Qədim Yunan Fəlsəfəsi Antologiyası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/49
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#11868
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

- Bəli, təbii ki, belədir. 
 
- Başqa necə ola bilər axı? Bəs sənin fikrincə bir kəsin ilahi şeylərin seyrindən bəşəri miskinliyə keçərkən pis 
və olduqca gülünc görünməsi təəccüblüdürmü?  Gözlər hələ [ətraf mühitə] alışmayıb, amma bununla belə, o 
ətraf qaranlığa alışandan qabaq onu məhkəmədə yaxud daha haradasa çıxış etməyə və ədalət kölgələri yaxud 
bu kölgələri əks etdirən surətlər xüsusunda mübarizə aparmağa məcbur edirlər, belə ki, ədalət haqqında, onu 
heç vaxt görməmiş adamların qavradığı ruhda mübahisə etmək lazım gəlir. 
 
- Elədir, bunda təəccüblü bir şey yoxdur. 
 
- Başa düşə bilən hər kəs xatırlayardı ki, görmənin iki növ pozulması var, yəni iki səbəbə görə: ya işıqdan 
qaranlığa, ya da qaranlıqdan işığa keçən zaman. Eyni şey ruh ilə də baş verir, bunu ruhun çaşıb qaldığını və 
bir şey anlamağa qabil olmadığını görməklə başa düşmək mümkündür. Mənasızcasına gülmək əvəzinə, bu 
ruhun daha işıqlı  həyatdan gəlib- gəlmədiyini və buna görə vərdiş etmədiyindən əhvalının pozulduğunu, 
yaxud da əksinə, tam cəhalətdən işıqlı həyata keçməklə parlaq işıqdan gözlərinin qamaşdığını müşahidə 
etmək daha yaxşıdır: onun belə halını və belə həyatını xoşbəxtlik saymaq olar, birinciyə isə  - ürəyi yanmaq. 
Bununla belə, ona baxarkən bir kəs yenə də gülməyi üstün tutursa, qoy o ona yüksəkdən, işıqdan gələndən az 
gülsün. 
 
 
- Çox doğru deyirsən. 
 
- Bir halda ki, bu doğrudur, bu ruhlar haqqında biz bax belə düşünməliyik: elmlilik, heç də onun haqqında 
bəzi şəxslərin guya insanın ruhunda biliyin olmamasını və onu oraya sanki kor gözlərə görmə əlavə edildiyi 
kimi əlavə edilməsini sübut etməyə çalışdıqları şey deyildir. 
 
- Düzdür, onlar belə iddia edirlər. 
 
- Amma bizim bu mühakiməmiz göstərir ki, hər kəsin ruhunda belə qabiliyyət var; ruhun hər kəsi təhsil 
almağa kömək edən vasitəsi də var. Ancaq gözə qaranlıqdan işığa yalnız bütün bədənlə birlikdə dönmək 
mümkün olduğu kimi, eləcə də bütün ruhla bütün olub keçənlərə üz döndərmək lazımdır: onda insanın idrak 
qabiliyyəti, varlığın və onda olan hər şeydən parlağın dərkini başa çatdıra bilər, bu isə sübut etməyə 
çalışdığımız kimi, elə fəzilətdir. Doğrudurmu? 
- Bəli. 
 
(514A-518d) 
- ... 
 
- Demokratiya, mənim fikrimcə, o zaman həyata keçir ki, kasıblar qələbə qazanaraq öz düşmənlərindən 
bəzilərini məhv edir, bəzilərini qovur, yerdə qalanlarını isə vətəndaş hüquqlarında və demokratik quruluşda 
əsasən qisimətə görə olan dövlət vəzifələrinə adam təyin edilməsində bərabərləşdirirlər. 
 
- Bəli, istər bunun silah  gücünə baş verməsindən, istərsə  də onun əleyhdarlarının qorxuya düşərək tədricən 
geriyə çəkilməsindən asılı olub-olmayaraq demokratiya məhz belə qurulur. 
 
-Bəs insanlar [bu quruluşda] necə yaşayırlar? Və bu dövlət quruluşu nə cürdür? Aydındır ki, o demokratik 
xüsusiyyətlər əldə edən insanda da öz əksini tapacaq. 
 
- Bəli, bu aydındır. 
 
- Hər şeydən əvvəl bu azad insanlar olacaq: dövlətdə tam azadlıq və açıqlıq həm də istədiyin şeyi etmək 
imkanı yaranacaq. 
 
- Deyirlər ki, belədir. 
 
- Bu icazə verilən yerdə isə, çox güman, hər kəs öz həyatını istədiyi kimi quracaq. 
 
 
58


- Bəli, bu aydındır. 
 
- Düşünürəm ki, belə dövlət quruluşunda insanlar fərqli olacaqdır. 
 
- Əlbəttə. 
 
- ... 
 
- Onda, [bu quruluşda], əziz dost, dövlət quruluşu seçmək münasibdir. 
 
- Nəyi nəzərdə tutursan? 
- Axı elə istədiyin şeyi etmək imkanı nəticəsində o hər cür dövlət quruluşunu özündə cəmləşdirir. Ola bilsin 
ki, bizim kimi bir kəslə dövlət təsis etmək istəyi yaranarsa, onda demokratiya olan yerə yollanmaq və artıq 
orada sanki cürbəcür idarə üsulu bazarına düşmüş kimi istədiyini seçmək, sonra isə dövlətinin təməlini 
qoymaq lazımdır. 
 
- Çox güman, orada nümunələrdə azlıq olmayacaq. 
 
- Demokratik dövlətdə, idarə etməyə qabil olsan da onda iştirak etməyə heç bir lüzum yoxdur; istəmirsənsə, 
tabeçilikdə olmaq da vacib deyil, yaxud başqaları döyüşən zaman döyüşmək, yaxud sülh həsrətində 
deyilsənsə, başqaları kimi sülh şərtlərinə əməl etmək də [vacib deyil].  Və üstəlik, hər hansı qanun sənə idarə 
etməyi və mühakimə etməyi qadağan edirsə, istəsən hər halda idarə edə və mühakimə edə bilərsən. Belə 
həyat ilk baxışda çox gözəl və cazibəli deyilmi?  
- Ola bilsin, amma yalnız qısa müddətə. 
 
- Sonra. Məgər orada bəzi məhkumlara mərhəmət göstərilməsi çox yaxşı deyilmi? Yaxud sən belə dövlət 
quruluşunda ölümə və ya sürgünə məhkum edilmiş adamların hər halda qaldığını və cəmiyyətdə dolaşmaqda 
davam etdiyini görməmisən: sanki o heç kəsə lazım deyil və heç kəs onu görmür, belə adam yarım  tanrı 
kimi kef çəkir. 
 
- Hə, belələri də çox olur. 
 
- Bu təkəbbürlük heç də demokratik quruluşun əhəmiyyətsiz təfərrüatı deyil; əksinə, bunda dövlətimizin 
əsasını qoyan zaman mühüm hesab etdiyimiz bütün şeylərə nifrət özünü göstərir. Əgər insan, necə ki, 
deyirdik, təbiətən görkəmli deyilsə, o heç vaxt xeyirxah olmayacaq; eynilə bunun kimi, əgər o kiçik 
yaşlarından öz əyləncələrində və məşğələlərində gözəlliklə təmasda olmursa, heç vaxt xeyirxah olmayacaq. 
Halbuki demokratik quruluş bütün bunları təkəbbürlə tapdalayaraq kimin hansı işdən dövlət işində fəaliyyətə 
keçməsinin əsla qayğısına qalmır. İnsana hörmət edilir, təki o camaata öz hüsn-rəğbətini biruzə versin. 
 
- Hə, olduqca alicənab təkəbbürlükdür! 
- Bu və buna oxşar xüsusiyyətlər demokratiyaya xasdır - lazımi idarə üsulu olmayan, lakin zövq verən və 
müxtəlif olan quruluşa. Bu quruluşda bərabər olanları və bərabər olmayanları birləşdirən özünəməxsus 
bərabərlik olur. 
 
 
- Sən deyən bizə yaxşı bəllidir. 
 
- Bir fikir ver, bu xüsusiyyətlər ayrıca şəxsiyyətdə necə özünü göstərəcək. Yaxud, ola bilsin, dövlət 
quruluşunun özünü nəzərdən keçirdiyimiz kimi burada da əvvəlcə bu xüsusiyyətlərin onda necə əmələ 
gəldiyini nəzərdən keçirmək lazımdır? 
- Bəli, lazımdır. 
 
- Bu beləcə baş verməyəcəkmi:[öncə] haqqında danışdığımız oliqarxik quruluşun qənaətcil nümayəndəsinin 
oğlu olacaq və mənim fikrimcə, öz atasının xasiyyətlərində tərbiyə alacaq. 
 
- Nə olsun axı? 
 
 
59


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə