nə üçün məsələ məhz belədir. 
 
 
 
 
Doqquzuncu fəsil 
 
[Ali] zəka xüsusunda isə bəzi məsələlər meydana çıxır. O bizə bütün bəlli olanlardan ən ilahi təsəvvür 
olunur, ancaq o nə cürdür, bu suala cavab vermək çətindir. Doğrudan da, əgər o heç bir şey fikirləşmirsə, 
yatmış kimidirsə, onda  onun ləyaqəti nədədir? Əgər o fikirləşir, ancaq bu başqa  bir şeydən asılıdırsa (37) 
(çünki onda onun əslini təşkil edən təfəkkür deyil, [təfəkkür] qabiliyyəti olardı), onda o ən yaxşı əsl deyil: 
axı ona dəyəri təfəkkür verir. Sonra onun əslini zəka, yaxud təfəkkürün özü təşkil edəcəkmi, axı o məhz nə 
fikirləşir? Ya özü özünü, ya başqa bir şeyi; həm də əgər başqa bir şeyi [fikirləşirsə], onda ya həmişə bir şeyi, 
ya müxtəlif şeyi [fikirləşir]. Belə ki, fərqi varmı [nəyi] fikirləşmək - ən gözəl olanımı, ya hər hansı bir şeyi, 
yaxud fərqi yoxdur? Beləliklə, aydındır ki, zəka ən ilahi və ən layiq şeyləri fikirləşir və dəyişmələrə məruz 
deyil,  çünki onun dəyişməsi pisliyə dəyişmə olardı, həm də bu artıq bir hərəkətdir. - Deməli, birincisi, əgər 
zəka təfəkkür fəaliyyəti deyil, [təfəkkür] qabiliyyətidirsə, onda şübhəsiz təfəkkürün fasiləsizliyi onun üçün  
çətin olardı. İkincisi, aydındır ki, zəkadansa daha layiq bir şey, yəni fikir ilə dərk olunan mövcud olardı. Ona 
görə ki, həm təfəkkür, həm fikir ən pis şey fikirləşənə də xasdır. Belə ki, bundan çəkinmək lazımsa (axı bəzi 
şeyləri görməmək, görməkdən yaxşıdır), deməli fikir ən yaxşı şey ola bilməzdi. Beləliklə, əgər zəka ən 
mükəmməl olandırsa və onun təfəkkürü təfəkkür haqqında təfəkkürdürsə o özü özünü fikirləşir. Ancaq 
tamamilə aydındır ki, bilik, hissi qavrayış, rəy, fikirləşmə həmişə başqa bir şeyə, özlərinə isə ötərgi olaraq 
yönəlmişlər. Və nəhayət, əgər fikirləşmək və fikirləşilən olmaq eyni bir şey deyilsə, onda nəyin əsasında 
onlardan zəkaya rifah xasdır?  Axı fikir olmaq və fikirlə dərk olunan olmaq eyni şey deyil. Ancaq bəzi 
hallarda biliyin özü [bilik] predmeti deyilmi: yaradıcılıq (38)  haqqında bilikdə predmet - materiyasız 
götürülmüş  əsldir və mücərrəd bilikdə varlığın mahiyyəti, - təyinetmə və təfəkkürdür.  Beləliklə, materiyasız 
şeylərdə fikirlə dərk olunan və zəka bir-birindən fərqlənmədiyindən, onlar eyni bir şey olacaq, həm də fikir, 
fikirlə dərk olunan ilə bir şey təşkil edəcək. 
 
Bundan başqa [bir] sual qalır: fikirlə dərk olunan tərkibdə olandırmı? Əgər belə olarsa, onda fikir tamın bir 
hissəsindən digərinə keçərkən dəyişilməliydi. Ancaq materiyaya malik olmayan şey bölünməz deyilmi? 
Müəyyən zaman ərzində tərkibdə olana yönəlmiş insan zəkası ilə məsələ necədirsə (onda rifah [onun 
predmetinin] bu və ya digər hissəsində deyil, fərqli bir şeydə, onda ən yaxşı olanda - müəyyən bir tamdadır), 
bütün əbədiyyət boyu özü özünə yönəlmiş [ilahi] təfəkkür ilə də beləcədir. 
 
 
74


 
On üçüncü kitab 
 
Dördüncü fəsil 
 
Beləliklə, riyazi predmetlərin mövcudluq olması və hansı mənada onların mövcudluq olması, həmçinin hansı 
mənada  onların əsas olub-olmaması haqqında deyilənlər kifayətdir (39). İdeyalara gəlincə isə, onları 
ədədlərin mahiyyətilə əlaqələndirməyərək, ilk növbədə ideyalar haqqında təlimin özünü, ilk dəfə ideyaların 
olduğunu iddia edənlər onları lap əvvəldən başa düşdüyü kimi təhlil etmək lazımdır. Eydoslar (40) haqqında 
təlimə Heraklitin baxışlarının həqiqiliyinə inananlar gəlib çıxmışlar; bu təlimə görə bütün duyğu ilə 
qavranılan şeylər daim hərəkətdədir; belə ki, əgər bir şey xüsusunda bilik və anlayış varsa, onda duyğu ilə 
qavranılan şeylərdən başqa daim sükunətdə olan digər əsllər olmalıdır, çünki hərəkətdə olan şey haqqında 
bilik olmur. Digər tərəfdən, Sokrat əxlaqi fəzilətləri tədqiq etmiş və ilk dəfə onların ümumi tərifini verməyə 
çalışmışdır (axı təbiət haqqında fikir söyləyənlər arasında yalnız Demokrit bu məsələyə azacıq toxunmuş və 
qisimən istinin və soyuğun tərifini vermişdir; pifaqorçular isə - ondan əvvəl - bunu bəzi şeylər üçün etmiş, 
onların tərifini ədədlərlə bağlamışlar, göstərərək, məsələn, əlverişli vaxt nədir, yaxud ədalət nədir, yaxud 
nigah nədir. Bununla belə, Sokrat məntiqi nəticələr əldə etməyə cəhd göstərdiyindən əsaslı surətdə şeyin 
mahiyyətini axtarardı, məntiqi nəticə üçün isə əsas şeyin mahiyyətidir: zira o vaxt hələ dialektik (41) bacarıq 
yox idi ki, mahiyyətə toxunmadan belə əkslikləri  öyrənib-öyrənmədiyini bilmək mümkün olsun; həqiqətən 
də iki şeyi doğru olaraq Sokrata aid etmək olar - [xüsusidən ümumiyə] yönəltmə yolu ilə sübut etməni (42) 
və ümumi tərifləri: həm o, həm digəri əsas olan biliyə aiddir). Ancaq Sokrat nə ümumini, nə tərifləri 
şeylərdən ayrı hesab etmirdi. İdeya tərəfdarları isə onları ayırırdılar və bu qəbildən olan mövcudluğu ideyalar 
adlandırmışdılar, belə ki, az qala bir dəlilə əsaslanaraq onlar belə nəticəyə gəldilər ki, hər bir şeyin onun 
ümumiliyindən xəbər verən ideyası var, və demək olar ki, belə alınırdı (43): əgər bir şəxs hesablama aparmaq 
istəyərək, şeylərin az miqdarında güman edirdi ki, onları saya bilməyəcək, şeylərin miqdarını artıraraq isə 
inanırdı ki, saya biləcək. Doğrudan da, eydoslar, demək olar, onların duyğu ilə qavranılan şeylər üçün səbəb 
axtara-axtara şeylərdən eydoslara gəlib çıxdığı, duyğu ilə qavranılan şeylərdən çoxdur, çünki hər bir [qəbil] 
üçün onlarda eyni adlı bir şey var (44), həm də əsllərdən savayı bütün başqa şeylər üçün çoxda vahid olan 
(45) bulunur - həm bizi əhatə edən şeylərdə, həm əbədi (46) olanlarda. 
 
Sonra, onların eydosların mövcud olduğunu sübut etdikləri üsullardan heç biri inandırıcı deyil. Həqiqətən də, 
onlardan bir qisminin əsasında zəruriliklə əqli  nəticə alınmır (47), digər qisminin əsasında eydoslar həm də o 
şeylər üçün alınır ki, özləri etiraf etdikləri kimi, onlar yoxdur. Axı "biliklərdən sübutlara" (46) dəlilinə görə, 
haqqında bilik olan hər şey üçün eydoslar olmalı idi; "çoxda vahid olan" dəlili əsasında, onlar inkar üçün, 
"bir şeyin yox olmasından sonra da onu fikirləşmək mümkündür" (47) dəlili əsasında isə, keçici olan üçün də 
alınmalı idi, - axı onun haqqında bir qədər təsəvvür [qala bilər]. Sonra, daha dəqiq sübutlar əsasında (50) 
bəziləri əlaqələndirilmiş olan ideyasını qəbul edirlər (51), haqqında deyirlər ki, onun üçün özlüyündə qəbil 
yoxdur; başqaları "üçüncü insan" (52) xüsusunda dəlili gətirirlər. Həm də, ümumiyyətlə desək, eydosları 
ideyaların özünün mövcudluğundan daha mühüm sayanlar üçün, eydosların xeyrinə gətirilən dəlillər onun 
mövcudluğunu heçə endirir (53): axı bu dəlillərdən belə nəticə çıxır ki, əsas ikilik (54) deyil, ədəddir, yəni 
əlaqələnmiş olan, özlüyündə mövcudluqdan [daha əsasdır],(55) və beləcə də eydoslar haqqında təlimin bəzi 
ardıcılları onun əsasları ilə ziddiyyətə gəlib çıxdıqları bütün başqa şeylər. 
 
Sonra, onların ideyaların mövcudluğunu qəbul etdikləri fərziyyəyə görə, təkcə əsllərin deyil, həm də bir çox 
başqa şeylərin eydosları olmalıdır (həqiqətən də, fikir təkcə əslə münasibətdə deyil, həm də qeyri-əsl 
xüsusunda vahiddir, həm də təkcə əsllərin bilikləri bulunmur; və onlarda saysız-hesabsız digər buna bənzər 
[nəicələr] alınır). Halbuki, [məntiqi] zəruriliyə görə və eydoslar haqqında təlimə əsasən bir halda ki, 
eydoslara aidiyyat mümkündür, yalnız əsllərin ideyaları mövcud olmalıdır, çünki onlara aidiyyat təsadüfi ola 
bilməz, hər bir şeyin isə substrat barəsində xəbər vermədiyi qədər eydosa aidiyyatı olmalıdır (56) (mən onu 
nəzərdə tuturam ki, məsələn, əgər bir şeyin özlüyündə ikiqat olana (57) aidiyyatı varsa, onda onun əbədi 
olana da aidiyyatı var, ancaq təsadüfi surətdə, çünki ikiqat olan üçün əbədi olmaq - bu təsadüfi bir şeydir). 
Deməli eydoslar [yalnız] əsl olardılar. Ancaq həm burada [duyğularla qavranılan aləmdə], həm orada 
[ideyalar aləmində] əsl eyni bir şey bildirir. Əks halda bizi əhatə edən şeylərdən savayı nə isə bir şey - çoxda 
vahid olan olduğunu iddia etməyin daha nə mənası var? Əgər ideyalar və onlara aid şeylər eyni bir növə 
mənsubdurlarsa, onda onlara ümumi bir şey olacaq (həqiqətən də, nə səbəbə  keçici ikilər və çox olsa da 
ancaq əbədi ikilər (58) üçün, onların ikilər kimi əsası, özlüyündə iki və hər hansı ayrıca iki üçün olduğundan 
daha artıq eyni bir şeydir). Axı əgər ideyalar və ona aid olan şeylər üçün növ eyni deyilsə, onda, zənn etmək 
 
75


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə